Ramiz müəllim haqqqında bir əlifba
Haqqında
danışmaq istədiyim adamı tanımayan çox
azdır. Amma yenə məziyyətlərindən söz
açmağa, başqalarına nümunə ola biləcək
cəhətlərinə diqqət yetirməyə, yorulmadan
çalışmasından, yolundan dönməzliyindən,
riyakarlıqla barışmazlığından, böyüklə
böyük, kiçiklə kiçik ola bilmək məharətindən
danışmağa ehtiyac var. Çünki yaxşıya
vaxtında yaxşı deməyə, layiqlinin dəyərini
vaxtında verməyə, təmənnasız xidməti
heç olmasa xoş sözlə təqdir etməyə, əfsuslar
olsun ki, öz xəbisliyimizə,
cılızlığımıza görə çətinlik
çəkirik.
Əməllərindən
mümkün qədər çox adamın xəbərdar
olmasını istədiyim insanlar barəsində yazı
hazırlayanda ilk növbədə onu başqalarından
seçən cəhəti axtarır, bayağı tərif,
yorucu təkrarlardan, sönük epitetlərdən qaçmağa
çalışıram. Bu dəfə isə məsələ
tamamilə başqa cürdü. Hansı təyinin, hansı
sifətin qəhrəmanıma daha çox
yaraşdığını kəsdirə bilmirəm. Hər
təyin o birindən çox yaraşır.Tərəddüdlərim
qəribə qərara gətirib çıxartdı məni.
Gördüm ki, Ramiz Abutalıbovu tanıtmaq üçün
dilimizdə o qədər söz var ki, bir yazıya
sığışdırmağa oğul istəyir. Eləmədim
tənbəllik, aldım əlimə ana dilimizin əlifbasını
və yuxarıdan aşağıya yol başladım.
A—Təkcə
yetkin yaşına görə yox, mövqeyinə və
davranışına görə Ağsaqqlıdı, Alicənabdı,
Azdanışandı, Ailəcanlıdı və ən əsası
Arif Adamdı.
B—Türklər
demiş, Babacandı, rəqibinə qarşı
Barışmazdı, “qədeşlərin” sevdiyi
“Bakılıdu”.
C—Bakılılar
demiş, Cəsarətli, “Can-Cigərdü”, Caz vurğunudu.
Ç—Çalışqan,
Çayxordu.
D—Dəyanətli,
Dəqiq, Dinc, Dürüst Diplomatdı.
E—Etibarlı,
Ehtiyatlı Elm adamıdı.
Ə—Əsilli-nəcabətlidi.
F—Fərasətli
“fransızdı” (Orada olduğu müddətdən Azərbaycan
üçün maksimum səmərəli istifadə edib).
G—Genişqəlblidi.
H—Həssas,
Hörmətcil, Həmişəcavandı.
X—Xeyirxahdı.
İ—İstiqanlı,
İşgüzar və İnadkardı.
J—Jurnalistdi.
K—Kamil
tədqiqatçıdı, Kitabsevərdi, yaşı ilə
yox, sanbalı ilə Köhnə Kişilərdəndi.
Q—Qabiliyyətli,
Qayğıkeş, Qeyrətlidi. Qeybətçi deyil.
L—Ləyaqətli “Legionerdi”
(Fransanın “Fəxri
legionçu” ordeninə
layiq görülüb)
M—Məccani (Müftə)
çalışmağı sevən, Mehriban, Müdrik Müəllimdi, Maarifpərvərdi, Meyxananı
və Muğamı sevir. Mənəm-mənəmliyi Mərəz sayır.
N—Nümunəvi Naxçıvanlıdı.
O—Təəssübkeş Ordubadlıdı.
Ö—Örnək olacaq
qədər Özündən
narazıdı.
P—Prinsipial və
Peşəkar “parisli”di.
R—Rəssamların Ramiz
dostudu.
S—Sədaqətli, Səmimi,
Sözü Sağ, Sənət Sevərdi.
Ş—Şəkililərin Şıq geyinməyini sevən kürəkənidi.
T—Təvazökar, Tiryakidi
(siqaret çəkəndi).
U—Uşaq kimi Utancaqdı.
Ü—Ünsiyyətsevərdi.
V—Vətənpərvər və Vəfalıdı.
Y—Yaxşı mənada
Yerlipərəstdi, Yerlibaz
deyil.
Z—Zərif Zövqlü,
Zarafatcıl, Zəhmətkeşdi.
Bu siyahıda ğ və
ı hərfləri yoxdur,
çünki dilimizdə
həmin hərflərlə
başlanan söz yoxdur.
Yaşının yetkin dövrünü məhsuldar kitab müəllifi və naşiri kimi qarşılayan Ramiz müəllimin Vətənin
azadlığı və
müstəqilliyi uğrunda
mübarizəyə görə
didərgin olmuş, ömürlərini qürbətdə
tamamlamış övladlarının
yenidən Vətənə
qazandırılmasındakı xidmətləri dəfələrlə
müxtəlif məqalələrdə
işıqlandırılıb. Onu tanıdığım müddətdə
başqasının fikrinə
onun qədər hörmətlə yanaşıb,
öz fikrindən də asanlıqla dönməyən az adamı görmüşəm. Uzun təriflərdən
həqiqətən xoşu
gəlmədiyini bilirəm.
Təvazökarlığı ilə gerçək
varlığı düz
mütənasib deyil.
Onun xidmətlərinin
onda biri qədər xidməti olmayan çoxlarını
tanıyıram ki, az qalırlar
adami tapdalasınlar, könüllərindən keçəni
dilə gətirmək
belə ayıbdır.
Necə deyərlər, babalı onların boynuna.
Ramiz müəllimi
yubiley ilində təbrik etmək, ona istədiyi ovqatda mümkün qədər çox qalmağı arzulamaq, başlıcası isə,
təbriketmə marafonunun
qırmızı lentini
kəsmək imkanına
görə mən də özümü xoşbəxt sayıram.
Moskva,
1 avqust 2012-ci il
Cəfər SADIQ
525-ci qəzet.- 2012.- 18 avqust.- S.25.