Rəssam Məlik Ağamalovun fərdi sərgisi açılıb

 

 Müasir İncəsənət Muzeyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Müasir İncəsənət Muzeyində istedadlı rəssam Məlik Ağamalovun fərdi sərgisi açılıb.

SalamNews xəbər verir ki, sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun fərdi yaradıcılıq xüsusiyyətindən söz açıblar. Bildirilib ki, bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində uğurla nümayiş etdirilib.

Rəssam Məlik Ağamalovun fərdi sərgisi yanvarın 13-dək davam edəcək.

 

Günel

525-ci qəzet.- 2012.- 25 dekabr.- S.7.