Tanınmış jurnalist
Məzahir Süleymanzadənin 60 illiyi qeyd edilib
YUBİLEY TƏDBİRİNİ
MƏTBUAT ŞURASI İLƏ “DİALOQ AVRASİYA PLATFORMU”NUN
AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ BİRGƏ
TƏŞKİL EDİB
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində
tanınmış jurnalist
Məzahir Süleymanzadənin
60 illik yubileyi qeyd olunub. Azərbaycan Mətbuat
Şurası (MŞ) və
“Dialoq Avrasiya Platformu”nun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı
ilə keçirilən
tədbirdə yubilyarın
həyat və yaradıcılığı haqqında
danışılıb. Bildirilib ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22-də
Bakıda anadan olub. 1970-ci ildə
Şamaxı şəhərindəki
1 saylı orta məktəbi bitirib.
Ötən əsrin 70-ci illərinin
əvvələrində Şamaxı
Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik
etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki
Ali Hərbi Müxbirlər
məktəbini, Lvov Ali Hərbi-Siyasi
Məktəbinin jurnalistika
fakültəsini bitirib.
1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil
alıb. Müxtəlif
illərdə “Leninskoe
znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski
voin” jurnalında çalışıb. “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini
tutub.
1984-1994-cü
illərdə “Qızıl
qələm”, “Həsən
bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin “Araz” Ali mükafatına layiq görülüb, 1989-cu ildə
Azərbaycan SSR Ali Sovetinin
Fəxri Fərmanı
ilə təltif olunub. Həmin il müstəqil
Azərbaycan mətbuatının
qaranquşlarından sayılan
“Səhər” qəzetini
təsis edib. 2 milyon tirajla
çıxan bu nəşr Azərbaycanın
informasiya blokadası şəraitində olduğu
vaxtlarda xarici KİV-lər üçün etibarlı mənbə rolunu oynayıb, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
misilsiz xidmətlər
göstərib.
Elmi, pedaqoji fəaliyyətlə
də məşğul
olan M.Süleymanzadə
“Jurnalist ömrünün
naxışları”, “İzim
qalmasa da sözüm qalacaq”, “Səhər-güllələnmiş qəzet”, “Cıdır düzündə toy” kimi çoxsaylı kitabların
müəllifidir. Jurnalist
2005-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
fərmanı ilə
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adına layiq görülüb.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov Əməkdar mədəniyyət
işçisi, Bədən
tərbiyəsi və
idman xadimi Məzahir Süleymanzadənin
imzasının oxuculara
və ədəbi ictimaiyyətə yaxşı
tanış olduğunu bildirib: “Məzahir müəllimin tərcümeyi-halına baxanda,
sanki onun jurnalist kimi doğulduğunu düşünürsən.
Onun XX əsrin sonlarında Azərbaycan tarixinin keşməkeşli anlarının
dünyaya çatdırılmasında
böyük xidmətləri
olub. Xatırladaq ki, otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan
Məzahir Süleymanzadə
peşəkar jurnalist
kimi səmərəli
fəaliyyət göstərən,
mükəmməl yaradıcılığa
malik, sayılıb-seçilən
jurnalistlərdəndir. Onun yaradıcılığında toxunduğu mövzular müxtəlifdir. Məzahir Süleymanzadə
sözə məsuliyyətlə
yanaşmağı bacaran
qələm sahibidir.
Onu Azərbaycan mətbuatının
inkişafında özünəməxsus
xidmət sahibi edən isə uzun illər redaktor olduğu “Səhər” qəzetindəki
fəaliyyəti olub.
20 Yanvar faciəsindən
sonra yeganə olaraq “Səhər” qəzeti bütün qorxulardan, vahimələrdən,
hər an ölümə
tuş gələ biləcək məqamlardan
sıyrılaraq Bakıda
baş verənləri
öz səhifələrində
işıqlandıra bildi.
Məhz
“Səhər” günümüzün
qana boyandığını
fotoşəkillərin, eləcə
də jurnalist yazılarının hesabına
tarixə yazdı.
Əslində o günlər qəzet
çap etmək, həqiqəti olduğu kimi yazmaq çox
çətin və təhlükəli idi.
Amma bu müşküllərin
içində Məzahir
Süleymanzadə kimi
qeyrətli oğullar səhəri qanla örtülmüş Bakının
vahiməli gecəsindən
reportajlar hazırlayaraq
xalqa çatdırdılar.
Təkcə o dövrdəki fəaliyyətinə
görə, Məzahir
Süleymanzadəyə ömürlük
bəs edəcək minnətdarlıq düşür”.
Ə. Amaşov M. Süleymanzadəni dəyərli
ictimai xadim və publisist kimi dəyərləndirib:
“İnformasiya blokadası
şəraitində Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında
böyük rolu olub. 20 Yanvar
və Xocalı faciələrinin dünyaya
çatdırılmasında ayrı-ayrı informasiya agentliklərində yalnış
məlumatlar dərc olunub. Lakin Məzahir Süleymanzadə
hər iki faciə ilə bağlı “Səhər”
qəzetində həqiqətlərin
tam düzgün çatdırılması
üçün geniş
reportaj dərc
etdirib.1000-dən artıq kiçik
və böyük həcmli Azərbaycan hərbçiləri ilə
bağlı məqalələr
yazan M. Süleymanzadə
idman sahəsində də böyük uğurlara nail olub. O həm ictimai xadim, həm də dəyərli publisistdir”.
“Dialoq Avrasiya Platformu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri
Mustafa Saatçı də
Məzahir Süleymanzadənin
jurnalistika sahəsində
gördüyü işlərin
qiymətləndirilməsini vacib sayıb: “Məzahir müəllimin gördüyü bütün
işlərə görə
onun mükafatlandırılmasını
vacib saydıq”.
Qeyd edək ki, tədbirdə Məzahir Süleymanzadə Mətbuat Şurası və “Dialoq Avrasiya Platformu”nun birgə təsisçiliyi ilə hazırlanan “Həqiqətə xidmətlərinə görə” mükafatı ilə təltif olunub. Bundan başqa, ölkədə fəaliyyət göstərən bir sıra hökumət və qeyri-hökumət təşkilatları da yazıçı-jurnalisti öz mükafat və diplomları ilə təltif ediblər.
Yubiley mərasimində AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov, Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov, Mətbuat Şurasının İdarə Heyətinin üzvi Vüqar Rəhimzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, şair Hidayət Elvüsal və digər qonaqlar M.Süleymanzadənin həyat və yaradıcılığından söhbət açaraq onu istedadlı jurnalist, dəyərli publisist kimi xarakterizə edən cəhətlərdən danışıblar, mətbuatımızdakı rolunu qeyd ediblər.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 20 dekabr.- S.6.