Bakıda “Budo ruhuYaponiya döyüş sənətinin tarixi” adlı sərgi açılıb

 

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfirliyi, Yaponiya Fondunun təşəbbüsü ilə “Budo ruhuYaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi təşkil edilib. APA-nın məluamtına görə, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe sərgi haqqında məlumat veribbildirilib ki, sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilib. Səfir Şusuke Vatanabe həmçinin keçən ilki zəlzələdən sonra Azərbaycan tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, Yaponiyada bərpa işlərinin davam etdiyini söyləyərək muzeydə “Tohoku. Sabaha daha yaxşı dirçəlişlə” adlı xüsusi fotosərginin də təşkil olunduğunu diqqətə çatdırıb. Ziyarətçilər burada gedən bərpa prosesləri ilə tanış ola bilərlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugünkü sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib: “Sərgi böyük tarixə, ənənələrə malik bir xalqın fəlsəfəsini ifadə edir. Azərbaycan dünyanın bir parçası, bəşər ailəsinin bir üzvü olaraq Yaponiya mədəniyyətinin daxilən dərk edilməsi və duyulması üçün belə sərgilərin keçirilməsinə böyük maraq göstərir. Diqqətə çatdırılıb ki, sərgidə nümayiş olunacaq döyüş sursatlarının bugünkü həyatımıza və idmana müsbət təsiri var”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin təşkilinə görə səfir Şusuke Vatanabeyə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yaponiya Fondu dünyanın 130-dan çox ölkəsi ilə mədəni əlaqələr yaradıb. Qeyd edək ki, səyyar sərgi dünyanın bir çox böyük şəhərlərində – Fransanın Paris, Nitse, Rusiyanın Moskva, Vladivostok, Xabarovsk, Krasnoyarsk, Türkiyənin İstanbul, Ankara, İzmir, Bosniya və Hersoqovinanın Sarayevo, Braziliyanın Rio de Janeyro, Kanadanın Toronto, Meksikanın Mexiko, ABŞ-ın Miçiqan, İndiana ştatlarında və s. yerlərdə böyük maraqla qarşılanıb.

Sərgi döyüş meydanında vuruş üsullarından (döyüş texnikası) olan budodan tutmuş Yaponiyanın döyüş texnikası tarixinə qədər geniş mühiti əhatə edir. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə ox, yay, zirehli paltar, baş dəbilqəsi kimi döyüş əşyalarının əsli və ya reproduksiyası nümayiş olunmaqla VIII əsrdən XIX əsrə kimi döyüş sənətindəki dəyişikliklər izah edilir. İkinci hissədə isə XIX-XX əsrlərdə “bucyutsusözününbudo” sözünə necə dəyişildiyi və yaponların gündəlik həyatında budo ruhunun necə əks olunduğu izah olunur. Sərgidə 9 “budonövüonlar üçün istifadə olunan alətlər də nümayiş olunur.

Səyyar sərgi bir ay davam edəcək.

 

 

525-ci qəzet.- 2012.- 7 fevral.- S.7.