Oralarda kimlər var: Ömər Özbay-1

 

“BİZƏ PATETİK ŞEİRLƏR LAZIM İDİ OTURUB YAZDIM”

 

70-ci illərdə “İslami bir dövlət” qurma idealını daşıyan gənclərin dilindən düşməyən şeirlərin şairi olub Ömər Özbay. “Mitinqlərdə, yığıncaqlarda, panel və konfranslarda iştirakçıların coşğusu şeirlə təmin edilərdi. O 'yüksək səsli şeir' bizə lazım idi. Mən bu ehtiyacı ödəməyə çalışırdım. O günlər geridə qaldı; yəni, mənim şeirim vəzifəsini tamamladı” - deyir.

Ömər Özbay, 70-ci illərin gənclərinin yaddaşında olan şeirləri yazan şair. Üstünə düşən vəzifəsini boynuna götürən, ancaq geridə dayanmağı seçən bir adam. Ehtiyac olduğu üçün şeir yazmağa başladım, deyir amma ondakı şairliyi hər kəs qəbul edir. Şeirini bilənlər çox arzu etsə də, “şeirlərim vəzifəsini tamamladı” deyərək nəşr etməyi düşünməyən Özbay, özü və yaxın yoldaşları üçün şeir yazmağa davam edir. Baş naziri  anladan “Bir Liderin Doğuşu” kitabını Hüseyn Besli ilə birlikdə hazırlayan Özbay, KİTABI OLMAYAN ŞAİR ya da ictimaiyyətdəki ləqəbiylə “The Şair” olaraq tanınır.

 

Emeti Saruxandan uyğulama

 

abdin41@mail.ru

tofigabdin.com

 

KİTABSIZ şair

Şeir macəranız necə başladı?

 

İmam Natiq lisesinin  son sinfinə qədər şeirə, ədəbiyyata çox marağım yoxdu. Daha sonra Cahit Koytak, Əhməd Ertürk, Ünal Mengüşoğluyla tanış oldum və görüşməyə başladım. Mən ayrı bir məcrada gedirdim. Onların təsiriylə ciddi şəkildə kitab oxumağa başladım və ədəbiyyata yönəldim. 1974-cü ildə başladım şeirə. O sahədə bir boşluq görmüşdüm.

 

Necə bir boşluq?

 

Ankarada xüsusilə Nuru Pakdil ətrafında toplaşan gənc şair yoldaşlarımız vardı. Həmçinin “Mavera” jurnalında və Əskişəhərdə Nabi Ovçu və Əhməd Cinsin rəhbərliyində çıxan “Sınaq” jurnalında nəşr olunan gözəl şeirlər vardı. Nə var ki, oxuduğumuz bu şeirlər bizi təmin etmirdi.O günlərin ideoloji mühitinə və yaşadığımız gərginliyə cavab verə biləcək sərtlikdə şeirə ehtiyacımız vardı. Bu cür şeirlər ümumiyyətlə solçulardan çıxırdı; biz də qibtə edir və  niyə bizim də belə patriotik-yüksək səsli şairlərimiz yoxdu” deyərək hayıflanırdıq.

Amma şeir yazım deyə oturunca yazıla bilən bir şey deyil. Yanılmırammı?

O günkü ideoloji birləşmələr içində bir hissiyyat inkişaf edir istər- istəməz. Döyüş, sizi içinə doğru çəkdikcə, şeir özbaşına gəlir. Bir şeylər söyləmək istəyirsiz. Mən də yoldaşlarımın hissiyyatını, ideoloji coşğusunu tamamlayan verdikləri mübarizəni dəstəkləyən və bəzən cəsarətləndirən növdə şeirlər yazmağa başladım. Nə var ki, bir müddət sonra Nabi Ovçu və Əhməd Cins xaric, o günlərin şeir ənənəsini nəzarət edən böyük qardaşlarımız məni çağırıb xəbərdar etdilər.

 

Nə dedilər?

 

Mən bir şeir parçasını ideoloji sayıqlamalara alət etmərəm. Şeirin hər hansı bir fikrə xidmət etməyəcək qədər ülvi və uca bir duyğu olduğunu da dedilər.Şeir son dərəcə mübhəm olmaq qeydiylə ideoloji qurbanı  olmamasının da lazım olduğunu söylədilər.

 

MƏNİM ŞEİRİM ÖZ İŞİNİ TAMAMLADI

 

Siz nə etdiz, necə qarşıladız bu xəbərdarlığı?

Təşəkkür etməklə kifayətləndim. Şeiri özümə sənət etmək kimi bir dərdim olmadığını söylədim. Onsuz da o günlərdə adım “professional şəriətçi” olaraq anılırdı.”Bu hərifdən bir şey olmaz” - deyib maraqlanmaqdan imtina etdilər. Mən öz stilimi pozmadan yoluma davam etdim. Sonrakı illərdə ideoloji rəftarımız həyəcandan təmizlənib, daha doğrusu, yetkinləşib məcramı tapdıqca şeirlə olan əlaqəm də sıxlaşmağa başlamışdı. Şeirdən qopmadım, amma yazdığım şeirləri nəşr etməməyə qərar verdim. Bir baxıma da yaxşı oldu. Maraqlanan necə olsa bir şəkildə çatır şeirlərimə.

 

Niyə belə bir qərar verdiz?

 

Mən özümü heç bir dövrdə sənətçi olaraq təsvir etmədiyim kimi şair olaraq tanınma səyi içində də olmadım. Mən də öz diametrimdə çalışırdım. Misal üçün Hacı Bayram Məscidinin həyətində

 

...səhərə  bir nəfəs qala,

vurdular qardaşlarımı qatillər...

 

deyə davam edən bir şeir oxuyub arxasından payladığımız məlumatlarla “Mehmet Akifi Xatırlama” gecəsinə çağırırdıq. Salonda addım atacaq yer qalmırdı. Mitinqlərdə, yığıncaqlarda, panel və konfranslarda iştirakçıların coşğusu şeirlə təmin edilərdi. O “ patetik, yüksək səsli şeir” bizə lazım idi. O günlər geridə qaldı; yəni, mənim şeirim vəzifəsini tamamladı. Bu səbəbdən nəşr olunması da lazım deyil. Sonra irəliləyən illərdə şeirlərimin müəyyən bir ətraf içində bağlı dövrə aid etməsi daha çox xoşuma gəldi. Nəsr yazmam lazımdıysa, nəsr yazırdım, şeir yazmam lazımdırsa şeir yazırdım. İndi də elə. Üstümə düşən bir vəzifə varsa, orada olurdum. Az qala ictimaiyyətdə çıxan bütün jurnallarda ya qurucu oldum ya da redaksiya üzvü. Ən uzaq qaldıqlarıma da nəşr məsləhətçisi olaraq dəstək verdim. “Yeni Şəfəq” qəzetinin quruluşunda vəzifə aldım. “Zaman” qəzetini bizim yoldaşlar götürdüyündə oradaydım; amma önə çıxmaq kimi bir həvəsim heç bir zaman olmadı.

 

LƏQƏBİNİ “THE ŞAİR” QOYDULAR

 

İrəlidə şeirlərinizi kitablaşdırma kimi bir düşüncəniz yoxmu?

Düşünmürəm. Kitab yox, amma dostlar arasında şair olaraq bir adım var; o mənə çatır. Ömər Polad qeydiyyat və elan edib son nöqtəni qoydu. Baş nazirimizin Misir ziyarətinə qatılmışdıq. Otelin lobbisində söhbət edərkən, söz dönüb gəzib mənim kitabsızlığıma gəlincə Ömər Polad, “yoldaşlar mən bu işin adını qoyum: Ömər Böyük Qardaş “The Şair” dir. Kitabı yoxdur, amma ləqəbi budur”- dedi. Etiraz edən də olmadı.

Şeirləriniz üçün “Bütün cahili yanaşmaları sorğulayıb, tövhidi dünyagörüşünə yönəldən şeirlər idi” deyilir. Buna hər vaxt ehtiyacımız yoxmu?

O günlərdə biz bu gün deyilsə də, sabah Dar-ul Hərb olaraq gördüyümüz Türkiyəni Dar-ul İslam edəcəyimizə inanırdıq. Mən 26 yaşında “müesses nizam” tərəfindən öldürüləcəyimi fərz edirdim. Xanıma evlənmə təklif edərkən ona da dedim. “Məni 26 yaşımda öldürərlər, bu səbəbdən geridə məndən sonra döyüşmü davam etdirəcək bir nəsil buraxmaq istəyirəm. Mənimlə evlənərsənmi?” dedim. O məndən də gözü quru çıxdı, qəbul etdi. Şeir yazırdım, amma İslam hüququ, İslam iqtisadiyyatı üzərinə olmadıq kitabları əzbərləyərcəsinə oxuyurdum. Sanki sabah İslam dövləti qurulacaqdı. Bu psixologiyada köklənən bir şeir və sənət anlayışım vardı. O dövr dəyişdi, mənim şeirim də geri çəkildi.

Baş götürüb Orta şərqdəki İslami dövlətləri araşdırmağa da getmisiniz?

Bəhs etdiyim “Dar-ul İslam” həsrətiylə model axtarışı içindəydik. Libya inqilabı olduğundan, Əfqanıstan hadisələri başladığında oralara gedən yoldaşlarımız oldu. İran İnqilabı olduğunda getdik, araşdırdıq. Heç biri bizi təmin etmədi.

 

ÇEVRİLMƏSİNİ ƏRDOĞAN TƏMİN ETDİ

 

Bu radikallıq daha sonra necə oldu?

Ortama “Milli Görüş” hakim idi. Biz Ərbakan və ətrafındakılardan razı deyildik və onların  intellektual ölçüsünün olmadığını düşünürdük. Onsuz da İslami dövlət kimi bir tələbi olmadığını nəzərdə tuturduq. “Milli Görüş” də heç cür xalqdan kifayət qədər dəstək tapa bilmirdi. İnkişafın mühərriki yenə İstanbul oldu. Bir tərəfdən İslami düşüncəni gündəmə daşıyan nəşrlər artır və yüksək tirajlara çatırkən bir tərəfdən də İstanbul Bələdiyyə Başçısı olaraq Tayyib Ərdoğanın “Milli Görüş”  ənənəsini içindəki ağırlığı hiss edilər şəkildə artırdı. Tayyib bəy, 1989-cu ildə  Bəyoğlu Bələdiyyə Başçılığına  namizədliyi dövründə “Milli Görüş”ün ənənəvi siyasət etmə anlayışını məcbur edən bəzi yenilikləri tətbiq etmiş, təzyiqlərə baxmayaraq öz doğrularıyla hərəkət etməkdən imtina etməmiş və sonunda da ciddi bir müvəffəqiyyət əldə etmişdi. Eyni müvəffəqiyyəti İstanbul Bələdiyyə Başçılığı seçkilərində də göstərdiyində hamımız üçün tutulması lazım olan yolun nə olduğu da bütün açıqlığıyla ortaya çıxmışdı. Nəticədə həm “Milli Görüş” hərəkəti, həm də bu fikri dayazlıqda ittiham edib özünü bu hərəkətin xaricində mövqeləndirən radikal gənclər yeniləmə müddətinə girmişdi. Qısaca belə yekunlaşdıra bilərik.

 

ÖMƏR ÖZBAY ŞEİRLƏRİ

 

Mən mərhum Hafizin yetimi

Xanasız mahiyyətsiz tüfəngsiz

Qıydığım canlar üçün günahkar

Günahkar

qadağan edər dinləmədən köhnə cəlalı

Unutdum

Nə qədər

bir köhlən at idi mənimçin yaşamaq

Dəmli bir çay

Bir az tütün

Və melodiya dolu bir gecənin mətanətini

Yaşıdlarımın xadim narahatlığıyla paylaşmaq

Səhər olar vaxt olur saflar qurular

Yoldaşlar qəhr olası iqtidara gedərdi

Bəzən biz qazanardıq

Bəzən

Tank səsləri gözümüzdə böyüyərdi

Savaş vacib

Eşq qeyri-qanuni

Ümidsizlik intihar idi

Təmənnasız insanlardıq

Nə qayıtdıq döyüşdən illərcə

Nə də məğlub sayıldıq.

Alın yazım

 

Adını yazmaq istədim o, mavi göyüzünə

Qara bulutlar örtər deyə qorxdum yazmadım

Adını yazmaq istədim o,əngin dənizlərə

Adını yazmaq istədim o uca dağlara

Yanar,kül olar deyə qorxdum yazmadım

Adını yazmaq istədim görə bildiyim hər yerə

Bir gün kor olar gözlərim qorxdum deyə yazmadım

 

Adını haramı yazdım?

İsmini haramı qazıdım?

Adını qəlbimə yazdım

Adını içimə yazdım...

Səni mən,məni sən bildim

Yaşamağı,sevməyi,gülməyi...

Həyatı səndə öyrəndim

Ən son öyrənəcəyim şeydir ki,

bu həyatda ölmək

O da sən varkən qəlbimdə

Adın yazılıykən gönlümdə

Heç qorxmadan gülərək ölə bilmək

Səni çox sevirəm alın yazım

 

 

Platonik

 

Sevdim səni...

İllərlə kimsələrə söyləmədən

Özümə belə söyləmədən sevdim.

İçimdə yanan isti bir qor misalı

Soyuq günlərimdə o atəşinlə isindim.

Yalnızlığımda yoldaş,qaranlığımda aydınlıqdın.

Sevdim səni...

Hər şeydən qorunaraq çox sevdim.

Açmamış GÜLdün mənim üçün,

Sənin üçün nə bənövşələr əzdim

qəlbimə eşq toxumunu atdığım gündən bəri

 

səni sevir və səni gözləyirəm.

sənin məni sevməyəcəyini

 

 

mənə gəlməyəcəyini

bilə-bilə...

( hər iki hissə davam edəcək)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2012.- 25 avqust.- S.23.