“Qadın
da ağac kimidir...”
İstedadlı şair və tərcüməçi Narıngülün
(Babayeva) “Qadın da ağac kimidir”
adlı şeirlər
kitabı “Elm və təhsil” nəşriyyatında
işıq üzü
görüb. Kitabın “ön söz”
müəllifi xalq şairi Fikrət Qoca, belə demək olarsa, “son söz”ünün müəllifi
isə, tənqidçi
Vaqif Yusiflidir. Daha dəqiq desək, tənqidçinin 2003-cü ildə
“Ədəbiyyat” qəzetində
dərc edilmiş “Sonuncular” adlı yazısı ixtisarla kitaba daxil edilib.
Bu kitabın görünən
tərəfləridi. Bəs görəsən Narıngülün
cəmi 80 səhifəlik
kitabında verilmiş
şeirləri necədi?
Əvvəlcədən bildirim ki, Narıngülün
şeirləri həmişə
məndə maraq oyadıb. Ancaq bu kitabdakı
şeirlər daha ürəyimcə oldu.
Çünki bu kiçik
həcmli şeirlərdə
konkretlik, özünəməxsus
məna və məzmun var. Müasir,
modern üslubda olan bu yazılarda təbii olaraq kədər nə qədər üstünlük
təşkil etsə belə, onların içində parlayan işıq da oxucunun gözündən yayınmır. Ancaq fərqli
düşüncə və
ifadə tərzi kimi bu işıq
da müəllifin öz işığıdı.
...Səndən sonra
çox şeylər
oldu,
anlada bilmirəm...
və o qədər ağladım ki,
yaz gəldi.
Bu gün müasirlik adına sırınmış
o qədər anlaşılmaz
“quraşdırmalar” meydana
gəlir ki, nəinki zövq almaq, heç onlardan baş açmaq da olmur. Ancaq mən Narıngülün
şeirlərini sanki həzin bir musiqi sədasının müşayiəti ilə
dinlədim. Belə desək,
bu klassik musiqi ilə müasir musiqinin sintezi olan gözəl
bir melodiyanı xatırladırdı. Xüsusilə “Qış lövhəsi” şeiri özü bir ahəng yaradır.
Gecəyə
qar yağır,
Gəlin
köçür,
ar yağır...
Küçə ağ qarla,
pambıqla,
ağ qarla döşənib
Ağaclar
çəliyə söykənmiş
qarıya,
qar qıza,
qarıya bənzəyir.
Narıngülün “mübarək” söylədiyi
elə saf bir dünyası var ki, bu
hər kəsə qismət olmaz. O özü
də bir insan kimi safdı,
kimsəylə işi
yoxdu, başqaları üçün bəlkə
çox şey etməsə belə, ona zərbə vurmaz, yamanlamaz, paxıllıq etməz, qəzəbdən püskürməz.
Yoxsa o, belə şeirləri yaza bilməzdi ki. Şeir şairin tərcümeyi-halıdı,
özü də ən səmimisi... “Qaçdım adilikdən”
adlı şeir də fikrimi təsdiq edə bilər.
Qaçdım adamlardan gücüm
çatınca,
Qaçdım adilikdən sirrə sığındım.
Mən coşmuş bir çayam qurumadım ki,
Geri çəkildikcə sözə yığıldım.
Narıngülün söylədiyi həqiqətlər bir tərəfdən də adama o qədər doğma gəlir ki, çünki bu hissləri sən də yaşamısan, sən də yanmısan, amma bu yaşantıları
kimsə yox, Narıngül belə gözəl poetik şəkildə qələmə
alıb:
...Mən ucqar küçəylə qaçırdım,
Kimsəsiz bağlardan qadın
ətri
gəlirdi.
Uzaqdan
onun
əllərini görürdüm.
Onun əllərini.
Yasəmən müjdəli və
yalqız...
...Və sonda Narıngülün
“Bayraqlar” adlı bu balaca şeiri
Vətən adına
yazılmış cild-cild
kitablardakı bağırtı,
pafos, boğazdan yuxarı söz xətrinə deyilmişlərdən
çox-çox qiymətli
gəldi mənə.
...Bayraqları torpaq üstə atmayın.
Torpağı bətnimizlə
hifz etməyə hazırıq.
Bayraq güllə saxlamır,
Torpaq güllə
keçirmir.
Biz
bir az da torpağıq.
Biz
bir az da bayrağıq
bətnimizdə güllələr.
cismimiz çilənmiş
qan
Qanda döyüş
havası.
Biz hamımız
Vətənik
Torpaqla bayraq arası!
...İnanıram ki,
bu kitabından sonra Narıngülü bir şair olaraq
sevənlərin sayı
daha da artdı.
Mina RƏŞİD
525-ci qəzet.-
2012.- 5 dekabr.- S.7.