Moskvadan görkəmli şair-publisist Məmməd
Aslana təbrik məktubu
Əziz
və hörmətli Məmməd müəllim!
Sizi doğum gününüz
münasibətilə səmimi
qəlbdən təbrik
edirik! Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik,
səadət arzulayırıq!
Uğurlar diləyirik!
Siz bizim çox sevdiyimiz, dərin rəğbət bəslədiyimiz adlı-sanlı
şairimiz, yazıçımız,
gözəl publisistimizsiniz. Siz bizim el-obamızın dərdinə, qəminə
alışıb yanan,
Kəlbəcərimizi bir
an belə unutmağa qoymayan görkəmli eloğlumuzsunuz.
Biz sizin kimi
Kəlbəcərlimizlə həmişə fəxr etmişik. Sizin kimi istedad sahibini,
şairliyi bahardan və bənövşədən
öyrənən qeyri-adi
şairini xalqımıza,
ilk növbədə kəlbəcərlilərə bəxş
etdiyinə görə
ulu Tanrıya minnətdarıq. Siz hər
zaman yüksəklikdə
dayanan, nadir istedada malik, qeyri-adi şairimizsiniz.
Siz istər
klassik ədəbiyyatımıza,
istərsə də folklorumuza dərindən bələd olan böyük ziyalımızsınız. Siz uzun illər boyu “Azərbaycan gəncləri”, “Ədəbiyyat
və incəsənət”
qəzetlərində, “Ulduz”
və “Azərbaycan təbiəti” jurnallarında,
“Yazıçı” nəşriyyatında
çalışmısınız. AzTV-də işləmisiniz. “Ekran-efir” qəzetinin baş redaktoru və “Dərədən-təpədən”
verilişinin aparıcısı
olmusunuz. Zəhmətkeş bir övlad kimi xalqımıza ləyaqətlə xidmət
etmisiniz.
Sizin əsərləriniz
60-cı illərdən üzü
bəri həmişə
maraqla, həvəslə,
heyrətlə oxunub. Ömrünüz boyu çoxsayda yazdığınız məqalələriniz,
dadlı-duzlu şeirləriniz,
qeyri-adi yazı maneranız sizi Azərbaycan xalqının
sevimlisinə çevirib.
Sizin hər misranızda, bir bənd şeirinizdə,
bir cümlənizdə
Kəlbəcər dağlarının,
doğma yurdumuzun həsrəti duyulur.
Sanki tərk edilmiş
ocaqlara, viran qalmış yurdlarımıza
qayıdırıq. Tərtərin şırıltısını, lilparlı-yarpızlı bulaqlarımızin
həzin pıçıltısını,
doğma yurdumuzun təmiz havasını, allı-güllü yaylaqlarımızın
ətrini duyuruq.
Sizin şerlərinizi oxuyanda xəyal bizi istər-istəməz doğma
yerlərimizə, Kəlbəcərimizə
aparır, ürəyimizdən
Vətən nisgilinin silinəcəyi, yağıların
əlində əsir qalan dağlarımızın
tezliklə azad olunacağı günü
düşünürük.
Bu torpağa sevgidən
yoğrulan, məhəbbətdən
doğulan şeirləriniz
dünya durduqca xalqımızın dilində
həzin bir nəğmə kimi yaşayacaq.
Əziz
Məmməd müəllim!
Sizi bir daha təbrik edirik!
Kəlbəcərdə görüşmək
arzusuyla:
Nəsib
Nəbioğlu, Məmməd
Quliyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Cəfər
Sadıq, Ramiz Məmmədhəsənov, Asif
Verdiyev, Arif Mehdiyev, Fikrət Mehdiyev və Moskvada yaşayan bütün kəlbəcərlilər.
525-ci qəzet.-
2012.- 25 dekabr.- S.7.