Tale mif
kimi
(Professor Vilayət Quliyevin 60 yaşına)
Zəngin
ictimai-siyasi
fəaliyyəti, Azərbaycan dövləti qarşısında xidmətləri,
intensiv elmi yaradıcılığı, bədii tərcümələri onu çağdaş Azərbaycan tarixinin və mədəniyyətinin dəyərli fiqurlarından birinə çevirmişdir.
Vilayət müəllim
haqqında
yubiley
yazısı yazmaq mənimçün çətindir.
Axı istənilən azərbaycanlı adətən bu məqamlarda mütləq xatirə diskursundan yararlanır. Xatirə səbəbkarla
yazı
müəllifinin doğmalığının və yaxınlığının ifadəsi və təsdiqi olur.
Təəssüf ki, mənim yaddaşımda güclü xatirə (bir-iki epizodik görüşdən başqa) silsiləsi yoxdur. Məni danışdıran Vilayət Quliyevin filoloji yazılarıdı ki, mən də ona istinad edirəm.
Onun
sevdiyi obraz “oxunmamış kitab” metaforasıdır. Onun üçün
“öyrənilməmiş şəxsiyyətlər də oxunmamış kitablar kimidir” və təəssüflənir ki, “sətirləri tədqiqatçı nəfəsi ilə isinməmiş onlarla, bəlkə də naməlum kitablar qalmaqdadır”.
O, tarixi şəxsiyyətlərin tale obrazını yaratmaq üçün
lal sənədlərin
dilini də öyrənibdir. “Arxivlərdə işləyərkən həm nazik, həm də qalın formulyarlara təsadüf etmişəm. Sənədin qalınlığı və burdakı qeydlərin çoxluğu onun sahibinin diribaşlığından,
vəzifə
pillələrini sürətlə irəliləməsindən,
səmərəli fəaliyyətindən,
cəmiyyətdəki mövqe və əlaqələrindən xəbər verir. ”
Məsuliyyətlə deyə bilərəm ki, Vilayət Quliyev tarixi-kulturoloji esseistikanın səviyyəsini qaldırmış bir yazardır.
Bu esseistikanın təməlində onun filoloji, tarixi və bədii düşüncə
üslubları birləşir.
Vilayət Quliyevin tarixi-epik poetikasında üçün ailə sülaləsi önəmli yer tutur (“İstiqlalçılar nəsli”, “Kazımbəylər: iki əsr Rusiya ilə birlikdə”, “Kriçınski
qardaşları”, “Bərköz qardaşları”
və b.). Mirzə Kazımbəyin,
Cavad xanın tale obrazları ailə sülaləsi kontekstində məna kəsb edir.
Onun
yazılarında nəsil-ailə
sülaləsi süjetyaradıcı elementdir. Özü haqlı olaraq yazır: “Azərbaycanda ailə sülaləsinin
tarixi mütləq öyrənilməlidir.
Çünki
Şahtaxtinskilər, Cavanşirlər,
Vəzirovlar, Ağaoğlular,
Ziyadxanovlar, Xasməmmədovlar,
Rəfibəylilər, Hacinskilər,
Mehmandarovlar, Şıxlinskilər,
Talışxanovlar və b. ailə sülalələri Azərbaycanın son bir neçə əsrlik siyasi-mədəni
həyatı ilə sıx bağlı olduğundan onların tarixi həm də xalqımızın mürəkkəb
və dramatik həyat yolunun tarixidir”.Əhmədbəy Ağaoğlunun taleyini yazması Səməd bəy Ağaoğlunun əsərlərini Bakıda çap etdirməsi həmin ailə-nəsil instinktindən gəlir.Bu sülalələrin
talelərini bir obrazın ətrafında birləşdirir – Azərbaycan.
Bu yaxınlarda Bakı Slavyan Universiteti görkəmli yazıçımız və alimimiz Kamal Abdullanın təşəbbüsü
ilə
“Filoloq-100” seriyasından V. Quliyevin ədəbiyyat üzrə Nobel mükafatı laureatlarına həsr olunmuş kitabını nəşr olundu. Kitabda belə bir qeyd var: “Bizim hələlik öz laureatımız
yoxdur. Lakin gələcəkdə bu vəziyyətin dəyişəcəyinə inanmaq istərdik. Həm də yalnız mükafatın bir hissəsini bizim pullar təşkil etdiyinə görə yox! İlk növbədə Azərbaycan türkünün əqlinə, zəkasına, yaradıcı potensialına inam hissi belə bir ümidlə yaşamağa əsas verir”. Mistikaya bax, elə onun dalınca
Kamal Abdullanın namizədliyi
Nobel komitəsində qeydə alınır.
Vilayət müəllim bir müəllif kimi araşdırmalarında heç vaxt hakim rolunda çıxış etmir, bu və ya digər personajın əməllərini, tarixi şəxsiyyəti ittiham etmir, yəni bu gündən keçmişə “emosional mesajlar” göndərmir. O, özünü tarixi hadisələrin və proseslərin iştirakçısı kimi aparır-təhkiyəsi ilə arxiv qaynaqlarını “danışdırmaqla” bir özünəməxsus gerçəklik effekti yaradır. O, öz qəhrəmanlarının taleyini hekayət kimi danışa bilən yazıçıdır. Tarixi faktları təhkiyə üçün yararlılığı içindəki yazıçılıq ehtirasından gəlir.
Vilayət Quliyev
güclü süjet instinktinə malikdir. Bəlkə ona görə də bu əsərlər belə oxunaqlıdır.
İstənilən tarixi faktda, tale hadisəsində “belletirizm” cövhərini tapa bilir.
Vilayət Quliyevin esselərinin dili bədii canlılığı ilə fərqlənir:
müxtəlif
təhkiyə formalarından məharətlə istifadə edir, arxiv materiallarından
qəhrəmanlarının “avtobioqrafik bütövlüyünü”
yaradır. Hətta süjetlərinə müəyyən qədər “intriqa dozası” qatır. Onun yüksək bədii duyumu və peşəkar yazı üslubu araşdırdığı,
təsvir etdiyi dövrün atmosferini, ictimai-sosial münasibətlərin, insanların davranışı motivasiyasını anlamağa imkan verir.
Yadımdadır, Universitetdə müəllimim deyirdi ki, əgər bir alim tarixdən darıxdırıcı
yazırsa, deməli,
o pis alimdir. Fikrimcə, Vilayət Quliyev tarixi şəxsiyyətlərimizdən ona görə bu qədər maraqlı və canlı yazır ki, qəhrəmanlarının taleyinə inanır və taleləri yenidən yaşayır. Onun qələmində
bu talelər həm də özünüdərk formasına çevrilir.Yalnız müəlliflə personajın vəhdətində tarixi düşüncə həqiqəti mümkündür.
O, qəhrəmanlarının taleyini, ana dilini, türk millətinin tarixini patriotik sevgi ilə araşdırır
və
yazır. Öz tarixini belə sevən adam heç vaxt başqa, yad tarixlərin girovuna çevrilə bilməz. Onun araşdırmalarında və esselərində ədəbiyyat və mədəniyyət tariximiz şəxsiyyətlər tarixi kimi canlandırılır və təqdim olunur. Əslində Vilayət müəllim “şəxsiyyət mifləri” yaradır. Tale mifi yazılarının
adlarında
əksini
tapır: “Talelərin qəribə kəsişməsi”,
“İsa
Sultan Şahtaxtınskinin qəribə həyatı”.
“Hər bir mədəniyyət öz şəxsiyyət miflərini yaradır. Tarixin kritik məqamları yeni miflərin yaranma nöqtələridir...
Tarixi şəxsiyyətin bütövlüyü yalnız mifdə təzahürünü tapır. Bu bütövlüyün simvolik ifadəsi, əlbəttə, Tale obrazıdır. Y. Qolosovker deyirdi ki, Tale “mənim ömrümün mifidir”.
Vilayət müəllimin artıq öz ömrü və şəxsiyyəti mifə çevrilməkdədir...
Rüstəm Kamal
525-ci qəzet.-
2012.- 13 dekabr.- S.5.