Rejissor sənəti və milli-mədəni
təkamül
Azərbaycanın vüsətli sosial-siyasi və iqtisadi inkişafında təhsilin
rolu misilsizdir. “Yeniləşən
Azərbaycana yeni məktəblər” şüarı
altında yeridilən
siyasət ölkəmizdə
intibah səviyyəli
bir maarifçilik hərəkatı doğurub.
İndi təhsil sözün həqiqi mənasında dövlətçilik strategiyasının
əsas istiqamətini
müəyyən edir.
Azərbaycan təhsilinin intellektual
səviyyəsini və
inteqrasiya imkanlarını
artırır. Bu sırada xalq psixologiyasına daha tez və davamlı
nüfuz edən mədəniyyət təhsili
öncül yer tutur.
Humanitar və ictimai elmlər sahəsində dövlət strategiysını
inamla həyata keçirən ADMİU-da
rektor professor Timuçin
Əfəndiyevin rəhbərliyi
ilə mədəniyyət
təhsilinin aktual, həlli zəruri problemləri mütəmadi
olaraq müzakirə objektinə çevrilir. Bu günlərdə
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
Böyük Elmi Şurasında xalq artisti, görkəmli rejissor, professor Cənnət Səlimovanın
“Müasir teatr və K.Stanislavski” mövzulu məruzəsi dinləndi. Dahi rus teatr rejissoru,
aktyoru və pedaqoq Konstatin Stanislavkinin 150 illik yubileyi ərəfəsində
dinlənilən bu məruzə öz aktuallığı və
orijinalığı, fərqli
məziyyətləri ilə
böyük maraq doğurdu.
XIX əsrin sonlarında
səhnənin vəziyyəti
Stanislavskini təmin etmədiyi üçün,
onu bu sahədə
bir sıra islahatlar aparmaq düşündürürdü. 1897-ci ildə Nemiroviç- Dançenko dahi rejissoru filarmoniyaya dəvət edərək,
onunla teatrın hazırki vəziyyəti ilə bağlı bir sıra məsələləri
müzakirə etdilər.
Sonralar Stanislavski bu
barədə yazır
“Nemiroviç-Dançenko ilə
ilk görüşümüz yeni teatrın yaranmasının əsasını
goydu”.
Stanislavskinin həyat kredosu və yaradıcı fəaliyyətindən həvəslə
danışan məruzəcinin
professional və müasir
tərzli şərhləri
məruzəni dinləyən
Azər Paşa Nemət, Ağakişi Kazımov, Bəhram Osmanov kimi tanınmış rejissorların
diqqətinə səbəb
oldu. O. dedi: “Mən bilərəkdən
Stanislavski nəzəriyyəsini “sistem” adlandırmıram . Əvvəla ona görə
ki, o özü də araşdırmalarını
belə adlandırmayıb,
ikincisi, o araşdırmaların
çətinlikləri belə
hesab etməyə əsas vermir. Böyük Stanislavski bu gün də müasirdir, ona görə müasirdir ki, biz hamımız canlı, həqiqi hisslər üçün
darıxmışıq.
Dövrdən-dövrə adlayan son dərəcə canlı Stanislavski nəzəriyyəsi hər zaman bizim həyatımızı nəsə bir yeniliklə işıqlandırır, yaşamın ən üzücü, ən müstəsna suallarına cavab verməyə şərait yaradır; biz niyə yaşayırıq, niyə dünya fanidir, niyə biz məhz bu cür yaşayırıq. Onun nəzəriyyəsi bizi cavab tapmağa məcbur edir və hər dəfə də suallar yeni cəhətdən açılır, o bizi özümüz barədə, bizi əhatə edən həyat barədə düşünməyə vadar edir. Bu canlı nəzəriyyə, canlı teatr və canlı insan deməkdir. Bu böyük ehtiraslar və həmişə cavabını tapacağımıza ümid etmədiyimiz böyük suallar həqiqətidir”.
Xalq artisti Cənnət Salimovanın məruzəsində diqqət çəkən məqamlardan biri də ilk baxışdan həyat həqiqətinə, xüsusən məntiq və ardıcıllığa ehtiyac olmayan bir sahəyə, absurd teatra müraciəti idi. Çıxışında Martin Eslin 1961 –ci ildə çap olunmuş “Absurd teatr” əsərinə sökənən natiq dedi: “Stanislavski nəzəriyyəsiylə absurd teatrının nə əlaqəsi ola bilər? Məlum olur ki, Stanislavski olmadan, onun “Təklif olunmuş vəziyyətə inam”ı olmadan heç bir absurd vəziyyət tamaşaçılar üçün inandırıcı ola bilməz”.
Professor Cənnət Səlimova özünəməxsuz yozumları ilə böyük rejissorun davamcıları və inkarcılarından danışdı. MBAT (MXAT) məktəbinin məzunu Azərbaycanın görkəmli rejissoru, səhnəmizin iftixarı Mehdi Məmmədovun Stanislavski nəzəriyyəsinə əsaslanan rejissor sənəti barədə əsərlərini diqqətə çəkdi. Azərbaycanda çağdaş rejissor sənətini yüksək giymətləndirən rejissor belə dedi: “Bizim həyatın absurd, mənasız olduğunu başa düşmək üçün onu dəqiq və inandırıcı şəkildə yaşamaq lazımdır, bu isə Stanislavski nəzəriyyəsini bilmədən mümkün deyil. Teatrda inqilabi yeniliklər edən Tofiq Kazımov Knebelin sevimli tələbəsi olub. Onun müqtədir sənətkar İ.Əfəndiyevin pyesi əsasında hazırladığı “Sən həmişə mənimləsən” tamaşası öz həqiqiliyi, səmimiyili, inamıyla heyrət doğurur. Bütün bunlar K.S.Stanislavskinin və onun sadiq tələbəsi M.O.Knebelin öyrətdikləridi”.
Məruzəçinin müasir Azərbaycan rejissor sənəti ilə bağlı fikirləri, teatrın bu gününə və gələcəyinə dair perspektivləri dinləyicilərin diqqətinə səbəb oldu. “O ki qaldı bizim tədris müəssisəmizə, mənim qənaətim belədir: biz arzu edənlərə öz sistemini tədris edə biləcək şəxsi studiya deyilik, hər kəsin istədiyi kimi oynadığı özfəaliyyət deyilik, məhdudlaşdırılmış təhsil sistemi olan texnikum deyilik, biz hətta institut da deyilik. Biz Universitetik, ona görə də tədris etdiyimiz təhsil tam, klassik, dərin olmalıdır. Məncə, Stanislavski nəzəriyyəsini, onun əsas prinsiplərini bilmədən aktyor və rejissor sənəti ilə məşğul olmaq olmaz”.
Tədbir müzakirələrlə davam etdi. Hər zaman olduğu kimi ADMİU-nun Böyük Elmi Şurasında dinlənən məruzə böyük marağa səbəb oldu. Cünki ənənəvi olaraq yeni metodlarla hazırlanan bu məruzələrin əsas müddəaları çağdaş Azərbaycan nəzəri estetik fikrinin orijinal istiqamətdə təkamülü üçün metodoloji zəmin yaradır.
İntiqam
525-ci qəzet.- 2012.- 7 dekabr.- S.7.