Üz-üzə dayanmış paralel dünyalar

 

KAMAL ABDULLANIN “UNUTMAĞA KİMSƏ YOX” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Kamal Abdullanın estet, yaradıcı kimi ədəbiyyat meyarları bütün vəzifələrindən, şöhrətindən üstündür. Rabindranat Taqor vaxtı ilə kölgəsini belə qırmaclamaq istəyənlər üçün yazırdı: “O kəs xoşbəxtdir ki, şöhrəti həqiqətdən daha az parlayır”. Kamal müəllimin yaradıcılığı şöhrətini (ad-san, vəzifə) kölgəsində qoyur.

Onun əsərlərini oxuyanda da bir fərqli cəhət aydın duyulur: ayrı-ayrı hissələrə aparan yol insanı azdırmır, süjet bəzən mövzunun içindən sivişib çıxır, amma hər dəfə qanrılıb baxanda uzaqlaşan sürətini görürsən. Sanki yanından bir adam keçib gedir, uzaqlaşır, evinə çatır, otağına keçir, amma sən hər dəfə çevrilib baxanda uzaqlaşdığını görürsən.

Mənimçün təhkiyə nəsrin zirvəsidir. Yazıçı oradan baxanda hamını görməlidi. Sujetsə təhkiyə zirvəsindən hadisələrə (zirvədən aşağıdakılara) sarı atılan kəndirdi. Yazıçı qəhrəmanlarının yanına düşməlidi mütləq. K.Abdulla nəsrinin maraqlı cəhəti budur ki, o təhkiyə (deyim) zirvəsindən baxa, kəndirlə (sujet) qəhrənmanlarının yanına düşə bilir. Məncə, bütün əsərlərdə qəhrəmanların silueti səsdir, əsərdə təhkiyədən (səsdən, oxunuşdan) başqa hər şey cansızdı.

Demokrit gözlərini ona görə kor edir ki, ətrafdakı heç bir şey onun diqqətini cəlb etməsin. K.Abdullanın romanında kor olmuş Demokritin ruhu var. K.Abdullanın əsərlərini oxumağa başlayandan sonra istər-istəməz hər şeyə qarşı “korlaşırsan” (diqqətin azalır) və mətnin psixoloji halına düşürsən, gözün başqa heç bir şey görmür.

K.Abdullanın “Yarımçıq əlyazma” romanında Dədə Qorqud Qazanla üzbəüz dayananda ürəyinin dərinliyində onu aldatdığını bilir (fikirləşir). Yəni paralel dünyaları təkcə real aləmə yox, illuziyalara (beyində) da aid etmək olar. Çünki irreal aləm heç vaxt real aləmi inkar etmir, çünki həqiqət belə illüziyadır. Amma reallıq irrenallığı inkar edir, çünki yaşanalar bəzən düşündüyümüzə “sərf eləmir”. Bundadır ki, bəni-adəm çox vaxt real aləmə can atır. Dədə Qorqudun qəlbindəki reallıqdır, dilindəkilər isə irreallıq (indi onun halına uyğun olan). Bu mənada, paralel dünyalar bir-birinə qovuşmur. Unutmağa kimsə yox” F.Q-nın Afaqı ilk xatırlamaları illüziyalardır, öz içinin sözləridir. K.Abdullanın romanındakı paralellər həm qütbləşmiş paralellərdir. Qarşıdan baxanda paralel dünyalar qarşı-qarşıyadır, rəqibdir. K.Abdullanın  Unutmağa kimsə yoxəsərinə çox adam yandan (yan gözlə yox ha!) baxdı ancaq paralel dünyalar gördülər. Amma o paralel dünyalar həm qarşı-qarşıyadır, rəqibdir biri-birinə. Təkcə paralel dünya olsaydı, onda ziddiyyətlər olmazdı. Onda əsər birqatlı olardı.

Unutmağa kimsə yoxromanı paralel dünyalar üstündə qurulub hər işarə, digər dünyaya eyhamdır, göstəricidir. Bir dünya o biri dünyanın açarıdır. Əsərdə mənə maraqlı görünən bir şey vardı, təhkiyə öz-özlüyündə paralel dünyanı şərtləndirir. Necə? Xatirə danışan digər dünyanı yada salır bu dünyalar onun öz xatirəsi olsa da, tamam yad təsir bağışlayır. Bəhrəm kişi üçün Gülsümə olan sevgisinin tarixçəsi, 40-50 il (bəlkə) olsa da, antik dövr qədər qədimdir, həm gələcək qədər yaxın. Nasir bu oyunu qurmaqla illəri zamansızlığa çıxarır, illər yox, tarix yadda qalır, nəhayət bu yolla yazıçı oyunun prinsipini reallaşdırır. K.Abdulla roman janrında allahlıq edə bilir. Necə? F.Q Bəhram kişini taleyir, yerdə qalan bütün obrazlar hallar sadəcə hadisədir. K.Abdulla romanı F.Q-nın Bəhramınbaşına gətirir”. Paralel dünyalar həm onların dünyalarıdır.

 

Paralel dünyalar çoxluğu...

 

1. Afaq ilə F.Q-nın, Gülsüm ilə Bəhram sevgisi. Hər ikisi nakam. Bədbəxtlik paraleli.

2) Bütün hadisələrin içində F-Q- düşündürən Afaqdır. Bəhramı isə Gülsüm. Düşüncə paraleliyi.

3) İş həyatı: F.Q -nin həm Çiçəkli yazını açarkən həyatı, həm institutdakı həyatı var. Bunlar da paralel aləm sayıla bilər.

4. Bəhramın oxuduğuOvodGülsüm”ün oxuduğuOvod”. OvodGülsümün Bəhramın arasındakı unudulmazlıq məqamıdır. Niyə məhzOvod”, axıOvodinqilabdır, başqa tale seçib, əvvəlki həyatını unutmamaq da etirazdır, inqilabdır. Qayıdış özü paraleldir getdiyin yönlə.

5) Təyinat eyniliyi: Söz səs özlüyündə paralel dünyadır. Qarağac həm səs toplusdur, həm söz. Sirri səs söz dünyası açır. Ona görə sirr məhz Qarağac sözü ilə açılır.

6) K.AbdullaHadisələrin üfüqü”ü ilə zaman məkan paraleli yaradır. Hadisə zaman anlayışıdır, üfüqsə məkan.

7) Sirr niyə məhz mağaranın içində gizləyir? Mağara sirr məkanıdır, Çiçəkli yazı da sirdir. Yazıçı sirri digər sirrin içində gizlədir. Əsərdəki məşhur mif mağarada baş verir.

8) Romanda zamanla, zamansızlıq paraleldir. Mif zamansızlığın, mifin açılması zamanınəl işidir”.

9) F.Q özünə inanaraq kəndə gəlir. Kəndə gələn kimi Bəhram kişi inanır ki. Çiçəkli yazını oxuya biləcək. Afaq da Bəhramı əmin edir ki, “Çiçəkli yazını oxuyacaqsan”. Amma Çiçəkli yazının sirri açılanda əsl məna üzə çıxırmı? Bilinmir... Əminlik mütləqdir, nəticə isə qeyri-mütləq. Romanda qarşı-qarşıya dayanan, əks-qütblü, amma yolları bir olan paralellər görürük.

10) Yağışlar aşağıdan yuxarı yağır, əslində, hər şey baş-ayaq çevrilib. Göylə yer paralel dünyadır. Amma min illərdi yağışın göydən yerə yağması, göyün yerəbirmənalı münasibət”idir. K.Abdulla hər şeyi vəhdətləşdirir, qarşılıqlı edir.

11) Romanıxatırlamaq unutmaqkimi iki əks-qütb üstündə qurulub. Çiçəkli yazı unudulmuşun xatırlanmasıdır. Keçmişi, o dili xatırlamalısan ki, sirlər açılsın. Sonda böyük xatırlamanın qarşısında ağıla da gəlməyən, böyük UNUTMAQ problemi çıxır. Hər şey xatırlandı, itdi, möhtəşəm ahəngin bağrında.

11) Çiçəkli yazını niyə məhz, Bəhram duya bilir?. Çünki Çiçəkli yazının havası onun içindədir, onun unutmağa kimsəsi yoxdur, Çiçəkli yazının sevgisi daşların bağrına yazıldığı kimi, Bəhramın sevgisi sinəsinə yazılıb. Bəhram əslində, özünü kəşf edir, Çiçəkli yazını yox. O öz ahəngini duyur.

12) Qarağac səni unutdu,

Sən Qarağacı unutmadın.

Çiçəkli Yazının bir hissəsi olan bu misralardan aydın olur ki, O, (Bəlkə, Gülsüm) Qarağacı unutmayıb, amma Qarağac onu unutmağa, öz gizliliyində saxlamağa çalışır. Bir paralel ortaya çıxır. Qütbləşmiş paralellər aydınlaşır: Biz hadisələri unutmamağa (Sən Qarağacı unutmadın), hadisələr isə bizi gizlətməyə (Qarağac səni unutdu) çalışır.

14) Yazıya toxunanlar ölür: Axı yazı başqasının həyatıdır, başqasının həyatına soxulmaq olmaz. Yeganə tədqiqatçı F.Q olur ki, o yazını ( Bəlkə Bəhramın həyatını?) Bəhramın verdiyi açarla açır. Bu yolla da sağ qalır. Yazı aydınlaşandan sonra Bəhram ölür, yazı öz sirrinin sonuna çatır, Bəhram da öz ömrünün.

15) Yazı su üstünə yazılmalıdır. Yazının itkinliyi üzə çıxır: “Hər sözünü əzbər bilməsinə baxmayaraq F.Q Çiçəkli yazının əvvəldən-axıradək nədən bəhs etdiyini bilmirdi”. Romanda bu barədə başqa bir ip ucu da var: Yazı yaddaşa qarşı üsyandır. Paralel: Yazmaq unudulmaq qorxusudur. Həm yazmaq, yaddaşındakını unutdurmaqdır. Yazandan sonra beynindəki yaddaşından unudulur, artıq yazmısan deyə yazdığını yaddaşında saxlamaq istəmirsən.

16) “Unutmağa kimsə yox” – Bəhram həm Xaronun qayığına minmiş adamlardandır. Çiçəkli yazı həyat tərəfdədir. Bəhramın Gülsümdən sonra yaşadığı ömür Stiks çayının o üzüdür. Çiçəkli yazı çözüləndə Bəhram həyatın digər üzünə keçir. Amma yaddaşı ilə birgə. Mif Reallıq s...

P.S Alber KamyununTaunromanı barədə təsdiq olunmuş araşdırma var ki, əsəri oxuyan adamların çoxu romanı oxuduqları müddətdə qızdırma xəstəliyi tapır, ən azı xəstələnir heysiz olur. K.Abdullanın romanlarını oxuyandan sonra mənSirr xəstəliyitapmışam. Hansısa əsərdə bir ştrix görəndə elə bilirəm ki, yazıçı hansısa gizli mətləbə işarə edir. Əfsus, səd əfsus ki, hamı sirli ola bilmir...

 

 

Fərid HÜSEYN

 

525-ci qəzet.- 2012.- 4 fevral.- S.16.