Qadınların siyasi təmsilçiliyinin beynəlxalq və milli hüquqi əsasları

 

 

Hüquqi demokratik dövlətlərdə  cəmiyyətin  inkişafı siyasətin iqtisadiyyatın idarə edilməsinə qadınların dinamik olaraq nüfuz etməsi ilə xarakterizə edilir. Dünya praktikası göstərir ki, qadınların siyasi institutlarda 30-40-%-lik təmsilçiliyi onlara dövlətin siyasətinə kifayət qədər təsir etmək cəmiyyətin tibb, təhsil, ailə, sosial təminat kimi solial problemlərini uğurla həll etmək imkanı verir. Təsadüfi deyildir ki, son illərdə bütün dünyada qadınların sosial stastusu rolu pozitiv istiqamətdə xeyli dəyişmişdir. Qadınların siyasi proseslərə inteqrasiyası güclənmiş,  dövlət  cəmiyyətin bütün sahələrində rolları xeyli artmışdır. Qərar qəbulu prosesində qadınların rolunun artırılması zərurəti haqqında danışarkən, dövlətin idarəedilməsində yerli özünüidarəetmədə qadınların iştirak etmək hüququ haqqında beynəlxalq qanunvericiliyə istinad etmək vacibdir.

İnsan Hüquqlarının Ümumu Bəyannaməsində (1948-ci il) bəyan edilən vətəndaşların öz ölkələrinin idarə edilməsində iştirak etmək hüququ Bəyannamənin 21-ci maddəsində öz əksini tapmışdır: “Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə yaxud azad seçilən nümayəndələr vasitəsilə istirak etmək hüququna malikdir. Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir”.

Qadınlar üçün bu hüququ təsbit edən maddələr  bir neçə əsas beynəlxalq hüquqi sənəddə inkişaf etdirilmişdir:

 Qadınların siyasi hüquqları haqqında Konvensiyada (1952-ci il, maddə 1-3), Qadınlara qarşı ayrı-seçkilyin aradan qaldırılması haqqında Bəyannamə (1967), Qadınlara qarşı hər cür ayrı-seçkilyin aradan qaldırılması haqqında Konvensiyada (1979-ci il, maddə 7) Pekin Fəaliyyət Platformasında (1995-ciil, G Bölməsi).

Qadınlara qarşı hər cür ayrı-seçkilyin aradan qaldırılması haqqında Konvensiya”da qadınların hakimiyyət səlahiyyətlərini kişilərlə bərabər bölüşdürmək hüququ praktiki olaraq ilk dəfə ifadə edilmişdir: “İştirakçı dövlətlər ölkənin siyasi ictimai həyatında qadınlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün bütün müvafiq tədbirləri görürlər xüsusi olaraq, qadınların kişilərlə bərabər şərtlərlə hökumətin siyasətinin formalaşmasında həyata keçirilməsində iştirak etmək dövlət vəzifələri tutmaq, həmçinin  bütün səviyyələrdə idarəetmə fuksiyalarını həyata keçirmək hüququnu təmin edirlər” (II hissə, maddə 7)...”

Maddə 4-də (birinci hissə) bu hüququn həyata keçirilməsində bərabərsizliyi aradan qaldırmağın vasitəsi öz əksini tapıb: “İştirakçı dövlətlər tərəfindən kişilər qadınlar arasında faktiki bərabərliyin yaradılmasının sürətləndirilməsinə yönəldilmiş müvəqqəti sosial tədbirlərin qəbul edilməsi, hazırki Konvensiyada müəyyən edildiyi kimi,  ayrı-seçkilik sayılmır... ”.  Bu tövsiyyə kifayət qədər inqilabi səslənir. Beləki, ilk dəfə olaraq beynəlxalq sənəddə kvotanın  dəstəkləmə fəaliyyətlərininleğitimliyi, “pozitiv ayrı-seşkilikhaqqında söz açılır. 

Pekin Fəaliyyət Platforması qadınların yerli cəmiyyətlərin, özünü idərəetmə orqanlarının işində qərar qəbulu prosesində iştirak etmək hüquqlarını inkişaf etdirir irəli aparır (G Bölməsi).

Bu bölmənin 181-ci punktunda deyilir: “Qərarların hazırlanmasında qadınların bərabər iştirakı təkcə elementar ədalətin demokratiyanın tələbi deyil, o həm qadınların maraqlarının nəzərə alınmasının zəruri şərti kimi baxıla bilər. Siyasətlə məşgul olan, hökumətlərdə qanunverici orqanlarda rəhbər vəzifələrdə işləyən qadınlar siyasi prioritetlərə yenidən baxılmasına, siyasi  gündəliyə qadınların spesifik problemlərini, dəyərlərini təcrübəsini əks etdirən yeni məsələlərin daxil edilməsinə magistral siyasi məsələlərin həllinin yeni perspektivlərinin açılmasına öz töhvələrini verirlər

G bölməsinin 181-189-cu bəndlərində təkcə bu hüququn həyata keçirilməsində qadınlara qarşı ayrı-seçkiliyin səbəbləri göstərilmir, həm qadınların yerli milli idarəetmə orqanlarında kifayət olmayan təmsilçiliyini artırmaq məqsədilə  pozitiv fəaliyyətayrı-seçkiliyə qarşı tədbirlərtəklif olunur. G2 bölməsi qərar qəbulu prosesində, o cümlədən bələdiyyələr səviyyəsində, qadınların mövcud iştirakı  imkanlarının genişləndiriməsi istiqamətində strateji məqsədləri formalaşdırır. 

G1 Bölməsi (qadınların direktiv strukturlara qərar qəbulu prossesinə bərabər çıxışının hərtərəfli iştirakının təmin ediləsi istiqamətində tədbirlərin görülməsi) hökumətlərə (bənd 190), siyasi partiyaiara (bənd 191), BMT- (bənd 193) qərar qəbulu sahəsində qadınlara qarşı ayrı-seçkilyin aradan qaldırılması məqsədilə konkret tədbirlər görməyi təklif edir.

 Azərbaycanın dünya birliyinə inteqrasiyası yerli qanunvericiliyə qadın hüquqları sahəsində beynəlxalq normaların təsirini təmin edir. Azərbaycan qadın hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə, o cümlədənQadınlara qarşı hər cür ayrı-seçkilyin aradan qaldırılması haqqında Konvensiya”ya qoşulmuş, ratifikasiya etmişdir milli qanunvericillik beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası (1995-ci il, maddə ...) vətəndaşlara cinsindən asılı olmayaraq seçmək, seçilmək referendumda iştirak etmək hüququnu verir. Yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş, o cümlədən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş bir sıra hallarda şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur (Maddə 12.4). “Gender (kişi qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunun”da  cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirləri nəzərdə tutulmuşdur (2006-cı il, maddə 7). Azərbaycan Respublikasının qanunvericiliyində qadınların ölkənin ictimai eləcə siyasi həyatında iştirakını qadağan edən ya məhdudlaşdıran müddəalar mövcud deyil.

Qadın hüquqlarının qorunması, cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsi ilə bağlı Azərbaycan dövlətinin siyasi iradəsi mövcuddur. Biz bunu  qadın məsələlərinin həlli ilə bağlı milli mexanizmin yaradılmasında müşahidə edirik: 1998-ci il  yanvarın 14-də Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılmışdır; ölkənin siyasi, sosial, iqtisadi mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fərman sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar sərəncamları təsdiq edilmışdir.

Göründüyü kimi, qadınların qərar qəbulu prosesində iştirakı, siyasi təmsilçiliyinin gücləndirilməsi üçün heç bir hüquqi maneə yoxdur cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsi ilə  bağlı Azərbaycan dövlətinin siyasi iradəsi mövcuddur.  

Qadınların siyasi iştirakının əsas forması seçkilərdir. Qeyd etmək lazımdır ki, Azərbaycan qadınları seçki hüququnu bir çox inkişaf etmiş ölkələrdən əvvəl – 1918-ci ildə qazanmışlar. Azərbaycan Respublikası qanunvericiliyində heç bir cinsin nümayəndəsinin rəhbər vəzifələrdə təmsil olunması ilə bağlı kvota nəzərdə tutulmamışdır. Buna baxmayaraq, son illər qadınların siyasiictimai qərar-qəbuletmə səviyyəsində iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Qadınların Milli Məclisdə iştirakına gəldikdə qeyd edilməlidir ki, Parlamentdə təmsil olunan qadınların sayında 1992-ci ildə keçirilən ilk parlament seçkiləri ilə müqayisədə son 20 ildə artım müşahidə olunur. Belə ki, 1992-ci ildə müstəqil Azərbaycan Respublikasının Milli Məclisində millət vəkillərindən yalnız 6%-i qadınlar təşkil etdiyi halda, 1995-ci və 2000-ci illərdə 12%, 2005-ci ildə isə 11,2% qadınlar olmuşdur. 2010-cu ildə  keçirilmiş son seçkilər zamanı qadın deputatların faiz nisbəti 16% təşkil etmişdir. 2010-cu ildə keçirilmiş parlament seçkilərində əvvəlki dövrlərlə müqayisədə qadın namizədlərin sayında da artım müşahidə olunmuşdur (20%-dən çox). Milli Məclisdə təmsil olunan qadınların sayında artım hiss olunsa da, bu göstərici BMT-nin 1995-ci ildə qadınların siyasi təmsilçilyi ilə bağlı müəyyən etdiyikritik kütlə” adlanan 30%-dən 2 dəfə azdır. Qeyd etmək lazımdır ki, Azərbaycan post sovet ölkələri sırasında (Belarus – 32,0%, Qırğızıstan – 23,3 %, Özbəkistan – 22,0%, Tacikstan – 19,0%, Kazaxstan – 17,8%, Türkmənistan – 16,8%, Azərbaycan –16,0%, Rusiya Federasiyası – 13,6%, Ermənistan – 8,4%,Ukrayna – 8,0% )   parlamentdə qadınların sayına görə 7-ci    yerdədir. 

Digər seçkili qurum olan yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi son seçkilərdə xeyli güclənmişdir. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar bələdiyyə üzvlərinin cəmi 2%-ni, 2004-cü ildə keçirilən II bələdiyyə seçkilərində isə 4%-ni, 2009-cu ildə keçirilən son seçkilərdə isə 26%-ni  təşkil etdilər.   Bu ugurun əsas səbəblərindən biri bələdiyyə seçkilərində qadın namizədlərinin sayının xeyli artması olmuşdur.

Bütün bu nailiyyətlərlə yanaşı qadınların seçki aktivliyi qənaətbəxş deyildir. Bu xüsusilə qadınların öz passiv seçki hüquqlarından istifadə etmələrinə, yəni seçkilərdə namizəd kimi iştirakına ailddir. Müstəqillik illərində Azərbaycanda keçirilən bütün seçkilərin (parlament və bələdiyyə seçkiləri nəzərdə tutulur)   analizi göstərir ki, qadınlar seçkilərdə namizəd kimi iştirak etməyə həvəsli deyillər. Bu göstərici orta hesabla 5%-dən çox olmamaışdır (sonuncu parlament və bələdiyyə seçkiləri də artım müşahidə edilib).    Təsadüfi deyildir ki,  qadınların seçkili qurumlarda təmsilçiliyinin artırılmasının vacibli BMT-nin Qadınlara qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi Komitəsinin Azərbaycanın CEDAW–la bağlı dördüncü dövri hesabatına verdiyi yekun rəydə öz əksini tapmışdır.  Qadınlara qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi Komitəsi 2009-cu il iyul ayının 24-də keçirilmiş 892-ci və 893-cü toplantısında Azərbaycanın dördüncü dövri hesabatını (CEDAW/C/ AZE/4) nəzərdən keçirərək öz yekun rəyini vermişdir. Yekun rəydə qeyd olunan əsas tövsiyyələrdən və narahatçılıqlarından  biri qadınların siyasi hayatda iştirakının gücləndirilməsisir: “Qadınların siyasi həyatda iştirakını gücləndirmək məqsədi daşıyan görüşlərin və seminarların təşkil olunmasını qeyd edərkən Komitə narahatdır ki, ola bilsin qarşıdan gələn 2009-cu il bələdiyyə və 2010-cu il milli parlament seçkilərində bunların namizədlər kimi özlərini irəli çəkən qadınların nisbətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmaq üçün kifayət etməyəcəyindən narahatlığını ifadə edir. Komitə qadınların siyasiictimai həyatda, xüsusilə də Milli Məclis, hökumət, diplomatik xidmətlər, rayonyerli bələdiyyələr, ali məhkəmə hakimiyyəti kimi qərar qəbul edən orqanlarda çox aşağı səviyyədə təmsilçiliyindən narahatdır” (bənd 27) və “Komitə tərəf Dövləti qadınların siyasiictimai həyatda iştirakının vacibliyi barədə xüsusilə ucqar ərazilərdə milli maarifləndirmə işinin aparılması yolu ilə qadınların həmin sahələrdə iştirakının və ya təmsilçiliyinin çox aşağı səviyyədə olmasının gizli səbəblərinə əsaslanmağa çağırır” (Bənd 28).   

Gördüyümüz kimi, respublikamızda qadınların idarəetmədə, qərar qəbulunda təmsilçilyinin artırılması    cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi istiqamətində  aparılan dövlət    qadın siyasəti,  bu sahədə dövlətin siyasi iradəsi və üzərinə götürdüyü bernəlxaq öhdəliklər qadınların seçkili orqanlarda  iştirakının artırılmasını zəruri edir.  Bu məqsədlə ilk növbədə qadınları namizəd kimi seçkilərdə iştirak etməyə cəlb etmək, qadın namizədlərin sayının artmasına çalışmaq lazımdır. Bunun əsas vasitəsitələrdən biri qadınların müxtəlif  vasitələrlə maarifləndirilməsidir. Ümid edirik ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  (USAİD)  Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatının “Qadın təmsilçiliyi” layihəsi parlament və bələdiyyə namizəd olmaq istəyən qadınlar üçün faydalı olacaqdır.

 

 

 

Tamam Cəfərova

Universitet Təhsilli Qadınlar  Cəmiyyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.8.