Uğur formulu
Siyasətdə təqvim real həyatdakı
kimi deyil. Burada hesablama
sistemləri çox vaxt adi gözlə
görünmür.Milli bayramlar
və faciələrin
rənglədiyi Azərbaycan
tarixinin zaman ölçüsü mənə
görə çox şərtidir. Ya xilaskarlıq,
ya da xəyanət
hadisələri bu xalqı elə yetkinləşdirib ki, indi millət yaşından çox böyük görünür.
2003-cü
ildə bizi 1993-cü
il gözləyirdi.
Yox, bu inersiya ilə
hələ də dilin yeni minilliyə
öyrəşə bilməməsi
– hər sözü
“min doqquz yüz”lə
başlamaq sindromu deyildi. Sadəcə, milli bədbəxtliklər
də illər üzrə elə identifikasiya olunub ki, daha o dövrün
bütün siyasi mənzərəsini təsvir
etmədən də hamıya bircə işarə bəs edir.
Səhv başa düşmədiniz. Zamanla geriyə
sayım 2003-cü ilədək
gözəgörünən və görünməyən
dairələrin Heydər
Əliyev və bu millətlə on illər ərzində apardıqları savaşla
təzədən başlayacaqdı.
Yenə də miflərdəki kimi qarşımızda iki yol vardı
– biz ya Xeyirlə addımlayacaq, ya da Şərə məğlub olacaqdıq.
Bu versiya deyil, həqiqətdir ki, 4 iyun qiyamından sonra müxtəlif beynəlxalq dairələrin
belə bir planı vardı ki, Heydər Əliyevin iqtidara gəlməsi çox qısa zamandan sonra onun hakimiyyətdən
getməsi ilə nəticələnəcək və
beləliklə, bu ölkənin həyatına
hər zaman təsirini saxlayan bu nəhəng siyasət generalından birdəfəlik qurtulacaqlar.
Xaosun devirməli olduğu bu sima ona
qarşı qurulmuş
plana öz sistemi ilə cavab verdi
və ölkəni bölməyə hesablanan
ssenariləri dağıtdı.
O, öz ideallarında
daşıdığı modeli
gerçəkliyə çevirdi
və 14-cü Lüdovikin
“dövlət – mən
özüməm” formulu
dövləti olmayan bir millətin xeyrinə işlədi.
Tanrı ona bu haqqı
elə tanıdı ki, hətta 2003-cü ildə “x günü”nün
məchulluğunu gözləyənlər
Heydər Əliyevin həyatla mücadilə verdiyi bir vəziyyətdə
belə ona məğlub oldular. Liderlik fenomeni
bax budur. Hər kəsin üzərində
və mənəvi dünyasındakı hakimiyyəti
qazanmış bir şəxsiyyət 15 oktyabrda
Azərbaycana şəfa
diləyənlərin səsinin
2-ci Əliyevə verildiyinə
şahidlik etdi. Bu sırf hüquqi
müstəvidə təhlil
edilən seçki aktından daha çox ruhi bir hadisə idi və mahiyyətcə
“Heydər Əliyevin siyasi qürub çağını görə
bilməyəcəksiz” mesajının
təsdiqidir.
Onun siyasi xəttinin qırıldığı
1987-1993-cü illərdə biz yolumuzu itirdik.Nə qədər şəxsiyyət
və rəhbər amilinə qarşı çıxırsınız-çıxın,
tarix şərt şəkilçisini sevmir. 15 oktyabrda bu millətlə
uzun onilliklər bərabər addımlamış,
böyük bir tarix yaratmış və Klivlenddə son savaşını verən
Liderə dua mərasimi, həmrəylik
nümayişi idi.
İlham
Əliyev atasının
təkcə genetik varlığının daşıyıcısı
deyil, həm də bu millətin
böyük Heydər
Əliyevdən gözlədiyi
arzu və idealların gerçəkləşdirməsinin
varisidir. Missiya dəyişməyib.
Rəqibləri İlham Əlieyevin siyasi imkanlarını düzgün dəyərləndirə
bilmədilər və
açıq görünürdü
ki, onu tanımırlar. Hakimiyyətin dayanıqlığının cəmi
3 ay çəkəcəyi barəsində təbliğat
qısa müddətdə
iflasa uğradı.
Əslində, beynəlxalq şərait
əvvəlki on ildən
daha da çətin
idi. İlham Əliyev ölkənin
ictimai parçalanmasına
yol vermədi və daşıdığı
fərqli keyfiyyətlər
hesabına söykəndiyi
siyasi irsi zənginləşdirdi.
Bəli, O, ulu öndərin genetik kodunu daşıyır. Lakin varisliyi məhz
siyasidir. Müstəqilliyimizdən sonrakı dövlət quruculuğu xətti yalnız bir insanın adı ilə bağlı olduğundan Heydər Əliyevdən sonrakı prezident məhz bu kursa sədaqət
nümayiş etdirməliydi.
Başqa
alternativlər yeni toqquşmalara yol aça, hakimiyyət içi qüvvələri
hərəkətə gətirə
və iqtisadi mənafe qruplarını hüdudsuz iddialar uğrunda savaşa qata bilərdi. Onun varlığı bütün
bu tendensiyaları ortadan götürdü və şəxsində birləşdiricilik xüsusiyyətini
daşıdığına görə dövləti irəliyə aparmağı
bacardı.
İlham Əliyevin prezidentliyinin
ilk illəri xüsusi
olaraq barış və humanizm nümunəsi sayıla bilər. Separatizmdə günahlandırılan
şəxslərin azad
olunması, Rəhim Qazıyevin əfv edilməsi, Surət Hüseynova fərqli yanaşmanın tətbiq edilməsi sübut idi ki, hər
kəs əmin olsun ki, keçmişdə
malik olduqları silahlı qüvvələrlə
pozuculuq işi aparanların indiki şəraitdə heç
bir resursu qalmayıb və dövlət yetərincə
güclüdür.
Hakimiyyət olimpinə neft siyasətindən gəlməsi
İlham Əliyevə
imkan verdi
ki, dünyadakı maraq qruplarını, onların iqtisadi təşəbbüs və
meyllərini daha tez təyin etsin, regionun resursları uğrunda savaşda Azərbaycanın
tapdalanmasına yol verməsin. Məhz ona görə
də ölkənin müstəqllik meydanı
böyüdü, mürəkkəb
şəraitdə bizi
forposta çevrilməyə
qoymadı. Dövlətin artıq qurulduğunu və keçid dövrünün başa
çatdığını deyərkən Prezident məhz bunu nəzərdə tuturdu.
O, mənafelərimizin təminatında
güzəştsizlik göstərərkən
bir çox iddiaların əksinə olaraq açıq risqə getməkdən çəkinmədiyini göstərdi.
Məsələn, 2011-ci ildə
onu Türkiyəyə,
Sürix protokollarına
razı salmağa dəvət edəndə də, Rusiya ilə Qəbələ
RLS-in işlənməsini başa
çatdıranda da eyni qətiyyətlə dayandığı mövqeni
qorudu, ona qarşı başlanan çirkli kampaniyadan çəkinmədiyini sübuta
yetirdi. Liderlik məsuliyyəti öz üzərinə götürməyi
bacaranları sevir!
İlham Əliyev yeni ölkə quruculuğu missiyasına görə
1-ci Pyotru xatırladır. Texnoloji cəhətdən
sovet mirasını təzəsi ilə əvəzləmək, işlək
dövrünü başa
vurmuş infrastrukturun
əvəzində iqtisadi
effektivliyi şübhə
doğurmayan sahələri
yaratmaqla insanlarımızı
aparıcı təşəbbüslərə
yiyələnməyə sövq
etdi, dövlətin liderinin nümunəsində
hər bir vətəndaşa uğur
formulu təqdim olundu.
Onun siyasi portretini təsvir edərkən ən başlıca keyfiyyəti
kimi demokratlığını,
sadəliyini və yüksək yumor hissinə malik olmasını da ayrıca vurğulamaq gərəkdir. Siyasi düşmənlərinin illər
uzunu verdiyi təsvirlərə baxmayaraq
O, əleyhinə yönələn
kampaniyalara qarşı
daha dözümlü
münasibət sərgiləməklə
alternativ fikrə açıq olduğunu nümayiş
etdirdi. Ən başlıcası, İlham Əliyevin sadə vətəndaşla
münasibətində bufer
zona yoxdur, əksinə daha çox dərəcədə
milləti ilə ünsiyyətə bağlıdır.
Ölkə içi səfərləri və müxtəlif tədbirlərdə
aşağıdan gələn
impulsları və yerli reallıqları bilməyə,
ilk mənbədən xəbərləri
almağa üstünlük
verdiyini siyasi üslubunu əsasına çevirdi. Onu bir partiyanın
və ya dövlət nomenklaturasının
deyil, xalqın rəhbəri saymaq daha doğrudur.
Bizi əhatə
edən dünyanın
mistik mahiyyəti olmasaydı, həyat çox cansıxıcı
görünərdi. Bu gün ONUN RUHU SEVİNİR. Dövlət
məsuliyyəti bu on
ildə İlham Əliyevi daha da yetkinləşdirdi.
Onun obrazı Heydər Əliyevə çox oxşayır. Ulu öndərin ruhunu içində yaşadan, Onun gözündən, Ürəyindən, Taleyindən
və Sevgisindən çıxış edib bu Vətənə bağlı olanlar, Yolunuz açıq olsun!
Zahid ORUC
Milli Məclisin deputatı
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.7.