Azəristan ölkəsi
(“Şərq hekayətləri”
silsiləsindən)
I HİSSƏ
II HİSSƏ
Sonuncu hissə
Ac dəstə
Allahyarxanın bu sözlərindən sonra qoca şeyxi bir
ağızdan salamlayıb alqışladılar:
–Geniş
və xeyirxah ürəyinə görə qoy Tanrı
xeyir-duasını və mərhəmətini səndən əsirgəməsin,
həmişə Qadir Allahın əmanətində olasan, ay
Allahyarxan!
Allahyarxansa
onlara dedi:
– Fəqət, çörəkli
günləriniz gələnə qədər taxılı sizə borc olaraq verə bilmərəm.
– Niyə, ay Allahyarxan? Yoxsa, fikirləşirsən ki, səni aldadarıq,
borcunu qaytarmarıq? – deyə
yığışanlar bir ağızdan soruşurlar.
Allahyarxan
belə cavab verdi:
Azad insan
yalnız özü üçün işləməlidir,
başqası üçün çöllərdə tər
tökməməlidir. İstəmirəm ki, aclıqdan
qurtulub yaxşı günlərə çıxandan sonra
öz torpağınızda təkcə özünüz
üçün yox, həm də mənə borcu qaytarmaq
üçün qul kimi işləyəsiniz, mən də
axıtdığınız alın tərindən bu minvalla
istifadə edim.
Hamı
bu sözləri eşitdikdən sonra hərəkətsiz halda
dinməzcə durmuşdular, bilmirdilər ki, nə desinlər.
Bir qədər
sonra onların arasından bir nəfər dillənir:
–Biz səndən
satın alardıq və pulunu da yerindəcə verərdik,
ancaq, heç nəymiz qalmayıb. Belə ki, hələ
keçən il aclıqdan ölməmək
üçün, hər nəyimiz vardı,
hamısını ermənilərə vermişik. Xilas et bizi!
Əgər istəyirsınsə, çöl işləri
başlanan zaman hamımız gəlib sənin əkin sahələrində
işləyərik və bizə etdiyin
yaxşılığın əvəzini bu yolla
çıxarıq.
Yoox, – deyərək
şeyx etiraz etdi, – belə olan halda öz sahələriniz becərilməmiş
qalacaq və torpaq da verməli olduğu məhsulu verməyəcək.
Və o zaman aclıq bir daha istehza ilə üzünüzə
qımışanda və sizi ələ salanda məni söyəcəksiniz.
– Ay
Allahyarxan, o qədər yemək-içməyin ola-ola, bizi
doğrudanmı qapından əliboş qaytaracaqsan?
–
Allahyarxan, məgər deyirsən ki, o qədər varın
ola-ola, hamımız ailəliklə son nəfərə kimi
aclıqdan ölək?
– Yoox,-
deyərək Allahyarxan uzun və ağ saqqalını
sığallayıb dilləndi – sizə yaxşılıq etmək
istəyirəm, kömək də edəcəm, ancaq mənə
bir məsləhət verin görək, necə edim ki, həmin
yaxşılığın nəticəsi həm sizin, həm
də mənim üçün
yamanlıq kimi alınmasın?
– Axı,
sən nə borc vermək istəyirsən, nə də ki,
borcun əvəzində işləməyimizə razı
olursan, almağa isə nə pulumuz var, nə də başqa
bir malımız. Onda öz var-dövlətindən,
taxılından və başqa məhsulundan bizə nə
bağışlaya bilərsənsə bağışla,
yaxşılığını unutmarıq, – deyərək
bir nəfər dilləndi.
– Allah və
Onun peyğəmbəri şahiddir ki, səni unutmarıq! –
deyərək hamı ucadan dilləndilər.
– Müqəddəs
Məhəmmədin saqqalına and olsun ki, etdiyin
yaxşılığın əvəzini bizim günlər gələndə
üçqat səxavətlə qaytaracıq!
– Siz deyən
kimi edə bilmərəm, – deyərək Allahyarxan cavab verdi.
– İnsan digər bir insanın əməyindən müftə
istifadə etməməlidir. Əgər bir dəfə belə
etsəniz, qorxuram ki, sabah bunu bir də təkrarən etmək
istəyərsiz. Və onda buna öyrəşib adətkərdə
olarsız, tənbəlləşərsiz, beyninizdə
başqa adama qarşı zor işlətmək, onu məcbur
etmək istəyi kök atar. Özgə əməyindən
istifadə etməyə adət etmək insan üçün
çox böyük bədbəxtlikdir.
Bu
sözlərdən sonra adamlar daha çox məyus oldular və
soruşdular:
– Axı, onda de görək,
hamımız külfətlərimizlə bir yerdə
aclıqdan ölməmək üçün nə etməliyik
ki, bizə anbarlarından yemək-içmək verəsən?
Allahyarxan hər iki əliylə
göyü göstərərək dedi:
– Allaha dua edib yalvarın ki, sizin və
mənim ağlımı işıqlandırsın, bu çətin
vəziyyətdən bizə çıxıs yolunu göstərsin.
Adamlar daha da qəmginləşdilər,
başlarını aşağı salıb fikirləşməyə
başladılar ki, “Allahyarxan gör necə xəsis və qəddar
bir adama çevrilibdir, ürəyi də mamır
basmış daşa dönübdür, nə bizə, nə
də uşaqlarımıza yazığı gəlmir,
heç kəsə kömək əlini uzatmaq istəmir”.
Allahyarxan
da başını aşağı salmışdı və
saqqalını sığallaya-sığallaya dərin fikirlərə
getmişdi.
Adamlar isə
hələ də durmuş gözləyirdilər ki, şeyx
onlara daha nə deyəcək. Özlərinin və ailələrinin
olum–ölüm məsələsinin Allahyarxandan asılı
olduğunu başa düşən adamların bir qismi hələ
də ümidini üzməmişdi, digər qismi isə
gözləyirdi ki, şeyx bu saat ağzını açacaq
və ən xoşagəlməz sözlərlə onları məzəmmət
edəcək, ən acı kəlmələrlə tənbehləyəcək.
Allahyarxan
dərin düşüncələrdən ayılaraq
başını qaldırdı və dedi:
–Evimin yanında bir gur bulaq
vardır. Suyu o qədər güclüdür ki,
aşıb-daşaraq otlağı basıbdır və orada
göl əmələ gətiribdir. Kim ki, məndən
taxıl və meyvə almaq istəyir, qoy gedib orada arxlar qazsın
və sulara yol açsın ki,
axıb biyəbanlığa getsin. Hər qazılan iki
arşın 4 arx üçün adambaşına bir girvənkə
5 taxıl verəcəm ki, özünə yavanlıq
hazırlaya bilsin.
Adamlar bu
sözləri eşidib çox sevindilər, əlinə bel və
külüng götürüb arx qazmağa getdilər. Onlar səhərdən
axşama qədər külüng çalaraq
saysız-hesabsız arxlar qazır, biyəbanlığa
çoxlu-çoxlu sular axıdırdılar. Axşam
düşəndə isə hər kəs gördüyü
işin əvəzində taxıl alır, özünün və
ailəsinin aclığını öldürməyə yeməyi
olduğu üçün Allahyarxana təşəkkür edə-edə
razı halda evinə qayıdırdılar.
Bu minvalla onlar bir gün, iki gün,
üç gün... və daha neçə-neçə
günlər işlədirlər...Və insanlar yaxşı
güzərana, xoş vaxtlara qovuşana qədər
çoxlu-çoxlu belə iş günləri ötüb
keçdi...
lll
Beləliklə,
hər gün yeni insan dəstələri işləməyə
gəlirdi, onlar arxlar qazır və axşam düşəndə
muzdlarını alıb evlərinə qayıdırdılar,
qazandıqlarını yeyib qurtarmayana kimi işə
qayıtmırdılar. Artıq çoxlu sayda arxlar
qazılmışdı və göldən biyəbanlığa
çox sular axıdılmışdı. Ancaq gölün
suyu heç cür azalmırdı, arxlar
qazılmamışdan qabaq necə vardısa eləcə də
dururdu. Çünki indi yerin qatlarından bir yox, on iki bulaq
vurub çıxırdı...
Sərin
mehli bir axşam idi, gündüzün cəhənnəm
qızmarından sonra adamın bədəninə rahatlıq
yayan və gücünü qaytaran bir xoş şimal nəsimi
əsirdi. Allahyarxan çuxasını geyinir və əlinə
əsanı alıb biyəbanlığın düzənlərinə
çıxır ki, baxıb görsün, insanların muzdlu əməyi
sayəsində burada nə işlər görülüb,
sular haralara axıb gedir və gölün suyu niyə azca da
olsa azalmır...
Allahyarxan
düzənliyə çatır və qazılmış
arxlarla su axıdılan yerləri görür, torpağı
tanımır: – qabaqlar qızmardan çatlaq–çatlaq olan
torpaq indi təzəcə göyərmiş çəmənliyə
dönmüşdü və boş çöllər
axarlı–baxarlı bağlara çevrilmişdi. İnsanlar
aldıqları buğdanı, çovdarı evə apararkən
orda–burda yerə saldıqları taxıl dənləri
cığırların qırağında qalın cücərtilər
verərək yaşıllaşmışdı. Vahənin
yaxınlığında bitən ağacların kökləri
uzaqlara gedib çıxmışdı, köklər cücərti
vermişdi, cücərtilər isə torpağı dələrək
pöhrələnmişdilər və yaşıl yarpaqlardan
don geyinmişdilər...
Şeyx
indi başa düşdü ki, bu sahələri Allah ona
xeyirxah ürəyinə görə veribdir və eyni zamanda
biyəbanlığın məhsul verməyən dəmyə
düzənlərini insanlar üçün fayda verən, min
bərəkətli və bəhrəli gülüstana
döndərməyin yolunu da göstəribdir. O, məhz bu
zaman başa düşdü ki, niyə indi torpağın dərinliyindən
bir yox, on iki bulaq vurub çıxır və nə
üçün gölün suyu arxlarla biyəbanlığa
axıdılsa da, heç vaxt azalmır. Bü cür fikirlərdən
sonra o, əlini üzünə çəkib salavat
çevirdi və əllərini göyə tutub Allaha dua
oxuya-oxuya şükürlər etdi ki, İlahinin hamı tərəfindən
qəbul edilməli müqəddəs hökmü məhz bu
cür olubdur.
Allahyarxan
indi insanlara daha kiçik arxlar çəkməyi və
çoxlu sayda şaxələnmiş suları biyəbanlığın
hər tərəfinə axıtmağı, bel və kətmənlə
torpağı yumşaltmağı tapşırır, həmin
yerlərə buğda, arpa və yulaf səpdirir, arxların
qırağında tut, hulu, əncir, xurma və digər meyvə
ağaclarını əkdirir. Biyəbanlığın dəmyə
düzənləri yamyaşıl cücərir və dörd
ay keçəndən sonra Allahyarxan anbarlarına o qədər
taxıl yığır ki, o məhsul ətraf dairədə
yaşayan və onun köməyi olmasaydı hələ də
aclıq içində əziyyət çəkəcək əhalini
tamamilə doyuzdurmaq üçün
kifayət edərdi.
Bunu
görən insanlar boz düzənlərə gedir, mümkün
olan yerlərə arxlar qazaraq su gətirir və elə həmin
yerlərdə ev-eşik salıb yaşamağa
başlayırdılar. Onlar arxların kənarında ətrafı
gözəlləşdirən və evlərə
yaraşıq verən, həm də insanlara fayda gətirən
meyvə ağacları əkirdilər. İnsanlar torpağa tər
tökür, torpaqsa onlara zər tökürdü. Bu yolla
Muğan torpağında taxıl əkinləri cücərib
yaşıllaşır, ağaclar qar kimi çiçəklənir,
əvvəllər biyəbanlıq olan boz düzənlik
gözoxşayan təravətli bir çəmənliyə
dönür, yavaş-yavaş bol sərvətli, min nemətli
və cənnət məkanı Ədəm
bağlarını xatırladan yamyaşıl vadiyə
çevrilir.
Aclığın
sıxışdırdığı insanlar indi üzlərini
yenidən Allaha tutmuşdular, haqqın dərgahına
çevirmişdilər. Bunu belə görən İlahi
onları daha cəzalandırmırdı. Qadir Allah onda
şimal küləyinə dağlara əsməyi və oradan
su ilə dolu buludları qovub gətirməyi əmr edir və
buludlara Azəristan ölkəsinin quraqlıqdan inildəyərək
can verən bağrıyanıq torpaqlarına yağış
tökmək barədə hökm verir.
Həyatverici
yağışdan sonra torpaq canlandı, yenidən rahat nəfəs
almağa və əvvəllər olduğu kimi insanlara bol məhsul
gətirməyə başladı, bağlar təzədən
yaşıl don geyindilər...
İnsanlar
da yenidən ülfətlə, toy-büsatla yaşamağa
başladılar, ermənini isə daha heç kəs
özünə yaxın buraxmırdı. Doğrudan da Allaha
ibadət edən hər kəs erməniylə
qarşılaşanda, hətta uzaqdan belə onu görəndə,
o tərəfə tüpürürdü...
İnsanlar
Allahın sonsuz mərhəmətinə görə və səxavətlə
onlara göndərdiyi bərəkət üçün qəlblərində
İlahiyə minnətdarlıq və hörmət hisslərini
yaşada-yaşada, həmçinin ağır gündə
onlara yaxşılıq etmiş şeyx Allahyarxana təşəkkürlər
edə-edə uzun müddət xoşbəxt həyat
sürdülər.
Günlərin
bir günü Allahyarxan dünyasını dəyişdi və
ölkədə kiçikdən böyüyə qədər,
cavandan qocaya kimi hamı dərdə-qəmə batıb
başlarına kül ələdilər, üzünü
döyərək sinə paltarını cırdılar,
kül səpələnmiş evlərində doqquz gün
yerdə bardaş qurub oturdular, böyük və xeyirxah, covmərd
bir ağsaqqalın ölümünə yas saxladılar...
Şərəfli
və müdrik şeyxin itkisindən kədərlənən
insanlar daha qırx gün matəm içində oldular,
qırx gün saç qırxmadılar, dırnaq
tutmadılar və saqqal saxladılar...
Həyat
isə davam edirdi... Zaman keçib illər dəyişdikcə,
insanlar vaxtilə niyə əziyyətə düşdüklərini
yenə də yaddan çıxarırlar, Allahyarxanın
onları aclığın əzazil cəhəngindən necə
xilas etdiyini unudurlar, qoca şeyx onlara nə demişdisə və
nə öyrətmişdisə hafizədən silirlər,
onun savab işlərini, hətta adını belə xatirələrində
saxlamırlar...
Yavaş-yavaş
Azəristan oğulları yenidən pozuldular, gürcülərlə,
ermənilərlə və başqa gavurlarla dostluq etməyə başladılar.
Yenə də onlara torpaqlarının barını
satırdılar, min zəhmətlə və alın təriylə
yetişdirdikləri məhsulu Allahı tanımayan və muqəddəs
Məhəmməd peyğəmbərə hörmət etməyən
gavurların əlləriylə yad ölkələrdə
düzəldilmiş və Azəristana gətirilmiş
şeylərə dəyişirdilər. O şeylərin
hamısı Allahın gözündə iyrənc idi və hər
kim onlara toxunurdusa, bu, hər şeyi görən
Tanrını qəzəbləndirirdi...
Adamlar
özgə ölkələrdən gətirilmiş
parçaları alır, amma, öz arvad və
qızlarının toxuduqları, mahuddan tikilmiş
paltarları geyinmirdilər... Ancaq gavurların geyindikləri
paltarlardan geyinirdilər, keçmişdə ata-babaların
yaşadıqları evlərə bənzəməyən və
məhz allahsızların evlərinə oxşayan evlər
tikirdilər... İndi yalnız saqqalını
qırxırdılar, başları daha ülgüc
görmürdü və saçları çiyinlərinə
tökülmüşdü. Vay müsibət, necə də
tanınmaz bir şəklə düşmüşdülər,
daha heç kəs doğrudan da ibadət edənin
üzünü gavurun sifətindən ayıra bilmirdi!
Bunu
görən Allah yenidən qəzəblənərək Azəristan
oğullarından təkrarən üz döndərdi və
onları Yer üzündəki bütün gavurların ən
acıqlısı və qudurğanı, ən qəddarı
və amansızı, gavurlar gavuru olan yırtıcı və
qaniçən urus gavurunun əsarətinə verdi.
Urusların
sayı göydəki ulduzların, dəniz sahilindəki qum dənələrinin
sayı qədər idi. Onlar çəyirtkə
sürüsü kimi Azəristan olkəsinin canına
daraşdılar, hər yerə quldur basqınları edərək
elə bir yer qoymadılar ki, ayaqları dəyməmiş
olsun. Nəyi qarət etmək mümkündürsə qarət
edirdilər, nəyi soymaq olurdusa soyurdular, yurd yerlərini və
obaları büsbütün talayır, nə yanırdısa
yandırıb dilim-dilim alovlara qərq edirdilər. Beləliklə,
laləzar Azəristan torpağının sinəsinə
dağ çəkdilər, elləri viran qoyub
buğum-buğum tüstülənən xarabalığa
çevirdilər, gizlənməyə macal tapmayan insanları
isə vəhşicəsinə əzişdirib şil-küt
etdilər, dəhşətli işgəncələr verərək
leşi leş üstə qaladılar...
Muğan vadisinin təqib olunan sakinləri pərən–pərən düşəndən sonra, ayna tək parlayan göllər lil və qumla doldu, şırıltılı bulaqların durna gözü bağlandı, arxlar və çöllər qurudu, ağaçlar isə saralıb-soldu. Beləliklə, Muğan ölkəsi əvvəllər olduğu kimi yenə də boz düzənliyə, heç nə bitməyən boş biyabanlığa çevrildi.
O vaxtdan indiyədək Azəristan ölkəsinin oğulları iztirablar içində ah-aman edə-edə köləlik edirlər və hələ ki, onları yağıların pəncəsindən xilas edə bilən bir kəs yoxdur...
Merkine – Bakı – Kaunas
1909 – 1920-ci illər.
(Litva dilindən tərcümə edən: Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycanın Əməkdar jurnalisti
E.- mail:
mahir.hemzeyev@post.skynet.lt
Vilnüs
– Bakı, 2005-2012-ci illər)
Vintsas Kreve
525-ci qəzet.-
2012.- 30 dekabr.- S.22.