“Mən bir sirrəm...”
Şairə Xəzangül Hüseynova Borçalıdan başlayan ömür yolunun 65-ci baharını geridə qoydu. 7 kitab müəllifi olan şairə, həm də bu mənalı ömrünün 38 ilini Vətən övladlarının təhsilinə, elminə, tərbiyəsinə həsr edib.
Xəzangülün yaradıcılığının sərhədləri yoxdur. Ən gözəl sevgidən, ən böyük fədakarlıqdan, ən dözülməz ağrı-acıdan, ən bitməz çilədən yazır. Təkcə yazmır, yaşayır bütün bu hissləri, qəlbindən, ruhundan keçirərək misralara düzür...
Şeir səssiz bir nəğmədir ki, könül və ruhla yazılır.
Bir başqa dünya yaradır, şairə Xəzangül Hüseynova öz şeirlərində. Elə bir dünya ki, orada dahi Nizami ilə Mövlanənin ruhu, iki cahana sığmayan sevgisi hökm sürür. O dunyada özü də bir rahatlıq içərisindədir, çünki orada hər şey görmək istədiyi, arzuladığı kimidir. Kin-küdurətdən, qan-qadadan, nifrətdən, düşmənçilikdən uzaq bir dünya. Barış var, sülh var, sevgi var, mərhəmət var Xəzangül Hüseynovanın şeir dünyasında:
Xəyalımda kainatı dolaşdım,
Gah Nizami türbəsinə yol açdım.
Gah Mövlana məzarına qol açdım,
Gəl,
gəl,- dedin, Ya Mövlana,
gəlmişəm...
Şairə qəlbində hər zaman böyük bir sevgi daşıyır. Özünün yaratdığı bir sevgi dünyası vardır, amma bu dünyada o, təkdir. O dünyaya
kimsənin daxil olmasına icazə vermir. Və heç bir
açar o dünyanın
qapısını aça
bilməz. O dünyaya
nə vaxt girər, nə qədər qalar, buna yalnız şairə özü qərar verir:
Mən elə əzəldən tənhayam,
təkəm.
İstədim dünyanı sevgiylə tikəm.
Xəzangül qəlbinin dərinliklərindən
gələn müqəddəs
bir duyğu ilə yazdığı şeirlərdə İsaq,
Musaq quşuna dönüb sevgisini arayır, sevgisini haraylayır, axtarır:
Bir uca dağların dumanı, sisi,
Bir qərib
bülbülün təklik
nəğməsi.
Xəzangül qəlbində bir
umu-küsü,
Hardasan, hardasan,
hardasan deyir.
Milyon ildi axtarıram mən səni,
Milyon ildi hey çəkirəm qüssəni.
Soraqladı təpə səni,
düz səni,
İsaq,
Musaq quşu oldum tapmadım...
Tapanda isə sevməyə qorxur. Çünki sevmək – özündən
imtina etmək deməkdir. Sevmək – sevdiyini bütün
varlığın ilə
mənimsəmək, ruhuna
hopdurmaq deməkdir.
Sevdiyinin
aldığı nəfəs,
gördüyü göz,
çırpınan ürəyi
olmaq deməkdir. Şairə Xəzangül gözünün
bəbəyi kimi sevir sevdiyini. Ona görə də daha çox platonik bir sevgi
yaşadır qəlbində.
Reallığa yansıtmaq istəmir,
maddiləşdirmək istəmir.
Sanki yaxınlaşarsa, toxunarsa
xəyalındakı o böyük,
əlçatmaz, müqəddəs
sevgini itirər:
Onda nəfəsin də gərək mən olam,
Onda hər kəsin də gərək mən olam.
Baxışa dönərək gözündə
qalam,
Qorxuram mən səni sevərəm birdən...
Umu-küsüsünü, incikliyini, həsrətini də gecənin qaranlığında gizlədir
şairə. Ürəyinin nisgili, gözlərinin dərinliyində saxladığı
sirri ilə siradaşı
gecənin sirr yuvası köksünə
sığınır:
Onun nəvazişindən
doya-doya.
Qəlbinin hərarətini duya-duya.
Gecənin qolları üstə.
Gedirəm yuxuya...
Bəzən ədalət hissinin
itirildiyi, insanların
biri-birinə canavar kəsildiyi, on minlərlə
günahsız insanın mənafe uğruna bir göz qırpımında
məhv edildiyi bu dünyamıza özünəməxsus sevgi
ilə yanaşır,
bu həyatı hər halı ilə sevir:
Mən dünyanın balasıyam,
Bu dünyadan keçəmmirəm...
Pisliklərə üsyan edir, riyakarlığı, qorxaqlığı
rədd edir şairə Xəzangül. Şeirləri,
yaradıcılığı ilə mübarizə aparır və bu mübarizədə özünü gücsüz
hiss edəndə yenə
də içindəki
insan sevgisini saxlayır, yenə də
öz ruhunu qoruyur, Allaha üz tutur,
– Allah, məni daş elə, – deyir.
Şairə Xəzangülün yaradıcılığında
Vətən sevgisi önəmli yerlərdən
birini tutur. Vətəninə,
elinə bütün varlığı ilə baglanıb, şeirlərində
onu ucalardan uca, müqəddəs və öz canından bir parça kimi ən ülvi duyğularla vəsf edir:
Dünya
qədim yaşı sənsən,
O, bir üzük qaşı sənsən.
Toprağı sən, daşı
sənsən,
Adım
odur, sanım odur,
Damarımda qanım odur.
Ruhum odur, canım odur...
Qəlbinin dərinliklərindən süzülüb gələn
ən gözəl, ən müqəddəs hissləri böyük bir ustalıqla qələmə alan
gözəl şairəmiz
Xəzangül Hüseynovanın
yaradıcılığına qısa bir nəzər
saldıq və bütün gözəllikləri
onunla birgə yenidən yaşadıq. 65 yaş yaradıcı
bir insan üçün ən məhsuldar, ruhani dövrdür. Gözəl şairəmizi
bu gun münasibətilə
təbrik edir, yaradıcılıq uğurları
arzulayıram.
Ürəyində dünya boyda sirr daşıyan Xəzangül xanım, gününüz mübarək!
Mən bir sirrəm,
Sirri özüm
açammıram.
Tale mənim taleyimdir,
Bu taledən qaçammıram...
Yaqut ƏLİYEVA
525-ci qəzet.-
2012.- 14 dekabr.- S.7.