Plüralizmmüasir media: reallıqlara və perspektivlərə baxış 

 

PROFESSOR CAHANGİR MƏMMƏDLİ İLƏ SÖHBƏT

 

Demokratiya aşkarlığın mühüm vasitəsi hesab olunan kütləvi informasiya vasitələrində  fikir, söz məlumat azadlığının yetərincə işıqlandırılması həmişə cəmiyyəti yaxından maraqlandırır. Plüralizm, informasiya azadlığı, ölkəmizdə medianın müxtəlif sferalarının ümumi vəziyyəti, Azərbaycan mətbuatının hazırkı problemləri, inkişaf meyilləri perspektivləri, jurnalistikamızın hazırkı durumu ilə bağlı suallar, demək olar ki, hər kəsin maraq dairəsinə daxildir. Bu kimi məsələlərlə bağlı Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədli ilə söhbətləşdik. Görkəmli alimin sözügedən mövzulara fərqli maraqlı yanaşmalarını oxucularımıza təqdim edirik.

 

(Əvvəli ötən sayımızda)

 

 – Televiziyalarda peşəkarlıq problemini kimlər və necə həll etməlidir?

 – Teleaparıcı televiziyada formalaşır. Onları axtarıb tapmaq lazımdır. İctimai Televiziyada bu proses gedir. Adını çəkdiyim telekanalda informasiya proqramının departament müdirinin müavini Mehriban Məmmədovanı misal çəkirəm. Həmişə müdiriyyətə deyirəm, onun aksenti, vurğuları, sözə və informasiyaya münasibəti məni son dərəcə qane edir. Çünki o, informasiyanı duyaraq təqdim edir. Amma elə aparıcı da var ki, elə bil məlumatla efirdə tanış olur, sanki əvvəlcədən informasiyanı oxumayıb. İnformasiyanı da əvvəlcədən oxuyub, duyub təqdim etmək lazımdır. Belələri azdır, amma prinsipcə var. Bütövlükdə efirdə səhər proqramlarının yaxşı aparıcıları var. Elə proqramlar var ki, onlara həvəslə baxıram. Bəzən özlərini ekspert hesab edənlər çox pessimistcəsinə yanaşaraq deyirlər ki, Azərbaycanda televiziya, aparıcı yoxdur. Belə demək olmaz. Birincisi bunları hazırlamaq lazımdır. Hamımız bu məsələ üçün məsuliyyət daşımalıyıq. Hanı bizim televiziya tənqidimiz? Özümüz məsuliyyət daşıdığımız məsələyə- heç nə yoxdur- deyib cavablar veririk. Daha demirik ki, mən niyə hazırlamıram, mən niyə bu işdə mühüm rol oynamıram? Bax, bu, məni narahat eləyir.

– Sizin fikrinizcə, hazırda Azərbaycanda teletənqid varmı? Ümumiyyətlə, buna kim cavabdeh olmalıdır?

– Azərbaycanda televiziya ilə bağlı şikayətlərin bir çoxu da teletənqidin olmaması ilə bağlıdır. Hətta deyərdim ki, bu gün Azərbaycanda televiziya tənqidi yoxdur. Bizdə ekspertlər var. Mən qəzetlərin yerinə olsam, onlara ünvanlanaraq rubrika qoyaram: “Soruşun, cavab verək”. Sovet dövründə qəzetlərdə belə bir rubrika vardı. Bizim ekspertlər ancaq soruşulanda cavablar verirlər. Düzdür, ekspertin vəzifəsi soruşulanda cavab verməkdir. Amma birincisi, bizim ekspertlər televiziya ilə bağlı heç də hamısı obyektiv mövqedən çıxış eləmirlər. Onların hərəsinin bir telekanalla narazı nöqtəsi var. Çox yaxşı olar ki, bu ekspertlər dəyişilsin. Sizi inandırıram, mən də başda olmaqla o ekspertlərə ki, bu gün televiziya ilə bağlı müraciət olunur, onlar artıq çürüyüb. Bunlar hamısı sovet dövründən qalma insanlardır. Düzdür, yeniliyə can atırlar. Qərb modellərinə söykənirlər və sair. Amma hamısının içində özünə sərf eləyən bir deyim olur və onu ifadə edirlər.  Bilirsiniz, papaq altında elə oğullar var... Sadəcə, üzə çıxarmaq lazımdır.

– Kim eləməlidir bunu?

– Qəzetlər, sizin kimi jurnalistlər axtarış eləməlidir. Hər gün eyni adamlara müraciət eləmək olmaz. Hətta həmin adamlar nə qədər peşəkar mütəxəssis olsalar belə. Mən inanmıram onlar özləri də yorulmaya? Papaq altındakı oğlanları tapmaq lazımdır. Televiziya tənqidinin olmaması günahının böyük bir hissəsi də bizim fakültənin üzərinə düşür. Bizim televiziya kafedrasının yeni müdiri Aynur Kərimova çox bacarıqlı, həm nəzəriyyə, həm praktika cəhətdən mənim qəbul elədiyim bir adamdır. O təklif edir ki, tələbələr içərisindən 3-cü kursdan seçib teletənqidçilər hazırlamaq lazımdır. Mən bu təklifi çox bəyənirəm.

Məsələn, Rusiyada çox ciddi televiziya tənqidi var. “İzvestiya” qəzeti həftədə bir dəfə televiziya tənqidi verir. İrina Petrovskaya adlı ekspert var. Onun ayrıca “İrina Petrovskayanın televiziya həftəsi” adlı bir rubrikası var. Onun araşdırmalarını oxuyuram, o yazılardan bilirəm ki, Rusiyada televiziya nə gündədir, nə vəziyyətdədir. Amma təəssüf, bizdə bu, yoxdur. Bizdə də ayrıca olaraq bu ənənəni ayrıca şəkildə, geniş formatda yaratmaq lazımdır. Yaxşı olardı ki, televiziya nəzəriyyəçiləri, böyük ustadlar ayda bir dəfə hansısa qəzetdə bir səhifə ilə şərh versinlər, televiziyalar haqqında xülasə tərtib etsinlər. Televiziya kanalları da görsün ki, bunların günahı hardadır, nöqsanları nədir və sair.

–Televiziyaların özündə də belə bir ənənə yaratmaq olmazmı?

–Heç vaxt adam özü-özünü axıradək obyektiv tənqid etmir. Buna görə də məsələyə qıraqdan yanaşılmalıdır.

– Bizdə istədiyiniz tənqidi edən olmayacaq. Çünki məşhur ekspertlərin, yaxud dediyiniz kimi “papaq altından çıxarılan oğullar”ın hansısa bir kanala, yaxud onun rəhbərliyinə bəslədiyi simpatiya hissi buna mane olacaq...

–Məsələyə obyektiv yanaşılanda heç kim incimir və tənqiddən nəticə çıxarır. Konkret sizin qəzeti götürsək, “525-ci qəzet”də  televiziya tənqidi ilə bağlı kifayət qədər yaxşı yazılar, tənqidi məqalələr oxumuşam. Bu aydındır ki, iqtidar qəzetləri iqtidaryönümlü televiziyalara dəyməyəcək. Nəzəriyyəçi isə gərək bunlara fikir verməsin. Yazmağın da üsulu və üslubu var. O qədər dəqiq və peşəkarlıqla, etik normaları gözləməklə, “qızım sənə deyirəm, gəlinim, sən eşit” prinsipi ilə deyəndə qəbul edirlər. İnanın ki, İctimai Televiziyada elə ekspertlər var ki, müzakirələrdə məhz həmin ekspertlərin iradlarını elə qəbul edirlər... O qeydlərə çox diqqətlə, vicdanla yanaşırlar. Ola bilsin o müəllifə kimsə deyə bilər ki, o nədir yazmısan? Amma direktor işçilərlə müzakirələr zamanı daha çox həmin məqamlara söykənir. Orada tənqidi iradlara meyil çox ciddidir. Print mətbuatında televiziya tənqidi daha çox olmalıdır.

Azərbaycanda yeni jurnalistikanı yarandanlardan danışmağınızı istərdik.

Azərbaycanda yeni jurnalistika elə yenidənqurma dövründən başlayır. Ölkəyə demokratik ab-hava gələndən sonra jurnalistikada ciddi bir inkişaf meyli başladı. Onda mediada yeni qəzet tiplərini quran, Qərb standartlarını Azərbaycanda tətbiq edən Yeni Nəsil Jurnalistlər Birliyi formalaşdı. Rəhbəri Arif Əliyev idi. Heç vaxt unuda bilmərəm ki, mənim yeni jurnalistikaya meyil etməyimin əsası orada qoyulub. Onlar mətbuat klubu yaratdılar, treninqlər təşkil etdilər, rayonlara getdilər, bir sıra qurumların sponsorluğu ilə çox maraqlı tədbirlər keçirdilər, yeni kitablar çap etdilər. Çox böyük işlər gördülər. Bütün bu əhəmiyyətli işlərin başında Arif Əliyev dayanırdı. Əflatun Amaşovun rəhbəri olduğu dövrdəRuhAzərbaycan Jurnalistləri Müdafiə Komitəsi çox böyük gördü. Həmin dövrdə çox ciddi bir proses getdi, kitablar çap olundu, hüquqi məsləhətlər sair.  AzərbaycandaİnterNyusdeyilən bir qurum yaradıldı. Orada Zeynal Məmmədli, Ələsgər Məmmədli,  İlham Səfərli çox böyük işlər gördü. “Media hüquq”, “Elektron informasiya vasitələrinin hüquqi tənzimlənməsikitabları işıq üzü gördü. Adını çəkdiyim qurumlarinsanlar yeni jurnalistika ab-havasını Azərbaycan jurnalistikasına gətirdilər. Onlar bizim jurnalistikanı sovet jurnalistikasından dartıb çıxardılar. Yaşlı nəsildən də kim bacardısa, gəldi yeni jurnalistikaya, gələ bilməyənlər isə hələ də sovet jurnalistikası arzusuyla yaşayır. Mən orada böyüdüm. Amma hərdən köhnə əqidəli fikirlərim olursa, bunların günahkarı onlar deyil, özüməm. Məni radikal olmağa qoymayan bəlkə iki səbəb var. Birincisi, Azərbaycan və Azərbaycan vətəndaşlığıdır. Bəzi jurnalistlər, ekspertlər, nəzəriyyəçilər bunu qəbul edə bilmirlər. Deyirlər, informasiya əlinə düşdüsə, onu verməlisən. Mən deyirəm ki, yox, Azərbaycan mənafeyi var. Tələbələrimə də bunu öyrədirəm. Onlar mühazirə oxumamışdan öncə dəftərlərinin birinci səhifəsinə yazırlar: öncə Azərbaycan, sonra jurnalistika. Öncə vətəndaşam, sonra jurnalistəm. Kim məni qınayır, qınasın. Bu mənim nöqteyi-nəzərimdir. Bilirlər ki, məndə məmur bağışlamaq, məmurun nöqsanından keçmək kimi bir xüsusiyyət yoxdur. Harada olsa bunu demişəm: Məmur zəhmət çəksin, düz işləsin. Nöqsanlı məmurlarımız çoxdur. Rüşvət, korrupsiya var, bunu kim inkar eləyir ki? Bunların qarşısını almaq lazımdır. Bunlarla daha çox yeni jurnalistika məşğuldur.

 

 

(Ardı var)

 

 525-ci qəzet.-2012.- 10 avqust.-S.4.