“Yüksək turizm potensialına malik Azərbaycanın bu sahədə də parlayacağına inanıram”

SEYİD ƏHMƏD ARSLAN: “ORTAQ DİL, DİN, TARİX, MƏDƏNİYYƏT VƏ SİYASİ MARAQLARA GÖRƏ TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA MİSİLSİZ MÜNASİBƏTLƏR YARANIB”

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtım müşaviri Seyid Əhməd Arslan 1967-ci ildə Yozqatın Sorqun ilçəsində dünyaya gəlib. İlk orta təhsilini doğulduğu Sorqunda tamamlayıb. 1986-cı ildə Ankara Universitetinin, 1990-cı ildə İstanbul Universitetinin məzunu olub. Elə həmin ildən Ankarada Mədəniyyət Nazirliyində məmur olaraq işə başlayıb. 1996-2011-ci illərdə həm Türkiyədə, həm bir sıra xarici ölkələrdə rəhbər vəzifələrdə çalışıb. 2012-ci ilin yanvarından Azərbaycanda eyniadlı vəzifəyə təyin olunub. Dörd oğul atasıdır.

Seyid Əhməd Arslan bizimlə söhbətində ötən dövr ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən, qardaş Türkiyə ilə Azərbaycanın yüksək səviyyəli münasibətlərindən söz açıb: “Türkiyə ilə Azərbaycan arasında həm mədəni, həm turizm sahəsində qanunlara söykənən qarşılıqlı anlaşmalar imzalanıb. Bu anlaşmalar iki ölkə arasında mədəniyyət turizm sahələrindəki işbirliyinə gözəl zəmin yaradır. İki ölkə arasında turizm əlaqələri 1992-ci ildə imzalananTurizm işbirliyi anlaşmasıilə rəsmiyyət qazanıb. Eyni soya bağlı, eyni dili dini olan qardaş xalqlarımız arasındakı səyahət əlaqələrinin tarixi qədimdir. Bu gün iki ölkə arasında bütün sahələrdə, daha çox isə turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda da turizm sektorunda maraqlı orijinal layihələrlə çıxış edirlər. Ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar əslində çox vaxt bizim münasibətlərimizə dar gəlir. Ona görə ki, bizim xalqlarımız arasında çox güclü bağlar mövcuddur. İstərsəniz buna soy bağı, qan bağı, yaxud din bağı deyin, adını qoyursunuz qoyun. Dediyim odur ki, “iki dövlət bir millətarasındakı bugünkü əlaqələr mənfəətə əsaslanmayan könül əlaqəsidir. Milli mənəvi dəyərlərin fərqində olan, milli kimlik şüuruna sahib hər kəs addımlarını bu könül ilişkisinə ürəkdən inanaraq atır. Şükürlər olsun ki, bu gün bu baxımdan hərəkət edirik. Bu fikir həmişə əməllərimizə, işlərimizə, fəaliyyətimizə öz təsirini göstərir. Bizim hər işimizin təməlində səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət digər sahələrdə hər hansı bir problemlə rastlaşmamışam. Allah pis nəzərdən qorusun”.

Müsahibim Bakıda vəzifəyə təyin olunduqdan sonrakı zaman ərzində 60-dan artıq mədəniyyət, sənət turizm məzmunlu tədbir həyata keçirildiyini bildirib: “Vəzifəmizə uyğun olaraq məhdud heyətlə mədəniyyət turizmlə bağlı hər işə müsbət qatqılarımızı verməyə çalışdıq. İki ölkənin Mədəniyyət Turizm nazirlikləri TİKA ilə əl-ələ verərək Bakıda turizm tədris proqramları həyata keçirmişik. Azərbaycanın televiziyalarında, əhəmiyyətli İnternet saytlarında, nəqliyyatın sıx olduğu prospektlərdə bilbortlar üzərində, əhəmiyyətli hesab etdiyimiz xətlər üzrə hərəkət edən marşrut avtobusların üzərində, “Park BulvarTicarət Mərkəzində Türkiyəni tanıdan reklam fəaliyyəti göstərmişik. Turizm sərgilərində aktiv iştirak etmişik. Xüsusilə qonaqetmə fəaliyyətinə böyük önəm vermişik. Ölkə mediası ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycanın tanınmış mətbuat mənsublarını Türkiyədə qonaq olmasını təmin etmişik. Nəticədə, vəzifəmizin təyinatına uyğun olaraq Türkiyənin turizm imkanlarını Azərbaycanda daha yaxşı tanıtmağa çalışmışıq. Bununla bağlı xəbərlər, televiziya proqramları, məqalələr təşkil olunub.  Azərbaycanda keçirilənİpəkyolu Beynəlxalq Musiqi Festivalıkimi mədəni tədbirlərə böyük əhəmiyyət verdik Türkiyədə tanınmış sənət qruplarının bu festivalda iştirakı üçün çalışdıq. Azərbaycan Türkiyə arasındakı tarixin dərinliklərindən kök alan səmimi münasibətlərimizin daha sağlam ortamda irəliləməsi məqsədilə mətbuat nümayəndələri arasında yazı müsabiqəsi keçirərək qalib gələn 10 nəfərə Türkiyədə yuxu kimi bir tətil yaşamaq imkanı yaratdıq. İki ölkə arasında həmçinin tibb sahəsində əlaqələrin daha da genişləndirilməsi inkişaf etdirilməsi məqsədilə sağlamlıq turizmi ilə bağlı simpoziumlar, forumlar təşkil etmişik. Lənkəran bölgə kitabxanasına gəncləri maarifləndirmək məqsədi ilə 200-dən artıq türk dilində kitab bağışlamışıq. Bu, əlbəttə, bu söhbət əsnasında xatırladığım faktlardır. Amma təbii ki, fəaliyyət göstərdiyimiz bir il ərzində xatırlamadığım məqamlar da çoxdur. Əhəmiyyətli görərək yaşamağı həyat tərzimizə çevirmək istəyirik. Düşünürəm ki, bunu bacarmışıq. Bəzən hətta işə o qədər aludə oluram ki, ailəm belə bəzən arxa planda qalır”.

S.Ə.Arslan Müşavirliyin Azərbaycanda faydalı fəaliyyətləri gerçəkləşdirən beynəlxalq mədəni əlaqələrin inkişafı yolunda göstərdiyi xidmətlərə görə bu il iyunun 12-də keçirilənKulturoloqların II Beynəlxalq Bakı Forumu”nda Şərəf Diplomu ilə təltif olunduğunu deyib: “Mədəniyyət turizm naziri Əbülfəs Qarayevin şəxsən imzalandığı həmin diplom mənim üçün xüsusilə şərəfli idi. Mədəniyyət və tanıtım müşavirlikləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xaricdəki diplomatik nümayəndəlikləri hesab olunur. Dolayısı ilə Azərbaycanda ən çox Mədəniyyət və Turizm Nazirliyi ilə aktiv işbirliyi edirik. Eləcə də mədəniyyət və sənət çevrələri, bu sahə üzrə qeyri-hökumət təşkilatları, turizm məqsədilə işlər həyata keçirən qurum, dərnək, birliklərlə, tur operatorları, səyahət agentlikləri ilə də yaxın əlaqələrimiz mövcuddur. Türkiyə turizmin, demək olar ki, bütün sahələrində güclü inkişaf yolu keçib. Ölkəmiz bu sahədəki təcrübələrini bütün qardaşları ilə paylaşmaqdan iftixar hissi keçirir. Mən yüksək turizm potensialına malik Azərbaycanın da gələcəkdə bu sektor üzrə də parlayacağına inanıram”.

Daha öncə Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Qazaxıstanda mədəniyyət və tanıtım müşaviri vəzifəsində çalışdığını deyən həmsöhbətim 24 illik məmur həyatında həmişə beynəlxalq əlaqələrlə iç-içə yaşadığını, Azərbaycanın isə onun ürəyində özünəməxsus yeri olduğunu vurğulayıb: “Türkiyənin bütün dünyada tanıdılması işlərini həyata keçirən Baş Tanıtma Müdirliyində uzun müddət dairə rəhbəri olmuşam. Bir çox ölkələrdə yaşayıb çalışsam da, Azərbaycanın ürəyimdə hər zaman çox fərqli və xüsusi yeri var. Azərbaycanı özümə Vətən olaraq qəbul etmişəm. Həyatımın ilk xarici səfərini də Azərbaycana etmişəm. 1990-cı il, Sovet rejiminin son illəri idi. Bu illər Azərbaycanın ən sıxıntılı illəri idi. Ermənilərin əməlli-başlı azıb yoldan çıxdığı, Qarabağdan hər gün onlarla şəhid xəbərinin gəldiyi günlər idi. Belə bir zamanda Ankaradan təxminən 75 nəfərlik heyətlə avtobusla Azərbaycana gəlmişdik. Bakıda, Gəncədə qardaşlarımızla qucaqlaşdıq, bir-birimizə sarıldıq, bir yerdə ağladıq. O günləri həmişə sayğıyla xatırlayıram. Bu, illərcə bir-birinə həsrət qalan iki qardaşın görüşü idi sanki... Həmin vaxt İstanbul Universitetindən yenicə məzun olub Mədəniyyət Nazirliyində işə başlamışdım və ilk imkan yaranan kimi Azərbaycana gəlmişdim. Sevinirdim ki, qardaşlarımın ən sıxıntılı anlarında onların yanında olub saf niyyətimi bəlli etmişdim. Yəni bildirmək istəyirəm ki, Azərbaycana olan sevgim günlük, aylıq ya da diplomatik vəzifədən doğan zərurətdən deyil. Buna görə də Azərbaycanın hər uğuru məni həyəcanlandırır, xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanla qürur duyuram. Mərhum ümummilli lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı iki ölkənin münasibətləri haqqında söylənə biləcək bütün sözlərin, məqalələrin ana xəttini təşkil edən ən mənalı, lakonik ifadədir. Azərbaycan və Türkiyə haqqında istər məqalə yazılsın, istər kitab nəşr edilsin, istər simpozium təşkil edilsin, yenə ünvanımız bu yığcam ifadədən başqası ola bilməz. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi də mərhum Heydər Əliyevin bu məşhur ifadəsi ilə tam üst-üstə düşür. Heydər Əliyev və Mustafa Kamal Atatürk olmaq da budur hər halda... Fikrimcə, uzun sözə ehtiyac qalmır, iki ölkənin mövcud durumunu bu ifadələrdən daha gözəl anladan, biçimləndirən başqa ifadə ola bilməz. Əl-ələ, çiyin-çiyinə verməyimizin, bir sırada dayanmağımızın gərəkliliyini bu ifadələrdən daha gözəl necə anlatmaq olar ki? Möhtərəm Prezident İlham Əliyevin Türkiyə və Azərbaycanın nə səbəbdən bərabər hərəkət etməsinin vacibliyini ortaya qoyan çox bəyəndiyim bir ifadəsi var: “Bizi birləşdirən ortaq tarix, mədəniyyət, din, dil, siyasi maraqlarbütün bu amillər nadir vəziyyət yaradır. Buna görə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada misilsiz münasibətlərdir”. Eləcə də Türkiyə prezidenti hörmətli Abdulla Gülünİki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hisləri ilə dolu olması vacibdir. Bizbu anlayış çərçivəsində daimatez-tez görüşürük, ətraflı məstləhətləşirik və əməkdaşlıq edirik” ifadəsi də hörmətli İlham Əliyevin ifadəsi ilə üst-üstə düşür, bir-birini təsdiq edir. Təbii olaraq Azərbaycanla Türkiyə arasında olan bu səmimi birliyin bütün türk cümhuriyyətləri ilə olmasını da arzulayıram. Məsələn, bu il, noyabrın 6-da “Atatürk” Mədəniyyət Mərkəzində təşkil edilən “Qarabağ-türk dünyasının ortaq problemi” konfransında çıxış edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Bolqarıstan, Qaqauz Yeri və İraqdan-Kərkük, Ərbil türklərinin çıxışları məni çox xoşbəxt etmişdi. Bu, eyni fikir ətrafında birləşməyimizin çox gözəl təzahürüydü. Bu şəkildə əl-ələ verərək ortaq problemlərimizi beynəlxaq arenada müdafiə edə bilsək, daha güclü olarıq. Haqq səsimiz daha güclü çıxar və diqqət çəkərik. Buna bənzər fəaliyyətimizi Amerikada, Avropada da davam etdirməliyik. Ortaq hərəkət etmək, əl-ələ , çiyin-çiyinə çalışmaq yeganə çarəmizdir. 2012-ci ilin bitməsinə sayılı günlər qalıb. Yeni ildə həm Azərbaycan, həm Türkiyə üçün Allahdan sülhrifah istəyirəm, insanlarımızın kədərdən uzaq, bərəkət və zənginlik içində yaşamasını arzulayıram. Bütün dünyada sülhün bərqərar olmasını diləyirəm”.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.9.