Erməni polemikası barədə bezdirici qeydlər

 

 

 

Başağrısı olmasın, dostlar, bu yazını qələmə almağımın bir neçə səbəbi var. Köhnə kişilər demiş, biriminci səbəb bu mövzu barədə ciddi polemik yazının olmamasından gedir. bir müdrik yazıçımızın təbirincə desək,  görürəm ki, heç kim yazmır, özüm yazmağa məcburam.

Burası belə.

Söhbət bir müddətdir, mətbuatda müzakirəyə çıxarılan, amma çox zaman birtərəfli qaydada işıqlandırılanGözünə gün düşürhekayəsi ermənilərin çəkdiyiƏgər  hamı...”, yaxudƏgər bütün ermənilərfilmindən gedir.

Məsələnin mahiyyətindən xəbərdar olmayan bəzi mütəxəssislər, yaxud bəsit düşüncəli KİV nümayəndələri bu məsələni təxminənsizin it bizim qapımızdan bir ayaqqabı tayı apardıkimi yozmağa başlayıblar. Ayaqqabı ayaqqabıdır da, qızıl deyil ki... Halbuki məsələ bir qədər sadə, həm qəlizdir.

Sadəliyi ondan ibarətdir ki, ermənilər Qarabağ barədə bir film çəkibOskaratəqdim ediblər, qəlizliyi ondan ibarətdir ki, azərbaycanlı bir müəllifin əsərindən yararlanaraq, hadisələri təhrif ediblər.

Burası da belə.

Dostlar, bəziləri bu hadisəni belə qələmə verir, yaxud bu cür yozmağa çalışır: Azərbaycanlı yazıçı ermənilərin çəkdiyi filmin ideya süjetini öz adına çıxır. Halbuki bu, elə ciddi bir deyil bu məsələni biz qabartsaq ermənilərin dəyirmanına su tökmüş olarıq. Xub. Tamam doğru. Bu məsələ, doğrudan da rasional düşüncənin məhsuludur. Ermənilər yenə öz əzabkeşliklərini bütün dünyaya car çəkəcəklər. Amma yox. Dostlar, polemika bu cür bəsit düşüncə üzərində qurulmamalıdır.

Bəndəniz onun fikrinin daşıyıcıları dəfələrlə buyurublar ki, dövlətin ideoloji konsepsiyası olmalıdır. Nədir axı bu ideoloji konsepsiya? Mənim başa düşdüyüm sadə sxem təxminən belədir: kiçiyindən böyüyünə, vəzifəsinin balacalalığından tutmuş lap yekəsinə qədərhər kəs ümummilli maraq kəsb edən məsələlərdə bir nöqtədən çıxış eləməlidir. Məsələn, biz  ermənilərlə sülhdən danışırıqsa, onda areoportda hansısa ermənini şapalaqlamamalıyıq, dinc hərbi təlimlərdə onları baltalamamalıyıq, yaxud hansısa beynəlxalq konfranslarda çığıra-çığıra ermənilərin bizə düşmən olmağını bəyan etməməliyik. Düşmənlə necə bir sərhəd ölkə daxilində yaşamaq olar?

Biz sülh danışıqlarına çağırışlarına adekvat münasibət bəsləməliyik. Uzatmaq istəmirəm. İdeoloji məsələyə bir qədər dəxli olan adamlar bir şeyi dəqiq bilirlər. İnformasiyanın geniş götürülmüş iki növü var: daxili istifadə üçün xarici istifadə üçün. Birincidə yalnız bizim başa düşdüyümüz dildə danışmalı mesajlarımız da bunun üstündə köklənməlidir. Məsələn, ermənilərlə sülh danışıqlarından danışırıq, amma hərdən bir xatırladırıq: “itlə dost ol, çomağı yerə qoyma”. Yəni bu məsələdə ehtiyatlı olmalıyıq. Çünki bizi həm bizdən bic ermənilər, həm onların dəstəkçiləri olan xaçpərəst missionerlər izləyir.

Xaricə ötürülən informasiyalar daha ölçülü-biçili hərəkətlər tələb edir. Çünki biz xaçpərəst dünyaya çıxırıq. bu informasiyaya təkcə hansısa hadisə barədə xəbər yox, həm mədəniyyət məkanı orada baş verən proseslər, məhsullar daxildir. Yəni Avropaya əfqan muzdlularını xatırladan saqqallı döyüşçülərlə adamı vahiməyə salan silahla çıxmaq olmaz.

İndi keçək hadisədən bir qədər az anlayışı olanlara erməni polemikası barədə geniş məlumata. Kim bu təkrarçılıqdan usanacaqsa (əslində, mən ilk dəfədir ki, bu barədə yazıram), məni məzur tutsun.

Yolfilminin rejissoru Fehruz Şamıyev mənə zəng edib təxminən belə dedi: “Xəbərin varmı ki, ermənilər sənin hekayəni oğurlayıb, film çəkiblər, özü Oskaratəqdim ediblər”. Mənim xəbərim yox idi, amma bu mesajdan sonra oldu. Bəndəniz ədəbi cameənin ağsaqqalları, eləcə müəyyən qurumlarla məsləhətləşmədən sonra bir mətbuat konfransı da yapdı bu barədə ictimaiyyətə mesaj da verdi. Amma bu məsələnin üzdə olan xırda tərəfidir. Söhbətermənilər mənim hekayəmdən bəhrələnib”in  üstündə qurulmamalıdır. İş ondadır ki, ermənilər süjeti öz xeyirlərinə dəyişiblər məlum olub ki, işğal altında olan, iyirmi ilə yaxındır ki, çöllərə düşən azərbaycanlılar yox, ermənilərmiş. Deməli, yenə bizi qabaqladılar. Çünki həmin filmi biz çəkə bilərdik. Düzdü, çəkdik, amma qısametrajlı.

Dostlar, mən burada kimisə qınamaq fikrində deyiləm, çünki ümummilli məsələlərdə öz soydaşlarını qınamaq əbləhlik olardı. Mən sadəcə olaraq diqqəti bizim daim gecikməyimizdə quyruqda sürünməyimizdə axtarıram.

Maraqlı bir əhvalat da deyim. Bu günlərdə rus saytlarına girib öz hekayəmi bir daha nəzərdən keçirmək istədim. görsəm, yaxşıdır. VikipediyadıGözünə gün düşür”lə bağlı (maraqlananlar üçün, hekayənin ruscasıSolntse byot v qlaza”dır) maraqlı əhatəli inofrmasiyaya, təhlilə rast gəldim. Siz girin baxın. Həm bəndənizin hekayəsinin süjeti, həm erməni filminin süjeti paralel olaraq verilir təhlil olunur. Maraqlı paralel alınır: hər iki əsərdə işğal altında olan torpaq, ata məzarı, sülhün rəmzi olan ağac, əsir götürülmə ümumi razılaşma yolu ilə azad edilmə. Ermənilər bizdən fərqli olaraq bu məsələyə daha həssas yanaşıblar.

Filmin həmssenaristlərindən biri Mikael  PoqosyanYerpress.amsaytına  müsahibəsindəplagiatdan söz gedə bilməzdeyir. Halbuki mən plagiatsözünü işlətməmişəm Müəllif Hüquqları Agentliyinə müraciətimdə göstərmişəm ki, biz erməni filminin ssenarisini şübhə altına ala bilərik. Poqosyan daha sonra etiraf edir. Bəli bu süjetlərdə oxşarlıqlar var, amma o qədər yox. Amma boynuma alıram ki, hekayə peşəkarlıq baxımından çox yaxşı yazılıb”. Sonra əlavə edir: Onda gərək biz Hüseynbəylinin hekayəsini plagiat sayaq, çünki ermənilərinToska” (“Xiffət”) adında bir filmi var, onun da qəhrəmanı öz doğma el-obasında ölmək istəyir. Ondan öncə isə belə deyir: film barəsində biz hələ 2010-cu ilin əvvəllərindəcə düşünməyə başlamışdıq. Stop. Bəndənizin hekayəsi 2010-cu ilin fevralında çap olunub. Amma erməni qədər bic olsa da, fakt qarşısında acizdir yumşaq desək düz demir. Çünki filmin çəkilməsi barədə göstərişi Sərkisyan Ermənistanın müstəqilliyinin 20 illiyilə bağlı verib. Erməni olanda olar. Onların ağıl bacarığına şəxsən mən şübhə eləmirəm. Məsələ burasındadır ki, iki müəllif eyni zamanda eyni cür düşünə bilməz. Bu, fiziki kəşf-zad deyil ki. Deyək ki, mən bir roman yazıram ərinə xəyanət edən Məlahət adlı bir qadın Məhəmmədə vurulur, sonda özünü qatarın altına ataraq intihar edir. Adamnan soruşarlar ki, balam, intihar edir-etsin, amma niyə özünü məhz qatarın altına atır?

bir erməni bicliyi. Poqosyan deyir: Hüseynbəyli bir məsələdə haqlıdır: hər ikimizin ağacı sülhün rəmzidir. Yoldaş Poqosyan, sənin sülhünlə, mənim sülhümün fərqi var. Mənim qəhrəmanım işğal altında olan doğma torpağında ölmək istəyir orada ağac əkir, sənin qəhrəmanın isə özgə torpağını ələ keçirmək istəyəndə şəhid olur.

Bax bu fərqi, hörmətli soydaşlarım, biz ermənilərə adekvat ondan güclü film çəkməklə göstərə bilərik. Buna bizim ağlımız, istedadımız pulumuz çatar...

Hər kəsin öz həqiqəti varonu qəbul etmək lazımdır. Amma bizim həqiqətimiz onlarınkından güclüdür.

Elə bilirəm ki, bununla da erməni polemikasına son qoymağına dəyər, dostlar...

 

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2012.- 19 dekabr.- S.2.