Xalq muəllimi və azadlıq mucahidi – Mirzə Məhəmməd bəy Zamanbəyov
“Gorkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin kecirilməsi haqqında” Naxcıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 12 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən, unudulmaz rəssamın həyatı, fəaliyyəti və bədii irsi ilə bağlı araşdırmalar aparılır, yeni tədqiqat materialları aşkar olunur.
2002-ci ilin iyun ayında umummilli lider Heydər Əliyev Naxcıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin acılışı mərasimində iştirak etmiş və geniş nitq soyləmişdir. Ulu ondərimiz Naxcıvanın qədim Kəngərlilər nəslini təmsil edən realist, novator, istedadlı rəssam Bəhruz Kəngərlinin yaradıcılığına boyuk qiymət vermişdir: “Onun əsərləri Azərbaycan dovlətinin milli sərvətidir”.
Bəhruz Kəngərlinin bədii irsi muasir Azərbaycan rəngkarlığının orijinal numunəsidir. Biz hec də Bəhruz Kəngərlinin rəssamlıq fəaliyyətindən sohbət acmaq fikrində deyilik. Cunki rəssamın tədqiqatcıları və sənətşunaslar uzun illərdir ki, bu haqda geniş və ətraflı yazmaqdadırlar.
Bəhruz Kəngərli tarixi şəxsiyyətlərin portretlərini də məharətlə yaratmışdır. Onun cəkdiyi portretlərdəki şəxsiyyətlər oz dovrlərinin məşhur simaları olmaqla bərabər, həm də xalqımızın, respublikamızın tərəqqisində boyuk işlər gorduklərindən tariximizdə yaşamaqdadırlar.
Gorkəmli rəssam ozunun rus dili muəllimi Məhəmməd bəy Zamanbəyovun da portretini boyuk ustalıqla işləmişdir. Portretin yuxarı sağ kuncundə rəssam Bəhruz Kəngərlinin imzası və əsərin rəsm edilmə tarixi gostərilmişdir: “1917 q”.
Portret 1968-ci ildə Mirzə Məhəmməd bəyin oğlu Qafar Zamanov tərəfindən Azərbaycan Dovlət İncəsənət Muzeyinə bağışlanılmışdır.
2010-cu ildə bu portretlə bağlı “Şərq qapısı” qəzetində “Bir şəklin izi ilə” adlı yazı cap etdirdik və axtarışlarımızı davam etdirdik. Axtarışlarımız Mirzə Məhəmməd bəylə bağlı xeyli yeni, maraqlı faktlar uzə cıxardı və bu tarixi şəxsiyyətin həyatının, ictimai-siyasi fəaliyyətinin Naxcıvan tarixi ilə bağlılığı hamımızı urəkdən sevindirdi. Mirzə Məhəmməd bəylə bağlı yeni tapıntıları qəzetimizin oxucuları ilə də boluşmək arzusundayıq.
Qeyd edək ki, onunla bağlı xeyli sənədləri və fotoşəkilləri bizə gondərən onun nəticəsi Anar Zamanbəylidir. Yeri gəldikcə bu haqda da danışacağıq.
Mirzə Məhəmməd bəy Fərzalı Sultan oğlu Zamanbəyov XIX yuzilliyin təxminən 60-cı illərində Naxcıvan şəhərində anadan olmuşdur. Onun doğum tarixi arxiv sənədlərinin bəzilərində “1880-ci il” qeyd edilsə də, bu, həqiqətə uyğun deyil. Cunki 1883-cu illərə aid sənədlərdə artıq onun adı Naxcıvan teatrını yaradanların siyahısında cəkilir. Unudulmaz ictimai xadim Rzaqulu Nəcəfov 1928-ci ildə “Dan ulduzu” jurnalının 12-ci nomrəsində “Uzun bir xatirə” məqaləsində yazır ki, dovrun tərəqqipərvər, acıqfikirli, yenilik tərəfdarı olan ziyalılarından Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynalibəy Sultanov, Baxşəli ağa Şahtaxtinski, Mirzə Əlməmməd Xəlilov, Mirzə Ələkbər Bəyalı oğlu Suleymanov, Mirzə Məhəmməd Zamanbəyov və başqalarının təşəbbusu, səyi nəticəsində 1883-cu ildə Naxcıvanda ilk dəfə olaraq “Musəlman incəsənəti və dram cəmiyyəti” adlı bir ədəbi cəmiyyət yaradılmışdır. Digər tərəfdən tədqiqatcı alimlər İbrahim Mollayevin və Abbas Hacıyevin “Naxcıvanın ilk yeni usullu məktəbləri” (2004-cu il) adlı kitabında yazılmışdır: “1896-cı ildə indiki Şahbuzkənddə (kecmiş Kənd Şahbuz) ucsinifli “rus-tatar” məktəbi adlanan yeni usullu məktəb fəaliyyətə başlayır. İlk mudiri Mirzə Məhəmməd Zamanov olmuşdur”.
Deməli, bu iki tarixi fakt təsdiqləyir ki, Mirzə Məhəmməd 1880-ci ildə doğula bilməzdi. Varislər də onun təvəllud tarixinin 1860-cı illərə təsaduf etdiyini təsdiqləyirlər.
Bu araşdırma faktlarından sonra qayıdaq əsl mətləbə. Mirzə Məhəmməd bəyin atası Fərzalı bəyin adı bir cox sənədlərdə “sultan” titulu ilə yazıldığından onun hərbci olduğunu ehtimal etmək olar.
Naxcıvan Muxtar Respublikası Dovlət Arxivində, Azərbaycan Respublikasının Dovlət Tarix Arxivində və Rusiya Dovlət Tarix Arxivində saxlanılan sənədlərdə qeyd edilib ki, Fərzalı bəy Zaman xan Kəngərlinin oğludur. Zaman xan məşhur hərbci Nəzər Sultanın, Nəzər Sultan isə II Kərim Sultanın oğludur. Buradan aksiomatik olaraq gorunur ki, Zaman xan, Kəngərli tayfasının Bilici qolundandır.
Zaman “xan” titulu daşımış və Naxcıvan xanlığının vəziri olmuşdur. 1821-ci ilə aid farsdilli sənəddə (sənədin əsli AMEA M.Fuzuli adına Əlyazmalar İnstitutunda saxlanılır – muəllif) Zaman xanın Naxcıvan xanlığında eşikağası vəzifəsini daşıdığı yazılmışdır.
O, 1820-1821-ci illərdə – I Kalbalı xanın oğlanları I Ehsan xanın və Nəzərəli xanın Naxcıvan xanlığına xanlıq etdiyi illərdə də eşikağası vəzifəsində olmuşdur. Zaman xan həm də bacarıqlı sərkərdə idi. Kərim xanın hakimiyyəti illərində də Zaman xan Naxcıvan xanlığının vəziri olmuş, 1828-ci ildən sonra isə Rusiya təbəəliyini qəbul etməmiş və Marağaya kocmuşdur. Butun bu məlumatların hamısı arxiv sənədlərində qeydə alınmışdır. Hətta 1821-ci ilə aid sənəddə Zaman xanın mohurunun təsviri də verilmişdir.
Kameral siyahılarda ovladlarının bəzilərinin adları qeyd olunmuşdur: Nəcəfalı bəy, İbrahim Sultan, Həsənəli bəy, Abbasəli bəy, Səfərəli bəy, Fərzalı bəy və İrza bəy.
Yeri gəlmişkən qeyd edək ki, rus hərbci şərqşunası, Kəngərli arxivini Tiflisə aparan K.N.Smirnov oz monoqrafiyasında yazır: “Kəngərli ailələrinə məxsus olan sənədlərin icərisində Abbas Mirzənin hicri 1245-ci (miladi 1829) ilə aid fərmanı vardır. Həmin fərmana əsasən, Zaman xan və Məhəmməd Sultan Kəngərlilərin Marağa mahalının kəndlərinin birində vəzifəyə təyin olunmaları haqda Marağa bəylərbəyi Cəfərqulu xana gostəriş verilir”. 1818-ci ilin məlumatına gorə isə Zaman xan hokumətdən təqaud almışdır. 1826-1828-ci illər muharibəsindən sonra ailəlikcə Marağaya kocmuşdur. Ovladlarından bəziləri Naxcıvanda qalmışdır. Qeyd edək ki, Zaman xan həyat yoldaşı Fatma xanım və uc oğlu ilə birlikdə muhacirət etmişdir.
Yuxarıda adı cəkilən Məhəmməd Sultan isə Lutfəli Sultan Kəngərlinin oğludur. Gorkəmli rəssam Bəhruz Kəngərlinin ulu babasıdır. Deməli, Bəhruz Kəngərli ozunun yaxın qohumu və muəllimi Mirzə Məhəmməd bəyin portretini cəkmişdir. Kərim xanın Naxcıvana hakimlik etdiyi illərdə Zaman xan onun vəziri olduğundan 1828-ci ildə onunla birlikdə Marağaya kocmuşlər. O, məktubları Səbzəli bəylə gondərirmiş. Bu haqda Tiflis arxivlərində məlumatlar var. Səbzəli bəy Zaman xanın oğul nəvəsidir. Daha dəqiq desək, onun oğlu Nəcəfəli bəy Səbzəlinin atasıdır. Butun bunlar və digər faktlar Zaman xanın, həmcinin onun varislərinin Naxcıvan xanları ilə yaxın qohumluğunu təsdiqləyir.
Bu şəcərə məlumatlarından sonra indi isə Zaman xanın oğul nəvəsi olan Mirzə Məhəmməd bəy və onun maarifcilik fəaliyyəti haqqında sohbətimizə qayıdaq. Varislərin dediyinə gorə, Mirzə Məhəmməd bəy 1896-cı ildə oz vəsaiti hesabına kecmiş Kənd Şahbuzda məktəb tikdirmişdir. Qeyd edək ki, Zaman xan İrana muhacirət edəndən sonra Rusiya hokuməti ona aid mulkləri musadirə etsə də, onun Naxcıvanda yaşayan ovladlarına babaları Nəzər Sultan himayədarlıq edirdi. Nəzər Sultan Naxcıvanın ən varlı, motəbər mulkədarlarından sayılırdı və qraf Paskevicin cox hormət etdiyi hərbcilərdən biri idi. Varşavaya gondərilən Kəngərli dəstələrini hazırlayanlardan biri də Nəzər Sultan idi. Buna gorə də Zaman xanın ovladlarına catacaq irsi miras Rusiya hokumətinin məmurları tərəfindən tamamilə musadirə olunmamışdı. Mirzə Məhəmməd bəyin atası Fərzəli Sultan Naxcıvanda və Ordubadda zəngin Kəngərlilərdən sayılırdı.
Naxcıvan Muxtar Respublikası Dovlət Arxivindəki 26-cı fondda 78 səhifəlik maraqlı bir iş saxlanılır. “Xeyriyyə” məktəbi nəzdindəki Naxcıvan kişi rus-tatar məktəbi haqqında sənədlər 13 sentyabr 1911-ci ildən 18 fevral 1917-ci ilədək dovru əhatə edir. Burada məktəbin rus dili muəllimi Mirzə Məhəmməd bəyə aid sənədlər də vardır. Həmin sənədlər onun Naxcıvan şəhərindəki maarifcilik və xeyriyyəcilik fəaliyyətinin araşdırılmasına koməklik edə bilər. Məsələn, həmin sənədlərin birində Naxcıvan kişi rus-tatar məktəbinin şəxsi heyətinin siyahısı maraq doğurur.
1) Məktəbin nəzarətcisi – Cəlil Məmməd oğlu Mirzəyev,
2) Muəllim – Məhəmməd Hacı Fərzəli oğlu Zamanbəyov.
Bunların hər ikisinin İrəvan Muəllimlər Seminariyasının məzunları olduğu qeyd edilmişdir.
Burada Məhəmməd bəyin ilk pedaqoji fəaliyyətə 1885-ci ildə başlaması haqda məlumat var ki, bu da onun 1880-ci ildə doğulması faktını təkzib edir.
3) Muəllimə – Tatyana Dudik,
4) Şəriət muəllimi – Mirzə Həbib Yusifov.
Yeri gəlmişkən deyək ki, Mirzə Məhəmməd bəy həm də Qori Muəllimlər Seminariyasında oxumuşdur.
Azərbaycan Respublikası Dovlət Tarix Arxivinin 497-ci fondunda Məhəmməd bəy Zamanbəyovun Qoridəki Zaqafqaziya Muəllimlər Seminariyasının direktoruna yazdığı ərizədə o xahiş edir ki, oğlu Muzəffərin Qoridə seminariyada dovlət hesabına oxumasına, təhsil almasına icazə verilsin. Ərizə 16 may 1911-ci ildə Naxcıvanda yazılmışdır. 1912-ci ilə aid digər sənəddə isə onun qardaşı İrza bəyin seminariyanın direktoruna yazdığı ərizədə İrza bəy xahiş edir ki, oğlu Həsənin Qori seminariyasında oxumasına koməklik gostərilsin.
Bu sənədlərdən aydın olur ki, Məhəmməd Zamanbəyov cox gənc yaşlarından muəllimlik fəaliyyətinə başlamış, Naxcıvanın və İrəvanın ən tanınmış xalq muəllimlərindən olmuşdur.
Yeni tapılan sənədlərdə onun Zeynəbnisə və Nazlı bəyim adlı qızları haqda məlumatlara rast gəlinir.
Sənədlər uzərində araşdırmalar apararkən maraqlı bir akt diqqətimizi cəkdi. Akt 1916-cı il avqustun 31-də tərtib edilmişdir. Bu aktda Mirzə Məhəmməd Zamanbəyova məxsus əşyaların, kitabxananın və dərs vəsaitlərinin Şeyx Kərim Qazızadəyə təhvil verilməsi məsələsi qələmə alınmışdır. Bu bir daha Naxcıvan kişi rus-tatar məktəbinin həmin illərdə ciddi fəaliyyətindən xəbər verir. Məlumat ucun deyək ki, Şeyx Kərimin əsl familiyası “Axundov”dur, “Qazızadə”ni sonralar işlətmişdir. Mirzə Məhəmməd bəy dovrunun acıqfikirli, maarifci, xeyriyyəci, azadlıqsevər ziyalısı olduğundan onu car xəfiyyələri təqib edirdilər. Bu həm də onun babası Zaman xanın Rusiya ilə duşmən munasibətdə olan dovlətdə yaşaması ilə bağlı idi. Hətta Mirzə Məhəmməd bəyə maaşı az verirdilər. Bəzən cox gecikdirirdilər. Vəziyyəti belə gorən Mirzə Məhəmməd İrəvan quberniyasının xalq məktəblərinin direktoruna ərizə ilə muraciət edir. 1843-cu ildə Zaman xanın oğlanlarının Naxcıvana evlənmək ucun gəlmələrinə aid bir maraqlı sənəd də bəzi faktları dəqiqləşdirdi. Təbrizdəki rus konsulluğu bu Kəngərlilər haqqında Gurcu-İmereti mulki qubernatoruna məlumat vermişlər. Burada qeyd olunur ki, onlar vəfat etmiş əmiləri Əmirsuvar bəyin, Əsədəli bəyin və Qasıməli bəyin qızları ilə ailə qurmaq istəyirlər. Oğlanların adları da gostərilib: Abbasəli Sultan, Həsənəli bəy və İbrahim bəy. Bu sənəddən məlum olur ki, artıq Zaman xan vəfat edibmiş. Rusiya hokuməti bu izdivaca razılıq verir.
Mirzə Məhəmməd bəy xeyriyyəciliklə məşğul olmuş və varidatını maarifcilik yolunda sərf etməkdən cəkinməmişdir. O, 1918-1920-ci illərdə daşnaklara qarşı doyuşlərdə fəal iştirak etmişdir. Naxcıvan Araz Turk Respublikasının fəaliyyəti dovrundə Bulqan nahiyyə mudiri vəzifəsində olduğu haqda məlumat vardır. Qeyd edək ki, Naxcıvanın ən cətin zamanlarında “nahiyyə mudirliyinə” inanılmış və hərbi işdən xəbəri olan şəxsləri təyin edirdilər. Mirzə Məhəmməd bəyin oğlu Heydər ali təhsil almış rabitə işcisi kimi Naxcıvanda işləyirdi. 1918-ci ilin iyun ayının 3-də Naxcıvandan Şahtaxtına telefon xətti cəkərkən erməni daşnakları tərəfindən oldurulur. Bu haqda Mirzə Bağır Əliyev “Qanlı gunlərimiz”də yazmışdır. Mirzə Məhəmməd bəyin birinci həyat yoldaşından olan qızı Laləzar xanım haqqında əvvəllər yazmışıq. Onun ikinci həyat yoldaşı ilə izdivacından Heydər, Teymur, Muzəffər, Səttar, Qafar və Xurşud adlı ovladları olmuşdur. Səttar və Qafar Zamanovlar sovet hakimiyyəti illərində dovlət idarələrində bacarıqlı mutəxəssislər kimi ad qazanmışlar. Qeyd etmək yerinə duşər ki, Qafar Zamanov uzun illər yuksək dovlət vəzifələrində calışmışdır. Qafar Zamanov həm də umummilli liderimiz Heydər Əliyevin Naxcıvan İnternasional (Beynəlmiləl) Pedaqoji Məktəbində muəllimi olmuşdur. Həmin məktəbin 38-39-cu il məzunlarının XII buraxılış fotoşəkli Naxcıvan şəhərindəki Heydər Əliyev Muzeyində numayiş etdirilir. Məzun albomundakı muəllimlərin şəkilləri arasında Qafar muəllimin də şəkli vardır.
Qeyd edək ki, unudulmaz rəssam Bəhruz Kəngərlinin boyuk həvəslə işlədiyi portretlərdən biri də “Şirniyyatcı Kərbəlayi Heydərin portreti” adlanır. Cəkilmə tarixi 1919-cu ildir. Milli geyimdə olan Kərbəlayi Heydər Musayev XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Naxcıvanın milyoncu fabrikantı olmuşdur. Onun qızı ilə Qafar Zamanovun nikahından Nadir, Sabir, Nazim, Qorxmaz, Sahib, Ramiz və Rafiq adlı oğlanları dunyaya gəlmişdir. Babalarının sənədlərinin uzə cıxarılmasında ehtiyatda olan polis polkovniki Rafiq muəllim və oğlu inşaatcı muhəndis Anar Zamanbəyli bizə koməklik gostərdilər. Anar Zamanbəyli bizə unvanladığı məktubda bildirir ki, 7 oktyabr 2001-ci il tarixdə umummilli lider Heydər Əliyevlə goruşmək ona nəsib olub. Gənclərə boyuk qayğı ilə yanaşan umummilli liderimiz oz muəllimi Qafar Zamanovu dərin hormətlə xatırlayıb. Anar Zamanbəyli məktubunda yazır: “Sohbət zamanı başa duşdum ki, ulu ondər mənim babamın xatirəsini nə qədər uca tutub, ailəmizə necə boyuk hormət bəsləyirmiş”.
Mirzə Məhəmməd bəyin 1920-ci ildən sonra başına gələnlərdən hec kimin xəbəri yoxdur. Yəqin ki, gələcəkdə tapılan sənədlər bunu aydınlaşdırmağa bizə komək edəcək.
Mirzə Məhəmməd bəy Naxcıvanda işlədiyi zamanlar Qoriyə muhum tədbirlərə dəvət edilirmiş. Belə goruşlərin birində cəkilmiş fotoşəkli Anar Zamanbəyli bizə gondərmişdir. Bu fotoşəklin ozu bir tədqiqat işidir.
Sovet hakimiyyəti illərində Zamanov soyadını işlətmiş Zamanbəyovlar Naxcıvan Kəngərlilərinin Bilici qolundandırlar. Onlar ulu babaları Zaman xanın şərəfinə Zamanxanov, Zamanbəyov, sonralar isə Zamanov yazılmışlar. Yazını bitirməzdən əvvəl bir məsələyə də aydınlıq gətirmək istərdik. Rəssam Bəhruz Kəngərlinin cəkdiyi portretdəki şəkli Mirzə Məhəmməd bəyin cavanlığıdır. Varislər deyirlər ki, burada rəssam təxəyyulu də var.
Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxcıvan ozunun mərd, cəsur və elmli oğulları ilə oyunur. Cunki onlar lazım gələndə qələmi qılıncla əvəz edib doğma Naxcıvanımızın azadlığı uğrunda mərdliklə doyuşublər. Belə oğullardan biri də Mirzə Məhəmməd bəy Zamanbəyov Kəngərlidir.
AMEA Naxcıvan Bolməsi Tarix,
Etnoqrafiya və Arxeologiya
İnstitutunun elmi işcisi
525-ci qəzet.- 2012.- 31 avqust.- S.4.