“İrəli”yə qarşı
aparılan anti-reklam əslində bu təşkilatın gozəl reklamı olur”
Musahibimiz
millət vəkili Ceyhun Osmanlıdır.
– Son gunlər bəzi media
quruluşlarında bir vaxtlar
həmtəsiscisi və sonradan sədri olduğunuz “İrəli” İctimai
Birliyinə qarşı ən muxtəlif xarakterli
ittihamlar səsləndirilir. Bu ittihamlar barədə siz nə demək istərdiniz , bunlar sizcə, təsadufidirmi, yoxsa,
bu təşkilata qarşı
başlanılan kampaniyanın tərkib hissəsidir?
–Birmənalı
olaraq hesab edirəm ki, “İrəli”yə qarşı səsləndirilən
ittihamlar təsadufi deyil,
bunlar sifarişlidir.
“İrəli”yə qarşı başlanan
kampaniya əslində Azərbaycanda
acıq fikirli, muasir duşuncəli, milli
təfəkkurlu və dovlətcilik ənənələrinə
sadiq gəncliyə qarşı
aparılan kampaniyanın bir tərkib hissəsidir. Hər kəs də
yaxşı bilir ki,
“İrəli” olkə Prezidenti İlham Əliyevi dəstəkləyən və
Azərbaycandakı movcud siyasi
kursun olkəmizi hələ daha cox inkişafa doğru aparacağının təminatcısı olduğunu daim vurğulayan bir ictimai birlikdir. “İrəli”
eyni zamanda, real bir gucdur.
Bu gun bəzi təşkilatlar,
hətta, partiyalar yalancı statistikalar dərc etdiyi bir vaxtda, “İrəli” real platforma, real guc, real
fəaliyyət ortaya qoya
bilib. Muxalifətin bizimlə
bağlı təşvişini
də əslində normal qəbul edirəm.
Cunki prezident seckilərinə
təxminən bir il vaxt qalır və hesab
edirəm ki, onlar
artıq bir nov kampaniyaya start veriblər. Onların seckilərlə bağlı “hədəf”lərindən biri də məhz
bugunku islahatların,
inkişafın, siyasətin real təbliğatcısı
olan , bunu rasional olaraq təhlil edən,
yəni, pafosdan uzaq bir şəkildə araşdıran, bunu daim ictimai
muzakirələrə gətirən, həmcinin, ortaya qoyduğu real fəaliyyətlərlə boyuk
bir gənclik təbəqəsini ətrafına
toplaya bilən
“İrəli”yə
qarşı anti-təbliğat, qaralama
kampaniyasını təşkil etmək idi.
Yəni, “İrəli” təbii şəkildə muxalifətin
hədəfinə gəlməliydi və artıq bəlli dairələr
tərəfindən də bu qaralama , ləkələmə kampaniyasına start verilib. Amma əslində
sizə maraqlı bir faktı deyim ki, “İrəli”yə
unvanlanan tənqidlərin, ittihamların, bu absurd ləkələmə
kampaniyasının arxasında dayanan quvvələr
cəmiyyətin o qədər nifrətinə
səbəb olan insanlardır ki, onların bizə qarşı
başlatdıqları anti-reklam bizim “İrəli” ucun
bir nov gozəl
reklamdır. O mənada ki, bu
absurd ittihamların arxasında dayanan insanlar destruktivlikləri
ilə hec kimdə şubhə
doğurmadıqlarına gorə, belə destruktiv
elementlərin konstruktiv bir
təşkilata atdığı qondarma iftiralar da artıq əks-effektini
verir. Bunun nəticəsində
isə “İrəli” daha da reklam
olunmuş olur. Yəqin
ki, kultura.az saytı və
“Yeni Musavat” qəzetindəki
təkrar-təkrar bu, iftira
dolu məlumatların şahidi
olmusunuz. Yenə də qeyd
edirəm ki, məsələn, sozugedən
qəzetin sarı mətbuat olduğu hec kimdə şubhə doğurmur
və orada yazılanların da xəyal urunu olduğu hec kəs də
şubhə doğurmur. Onlar
oz səhifələrində insanlara
qarşı o qədər cox
yersiz ittihamlara, əsassız,
məntiqsiz, absurd, cəfəng fikirlərə
yer veriblər ki,
artıq demək olar ki,
hec kim bu
qəzeti ciddi hesab etmir. Belə olan
halda da maraqlı bir məqam baş verir, yəni, bu qəzetə o qədər
antipatiyası olan insanlar
var ki, “İrəli”
haqqında hər hansı bir tənqidi
yazı dərc ediləndə, bu, həmin
insanların “İrəli”yə simpatiyasının daha da guclənməsinə
səbəb olur. Ona
gorə adıcəkilən qəzetin təmsilcilərindən
xahiş edirəm ki, onlar calışsınlar ən azı gundə
bir dəfə
“İrəli” ilə bağlı absurd
tənqidi yazı versinlər. Bir daha deyirəm, onların hər cəfəng
yazısından sonra “İrəli”yə olan dəstəyin
həcmi bir az da artır və təşkilata simpatiya ilə yaşanan
insanların sayı xeyli guclənir. Cunki onlara antipatiya
ilə yanaşan insanlar
həddindən artıq coxdur və təbii
olaraq, onların hər belə tənqidindən
sonra həmin quvvələrə nifrətlə
yanaşan insanların daha
cox “İrəli”yə axını və
dəstəyi baş verir...
– “İrəli”nin
real uzvlərinin, təəssubkeşlərinin,
eləcə də, bu ittihamlardan
sonra təşkilata uz
tutanların sayı nə qədərdir? Hər halda bu məsələ bu gun sizin
səlahiyyətinizə bir qədər aid olmasa da
belə...
– “İrəli”nin
real uzvlərinin sayı təxminən 30
minə yaxındır. Bir muddət oncə
uzvlərimizin sayı 27 mini kecmişdi, amma “İrəli”nin
real sosial bazası daha boyukdur. “İrəli”nin bu gun iki facebook
səhifəsində sadəcə, 100 minə yaxın insan var. Bilirsiniz, 21-ci əsrdə
artıq hansı təşkilatın real
mənada necə uzvu olduğu
o qədər də əhəmiyyətli deyil...Əhəmiyyətli olan
həmin təşkilatın informasiya
resurslarından istifadə edərək nə qədər insana cıxışının
olmasıdır, nə qədər auditoriyanı əhatə
edə bilməsidir. Əsas onəmli olan
budur və hesab edirəm
ki, “İrəli”
də bu gun Azərbaycanda informasiya
resurslarından ən duzgun istifadə edən
təşkilatlardan biridir. Eyni
zamanda duşunurəm ki,
“İrəli”nin real əhatə dairəsi
dəfələrlə coxdur. Sadə bir sosioloji
sorğu aparmaq olar, yəni, Bakı şəhərinin hər
hansı bir noqtəsində və ya Azərbaycanın hər hansı bir bolgəsinə gedərək insanlara yaxınlaşıb, sadəcə, xahiş edə bilərsiniz ki,
onlar hansı gənclər təşkilatlarının
adlarını cəkə bilərlər. Mən əminəm
ki, cox sayda
insana rast gələcəksiniz
ki, onların Azərbaycanda
tanıdığı yeganə gənclər təşkilatı “İrəli”dir. Bizim
ucun real gercəklik , real mənada Azərbaycan insanının nə
duşunduyu məhz budur.
Belə demək mumkunsə, ozu-ozunu
cəmiyyətdən təcrid etmiş bir qrupun – hansı ki, bunların bəzi numunələrinə bu yaxınlarda Tatarıstanda da
şahid olduq, orada hansısa bir qrup mağaraya cəkilib, yerin altına enib və ozunu bir quvvə hesab edir – indi haqqımızda
nə duşunduyu də sozun
acığı bizə bir o qədər
maraqlı deyil, biz
buna diqqət də ayırmırıq. Amma onlar ozlərinə əziyyət
verərək bizi reklam
etməyə davam etmək istəyirlərsə
, buyursunlar, davam etsinlər,
onlara buna gorə, sadəcə
minnətdarlığımızı bildirə bilərik.
– Bu, maliyyə şəffaflığı məsələsi butovlukdə dovrumuzun
ən aktual məsələlərindəndir.
Bu baxımdan, “İrəli”də bu maliyyə şəffaflığı məsələsi
nə yerdədir, bir ictimai
təşkilat olaraq, “İrəli”
hansısa aidiyyəti qurumlar
qarşısında maliyyə hesabatı verirmi?
– Bilirsiniz, hansısa qeyri-hokumət təşkilatı
haqqında sohbət “İrəli”dən getmir,
danışarkən birincisi, movcud qanunvericiliyi bilmək
lazımdır ki, hər bir
qeyri-dovlət qurumu yalnız oz uzləri qarşısında hesabat verir. Ona gorə indi qıraqdan deyilənlərin məntiqi
haradan qaynaqlanır, o,
doğrusu, bizə təəccublu və
gulməli gorsənir... Cunki “İrəli” tək-tuk təşkilatlardan
biridir ki,
vaxtlı-vaxtında hesabat-secki
konfransı kecirir və xatırlayırsınızsa,
may ayında
“İrəli” ən son hesabat-secki konfransını kecirdi.
Burada da iki minə yaxın secilmiş uzvlər iştirak
etdi və qurum oz uzvləri
qarşısında hesabat verdi.
İndi mən bu tənqidi,
absurd fikirləri yazan,
bu məsələyə əsasız yanaşan insanlara sual vermək istəyirəm ki, onlar ən son hesabat
konfranslarını nə vaxt keciriblər
və nə zaman oz
uzvləri qarşısında hesabat veriblər,
hansı layihələrinin adını acıqlayıblar,
hansı rəqəmləri soyləyiblər? Mən əslində
onları başa duşurəm,
onların fəaliyyətləri
olmadığına gorə, bəlkə də hec hesabat verməli bir məlumatları
yoxdur, bunu da normal hesab
edirəm.
Amma məsələn,
cox sadə bir yolla bizim irəli.az
saytına daxil olaraq, orada butun layihələrimiz
və hətta, son hesabat-secki
konfransında səslənən hesabatın mətni ilə də
tanış olmaq mumkundur.
Hansı ki, “İrəli”nin Mərkəzi Nəzarət-Təftiş
Komissiyası buna munasibət bildirib. Və qeyd edim ki, “İrəli”nin indi cox gozəl gənclərdən
ibarət bir komandası var
və bu komanda həddindən
artıq fəal gənclərdən ibarətdir. Bu da bizə deməyə əsas
verir ki, “İrəli” oz
tarixi missiyasını yerinə yetirə hansı ki, son bir necə ildir Azərbaycanda ən fəal gənclər
təşkilatı olaraq, gundəmdə ola bilib. Yəni, bu gun secilmiş
komanda deməyə əsas verir ki, ən azı novbəti
illərdə də “İrəli” hələ uzun
muddət ən fəal gənclər təşkilatı olaraq qalmaqda davam edəcək. Belə olan
halda da, bizim rəqiblərimiz gundəmdə qalmaq
ucun iki mumkun secimdən ikincisini
seciblər- birinci secim
hər zaman
real fəaliyyət ortaya
qoyub əməli ilə gundəmə gəlməkdir,
hansı ki, onlar da bunu edə bilmirlər. Bunu etmək ucun kreativ insanlar, kreativ komanda, kreativ təşəbbuslər, umuumiyyətlə,
normal , səmimi munasibətlər , muasir dunyagoruşu
lazımdır. 21-ci əsrdə muasir dunyagoruşu, intellektual
muzakirə muhiti, real
fəaliyyət ortaya qoymadan
da hec kimi ətrafına toplaya bilməzsən. Umumiyyətlə, hec kimi ətrafına toplanmağa məcbur da edə
bilməzsən. Bu zaman
bir məsələ qalır, real mənada səmimi insan
olmaq, intellektual, kreativ təkliflər irəli surmək və bunun davamı olaraq da real fəaliyyət sərgiləmək.
“İrəli”nin rəqibləri də bunu
edə bilmirlər, onlar, nə normal insani munasibət, nə
də peşəkar fəaliyyət sərgiləyə
bilirlər və təbii olaraq, onların arxasınca insanlar da gəlmir. Amma tam əksinə, “İrəli”də bunun olduğunun gorurlər,
sadəcə, ozləri oz səhvlərindən
nəticə cıxararaq, real fəaliyyətlə
ortaya cıxmaqdansa, “İrəli”yə daş atmaqla məşğul
olurlar. “İrəli” də həmişə gundəmdə olan təşkilat olduğuna
gorə, onunla bağlı hər bir xəbər
insanlara maraqlıdır. Həm “İrəli”nin uğurları barədə
məlumatlar insanları sevindirir, həm də
“İrəli” haqqında hər hansı iftira
yazılanda təbii ki, insanlar
bunu qəzəblə
qarşılayırlar. Əslində “İrəli”yə bu cur iftiralar
atmaqla, dediyim bu, kateqoriya insanlar sosial bazalarını daraldırlar, bir cox neytral
insanların da nifrətini
qazanırlar və hansı ki, bu anda bu,
bizim işimizə gəlir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 31 avqust.- S.3.