Yazmaq mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir”   

 

VAHİD MƏMMƏDLİ: “DÜNYA NƏŞRİYYATLARI MƏNDƏN ƏSƏR İSTƏYİR – DÜNYANIN HƏR HANSI BİR ÖLKƏSİNDƏ ÇAP OLUNMAQ PROBLEMİM YOXDUR”

 

Mən əslində, ondan rayon prokuroru kimi müsahibə götürmək istəyirdim. Lakin yazıçı kimi fikirləri daha maraqlı göründü mənə. Söhbət yazıçı, fəlsəfə doktoru Vahid Məmmədlidən gedir. Vahid Məmmədli ilə ətraflı tanışlıqdan sonra nədənsə İ.Brodskinin kəlamını xatırladım: “Mən həmişə XIX əsrin yazıçılarına qibtə etmişəm. O kəslərə ki, geriyə baxa bilir, öz həyatlarının, öz inkişaflarının dövrlərini də gözdən keçirə bilirdilər”. Fikrimcə, bu deyimi XXI əsrin böyük yazıçısı Vahid Məmmədliyə də şamil etmək olar. Qarabağın məşhur bəylərindən biri Haqverdi bəy Kərimbəyovun nəticəsi olan Vahid Məmmədli əslən Bərdə rayonunun Kərimbəyli kəndindən, müqəddəs Köyəlli Baba nəslindəndir. 1965–ci ildə Azərbaycanın Qazax şəhərində anadan olub. 1992-ci ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində çalışıb. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Hazırda Yardımlı rayon prokurorudur.

Vahid Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan “Eksmo” nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının – “Tunc Allahın yükü”, Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olanAtropatena dastanı” trilogiyasının da müəllifidir. 19 kitabın müəllifi V.Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub.

Yazmaq sizin üçün nədir?

– Vaxtımı boş şeylərə deyil, gözəl əsərlər yazmağa həsr edəndə daxilən rahatlıq tapıram. Mən yaradıcılıqla həmişə ciddi şəkildə məşğul olmuşam, yazmaq mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir. Həm də yaradıcılıqla məşğul olan adam gərək onun zirvəsinə qalxmağı da bacarsın. Hesab edirəm ki, mən də məşğul olduğum yaradıcılıq sahəsində mümkün olanları müəyyən qədər əldə etmişəm. Gənclik illərində ara-sıra şeirlər yazsam da, əsərlərim 2007-ci ildən çap olunur. İlk romanım olanTunc mələk” əsərini yazanda qarşıma bir məqsəd qoymuşdum, bu əsər Rusiyada bestseller olmalıdır. Belə də oldu. Əsər 2008-ci ildə “Rus bestselleri” seriyasında “Cəllad tələsməyi sevmir” adı ilə nəşr olundu. Ümumilikdə isə bu əsər təkcə Rusiyada 2007-ci ildən bu günə kimi dörd dəfə nəşr olunub.

Son dövrlərdə yazdığım “Atropatenatrilogiya-eposu, “Buddanın qayıdışı”, “Milanda ölüm”, “Bakı-2031” “Müqəddəs Məryəm Ananın Efesə köç etməsi” povestləri, “Qırmızı böyürtkən”, “Lacivərd kostyum”, “Mən qatarları sevirəm” hekayələrim və digər əsərlərim dünyanın bir çox ölkələrində oxucular tərəfindən maraqla qarşılanıb.

– “Atropatena dastanı” əsəriniz hesab edirəm ki, Alban dövrünün əsl dastanıdır. Siz dastan müəllifisiniz. Bu hər yazıçıya qismət olmur. Burda postmodernizmin də elementləri üstünlük təşkil edir. Yazıçı Yunis Oğuz bu əsəri son dövrdə ədəbiyyatımızın ən böyük qələbəsi hesab edir. Siz Albanların da, Atropatın da azərbaycanlıların ulu əcdadları olduqlarını bütün dünyaya bəyan edirsiniz. Məncə belə bir xoşbəxtlik hər yazıçıya qismət olmur. Əsərinizin bu qədər gərəkli olacağına və uğur qazanacağına inanırdınızmı?

 

– Ümumiyyətlə hər bir insan ya cəmiyyət üçün, ya da özü üçün gərəkli olan işdən yapışmalıdır. Uğura isə nəinki inanırdım, hətta əmin idim. Çünki mən bu əsəri uzun araşdırmalardan sonra yazmağa başladım...

– Azərbaycan yazıçılarından kimləri oxuyursunuz?

– Əgər sıralama aparsaq, Anar, Maqsud İbrahimbəyov, Elçin Hüseynbəyli, Yunus OğuzAslan Quliyevin adlarını çəkə bilərəm. Onların əsərlərini daha maraqla oxuyuram. Gənc postmodernistlərdən xoşuma gələnləri var.

– Yaradıcılıq mühitikitab çapı ilə bağlı nə deyə bilərsiniz?

– Açığı, bu sahədəki vəziyyət mənim xoşuma gəlmir. Həm də ən acığım gələn şey odur ki, bəzi müəlliflər 400-500 tirajla kitab çap etdirib sonra qapı-qapı düşüb onları kiməsə bağışlamağa və ya satmağa vaxt sərf edirlər. Amma yazıçı, əslində, kitab çapı ilə məşğul olmamalıdır. Bu mənada, kitabımın çapı məni heç vaxt düşündürməyib. Öz kitabımı həmişə mağazadan alıram. Bizdə oxucu probleminin olduğu barədə daim gileylənirlər. Bunu aradan qaldırmağın bir yolu var, o da yaxşı yazmaqdır.

– Prokuror-yazıçı... Bu təzadı necə qəbul edirsiniz?

Mən burada hər hansı təzad-filan görmürəm. Əslində, bir prokuror olaraq hadisələri peşəkar yazıçı gözü ilə dəyərləndirməyim qanunun aliliyinin birə on qat üstün tutulmasına gətirib çıxarır. Qanunları pozanlara qarşı daha amansız olursan, hüquqları pozulanlarıın isə hüquqlarını daha ədalətli bərpa etməyə çalışırsan.

Prokuror kimi qəhrəmanlarınızdan ittiham elədiyiniz olubmu?

Belə şeylər olur. Bəzən görürsən ki, apardığım cinayət işlərinin iştirakçıları əsərimin qəhrəmanlarından biri ya bir çoxu müəyyən bir əsərin yaranmasına səbəb olur.

Yazıçı Vahid Məmmədli prokuror Vahid Məmmədlidən razıdırmı?

Əlbəttə ki, razıdır. Mənim prokuror olmağım yazıçılığıma ya yazıçılığım prokuror olmağıma hər hansı maneçilik törətməyib.

Seçim qarşısında qalsaydınız, prokurorluğa, yoxsa yazıçılığa üstünlük verərdiniz?

Prokurorluğu üstün tutardım. Çünki mən bu sənəti yazıçılıqdan xeyli əvvəl seçmişəm. Hesab edirəm ki, yazıçılıq peşə deyil. Bu Allahın sevdiyi insanlara bəxş etdiyi mənəvi bir missiyadır. Əlbəttə ki, söhbət əsl yazıçılardan gedir. Şöhrət əsiri olub kitab müəllifi olmaq xatirinə söz yığnağı ilə əlləşən, ət tökən aşağı səviyyəli yazarlardan söhbət getmir.

Yaratdığınız əsərlərinizi övladınız sayırsınızmı?

Bütün yaradıcı adamlar öz əsərlərinə övladları kimi baxır, o cümlədən mən.

Yaradıcılığınızın hansı mərtəbəsindəsiniz?

Yazıçı kimi özümü lazım olan yerdə hiss edirəm, belə demək mümkünsə, zirvəyə çatmışam. Dünya nəşriyyatları məndən əsər istəyir. Mənim dünyanın hər hansı bir ölkəsində çap olunmaq problemim yoxdur.

Şöhrət sizin üçün nədir?

Şöhrət dalınca heç vaxt qaçmamışam. Şöhrət üçün yazanlardan, bir neçə kitab çap etdirib gecə-gündüz bağıranlardan da xoşum gəlmir. Məncə Füzuli, Nizami, Nəsimi kimi babalarımız şöhrətin əsl zirvəsindədirlər. Mənə müasirlərim olan digər qələm sahiblərinə isə zaman öz qiymətini verməlidir.

Sizi hamı ədəbiyyatımıza yeni nəfəs gətirmiş bir yazar kimi tanıyır. Bir yazıçı olaraq ilk dəfə azərbaycanlı qəhrəmanı Azərbaycan mühitindən ayırıb dünya miqyasına çıxartdınız. Tunc mələyi sevənlər Azərbaycanı sevirlər. Eyni zamanda, tarixənDədə QorqudKoroğlu”dan da qədim olanAtropatena dastanıyeganə müasir dastan nümunəsidir. Burada Albaniya Atropatena dövrünün hadisələri öz əksini tapıb. Maraqlı magiyalar sehrlərlə, yeni nağıl fantastik qəhrəmanlarla, macəra, detektiv döyüş səhnələri ilə zəngindir. Bu qədər yeniliyə imza atmaq xeyli vaxt istedad tələb edir. Yazıçı Vahid Məmmədlidən daha hansı yenilikləri gözləyə bilərik?

Əgər lazımi şərait yaradılsa, dünya ekranlarına çıxarıla biləcək həqiqi mənada milyonların qəlbınə yol tapacaq filmlər üçün ssenarilər yazmaq olar. Vaxtilə görkəmli rejissorumuz V.Mustafayev mənlə birgə filmlər çəkmək üçün xaricdə Prodüser Mərkəzi yaratmağı təklif etmişdi. Əlbəttə ki, V.Mustafayev bu filmlərin böyük uğur qazanacağından əmin idi. Vaxtı çatanda bununla da ciddi məşğul olmaq olar.

– “...Bəs görən, Vətənə səfərini yaxını qoyub da Tunc Mələk niyə belə uzaqlardan başlamış, üstəlik gerçək savaşlar yox, fentezi qanadlarında? Bunu Vahid Məmmədlidən sormağım gəlir , amma ürək eləmirəm”. Bəlkə T.ƏlişanoğlununTunc Mələyin Azərbaycan səfəriadlı yazısında Sizə ünvanladığı bu sualına cavab verəsiniz?

Mən Tunc Mələyin azərbaycanlı olmasını bütün əsərlərimdə qeyd eləmişəm. Qəhrəmanımı dünya oxucusuna məhz azərbaycanlı kimi tanıdıb sevdirməkdə məqsədim yalnız Azərbaycanı dünyaya tanıtmaqdan ibarət olub. Əslində, Tunc Mələyin yüksək intellektə, incə zövqə malik olması, xarici daxili aləminin mükəmməlliyi, mərd, xeyirxah insanpərvər olması dünya oxucusuna azərbaycanlıların məhz bu xüsusiyyətlərə malik olmasını sərgiləməkdir.

Onun məhz bu üstünlüklərini nəzərə alaraq yazmışdım: bu dünyada heç kim mələk deyil. Hərənin öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən üstündürlər...

Tunc Mələk həm dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Ceyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk azərbaycanlıdır.

Yadımdadır, o zaman Rusiya nəşriyyatı əsərimin qəhrəmanı Tunc Mələyin heç olmasa, anasının rus olmasını qeyd etməyimi məndən xahiş edirdi. Mən onlarla razılaşıb dedim: “Kaş ki, dünyada olan bütün qəhrəmanların heç olmasa ataları azərbaycanlı olsun”.

– “İlham pərisigələndə edirsiniz?

– Bu, ovqatla bağlıdır. Yazıçı yaxşı ovqata köklənəndə yaxşı əsərlər yaradır. Sizin dediyinizilham pərisigələndə mən bir romanı 15 günə yaza bilərəm.

 

 

Xanoğlan Əhmədov

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.10.