Mirzə Fətəlinin 200 illik yubileyi Moskvada qeyd edilib

 

 

Dekabrın 12-də Moskvadakı “Millətlər Evinin böyük zalında görkəmli maarifçiictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Dahi mütəfəkkirin yubiley tədbirində Moskvada yaşayan ziyalılar, alimlər, yazıçılar, elm adamları, diaspor nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Yubiley tədbiri Moskvada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri AYB Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli açıb. O, dramaturqun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Tofiq Məlikli 2012-ci ilin TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə ilielan olunduğunu, bütün türk dünyasında onun xatirəsinin ehtiramla yad edildiyini vurğulayıb. Bu yubileylə bağlı tədbirlərin dünyanın bir çox ölkələrində keçirildiyini bildirib.

M.F.Axundzadənin Azərbaycan xalqının ictimai fikrinin formalaşmasında, ədəbiyyatımızın, dilimizin inkişafında ciddi dəyişikliyə səbəb olduğunu vurğulayan, onun mütərəqqi Azərbaycan mədəniyyətinin, ictimai-siyasi fikrinin görkəmli nümayəndəsi olduğunu dilə gətirən T.Məlikli bu böyük şəxsiyyətin xatirəsinin uca tutulduğunu diqqətə çatdırıb. O, ədibin daha bir abidəsinin M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında qoyulduğunu qeyd edib.

Şair-tərcüməçi İlham Bədəlbəyli M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında yazdığı əsərindən parçalar oxuyub.

Moris Torez adına Linqvistika Universitetinin professoru Bella Musayeva da Mirzə Fətəli Axundzadənin həyatı və zəngin, çoxşaxəli irsi barədə fikirlərini bölüşüb.

Tanınmış şair Nəsib Nəbioğlu M.F.Axundzadənin Səbuhi təxəllüsü ilə şeirlər yazdığını, yaradıcılığa məhz şair kimi başladığını bildirib, onunPuşkinin ölümünə Şərq poemasından” parçalar söyləyib. Nəsib Nəbioğlu vurğulayıb ki, M.F.Axundzadənin öz əsərlərində feodal-patriarxal üsuli-idarəsi və qayda-qanunlarına, zülm və özbaşınalığa, ədalətsizliyə, nadanlığa qarşı çıxıb, yalnız Azərbaycan xalqının deyil, bütün şərq xalqlarının milli azadlığı, iqtisadi-mədən tərəqqisi uğrunda mübarizə aparıb.

Tədbirin sonunda ədibin əsəri əsasında çəkilmiş “Dərviş Parisi partladır” filmindən kadrlar nümayiş etdirilib. 

 

 

Nəbi VERDİYEV, Moskva  

525-ci qəzet.- 2012.- 18 dekabr.- S.7.