“Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsində iştirakçılar düzgün
və ədalətli şəkildə qiymətləndirilir”
Prezident
İlham Əliyevin xüsusi tapşırığı
ilə əsaslı şəkildə yenidən
qurulmuş dördmərtəbəli
132-134 nömrəli Təhsil
Kompleksində həm müəllimlərin yüksək
səviyyədə fəaliyyəti,
həm də şagirdlərin biliklərin
əsaslarına mükəmməl
yiyələnmələri üçün
hər cür şərait yaradılıb.
Bilik ocağında keyfiyyət,
müasirlik və yüksək zövq vəhdət təşkil
edir. İndi bu məktəb
maddi-texniki bazasının
zənginliyinə görə
ölkəmizdə müasir
təhsil komplekslərindən
birinə çevrilib.
Təhsil ocağının əsas məqsədi milli mənəvi dəyərlərə, yaradıcı
təfəkkür və
məntiqi yanaşmaya
malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil
şəxsiyyət kimi
formalaşdırılmasından ibarətdir. Təlim-tərbiyə yeni və səmərəli
təhsil yanaşmaları,
müasir metod və texnologiyalar üzərində qurulur.
Məktəb fundamental və tətbiqi
biliklərin öyrədildiyini
əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına
şərait yaradır,
şagirdləri yaradıcılığa
və axtarışa həvəsləndirir, onların
istedadını müxtəlif
yollarla üzə çıxarır, nümayiş
etdirir və dərsdənkənar təlim
imkanlarını genişləndirir.
Şagirdlərdə vətənpərvərlik, səmimilik, dözümlülük,
tolerantlıq, xalqa məhəbbət duyğuları
tərbiyəsi ön
plana çəkilir, dövlətçilik prinsiplərinin
qorunması hər bir şagirdə aşılanır.
Xalqın maarifləndirilməsində, Azərbaycan
elminin inkişaf etdirilməsində böyük
xidmətləri olan yüzlərlə alimə
ilk savad verən bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi
ilə onlarla müəllim məşğuldur. Kompleksə əməkdar
müəllim Sara Xanlarova
rəhbərlik edir.
S.Xanlarova Dillər Universitetini bitirib və 14 il
ixtisası üzrə
müəllim işləyib.
Sonra yüksək pedaqoji fəaliyyəti nəzərə
alınaraq paytaxt məktəblərindən birinə
təlim-tərbiyə işləri
üzrə müdir təyin olunub. S.Xanlarova bir müddət təhsil şöbəsinin
müdiri vəzifəsində
çalışıb.
Artıq neçə ildir ki, bu təhsil
oçağının direktorudur. S.Xanlarova yenilikçi,
təhsilin inkişafına
xidmət edən yeni ideyaları dəstəkləyən, işinə
böyük məsuliyyət
hissi ilə yanaşan direktor kimi tanınır.
S.Xanlarova
deyir ki, rəhbəri olduğu təhsil müəssisəsi
2009-cu ildə “Ən yaxşı ümumtəhsil
məktəbi” adına layiq görülüb. Təhsil
Nazirliyi tərəfindən
keçirilən “Ən
yaxşı ümumtəhsil
məktəbi” müsabiqənin
keçirilməsində başlıca
məqsəd innovativ təhsil proqramlarının
tətbiqi ilə təlim-tərbiyə sahəsində
uğurlu nəticələrə
nail olan, keyfiyyət göstəricilərinə görə
fərqlənən ümumtəhsil
məktəblərini müəyyən
etmək, yaradıcı
pedaqoji kollektivlərin
qabaqcıl təcrübəsini
respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri
arasında yenilikçilik
uğrunda sağlam rəqabətin güclənməsinə
real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi
iş adamlarının,
biznes qurumlarının
diqqətini ümumtəhsil
məktəblərinin inkişafı
ilə bağlı məsələlərə fəal
cəlb etməkdən
ibarətdir: “Müsabiqə
hər tədris ili üzrə Təhsil Nazirliyi tərəfindən keçirilir.
Müsabiqədə bu qaydaların
2-ci bölməsi ilə
müəyyən edilmiş
şərtlərə cavab
verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər. Müsabiqənin keçirilməsinə
rəhbərlik və
nəzarət, tərkibi
Təhsil Nazirliyi tərəfindən təsdiq
edilən və ictimai əsaslarla fəaliyyət göstərən
“Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin keçirilməsi
üzrə Təşkilat
komitəsi tərəfindən
həyata keçirilir.
Təşkilat komitəsinin tərkibinə
beynəlxalq və qeyri-hökumət təşkilatlarının
və ictimaiyyətin nümayəndələri də
daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər
üzrə qiymətləndirmə
balları Təşkilat
komitəsi tərəfindən
müəyyən edilir.
Müsabiqə şərtlərinə
əsasən müsabiqədə
iştirak etmək arzusunda olan məktəbin son üç
ildə məzunlarının
ali məktəblərə
qəbul faizinin yüksək olmalı, məzunları qəbul imtahanlarında yüksək
bal toplamalı, müasir
təlim texnologiyalarının
tətbiqi üzrə
layihələrdə, habelə
digər inkişafyönümlü
innovativ təhsil proqramlarında iştirak etməlidir. Məktəbin
yarışlarda, festivallarda,
olimpiadalarda, eləcə
də, beynəlxalq müsabiqələrdə iştirakı
və uğurlu nəticələri, məktəbin
inkişaf xətti, tədris şəraiti,
müasirliyi əsas şərtlərdəndir”.
S.Xanlarovanın dediyinə görə, müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq quruma müraciət edir. İlkin mərhələdə iştirakçı məktəb haqqında bütün məlumatlar toplanır. Məktəbin nailiyyətləri, tarixi, tədris prosesi, məzunların göstəricilərinə xüsusi diqqət yetirilir. Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumtəhsil məktəbinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumtəhsil məktəbinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir. Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar: “Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır. Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfindən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir. Müsabiqənin üçüncü mərhələsi isə bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir. Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər. Üçüncü mərhələdə iştirakçı məktəbin rəhbəri ümumtəhsil məktəbinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. 25 nəfərdən ibarət Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir. Təqdimatın qiymətləndirilməsi zamanı bir sıra göstəricilər nəzərə alınır. Təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi, təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi, ümumtəhsil məktəbinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun, informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması, suallara cavabların əsaslandırılmış, inandırıcı xarakter daşıması, ümumtəhsil məktəbini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi, ümumtəhsil məktəbinin fəaliyyətinin perspektivləri, yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması. 25 nəfərlik Təşkilat komitəsi qarşısında mən məktəbin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış etdim. Mənim təqdimatım Təşkilat komitəsi tərəfindən çox bəyənildi. Bu müsabiqənin iştirakçısı olan bir məktəb rəhbəri kimi qeyd edim ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çox şəffaf keçirilir. Təşkilat komitəsinin hər bir üzvü başda baş müəllim, təhsil naziri Misir Mərdanov olmaqla hər kəs öz işinə cox ciddi yanaşır. İştirakçıları düzgün və ədalətli şəkildə qiymətləndirir. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Ancaq layiq olanlar “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülür. Mən bu müsabiqədə düzgünlük, şəffaflıq, ədalətli seçim gördüm”.
S.Xanlarova bildirib ki, 25 nəfərlik Təşkilat komitəsinin üzvləri arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Valideyn Müəllim Assosiasiyasının British Councilin nümayəndələri, alimlər var: “Təşkalat komitəsi üzvləri arasında Təhsil Nazirliyinin işçilərindən başqa, həm QHT-lərin, həm beynəlxalq təşkilatların nümayəndəsi var. Müsabiqə zamanı 1-2 nəfər yox, 25 nəfər peşəkar insan iştirakçılara qiymət verir. Bu 25 beş nəfər sözün əsl mənasında peşəkar insan qarşısında 10 dəqiqəlik təqdimatla çıxış etmək insandan hünər və məharət tələb edir. Bu 25 nəfərin yetkilliklə təqdimatıma düzgün qiymət – yüksək bal verməsi isə mənim üçün böyük fəxrdir. Təşkilat komitəsinin hər bir üzvü öz sahələri üzrə peşəkar fəaliyyətləri ilə fərqlənən şəxslərdir. Onlar müsabiqənin şərtlərinə uyğun olaraq ən layiqli namizədi seçirlər. Bu mütəxəssislərin işinə kölgə salmaq ən azı ədalətsizlikdir”.
“Ən yaxşı müəllim”müsabiqəsi haqda söz açan S.Xanlarova qeyd edib ki, müsabiqə ölkənin ümumi təhsil məktəblərində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmağa imkan verir: “Bu müsabiqə müəllimlərin öz üzərlərində çalışmalarına, peşəkarlıq səviyyələrini artırmalarına şərait yaradır. “Ən yaxşı müəllim” müsabiqəsi keçirilən zaman müəllim əməyinə, zəhmətinə, savadına, biliyinə, potensialına düzgün qiymət verilir. Ən yaxşı müəllim adını qazanmaq üçün müəllimlər 3 mərhələdən keçir. Sözün əsl mənasında savadı, bacarığı, novatorluğa və innovasiyalara meyilli, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimlər də müsabiqənin Təşkilat komitəsi tərəfindən qalib seçilir. Bizim 11 müəllimimiz “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Bu müəllimlərin hər biri özü bir məktəb olan müəllimlərdir. Müasir təhsil sistemində şagirdlərin fəallığı, məntiqi düşünmələri, onlarda yaradıcı təfəkkürün inkişaf etdirilməsi əsas məqsəddir. Bu müəllimlər əsasən layihə metodikasına üstünlük verir, interaktiv təlim üsullarından istifadə edirlər. Onlar daim yenilik axtarışındadırlar, daim öz üzərlərində işləyirlər. Eyni zamanda digər ölkələrin təhsilində gedən dəyişikliklərdən, tətbiq edilən yeniliklərdən də xəbərdar olmağa çalışırlar”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 22 dekabr.- S.15.