“Yaxşı”lara ünvan Əli  

 

 

 

Payız prospektikitabı ilə xeyli üz-üzə,

 göz-gözə qalandan sonra yaddaşımın

seyrələn dumanı arasından köhnə bir ünvan

göründü, ruhum təzələndi.                                                     

 

 

 

 

Şair  Əli Nəcəfxanlı ilə  tanışlığımın tarixçəsi  1978-ci ildə universitetin jurnalistika fakültəsinə qəbul imtahanları zamanına təsadüf edir. İmtahanqabağı həyəcanımızıazdıraqdeyə ömrümüzün BAHAR prospektində sual-cavab edə-edə gəzib-dolaşdığımız  andan bir-birimizə isnişdik.  İşıqlı, nurlu simasından  təbəssüm əskik olmayan, gur saçlı, sakit təbiətli, gənc Əli  yaddaşımın kamerasına  YAXŞI  oğlan, yaxşı da abituriyent obrazı kimi  yazıldı...

Tələbəlik illərində Əli hamımız üçün YAXŞI  tələbə yoldaşı oldu. Səmimiliyi, təvəzökarlığı, istiqanlılığı ilə sayılıb-seçildi. Ali məktəbi bitirib jurnalist ixtisası diplomunu alanda Əli artıq YAXŞI  jurnalist kimi tanınırdı;  imzası qəzet səhifələrində, özü tez-tez televiziya ekranlarında görünürdü. 

Çalışqanlığı Əliyə YAXŞI  telejurnalist olmaqla  bərabər, YAXŞI publisist adı da qazandırdı... Bəzən onun maraqlı yazılarını oxuyanda özümü  gözəl mənə doğma olan cənub şəhərlərinin birində hiss edirəm. 90-ci illərdə Əlinin cənub bölgəsində gərgin jurnalistlik fəaliyyətinin canlı şahıdi olmuşam.

Operativliyinə, peşəkarlığına söz ola bilməzdi. 7-8 rayonda baş verən yenilikləri  yubanmadan televiziya tamaşaçılarına çatdırmaq üçün səylə çalışırdı. İndi  həmin günləri xatırlayanda  gözlərim önündə  Əlinin timsalında  fədakar, peşə etikasına əməl edən nümunəvi,  YAXŞI müxbir  obrazı canlanır. Əliyə təkcə müxbir deməzdim, o, həm çoxlarından fərqli olaraq müsahibə aldığı adamlarla dostluq münasibətləri qurmağı bacaran YAXŞI diplomatdır. Uzaq yol gedəndə xeyli zarafatyana şeirlərini dinləmişəm.  Misra-misra, beyt-beyt, yaranan  şeirləri  Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Biləsuvar, Neftçala yollarında onu mənzil başına çatdıran işığa,  vəsiləyə, körpüyə, qanada dönüb... Bəzən ikilikdə istedadı cilovlayan məişət, qayğılarından danışardıq.  (Arzu  elədiyimiz gözəl şeylərin hakimi yox, qulu idik).

...Bir-birimizin övladlarından söz düşəndə Əlini YAXŞI  ata, cəfakeş ailə başçısı kimi kəşf etdim. Aylar-illər ötdü, övladlarımızın toyunda iştirak etdik. Sonra Əli nəvələrinə YAXŞI  baba oldu.  Amma bütün bu  YAXŞI”lar ünvanı cərgəsində onu ədəbi mühitə tanıtdıran yazımın mətləbinə ən çox dəxli olan YAXŞI, həm mükəmməl  bir şair obrazı da dayanır...

Düzü, əsl poeziya xiridarları Əlinin yaradıcılığı ilə tanış olanda onu  poetik təmaslardan kənardolaşdığına,“şairlik iddiasıolmadığına,  ədəbi aləmdə az göründüyünə”, “öz yaradıcılığına biganəqaldığına görə haqlı olaraq qınayırlar. Bütün bu müşahidələr, qınaqlar, məncə, Əlinin şairlik dünyasına yaxşı bələd olmaqçün elə 2-3 şeirlər toplusunun  da kifayət etdiyindən soraq verir.

Qələm dostumuz Bahadır Şəfi yazır ki, “Mən Əli Nəcəfxanlının şeirlərində həm onun xarakterini gördüm. “Şeir nədir üçün yazıramsualına cavabla tanış oldum”. Bu gözəl fikirlərə  Ürəyimi döyən həvəs”, “Payız prospektikitablarının oxucusu kimi,  mən Əlinin Tanrının  insana sevgisindən yaranan ulu SÖZ nemətinə sadiq bəndə kimi canla-başla qulluq etdiyini əlavə edərdim.

Söz elə sevgi kimi insanın insanlıq kimliyidir, ALIN yazısıdır. Bəzi söz adamlarımən əla yazıram”, “məndən  başqa şair yoxdur” – deyə hay-küy salanda, Əli əzəldən bənd olduğu sözünsakitcə  nazını çəkirdi:

 

 

Vuruldum, oxşadım sözü o ki var,

Söz mənə Tanrıdı, mən sözə bəndə.

Balığınkı sudu, quşunku hava,

Sözdü mənimki , mən sözə bəndəm.                      

 

 

Payiz prospekti”nin Əli Nəcəfxanlı ünvanında  oxucu qoşma, gəraylı, təcnislə yanaşı, təbiətə, uşaqlara yazılan şeirlərə də“qonaqolur.

Sözün müqəddəsliyinə “and içib, sözün altından keçənşair üçünincisi”, “mərcanı”,  mirvarisiolan İLAHİ SÖZÜN “hər qatı möcüzə”dir:

 

 

Nəbzim sözümdə vurur,

Gözümün işığısöz..

Məndən, səndən yuxarı,

Allahdan aşağısöz..  

 

 

 

 

Öz xarakteri etibarı ilə hər bir insan genetik kodlarla bağlı olduğu torpağın təbiətinə bənzəyir. Əlinin sözə sonsuz sevgisinin,  poetik ruhunun  əzəli, ilkinliyi Yardımlı Laçın dağlarının  saf havasından qaynaqlanır.  Bəlkə elə ana dilinin keşiyində durmaq missiyası Əliyə  fitrətən, təəssübkeş  söz cəngavərliyi qismətinə  o əzəmətli dağlardan büta  verilib? Çünki Əli  Tanrı bildiyi sözə sadəcə bəndə deyil, həm onu qorumağı bacaran YAXŞI əsgərdir.  Bu baxımdan, “qəlbinin  eşq adli valisinin qərarıilə sözlə həmdəm olan şairin bu misraları həm onun kredosu kimi səslənir:

 

 

 

Yazmaram, əzəli peşəm deyilsə,

Sevdalı könüllər köşəm deyilsə,

Millətin yolunda məşəl deyilsə,

Demək, fəraridir mənim şeirim.

 

 

Bir dəfə onunla həmsöhbət olandabostan müqəvvasıifadəsi işlətdim. Dedi ki, sən bu ifadəni öz türkcəmizcə  de... Çox çalışdım. Nəhayət dedim: “uyuq”. Əli elə sevindi ki... Sanki  bu bir kəlmə sözü tapmaqla ona dünyanı vermişdim.

Əli eşitdiyi hər kəlməni, yazdığı hər misranı məharətlə, təmkinlə şair qəlbinin təhlil süzgəcindən keçirir.

Onun  Şəhidlər”, “Şuşanı  görmədim gözümdolusu”, “Ürəyi gedən vətən”, “Qaçqın”, “Didərgin”, “Bir evin  min dərdi”, “Əlimi kəs”, “Sürüşürşeirlərində milli dərdlərimiz, “Yuxarıdan Allah baxır”, “Adamlara”, “Dünyadı”, “Tərsinə oxuyun alın yazımı”, “Papiros”, “Köhnə ağrılar”, “Dünya üzümə baxmadı s. şeirlərində bəşəri fərdi  düşüncələri müasirlik baxımından  poeziyanın ən dəyərli nümunələridir. Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin təbirincə desək, “qafiyə seçimindən tutmuş sözünün orqanik şəkildə tamlığına qədər sənətə ciddi baxdığını ortaya qoyur” Əli.

Dünyada ağaclar çoxdur, hamısı da bar vermir.Payız prospekti”ndə  yarpaqları  ilə vidalaşan belə ağacların seyrinə dalan Əli deyir:

 

 

 

 

Xəzəlləri döşək-döşək ağaclar,

Çılpaqlaşan,

qəşəng-qəşəng ağaclar,

Yaxşı çəlik çıxar budaqlarından!

 

 

Əli bu şeiri ilə  bahəm,  istəyir”, “Qocalmışam”, “Ömür bu imiş”, “Yaxşı ki...”, “Vəssalam”, “Oynaya bilmirəmşeirlərində  ustalıqla  bir  ömrün payız fəslinin  gerçək fraqmentlərini  yaratsa da,  kövrək duyğulara, nisgilə qərq oldum.

Bunu da etiraf edim ki, onun ustad şairMəmməd Aslana məktub”unu,  “Bu sevgi”sini, təcnislərini Gül balam-bülbül balamsilsiləsindən olan şeirlərini oxuyanda içimdə bir rahatlıq duydum, bir az da, Bahadır Şəfi demişkən, sabaha ümidlə boylandım.

İrəlidə Əlini  mənzil başına aparan uzun bir YOL var; bu yolda onun hələ çox  şeirlər toplusu, poemaları işıq üzü görəcək.  Çünki  qocalıqdan  çox erkən dəm vuran qələm dostumla hər görüşəndə, onda ömrümüzün eynən “Bahar prospektin”də ilk dəfə tanış olduğum Əlinin təptəzə ruhunu görürəm... “Payız prospekti”ndən sonrakı yollarda  yenidən görüşmək ümidi ilə.

 

 

 

Nurəddin ƏDİLOĞLU,

yazıçı-jurnalist

525-ci qəzet.- 2012.- 20 dekabr.- S.7.