Xalq şairi Zəlimxan Yaquba açıq məktub

Əzizim Zəlimxan!

 

 

Professor Teymur Əhmədovun tərtib etdiyiZəlimxan Yaqubkitab- albomunu diqqətlə vərəqlədim. Həyatı, yaradıcılığı, ictimai fəaliyyəti mənə yaxşı tanış olan böyük şairin tərcümeyi- halını (obrazını!) bir daha bütün miqyası, möhtəşəmliyi ilə təsəvvürümdə canlandırmağa çalışdım. Ancaq sonuna gedib çıxa bilmədim... Bizim görkəmli ədəbiyyatşünasımızın, ustadımızın ustalığına bir daha əmin oldum. Teymur müəllim kitab- albom janrının hüdudlarını xeyli aşaraq əməlli- başlı bir tədqiqat əsəri yaratmış, sənin həyat yaradıcılıq tərcümeyi- halının üfüqlərini təqdim etməyə çalışmışdır.

Kitabın müsbət cəhətlərindən çox yazmaq olardı... Ancaq xoşuma o cəhət daha çox gəldi ki, hətta Teymur müəllim kimi yüksək səviyyəli, təcrübəli bir müəllif belə sənin genişmiqyaslı (hüdudsuz!) yaradıcı fəaliyyətini əhatə edə bilməmişdir: Ona görə yox ki, müəllif öz istedadını, zəhmətini əsirgəmişdir. Ona görə ki, sən, qədər mükəmməl olsa da, bir kitaba, beş kitaba sığışan sənətkarlardan deyilsən. haqqında yazılan yazıları, deyilən sözləri tezliklə arxada qoyub yaradıcılığının, fəaliyyətinin yeni üfüqlərini müəyyən edirsən.  

 

Əzizim Zəlimxan!  

 

Sən Azərbaycan poeziyasının, ümumən mədəni- ictimai fikrinin o görkəmli nümayəndələrindən birisən ki, kifayət qədər gənc yaşlarından böyük hörmət qazanmış, hətta, məşhur təbirlə desək, “canlı klassik”ə çevrilmisən. Bunun ən parlaq göstəricilərindən biri xalqın dilinə bütün rəsmi ad- ünvanınla deyil, sadəcəZəlimxankimi düşməyindir; biz böyük şairlərimizi Nizami, Nəsimi, Füzuli, Vaqif... Vurğun, Şəhriyar, Bəxtiyar... kimi tanıyırıq. sən artıq bu mötəbər ailənin üzvü, şeir- sənət mülkündə nüfuzlu söz sahiblərindən birisən.

Zəlimxanı Zəlimxan edən birinci cəhət, heç şübhəsiz, onun mükəmməl poetik istedadıdır. Keçən əsrin 70- ci illərindən ortaya çıxan bu istedad 80- ci, xüsusilə 90-cı illərdən günəş kimi parladı, dərya kimi coşdu. bütün təbiiliyi, coşqun səmimiliyi ilə Azərbaycan poeziyasına hər cür xırda hisslərdən uzaq, möhtəşəm bir ab- hava (üslub!) gətirdi.

Sənin böyük yaradıcılıq uğurunun ( yaratdığın üslubun!) sirri ondadır ki, ən böyük şairləri belə təqlid eləmədin, bir arxeoloq məharəti ilə xalq ruhunun, xalq mənəviyyatının istedadının güclü inersiyası ilə mənsub olduğun xalqın yaradıcılıq imkanlarının ən dərin qatlarına enib oradan gəldin. Füzuli Nizamini, Vaqif Füzulini, Vurğun Vaqifi özünə ustad saydı, ancaq heç biri digərini təkrar eləmədiyi kimi, sən Vurğunun, Şəhriyarın, Bəxtiyarın ona görə böyük şagirdi oldun ki, onları təkrar-təqlid eləmədin... Çünki: Kamil şagird ustad olar ustada.

Sənin millətin dilindən düşməyən yüzlərlə gözəl şeirlərin, “Peyğəmbər”in, “Əbədiyyət dastanı”n ( ümumiyyətləDastan”ların) “Şair harayı”n, “Yaxşı ki sən varsan, ay sədəfli saz”in... ustad qələminin ( ürəyinin!) məhsuludur. Xalq şairi Hüseyn Arifdən sonra Aşıqlar Birliyinə rəhbərliyinlə aşıq sənətinə yeni nəfəs verdin. Ustadlardan öyrəndin, ustad oldun...  

 

Əzizim Zəlimxan!  

 

Sənin yaradıcılığının bir möhtəşəmliyi ondadır ki, hər bir şeirində bu böyük ustadların ( bütövlükdə Azərbaycan poeziyası tarixinin!) nəfəsi duyulur. Sən həmin tarixin təbii ( qüdrətli!) varisisən!..

Zəlimxanı Zəlimxan edən ikinci ( birincidən az əhəmiyyətli olmayan) cəhət onun geniş ürəyi, sözün geniş mənasında ünsiyyətcilliyi, güclü ictimai şəxsiyyətidir. Yalnız el- obasına, millətinə, dövlətinə sədaqətli olan insan sənətdə (sənətkarlıqda!) bu səviyyəyə yüksələ bilər... Tarix göstərir ki, çox böyük istedadlar məhz şəxsiyyətindəki qüsurlara görə yaradıcılığın ( eşqin!) zirvəsinə qalxmaqdan məhrum olmuşlar.

Mən həmişə görmüşəm ki, sən yıxılanın əlindən tutmağa, arxasıza arxa durmağa çalışmısan. bunun üstündə ağrılar- acılar da çəkmisən, böhtanlara da məruz qalmısan, ancaq Allahın sənə verdiyi mənəvi- ruhi tarazlığı heç zaman itirməmisən.

fikrimcə, Zəlimxanı Zəlimxan edən üçüncü cəhət onun böyük iradəsi, bütün həyatı boyu təbii ya qeyri- təbii çoxlu sayda çətinliklərə kişi kimi dözməyi bacarmasıdır.

Çünki sənin vücudun da ruhun qədər güclü, möhkəm, yaşayıb yaratmaq enerjisi (ehtirası!) ilə doludur. Milyonlarla insan ağlına sığışdıra bilmir ki, ən mötəbər tribunalardan sənin gur, dinləyənləri coşduran, səfərbər edən zövq verən səsini bir daha həmin gurluqda eşitməyəcək. Səhhətində özünü göstərən kiçicik bir irəliləyiş belə xalqı sevindirir... Niyə? Ona görə ki, sən bu xalqın ruhundan qopmuş şair- şəxsiyyətsən, sən bu millətin, sözün böyük mənasında, övladısan.

Elə olur ki, bir balaca yüksələn, az- çox şöhrət qazanan kəslər, kamalı natamam olduğuna görə, xalqa dərs verməyə başlayır. Sən kamalı tamların, bütövlərin yolu ilə getdin ( gedirsən)...

 

 

İlhamıdı coşqun çaylar, dənizlər,

Saflığıdı müqəddəslər, təmizlər.

El sevəni Aləm sevər, əzizlər,

Zaval yoxdu qiymətinə bu xalqın.

 

 

Yaxşını da, yamanı da tez görür,

Gördüyünü düz tanıyır, düz görür.

Ağıl kəsir, könül duyur, göz görür.

Sözmü çatar hikmətinə bu xalqın.

 

 

Ağrımayan ürək ola, baş ola,

Can sirdaşım torpaq ola, daş ola.  

Arzuların sayı qədər yaş ola,

Ömür verəm xidmətinə bu xalqın.

 

 

Yəqin ki, yadındadır, günlərin bir günü mənəneçə gün xəstəxanada yatdım, heç məni axtarmadındeyib giley elədin. Mən cavab verdim ki, eşitdim, ancaq Zəlimxanın xəstə olmasını təsəvvürümə gətirə bilmədim, onu həmişə sağlam görmüşəm... Hətta bir az da tünd çıxdı. Ancaq sənin xoşuna gəldi. Bilirsən niyə? Çünki heç sən özünü xəstə təsəvvür eləyə bilmirsən!..

Ruhun o qədər sağlam, eşqin o qədər əzəmətli, imanın o qədər kamildir ki, xəstəlik səni yenə bilməz...

Əzizim Zəlimxan!

Sənin istedadın birinci növbədə xalqdan, folklordan, aşıq ədəbiyyatından gəlir... Bununla belə həm eyni dərəcədə kitab adamısan.

Ona görə də nə yazılmalıdırsa, onu yazırsan; necə yazılmalıdırsa, elə yazırsan.

Və səndən bəhs edənlərə də, özün də bilmədən, elə bir ruh- meydan verirsən ki, deyildikcə tükənmir, yazıldıqca bitmir...

 

 

Nizami CƏFƏROV

525-ci qəzet.- 2012.- 22 dekabr.- S.21.