İslam Şahbandarov: “Azərbaycan postsovet məkanında yeganə respublikadır ki, biz burada heç vaxt özümüzü yad hiss etməmişik”   

 

 Müsahibimiz Amerikadakı Axıska Türkləri Dərnəyi Mərkəzinin (ATACC) prezidenti İslam Şahbandarovdur.

– İslam bəy, məshəti türklərinin hazırkı vəziyyəti, onların problemləri barədə nə deyə bilərsiniz?

 Bildiyiniz kimi, məshəti türkləri və ya özümüzü adlandırdığımız kimi – Axıska türkləri hazırda dünyanın 10 ölkəsində (Rusiya, Ukrayna, Azərbaycan, Amerika, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Şimali KiprGürcüstan) yaşayır. Bu ölkələrdə olan diasporumuzun sayı 100-150 ailədən, bəzi ölkələrdə isə 200 min nəfərdən ibarətdir. Ümumi sayımız isə təxminən 500-600 mindir. Bu rəqəmə təkcə 1994-cü ildə Mərkəzi AsiyadanGürcüstandan deportasiya olunanlar daxildir. Türklərin hazırkı vəziyyəti onların məskunlaşdığı ölkələrin şəraitindən asılı olaraq müxtəlifdir. Əgər xalqımızın son 100 il ərzində tam şəkildə və qismən iki dəfə didərgin salındığını nəzərə alsaq, əminliklə deyə bilərəm ki, bu vəziyyət qənaətbəxşdir. Bir çox ekspertlər diasporumuzun inteqrasiyaetmə bacarığına və bu zaman heç bir halda assimilyasiyaya uğramamasına təəccüb qalırlar. Məshəti türkləri öz adət-ənənələrinə və mədəniyyətinə çox böyük qayğı ilə yanaşırlar. Düşünürəm ki, məshəti türklərinin əsas problemi vaxtilə layiqli şəkildə təhsil almaq imkanlarının olmaması olub. Onu nəzərdə tuturam ki, 1944-cü il deportasiyasından sonra biz bir cəmiyyət kimi 2 nəsil itirdik və üstəlik bundan sonra Özbəkistandan məcburi deportasiya edildikdən və Sovet İttifaqı süquta uğradıqdan sonra daha 2 nəsil də təhsil almaq imkanından məhrum oldu. Lakin hazırda təqdirəlayiq haldır ki, bu problem demək olar ki, tamamilə aradan qalxıb. Bizim bir neçə ölkədə, o cümlədən Rusiyada üzləşdiyimiz digər, heçaz əhəmiyyət kəsb etməyən daha bir problem milliyyətlə bağlı ayrı-seçkilikdir. Lakin yenə də deyim ki, vəziyyət artıq yaxşılığa doğru dəyişməkdədir.

Bilirsiniz ki, Azərbaycanda yaşayan məshəti türkləri ilə bağlı vəziyyət yaxşı mənada fərqlidir...

– Bəli, Azərbaycan həmin azsaylı ölkələrdəndir və postsovet məkanında yeganə respublikadır ki, biz burada heç vaxt özümüzü yad hiss etməmişik. Məlum olduğu kimi, Azərbaycanda ilk məskunlaşmağımız hələ 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində baş verib. İkinci köçkün axınımız isə Özbəkistanda Fərqanə hadisələrindən sonra – 80-ci illərin sonunda baş verdi. Bildiyimə görə, Azərbaycanda yaşayan məshəti türklərinin böyük əksəriyyəti yaşadıqları ölkədəki şərait barədə ancaq müsbət fikirlər səsləndirirlər. Hal-hazırkı vaxtda ölkədə təxminən 70 000 məshəti türkü yaşayır. Onların təxminən 5000 nəfəri Gürcüstana köçmək niyyətlərini bəyan ediblər. İqtisadi üstünlüyə görə, Türkiyəyə köçmək istəyən məshəti türklərinin də məqsədi təbii və başa düşüləndir. Lakin ümumilikdə daha əvvəl də dediyim kimi, bu türklərin böyük əksəriyyəti yaşayışlarını Azərbaycanda davam etdirmək niyyətindədirlər.

– Rəhbərlik etdiyiniz təşkilatın ABŞ-ın Azərbaycan diasporu ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

Bilirsiniz, bizimAhiska Turkish American Community Center” (ATACC) Amerikada Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq edirbu tam təbii olan bir əməkdaşlıqdır, mən hətta deyərdim tərəfdaşlıqdır. Birincisi burada yaşayan məshəti türklərinin əksəriyyəti hansısa mərhələdə Azərbaycanda yaşayıb (misal üçün mən Şuşada yaşamışam), bundan əlavə ittifaq məkanında bizim ümumi tariximiz var. Həm də biz mentalitet və mədəniyyət baxımından bir-birimizə çox yaxın insanlarıq. Odur ki, qeyd etdiyim kimi bu çox səmimi tərəfdaşlıqdır. Biz bir təşkilat kimiUS-Azeris Network” və doktor Adil Bağırov olmaqlaKarabakh Foundation” ilə sıx əməkdaşlıq edirik. Həmçinin PAX Turcicadoktor Cavid Hüseynov ilə sıx işləyirik, eləcə də bu yaxınlarda Anar Məmmədov tərəfindən yaradılmış Amerika Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq edirik. Azərbaycan-Amerika Assosiasiyası və Tomris Azərini qeyd etməyə bilmərəm. Bu təşkilat və insanlar Azərbaycan diasporunun ən fəal və parlaq nümayəndələridirlər. Türk və Azərbaycan təşkilatları arasında əməkdaşlıq son illər ərzində nəzərəçarpacaq dərəcədə artıb ki, bu da nəticədə bu gün çox aktual olan Dağlıq Qarabağ problemi və xüsusilə də, Xocalı hadisələrinin işıqlandırılmasında əhəmiyyətli uğurlara gətirib çıxardı. Eyni zamanda əlbəttə ki, Osmanlı imperiyasında erməni soyqırımının qondarma olması məsələsində də əhəmiyyətli tərəqqiyə səbəb oldu. Hazırda Konqresdə 150-dən çox konqresmenCongressional Caucus on Turkeyadlanan Türkiyəyə qarşı dostluq əhval-ruhiyyəli qrupa (ən böyük qruplardan biri) daxildir. Azərbaycan qrupuna isə 20-dən çox konqresmen daxildir.

 

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2012.- 30 avqust.- S.3.