Cəfər Cabbarlının 113 illiyi qeyd edilib

 

Cəfər Cabbarlının ev-muzeyi Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə gimnaziyada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müasir dramaturgiyamızın banisi Cəfər Cabbarlının anadan olmasının 113 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Gimnaziyanın teatr şöbəsinin müdiri Hicran Sadıqzadə böyük sənətkarın həyat yaradıcılığı haqqında geniş məlumat veribr. Bildirilib ki, ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan C.Cabbarlı sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirib, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirib. 35 illik qısa həyatının 22 ilini ədəbi yaradıcılığa həsr edən yazıçı zəngin hərtərəfli yaradıcılıq yolu keçərək ədəbiyyatın həm şeir, həm dram, həm nəsr janrlarından bacarıqla istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi kino xadimi kimi tanınmışdır.

Digər çıxışlarda da C.Cabbarlı yaradıcılığının özünəməxsus üslubundan fərqli cəhətlərindən danışılıb.

Tədbirdə C.Cabbarlının həyat yaradıcılığına dair slaydlar videoçarx nümayiş olunmuşdur. Gimnaziyanın şagirdlərinin ifasında görkəmli sənətkarın şeirlərindən parçalar səsləndirilmiş, dramlarından səhnəciklər təqdim olunub.

Tədbirdə İncəsənət Gimnaziyasının direktoru Mahizər Şabanbəyova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov, ssenarist Göyçək MehdiyevaC.Cabbarlı adına mədəniyyət, elm təhsilin inkişafına yardımİctimai Birliyinin diplomları ilə təltif olunub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 25 aprel.- S.7.