Bəstəkarlar
İttifaqında musiqişünas Nailə
Mehdiyevanın yubileyi qeyd
olunub
Azərbaycan
Bəstəkarlar İttifaqının (ABİ) Konfrans
zalında respublikanın tanınmış
musiqişünası, sənətşünasliq namizədi,
dosent Nailə Mehdiyevanin 80 illiyinə həsr olunan konfrans olub.
Konfransı
giriş sözü ilə açan ABİ-nin sədri, Xalq
Artisti, professor Firəngiz Əlizadə N.Mehdiyevanın Azərbaycan
musiqisinin tədqiqi və təbliği istiqamətində
gördüyü işlərdən danışıb. F.Əlizadə
bildirib ki, Nailə Mehdiyeva Azərbaycan
musiqişünaslığında Qara Qarayev irsinin tədqiqatçılarından
biri kimi tanınır.
Sədr
çıxışında qeyd edib ki 1959-cu ildə Azərbaycan
Dövlət Konservatoriyasını müvəffəqiyyətlə
bitirən N.Mehdiyeva elə həmin ildən bu ali təhsil
müəssisəsində pedaqoji fəaliyyətə
başlayıb. O, 1968-ci ildə Sankt-Peterburq
Konservatoriyasında professor A.N.Dmitriyevin rəhbərliyi ilə
“Q.Qarayevin kino musiqisi” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib, eyni zamanda, Azərbaycan
Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunda baş elmi işçi kimi
çalışıb. Böyük zəhməti sayəsində
o, sonralar Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tarix-nəzəriyyə fakültəsinin
dekanı, kafedra müdiri vəzifələrinədək
yüksəlib. Bu illər ərzində Nailə Mehdiyeva
çoxsaylı elmi konfranslarda, mətbuat səhifələrində
maraqlı məqalələrlə çıxış edərək,
bir sıra elmi kitabların müəllifi kimi tanınıb.
Tədbirdə
çıxış edən sənətşünas alimlər
Cəmilə Həsənova, Zemfira Qafarova və Lalə
Hüseynova yubilyarın mənalı ömür yolu və zəngin
elmi yaradıcılığından söz açıblar.
Natiqlər
vurğulayıblar ki, N.Mehdiyeva ömrünün 20 ilə
yaxın bir dövrünü Ankaradakı Bilkənt Universiteti
ilə bağlayıb. O, burada “Qərbi Avropa musiqi tarixi”,
“Opera teatrının tarixi” və “Müasir musiqi tarixi” fənlərindən
dərs deyib. Həmin dövrdə o, məşhur Bilkənt
simfonik orkestri üçün Borokko dönəmindən
iyirmi birinci əsrədək müxtəlif dövrləri əhatə
edən 500-ə qədər musiqi proqramları tərtib edib.
Hazırda bu proqramların əksəriyyəti ingilis,
fransız, alman dillərinə tərcümə olunaraq disklərə
köçürülüb.
Tədbidə
iştirak edən əməkdar artist Nərgiz Əliyarova Qara
Qarayevin Piano üçün “Tsarskoye selo heykəli” əsərini
royalda ifa edib. Gənc müğənnilər Vüsal
Hacıyev, Fidan Süleymanova və Nurlan Növrəsli dahi bəstəkarımız
Tofiq Quliyevin “İlk bahar”, “Axşam” və “Azərbayc n”
mahnılarını Tural Usubovun royalda müşaiyəti ilə
oxuyublar.
Sonda
tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirən Nailə Mehdiyeva tələbələri ilə fəxr
etdiyini söyləyib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2012.- 25 aprel.- S.7.