Məhəmməd Əmin Rəsulzadə Yazar: Şirməmməd
Hüseynov
Əsərləri
Üçüncü
cild
(1915-1916)
Ön söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin
zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik
irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi onun
1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
Həyatə dəvətBu
dəvətin məscidlərdə və mollalarla mərsiyə
cavanlar tərəfindən vaqe olduğu sizə müjdə
avər bir xəbər ola bilərmi?...
Şəhərimizin
yuxarı tərəfi Şamaxı yolu degilən səmtində
yeni tərzi-memaridə tikilmiş zahiri gözəl kiçik
bir məscid vardır. Hər dəfə yanından keçəndə
tikilisindəki yeniligə mail oluyor, bir neçə dəqiqə
ayaq saxladım. Fəqət nə gizlədim, bu yeni məscidin
içində söylənən sözlərdə də bir
yenilik varmı? – deyə hər zaman düşünüyor,
özüm özlügümdə yasavər bir nəticəyə
gəlirdim.
Tasua gecəsi
idi; getdim. Məscidin daxili təmiratı daha tamam
olmamışsa da ibadət və əza məclisləri bərpadır.
Haman əski hamam, əski tas: zəngir vuranlar öz işlərində.
Çay içənlər öz yerlərində. Papiros
tüstüsü də dumanlanmaqda. Bunlar tamamilə
dışı tazələnmiş olan məscidin ici haman əvvəlki
qərar ilə qaldığına bir dəlil degilmidir? Fəqət
bən çox tələsənlərdən degiləm.
İbadət və təziyyətlərimizi 6-7 saətdən
bir-iki saətə əskiltməyincə məscid və məbədə
lazımi ehtiramın gözlənməsinə rəayət
etmək bittəb mümkün olmayacağına qeneəm. Bu
isə zəmanə bağlıdır. Zəncirin vurulması
da birdən-birə götürüləməz. İllərlə
gələn şey şübhəsiz ki, illərlə də
gedəcək. Əcəba rövzə necə, moizə nə
haldadır?
İştə
bu suala cavab gözlüyordum. Tazəlik varsa rövzəxanda
görüləcək. Onun söyləyəcəklərində
həyatın tələb elədigi yeni cərəyanların
inikası varsa, fəbeha demək ki, məscidlərimizin
yalnız tərzi-memarisi degil, cəhəti-mənəviyəsi
də islah olunuyor...
Nəhayət,
rövzəxan gəldi. Hacı molla Əbduləli o fəal,
cəval yürüşilə o zində məşi və rəftarı
ilə minbərə çıxdı.
İlk
sözü zəngir vuranlara olmasınmı?
“Hə, zəncir
vurur, əndamınızı gögərdirsiniz – dedi. Zənn
etməyiniz ki, bununla behişti satın alacaqsınız” –
dedi. Əlavə etdi: “Xayır, ittihad bilməz, mərhəmət
anlamaz, halal gözləməz və haramdan ictinab etməz,
müsəlman qardaşlarınıza qıymaqdan həzər
eləməz, bütün mənhiyyatə aludəlikdən
çəkinməz, namaz qılmaz da, sonra gəlir özünüzü
dögür, ağlarsınız, yoxsa “hər kəs
ağlata, ağlaya və ağlamasına behiştə gedəcəkdir”
– deyənlərəmi inandınız! Heyhat, səhv etdiniz! Hər
şeydən əvvəl vacib olan qardaşlıq,
yoldaşlıq, həq-əlnasi gözləmək, adam
olmaqdır. Zəncir vurmaq, göz qorasını sıxıb ağlamaq
isə sonrakı işdir. Birincilər olduqdan sonra inşallah
bəlkə bu birilər də qəbul olunar”.
Bən artıq
vəcdə gəlmiş, vicdan rahatlığı
bulmuşdum. Demək ki, zahirdəki dəgişiklik nə tovr
olsa da, batinə dəxi icrayi-təsir ediyormuş. Qalibdəki
təcəddüd qəlbdəki təbəddülə bir
nümunə imiş. Məscidlərimizin yalnız
memarlığı degil, vaizkarlığı da dəgişiyormuş.
Neçə il əvvəl
xüsusi surətdə belə tənqid olunmayan bədən
incitmək əzasi imdi minbərdən, mərsiyəxan
ağzından, zəncir vuranın dik gözü içinə
nə cəsarət, nə şiddətlə tənqid olunub
da söyləniyor!...
Ey qadiri-küll
olan zaman, sən nələr yapmaz, nələr yapamazsan!
Fəqət təcəddüd
daha artıqdır. Yalnız təziyələrin şəkli
degil, “tələfsifat degilsə” də tənqid olunuyor. Həm
də nə şiddətlə! Bax qovzəxan nə
söyliyor:
“Aləm tamam yol tutub getdi. Xəlq göylərdə
uçuyor. Biz hələ yerdədə yürüyə bilməyib
sürükləniyoruz. “Minbər şeytanı” da sizə
diyor ki, bu sürüklənmək şanımızdandır.
Çünki Allahın mömin bəndəsi zəlil gərək
olsun. Fəqət aldanmayınız bu əmaməli münafiqə,
o yalan diyor. Şahidim isə Quran. Qurani-məcid: “Əlizətülla
və əlrəsulə və əlmöminin (yəni izzət
üllah, rəsuli və mominlərinin şanıdır)
dedikdən sonra kimin nə ağzıdır ki, zillət və
miskinəti mömin sifətidir – deyə tərif etsin. Yox,
mömin zəlil degil, əziz olar. Başı qapazlı,
gözü əllərdə, özü zillət və miskinətdə,
topraqlar üstündə sürünmək hərgiz
yaşamaq degil, min dəfə degildir. Öylə bir
yaşayış mömin yaşayışı, müsəlman
həyatı degildir. “Allah dünyanı kafirlərə, axirəti
isə möminlərə vermişdir” – deyənlər,
şübhəsiz ya xüsusi bir qərəz güdənlər
və ya Allahın dedigini bilməyənlərdir. Ay müsəlmanlar,
biliniz, dünyada yaşamaq, izzət və şərəflə
yaşamaq üçün bilikli olmaq, bir olmaq gərək!”
Hələ “bilikli və bir olmaq”
üstündə Əli, Ömər və Abubəkr həzrətləri
ilə sair əshabi-giramın səvaneh həyatından gətirdigi
misallar nə qədər müfid, nə dərəcədə
müəssər idi!...
İştə,
həyatə bundan daha qüvvətli bir dəvət ola bilərmi?
Fəqət siz deyə bilərsiniz ki, “bir gül ilə bahar
olmaz”. Olmaz. Fəqət gül bir degildir. İştə, sizə
digər bir daimi həyat: Mirzə İbrahim. O da Hacı Molla Əbdüləli
kibi dünyayi zəm edən mollaları məzəmmətliyor.
O da möminin zillət degil, izzəti-şanından
olduğunu iddia ediyor! Bu, eşidənlərinin ruhuna qədər
nüfuz edən natiq, kəndinə məxsus mətin bir məntiqlə
elm ilə din ehkamını təhlil ediyor da izzətlə
yaşamaq üçün çarə olaraq müasir
olmayı, “külli-yövm hüvafi şan” hökmünə
tabe olaraq zəmanə elm və fənnlərini təhsil ilə
əvvəlcə elm, sonra da sərvət və saman sahibi olub
məzəllət və miskinətə təhəmmül etməməgi
tövsiyə ediyor. Hər zaman ögrənməli,
çünki Sokrat elm üçün zaman yoxdur söyləmiş. Çünki Peyğəmbəri–xüda
dəxi bu mənaye təsdiqlə “itlabəl-elm mən ləməhəd
əli ələlhəd” demişdir – diyor. Sair minbərçilərə
rəğmən cəmaəti sırf o dünyayə və
yalnız din elminə degil, həyatə, dünya həyatinə
dəvət edən bu zat qulaq asanlarına diyor ki: dünya
elmi, zaman və əsri-sənayei ögrənsinlər, əqillərini
işlətsinlər, dünya beş qəpigə dəgməz
deyə vəz edən cəhalə etina etməyib
yaşamağa əzm etsinlər. Zəmanə adamı
olsunlar. Düadan bir şey çıxmayacağına
inanıb, təşəbbüs eləsin, hər şeyi
Allahdan gözləməsinlər. Çünki iş
yalnız Allaha qalıyorsa, “adamın atasını
yandırarlar”.
Bu bənim bizzat
gördügüm və bu yolda vəz etdiklərini
eşitdigim həyat dahilləridir, digər və rovzələrdə
dəxi az-çox bu ruh müşahidə olunmuş, ruhlarda
bir oyanıqlıq görülmüşdür.
Hətta, Qazi
Hacı Mir Məhəmmədkərim ağa cənabları həyatə
dəvət movzuində bir az ifrata varmış, sərvət
və saman təhsilini elmə belə müqəddəm
tutmuş imiş.
Məlumdur ki,
insanları həyatə dəvət etmək əqli bir
taqım mövhumat əsarətindən xilas edərək zəkayi-bəşərə
hürr və azad bir surətdə tərəqqi etmək
imkanı vermək deməkdir. Zəka isə “hökmdar və
ədəbiyyat” sahibi Alfyerinin dedigi kibi, sərvət və
samandan müavinət alar, fəqət, heç bir zaman onun
tabe və münqadi olamaz! Bu nöqteyi-nəzərdən
yaşamaq üçün elmi sərvətə müqəddəm
tutan Mirzə İbrahim həyatə dəvət yolusunun ən
doğrusunu tövsiyə ediyor.
Minbər vəzlərində
görülən bu hallar “bahar” olmasa da, “bahar”ın gəlməsini
göstərən günlərdir. Bu günlərdən daha
münasibi, bu gül aşiqi bülbüllərdən imdi hər
şəhərdə bir-ikisi tapılar ki, bu da intibah
dövrünün sürətlə başa gəlməkdə
olduğuna dəlalət edər.
“Əmr bemərufə
və nəhyiəz münkər” və cübbəsini ifa etmək
üçün qəzetələrin ən müvafiq bir vəsilə
olduğunu minbər üstündən söyləyən bir
molla, şübhəsiz ki, həyatə dəvət
misalında söylədigi həqiqətləri zəmanənin
hökmü və qəzetələr vasitəsilə
yapılan elmi və müsbət nəzəriyyələrin təsiri
ilə söyliyor. Müntəzəm bir mədrəsəmiz
olsa da, əhvali-zamanə bələd, fünuni-hazirəyə
aşina, ehtiyacati-əsrdən anlar əməlpərvər
müəllimlərlə mollalar yetişdirsək və
bunları yalnız böyük şəhərlər degil, qəsəbələrə,
köylərə qədər yaysaq, o vəqt hər tərəfdən
çağrılan əvam istər-istəməz
başını qaldırıb baxacaq, baxınca şahrah həyat
və mədəniyyəti görəcək, haman səmti-amala
yönələcəkdir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 24 oktyabr 1916, 312
Fəbeha – daha
yaxşı
Həqqünnas
– özgə malı
Dai –
duaçı, iddia
Münqad – boyun əyən,
itaət edən
Avər – gətirən
Alferi Vittorio (1749-1803)
İtalyan dramaturq və şairi (bax MSE 1933, c.1.səh.249)
Anadolunun istimdadi
Bu günki
nüsxəmizdə “Kaspi” qəzetəsindən mənqul bir məktub
dərc ediyoruz. Məktub sahibinin imzası hər nə qədər
məlum degilsə də, yazısından bir zabit və ya əsgər
olduğu anlaşılıyor. Bu zabit rus ordusu istilasında
olan Anadolu çöllərində minlərlə müsəlman
uşaqlarının canlı cənazələr kibi gəzişib,
aclıqlarını rəf etmək üçün ordu mətbəxindən
atılan sür-sümüklərdən yeyinti
axtardıqlarını, yanmış, yaxılmış xərabələrin
külləri, topraqları içində yuvarlanıb da
yatdıqlarını, üzlərində cocuqluq şətarət
və təravətindən bir əsər belə
qalmadığını, kiçikkən
qocaldıqlarını, amansız soyuq, mərhəmətsiz
qışa qarşı müdafiəsiz olub tamamilə məhv
olacaqlarını xəbər veriyor da, müsəlmanlara,
müsəlman cəmaətlərinə müraciət ediyor.
Allah üçün istimdad ediyor. Biz soldatlar, “mümkün
olduğu qədər öz payımızı onlarla
bölüşüyoruz. Fəqət bu iktifa etməz. Ehtiyac
böyükdür” dedikdən sonra “tələsiniz” – deyə
ricasına təkid ediyor.
Ürəgi
hissi-mərhəmətlə qabaran və bigünah
yşaqların fəlakətini soyuqqanlılıqla görə
bilməyən bu şəfqətli cənabdan əvvəl də
Türkiyədən alınmış yerlərin, Anadolu
müsəlmanlarının ehtiyac içində olduğunu
bizə bildirmişlərdi. “Əgri dağ” səyahəti nəticəsində
dağılmış Kürdüstanın qəddar ehtiyac
içində olduğunu, Rzaqulu Nəcəfzadə cənabları
müəssər bir məqaləsilə “Açıq
söz”də təsvir etmişdi. Bundan sonra İksirdəki cəmiyyəti-xeyriyyə
nümayəndəsi Əhməd bəy Pepinov cənabları
Bakı cəmiyyəti-xeyriyyəsinə çəkdigi
teleqrafında Türkiyədən gələn müsəlman
qaçqınların cəmiyyət şöbəsini əhatə
edərək çörək istədiklərini
bildirmişdi. Nəhayət, Məlv uyezdindən Ağamusa
Nağıyev naminə çəkdigi bir teleqrafda pristav
Qasım bəy “cənnəti almaq istərsəniz, bu
zavallılara müavinət ediniz” demişdi. Haman gün eyni
misalda bir teleqraf dəxi Bakı cəmiyyəti-xeyriyə idarəsinə
gəlmişdi...
İştə,
aylardan bəri gələn istimdad fəryad və əminlərə
imdi “Kaspi” vasitəsilə nəşr olunan bu dilxəraş sətrlər
dəxi əlavə olunuyor...
Bu məktubda
bütün müsəlmanlara, müsəlman cəmiyyəti-xeyriyyələrinə,
mərhəmətli və şəfqətli cənablara
müraciət olunuyor. Fəqət bu müxatiblər əllərindən
gələn müavinətdən böyük və səmərəli
bir faidə almaq üçün bütün verə biləcəklərini
Bakı müsəlman cəmiyyəti – xeyriyyəsinə
vermişlərdir ki, o da bu böyük vəzifənin
icrasını öz öhdəsinə almışdır.
Əcəba, cəmiyyəti-xeyriyyə
bu istimdadları nəzəri-etinayə almış, bu
xüsusda bir tədbir görmüşmü?...
Bizə məlum
olan budur ki, cəmiyyət tərəfindən Ərzurum kibi
Türkiyədən alınmış nöqtələrə
qədər getmiş, az-çox müavinət göstərmişdir.
Əcəba, cəmiyyət göstərdigi
müavinətin bu qədərinə iktifa etmişmi, yoxsa daha
ziyadə müavinətə kəndisində imkan görməmişmidir?
İştə, bir sual. Vəqtilə cəmiyyəti–xeyriyyə
nümayəndəsi Sultanov ilə qaçqınlara nəzarət
edən nümayəndə Tamamşov arasında təbəddül
edən mükatibə və danışığa
baxılarsa, bu xüsusda cəmiyyət günahı
özündə degil, hökumət təxsisatının
Anadolu müsəlmanlarına düşən hissəsinin təxirə
uğramasında təsəvvür ediyor.
Məlum olduğu üzrə Qafqasiyadaki
hərbzədə müsəlmanlarla qaçqınlara
müavinət üçün hökumət tərəfindən
cəmiyyəti-xeyriyyə idarəsinə külli məbləğ
verilmişdir. Gözləniyordu ki, Türkiyədən
alınan yerlərdəki müsəlman hərbzədələrinin
ianəsi də bu qaidə ilə cəmiyyətə veriləcək.
Fəqət bu intizar bu vəqtə qədər qövldən-felə
keçməmiş. Son xəbərlərə görə
hökumət tərəfindən Türkiyədən
alınan yerlərdəki müsəlman qaçqınlara 400
min manat təxsis edilmişsə də, bu pulun cəmiyyət əliiləmi,
yoxsa istila edilmiş yerlər qubernatorluğu vasitəsiləmi
sərf olunması məsələ ixtilaflı bir məsələ
təşkil etmişdi.
Bu ixtilaflı məsələnin nə
yolda həll olunduğu isə daha bəlli degildir. General
Tomaşovun canişin dəftərxanəsinə vaqe olan son
müraciəti nəzərə alınırsa, o zaman
müşariileyhin bu pulun “soyuz qorodov” əlilə sərf
olunması tərəfində olduğu anlaşılır.
Əlbəttə, yaxşı və
faidəli olardı ki, bu vəqtə qədər gecikmiş
olan bu müavinət müsəlman cəmaətinə daha
yaxın dura bildigi mühəqqəq olmuş müsəlman cəmiyyəti-xeyriyyəsinin
əlilə icra edilə idi.
Bununla bərabər cəmiyyəti-xeyriyyənin
bu vəqtə qədər yalnız gözünü hökumət
əlinə tikib də, kəndi qüvvəsilə, cəmaət
parası ilə, qardaş qəpigi ilə olsa da, müavinət
etməkdəki ğəfləti, əlbəttə ki, nəzəri-müsamihə
ilə görülüməz!
Hökumət təxsisatı öz
yerində. Fəqət ürəkləri cərihədar edən
nalələri biz də dinləməli, bir qardaş ürəgi
ilə cuşa gəlib köməgə getməliyiz ki, bu da
ancaq cəmiyyətin borcudur.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 3 noyabr 1916 ¹318
İstimdad – imdad, kömək istəmə
Ənin – inilti
Mənqul –
köçürülmüş
Şətarət – şuxluq
Müəssir – təsirli
Dilxəraş – çox faciəli
Müxatib – xitab edən
Müsamihə – başısoyuqluq
Darülmüəlliminlərdə inorodislər
Rusiya üsuli-idarəsini təşkil edən
binanın köşə daşlarından birisi də inorodis
politikasdır. Bu siyasətjə, ruslar, provaslavlılar əsl,
onlardan qeyri-olan inorodislər isə fərdirlər. Daha
dünən idi ki, böyük bir vilayətin böyük
qubernatoru ruslara böyük, – qeyri-ruslara da kiçik oğul
diyordu. Məlum olduğu üzrə böyük bir məmur
ağzından nəzakətlə çıxan bu “tərif”
sifət Rusiya ilə müqəyyəd olmayan dillərdə
isə “doğma və ögey” sözlər ilə təşxis
olunuyor.
Ögeylərin, daha rəsmi təbirlə
kiçiklərin ailədəki mövqeyi məlumdur. Suya,
çölə, küçə dükanına, hamama
boğja aparmağa bunlar göndərildigi halda, doğmalarla
böyüklərin köhnəsini geyər, süfrənin
aşağısında oturdular, “can” əvəzinə “yaman”
eşidərlər.
Başqadan doğma mənasına gələn
inorodislər Rusiya qanunları nəzərində hər daim
bu ögey vəziyyətində bulunmuşlardır. Bu vəziyyət
bilxassə məktəb işlərində gözə
çarpmış və təsirini göstərmişdir.
Bu dəfə duma məarif komisyonunda
darülmüəlliminlər həqqində tərtib
verilmiş layihə müzakirə olunuyormuş. Məarif
naziri İqnatov dəxi əsnayi-müzakirə də
hazırlamış. Darülmüəlliminlər layihəsi
hökumət tərəfdən təsis olunacaq bu məktəblərə
yalnız provaslavnıların daxil ola bilmələri qeyd
edilmişdir ki, komisyonun nəzər diqqəti dəxi bilxassə
bu nöqtəyə cəlb olunmuşdur. Moskva qəzetələrində
göründügi vəchlə kadet firqəsinin nümayəndəsi
Uvrunkov təklif eləmişdir ki, məzkur maddə tamamilə
qaldırılıb, darülmüəlliminlərin
qapısı bilaistisna hər kəs üçün
açıq buraxılsın. Uvrunkovdan başqa müsəlman
fraksiyasının nümayəndəsi Yenikeyev cənabları
təklifdə bulunub inorodislərə, əzcümlə
müsəlmanlara məxsus darülmüəlliminlər
açılması cəhətini tələb eləmişdir.
Birinci təklif rədd edildigi halda Yenikeyev
təklifi komisyonca qəbul edilmişdir.
Demək ki, ögeylər – doğmalar
üçün açılmış darülmüəlliminlərə
girə bilməzlər. Rus heyəti vüzərasının
məişəti ilə rus düması məarif komisyonunun məsləhəti
budur. Fəqət inorodislərə, əz cümlə müsəlmanlara,
məxsus olmaq üzrə ayrı darülmüəlliminlər
təsis oluna bilər.
Bu ayrı müsəlman darülmüəllimini
məzkur layihəyə girdirilən məsih maddə
mövcibincə əcəba nə kibi bir şəkil alacaq?
“N.V.” qəzetəsində oxuduğumuza
görə Yenikeyev təklifində istənilən darülmüəllimində
rus tarixi, coğrafiya və dilindən başqa bütün dərslər
ana dilində oxudulacaqdır. Demək Yenikeyevin təklifinin qəbul
etməsilə duma məarif komisyonu inorodislər
üçün açılacaq (seminariya) darülmüəlliminlərin
milli bir şəkildə olmalarına müvafiqət
etmişdir.
Burada “R.V.” ilə “R.Sl” qəzetələrinin
verdigi xəbərlər arasında bir az fərq vardır ki,
həqiqət əhvalda o bir az fərqin həyati-milliyyəmiz
nöqteyi-nəzərindən böyük təsiri ola bilər.
“R.V.” qəzetəsində Yenikeyev “müsəlmanlara məxsus
darülmüəllimin açmanın imkanı” həqqində
bir təklifdə bulundu degilir, halbuki “R.S.”da “inorodislər və
əzcümlə müsəlmanlara darülmüəlliminlər
açılması təklifində bulundu” ibarəsi işlənmişdir.
Fərq məlumdur. Birinci şəkildə
məsələ xüsusi bir şəkil alıyor. Buradan müsəlmanlar
özləri istərlərsə, kəndilərinə məxsus
tədrisati öz dəllərində olmaq üzrə
darülmüəlliminlər aça bilərlər,
hökmü çıxarılır. Bunun isə əhəmiyyəti
yox və bu yeni kəsb olunmuş bir ixtiyar dəxi degildir.
Çünki 1914-cü il iyul qanununun hökmünə
görə inorodislər, əzcümlə müsəlmanlar
bu tipdə darülmüəlliminlər açmaq
imkAnındadırlar.
İkinci şəklin hökmü isə
başqadır. Burada anladığımıza görə,
xüsusi surətdə degil, rəsmi surətdə hökumət
tərəfindən inorodislər, əzcümlə müsəlmanlara
məxsus darülmüəlliminlər açmaq tələbi
vardır. Böylə bir tələbin əhəmiyyəti və
bu tələb mövcibincə açılacaq darülmüəlliminlərdə
bütün tədrisatın ana dilincə olması cəhətilə
böyük mənası vardır. Çünki 1914-cü il
qanununu hər nə qədər inorodislərə xüsusi məktəblər
və əzcümlə darülmüəlliminlər
açmaq imkanı veriliyorsa da, bu müəssisələrin
tamami-məsrəfini də onların öz öhdəsinə
təhmül ediyor.
Böylə məktəblərə xəzinə,
zemstvo və ya şəhər idarələrdən bir qəpik
sərf olunarsa, o zaman məzkur məktəblər tamamilə
vəzarət idarəsinə keçib və ümumi proqramla
idarə olunmalıdır. Ümumi dövlət vergilərinə
kəmalla iştirak edən inorodis xəlqinin əleyhiddə
olaraq kəndi milli məktəbləri həqqində
ayrıca bir məsrəfə mütəhəmmil olmaları
isə aşkardır ki, ağır bir vəzifədir. Bundan əlavə
1914-cü il qanununa müvafiq açılan xüsusi məktəblər
ümumi hüquq və ixtiyardan da məhrumdurlar.
İştə, Yenikeyev təklifini “R.S.”
daki şəklində, bu şəklin təfsiri də bizim
anladığımıza müvafiq isə və bu təshih
duma ilə şuradan keçib qanun gücünə minərsə,
o zaman həyati-milliyyəmizi sıxan zəngir həlqələrindən
biri açılmış olur.
Bununla bərabər komisyonun kadetlər təshihini
rədd etməsilə inorodislər, əzcümlə müsəlmanların
böyük bir ziyana uğradıqlarını görməmək
də mümkün degildir.
Məzkur layihə imdiki halı ilə
gücə mindikdən sonra demək ki, darülmüəlliminlər
yalnız provaslavnıların tabeliyində (inhisarında)
olacaq. Bunun nəticeyi-təbiiyyəsi isə ümumi məktəblərdəki
müəllimligin inorodislər üzünə qapanmasından
ibarət olub qalacaq. Başqa sözlə, yəni ögeylər
doğmalara məxsus açılan süfrə başına
qoyulmayacaqlardır.
Əcəba, bütün Rusiya millətləri
ayrı-seçgi salmadan köks-köksə dayanıb da vətən
müdafiəsində bir vücud olduqlarını isbat etməkdə
olduqları böylə bir zamanda olsun Rusiya millətləri
arasında ayrı-seçginlik salmaq politikasından əl
götürülməyəcəkmi?
M.Ə.Rəsulzadə
“Açıq söz”, 11 noyabr 1916, 325
İnorodis – özgə xalqdan olan, ögey
Fər – ikinci dərəcəli, əsas
olmayan
Məişət – istək, iradə
Yenə o məsələ
Yenə o məsələ – məktəb məsələsi!
Fəqət bilirəm: müharibə xəbəri
axtaran oxucu deyəcək ki, canım nə məktəbbazlıqdır.
Fəqət o müharibə xəbərindən bu dərəcədə
maraqlanan oxucu, əgər həqiqi bir oxucu isə, oxuya-oxuya
zamanın mütləq məktəb zamanı, bütün qələbə
və zəfərlərin də mütləq məktəb və
məarif nəticəsi olduğunu əlbəttə dərk edər.
Və əlbəttə həyati-milliyyəmizə dəxli
olan məktəb məsələsinə Civ dərəsindəki
qanlı müharibələr qədər əhəmiyyət
verər.
Yenə o məsələ: darülmüəlliminlərin
məsələsi. Hazırda duma məarif komisyonunda olan vəzarət
layihəsinə görə Rusiyada mövcud olub bundan sonra
Rusiyada təsis olunacaq institutlara, seminariyalara (iki növ
darülmüəllimin) inorodisl?r qəbul olunmayacaq. Bu qanun zatən
bu vəqtə qədər də böylə idi. Fəqət
bununla bərabər Zaqafqazski seminariya Daşkənd, Kazan və
bəzi bu kibi yerli əhalisi qeyri-rus çox olan şəhərlərdə
qismən məxsusi şöbələr açmaq surətilə,
müsəlmanlar bu məktəblərə qəbul
olunuyordular. Axır illərdə, əzcümlə Qafqasiyada
bu təhdidat bir az azalmağa üz qoymuş, müsəlmanlar
institutlarla seminariyalara yol tapmışlar idi.
Yeni düşünülməkdə olan
qanun bu xüsusda nə kibi istisnalara malik olacaq, burası – əldə
məlumat kafi olmadığından – bizə naməlumdur. Fəqət
qəzetələrdən ögrəniyoruz ki, yerinə görə
institutlarla seminariyalarda inorodis dilləri oxudulacaqdır.
Darülmüəlliminlərə inorodislər
buraxılmayacaq. Darülmüəlliminlərdə inorodis dilləri
də oxudulacaq. Bu iki zahirdə biri-birinə zidd görünən
əsas – qarşı-qarşıya qoyulub diqqət olunursa,
haman nə kibi bir məktəb politikasının nəzərdə
olduğu meydana çıxar. Apaşkara görülür ki,
bu iki əsas biri-birinə zidd olmayıb biləks biri o birini təkmil
ediyor.
Məktəblərin rusluq nöqteyi-nəzərindən
milliləşməsi (nasyonalizasiya şkol) – işinə bu
iki əsası doğuran və onları biri-birinə
bağlayan hökumət qeyri-ruslardan seminariyalara adam qəbul
olunmadıqda: məntiq hökm ediyor ki, qeyri-ruslar müəllim
ola bilməyib müəllimlik, xəlqi tərbiyə etmək,
fəqət rus millətinin imtiyazati-hakimiyyəsindən
olacaq. O halda qeyri-rus olan vilayətlərdə, o vilayətlərin
dilini bilməyin rus müəllimlər müşkülat
çəkməyəcəklərmi?... İştə, bu
müşkülatə məhəl qalmamaq üçün
rus müəllimlər qeyri-rus uşaqlarından ibarət məktəblərdə
dərs verə biləcək bir hala qoyulmaq istənilir. Onlara
yerli dillər ögrədilmək planı hazırlanıyor.
Əvət, məktəb bütün
dövlət binasının dayanacağı bir özüldür.
Dövlət binası hankı üsuli-siyasətlə tikilmək
istənilirsə, binanı saxlayacaq olan məktəb də məzkur
siyasətin müqtəziyatına görə olmalıdır.
Bu vəqtə qədər davam edən idarənin, yəni
bütün millətləri bir qazana töküb nə
tövr olsa da, rus aşı bişirmək istəyən
bürokrat millətcillərin tikmək istədikləri bina
Rusiya binası degil, rus binasıdır.
Məlumdur ki, Rusiya binası deyincə rus
millətinin təxti-hakimiyyətində, müxtəlif millətlərin
kəmali-azadlıqla ittihadlarından mürəkkəb
müşfiq bir vətən, rus binası təbirində isə
(senzor sətri çıxarıb – Ş.H.) bütün
müəllimləri ancaq ruslardan olmaq üzrə qoyulan məktəb
özülünün üstündə tikiləcək
binanın hankı növdən olacağını artıq
siz özünüz biliniz!
Proqramları, Rusiyayi “müşviq bir vətən”
halına qoymaq əməli ilə tərtib olunan kadet firqəsinin
təklifini, yəni darülmüəlliminlərə bilafərq
millət və məzhəb hər kəsin qəbul edilməsini
duma məarif komisyonu rədd eləmişdir. Fəqət
bununla bərabər müsəlman fraksiyasının nümayəndəsi
Yenikeyevin təklifi qəbul olunmuşdur. Bu təklifə
görə müsəlmanlara məxsus müsəlman
darülmüəlliminləri təsis olunacaq.
Keçən məqaləmizdə bu qərarın
bundan ötrü nə dərəcədə mühüm bir
şey olduğunu zikr etmişdik. Artıq o cəhətini təkrar
etmiyəcəgiz. Yalnız bizi maraqlandıran bir cəhət
vardır: görəsən müsəlmanlar üçün
açılacaq milli darülmüəlliminlər hökumətin
xərcinəmi açılacaq (xəbərin məntiqi
böylə olacağına ehtimal veriyor) və görəsən
bu darülmüəlliminlərdə oxuyub müəllimlik
şəhadətnaməsi alacaq müsəlmanlar digər
seminaristlər dərəcəsində sahibi-hüquq olacaqlarmı?...
Olacaqmı, yoxmu? Bu, əlbəttə, cərəyani-əhvalə
və Dövlət düması ilə Şurayi-Dövlət
rəyinə bağlı bir məsələdir. Arzu etməklə
olursa, əlbəttə, sahibi-hüquq olmaları mətlubdur.
Aşkardır ki, müsəlmanlara məxsus darülmüəlliminlərdə
hazırlanıb çıxan müəllimlər milli müsəlman
məktəbləri ilə, xüsusi surətdə
açılan məktəblərə müəllim olacaqlar.
Bu məktəblərlə, məzkur məktəblərdə
dərs oxudacaq müəllimlərin hüquqca dövlət məktəbləri
dərəcəsində hüquqlu və səlahiyyətdar
olmalarını görmək amalımızdır. Bunu yalnız
biz degil, digər inorodislər də arzu və tələb etməkdədirlər.
Bu tələbdən bəhs edən məqalələrindən
birisinə erməni mühərrirlərindən birisi pək
həqli olaraq “böyük məsələ”
ünvanını vermişdir. Bu böyük məsələnin
həlli isə ən böyük arzumuz, ən əziz diləgimizdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 15 noyabr 1916, 328
(Ardı var)
Şirməmməd
Hüseynov
Əvvəli
ötən şənbə saylarımızda
525-ci qəzet.- 2012.- 18 avqust.-
S.26-27.