Gəlin Qarabağı düşünək hərdən...

 

Fikir düşüncələri

 

“Sanki kimsə bıçağı götürüb yer üzündən hər şeyi silib, lakin evlərin  bünövrələrini saxlayıb... Orda yaşayan ermənilər satıla biləcək hər şeyi daşıyıb...Ən dəhşətli xarabalıqlar Ağdamdadır...Bu şəhər indi vaxtilə Yaponiyanın atom bombasından zərər çəkmiş Naqasaki şəhəri kimi məhv edilib....”

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın bu günlərdə mediaya açıqlamasındakı bu məqamı sətirbəsətir, sözbəsöz oxudum. Bəlkə 10 dəfə, bəlkədə daha çox, oxumağımın  sayı hesabı yox idi.  Amma faydası, oxumaqla torpaq geri qaytarılmır....

 

lll

 

Azərbaycan  son iyirmi ildə regionun aparıcı dövlətləri sırasına qoşulmaqdadır. Az qala  bugünkü  Avropaya da meydan oxumaq niyyətindədir. Belə bir iddiada olmağı hər bir dövlət arzulasada, şans hər kəsə verilmir.

Lakin göründüyü kimi bütün sahələrdə müəyyən irəliləyişlər olsada, təəssüf edirəm ki, bu irəliləyiş Qarabağ cəbhəsində hiss edilmir. Sanki hansısa bir qüvvə bizi Qarabağdan uzaqlaşdırır. ən dəhşətlisi odur ki, sanki elə bu qüvvə Qarabağı beyinlərdən silmək arzusu ilə yaşayır. Bu, yəqinki, tək məni deyil, bütün əlli millyonluq AZƏRBAYCANLINI narahat edir...

İyirmi ildə iyirmi santimetr torpağımızı qaytara bilməməyimiz mənən adamı sıxır, rahat buraxmır. Görən bu günkü nəsil torpağı qaytara bilməsə, bəs onda yeni dünyagörüşlə böyüyən nəsil bizə nələri deyəcək. Bilirikmi?

Biz iyirmi ili beləcə torpaqsız yola verdik. Heç olmasa növbəti iyirmi illikdə hər hansı addım ata biləcəyikimi? Axı yola verdiyimiz iyirmi ildə çox görə bilərdik. Amma az gördük. Məni qorxudan odur ki, belə getsə Ağdamsız, Şuşasız Qarabağsız böyüyən gəncdə sabah qarabağlı mentaliteti, qarabağlı səsi, siyasəti ən nəhayətdaşdan pul çıxarmaideologiyası qalmayacaq. Sabah bu gəncdən Xankədi haqqında soruşanda deməyəcəkmi ki, söhbətGənclik”dəki möhtəşəm restorandan gedir. ya Şuşa haqqında soruşanda Təbriz küçəsindəki restoranı göstərib deməyəcək ki, o şəhər yox, restorandır. O cümlədən digər işğal altında olan yaşayış məntəqələrini... Bax bu məni qorxudur...

Biz bir milyon qaçqın məcburi köçkünümüzün, habelə torpaqlarımızın  iyirmi faizinin işğal altında olmasını əzbər bilirk. Bəs bu abzasın üçüncü, beşinci onuncu  cümləsini niyə demirik. Axı əlimizdə Ermənistan silahlı dəstələrinin törətdikləri vəhşilikləri isbatlayacaq  yüzlərcə, minlərcə fakt var. Bu faktları təhlil edib, məgər ictimai müzakirəyə vermək olmazdımı. Siyasilərimiz fikirlərini daimlazım gələrsə torpaqlarımızı hərb yolu ilə azad edəcəyikdemələri ilə yekunlaşdırırlar. Deyirəm, Aqil müəllim demişkənbəlkə elə özümüz buLazıma  minnətçi  düşək ki, gəlsin...”  

 

lll

 

Həqiqətən iyirmi ildə çox görə bilərdik. Bu gün ölkəmizin giriş qapılarından tutmuş paytaxta qədər bir yerdə sosial reklama, ki, Qarabağ haqqında bilgilərə rast gəlməzsən. Bu gün böyüyən gəncin Ermənistan silahlı dəstələrinin ölkəmizə vurduqları maddi-mənəvi ziyanın həcmi haqqında bilgisi yoxdur. Axı torpaqlarımızın iyirmi faizini itirsəkdə Azərbaycanda Qarabağın yeri çəkisi otuz faizi keçirdi. Bunu izah edəsi yüzlərlə tarixi sənəd var. Bugünkü gənc bilirmi ki, Qarabağın ölkəmizin tarixi inkişafında rolu böyük olub. Dünyada üçüncü yaşayış məskəni Qarabağda aşkar edilib. Ölkəmizdə dəvəçliyin üzümçülüyün inkişafı məhz buradan  başlayıb. Azərbaycanın ən məşhür maşın sənətkarları Ağdamda olub. Hələ mən məşhur dəri sənətkarlarını demirəm. Dünyada ikinci Çörək Muzeyinin Ağdamda yaradılmasını, Qarabağ atlarının dünyada yayılan şan şöhrətini bu sıraya əlavə etsək siyahının qədər böyüdüyünü görə bilərik.

Ölkəmizdəki ilk məktəblər sırasında Şuşa, Füzuli Ağdamda açılan təhsil ocaqlarındandır. Ağdamın perspektiv inkişafının məhz baş plana uyğun aparılması bu planın hələ 1940-cı ildə müzakirəyə çıxarılmasından xəbərimiz varmı. Bu gün böyüyən gənc sabah Ağdam alındığı halda hansı hərəkət etməli olduğunu bilirmi. ya Ağdama, Şuşaya işğal altında olan digər yaşayış məntəqələrinə necə gedəcək...

Bilmir, çünki itkilərimizi, tariximizi  lazımi səviyyədə təbliğ edə bilməmişik.

 

lll

 

Ağdam Çörək Muzeyinə həsr etdiyim ilk tədqiqatımda  muzeyin yaranmasında fəaliyyətində əməyi olan 52 nəfərlə görüşmüşdüm. Görüşdüyüm şəxslərin səksən faizi, içi özüm qarışıq muzeyə girişi xatırlamaqda çətinlik çəkdik. Yəni,  yada sala bilmədik ki, muzeyə daxil olduqdan sonra  hansı istiqamətə getməliyik. Artıq yaddaşımızdan bu məqamlar silinib. Etiraf etməliyik ki,  səbəb bir tərəfdən yaşla bağlıdırsa, digər tərəfdən bu mövzuların tədqiq təhlil olunmaması, o cümlədən yazıya köçürülməməsi ilə bağlıdır.

 

lll

 

İyirmi ildə atmadığımız addımlardan biri də, Ermənistanın yürütdüyü siyasətin iç üzünü açıb ortaya qoya biləcək  ermənişünaslıq mərkəzinin yaratmamığımızla bağlıdır. Keçmiş sovet dönəmində SSRİ Elmlər Akademiyasının nəzdində ABŞ və Kanada adında bir institut fəaliyyət göstərirdi. ABŞ-da da eyni məzmunlu SSRİ adlı institut var idi.

Bu indi belədir. Özünə rəqib bildiyin ölkənin inkişaf strategiyasını, problemlərini digər məsələlərini öyrənmək məqsədi ilə strateji mərkəzlər fəaliyyət göstərir. Bu yazılmamış qanunlardan biridir. ABŞ, Rusiya, Çin digər inkişaf etmiş ölkələr məhz bu səbəbdən bir-birilərini yaxşı tanıyır tanıdığına görə addım atırlar. Biz isə iyirmi ildir torpağımızı həyasızcasına işğal altında saxlayan, minlərlə azərbaycanlını məhv edən bir ölkənin üzünü dünyaya isbat etmək üçün hələ bu tipli strateji mərkəz yaratmamışıq.

İkinci bir tərəfdən bu gün Azərbaycanın erməni dilində təbliğinə yer ayırmırıq. Bu təbliğatın  elektron mediada, istərsə , internet mediasında aparılması daha önəmlidir. Bu gün sərhədyanı ərazilərdə belə təbliğatın sistemli şəkildə aparılmasına ciddi şəkildə ehtiyac duyulur...

Düşmənə ancaq onun öz dilində danışıb qalib gəlmək olar, fikrimcə...

 

lll

 

Bu arada  bir məqamı qeyd edim ki,  2012-ci ildə Xocalı soyqırımının tanıdılması ilə bağlı  atılan addımlardan diqqətimi çəkən məhz dövlət başçısının da qatıldığı yürüş oldu. Bəlkə, elə bu cür sülhməramılı yürüşü Qarabağa təşkil edək. Sülhməramlı bir siyasətlə. Davasız-şavasız...

Bəlkə, ilkin olaraq Qərvəndə, Xaçın çayın burada olan körpüsünədək gedək. Xalqın tələbini, istəyini göstərmək üçün.

Həm də Qarabağa yol məhz buradan başlayır axı...

Yekun olaraq deyim ki, biz bütün cəbhələrdə qazandığımız uğurları Qarabağa kökləməliyik. Xüsusəndə ideologiya sahəsində. Bundan sonra “ən dəhşətli xarabalıqlar”la üz üzə qalmamaq üçün hər zaman Qarabağı qaytarmaq barəsində düşünməli, hər birimiz çalışdığımız sahədə problemin həllinə dəstək verməliyik. 

 

 

Vüqar Tofiqli

 

525-ci qəzet.- 2012.- 30 noyabr.- S.4