“Qəzənfər müəllimgilin Şuşaya yürüşünün beynəlxalq uğuru

 

 ƏSƏRDƏ ƏJDƏR OLUN MÜHARİBƏYƏ, ONUN NƏTİCƏLƏRİNƏ, VƏTƏNPƏRVƏRLİK ANLAYIŞINA, DÖVRÜN VƏ MÜHİTİN QAÇILMAZ REALLIQLARINA ORİJİNAL MÜƏLLİF BAXIŞI XÜSUSİ MARAQ DOĞURUR 

 

Məlum olduğu kimi, dekabrın 21-də Türkiyənin paytaxtı Ankarada İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. TÜRKSOY-un iştirakı, Türkiyə Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi, Türk Dünyasının ilk hələlik yeganə ortaq ədəbi yarışması olan müsabiqə bu il  paralel şəkildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Krım, İran, İraq Qaraçay-Balkarda gerçəkləşdirilib.

Sonda isə müsabiqəyə Ankarada, beynəlxalq mərhələnin nəticələrinin müəyyənləşdirilməsilə yekun vurulub. Mükafatlandırma mərasimində Türkiyə Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi Kamal Faxir Gənc çıxış edərək, müsabiqə iştirakçılarını qonaqları salamlayıb. K.F.Gənc türk dünyasının böyük oğlu Mahmud Kaşqarinin adını daşıyan, ümumən türkdilli ölkələri əhatə edən ilk hələlik bənzəri olmayan bu söz-sənət yarışmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazirlik nümayəndəsi Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, eləcədə digər türk respublikalarını xalqlarını bir araya gətirən bu müsabiqənin birlik, dostluq qardaşlıq naminə atılan önəmli addım olduğunu qeyd edib.

Sevindirici hadisədir ki, İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qalibi tanınmış Azərbaycan ədibi Əjdər Ol seçilib. Əjdər Olun müsabiqəyə təqdim etdiyiQəzənfər müəllimgilin Şuşaya yürüşühekayəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb. İkinci yeri qırğızıstanlı yazar Aydarbek Sarmanbetov tutub, üçüncülük qaraçay-malkarlı Müttəlib Beppayevə nəsib olub. Fəxri mükafat isə qazaxıstanlı Devren Kuata verilib.

Birinci mükafatın sahibi olan yazıçı Əjdər Ol çıxışında bu müsabiqənin keçirilməsindən, burada iştirakından təbii ki, xüsusilə mükafata layiq görülməsindən dərin məmnunluq hissi duyduğunu bildirib:

Arzu edirəm ki, bu mükafatı bütün Türk Dünyasının dəyərli övladları, dəyərli ədəbiyyat adamları layiq görülsünlər və bu müsabiqə bizi birləşdirməkdə, bir yerə yığmaqda davam etsin”. Xatırladaq ki, Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayəsi bundan əvvəl də sözügedən beynəlxalq yarışmanın Azərbaycan üzrə keçirilən, birinci mərhələsində müəllifinə birincilik qazandırmışdı. II Beynəlxalq Mahmud Kaşqarlı hekayə müsabiqəsinin birinci mərhələsi oktyabrda yekunlaşmışdı. Tanınmış yazıçı və ədəbiyyatşünaslardan ibarət altı nəfərlik münsiflər heyəti, müsabiqəyə təqdim olunan hekayələri 10 ballıq sistemlə qiymətləndirmişdi. Münsiflər heyətinin açıqlamasına görə, müsabiqəyə 20 müəllifin 25 hekayəsi daxil olmuşdu. Əjdər Ol “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayəsi ilə iştirakçılar arasında ən yüksək nəticəni göstərərək, münsiflərdən 42 bal almaqla, həmin mərhələnin qalibi olmuşdu. 

“Qəzənfər müəllimgilin Şuşaya yürüşü” əsərində yazıçı müharibələrin insan həyatına təsirini, savaşdan sonrakı proseslərin adamların mənəvi aləmində, işğalın onların psixoloji durumunda yaratdığı dəyişiklikləri məharətlə əks etdirib. Hekayədəki insan obrazları düşdükləri tragikomik situasiyadakı vəziyyətdəki davranışları , həm situasiyanın, həm də öz xarakterlərinin diktə etdiyi qəribə hərəkətləri ilə diqqəti çəkirlər. Əsərdə müəllifin müharibəyə, onun nəticələrinə, vətənpərvərliyə və dövrün, mühitin qaçılmaz reallıqlarına orijinal baxışı xüsusi maraq doğurur. 

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.19.