Yüksel Degercan: “TRT öz imkanları ilə sadəcə Türkiyədə deyil, dünyada Azərbaycanın səsi olmağa çalışır”

 

Yüksel Degercan TRT-nin Bakı bürosunun yeni rəhbəridir. On ildir ki, TRT- çalışan müsahibim üç il öncə televiziyanın Azərbaycan nümayəndəliyində müxbir kimi fəaliyyətə başlayıb. Onunla söhbətdə TRT-nin keçdiyi yola, kanalın müasir dövrdəki durumuna televiziyanın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi həyata keçirmək istədiyi layihələrə toxunduq.

Siz Azərbaycana TRT-nin müxbiri kimi gəldiniz. Amma bir neçə ildən sonra Bakı bürosuna rəhbər təyin edildiniz. Bu təyinatı necə qarşıladınız?

Mən Azərbaycanı yaxşı tanıyıram. Demək olar ki, bütün bölgələrə səfər etmişəm. Hətta Qarabağ tərəfə, sərhədyanı bölgələrə getdim oradakı insanların həyatını, yaşam durumunu gördüm. Azərbaycan inkişaf edən bir ölkədir. Təbii ki, biz qardaş ölkədə özümüzü evimizdəki kimi hiss edirik. Bu üzdən yeni vəzifə təyinatıma sevindim. TRT-nin Azərbaycandakı fəaliyyəti həmişə iki ölkənin qardaşlığını, birliyini artıracaq istiqamətdə olub bu davam edəcək. Proqramlarımızda bütün bunları diqqətə alırıq.

– TRT məktəbini keçmək verdi sizə?

– TRT doğrudan da Azərbaycan Televiziyası kimi bir məktəbdir. Azərbaycanda televiziya 1956-cı ildə fəaliyyətə başlayıb. Bundan bir neçə il sonra TRT yarandı. Türkiyədə bütün özəl televiziyalar TRT-dən ayrılan onun yetişdirdiyi insanlar tərəfindən quruldu. Türkiyədə televiziya deyəndə ilk öncə hər kəs TRT-ni ağıllarına gətirir. Mən TRT ailəsinə düşməkdən son dərəcə məmnunam. Biz müxbir olaraq dünyanın bir çox ölkəsini gəzdik, oradakı sistemi, yaşamı öyrəndik, xarici televiziyalarla bizim televiziya arasındakı fərqləri gördük. Bütün bunlar bizə mühüm təcrübə qaynağı oldu. Bu təcrübələri birləşdirəndə ortaya çox gözəl məqamlar, ideyalar, layihələr çıxır.

Yüksel bəy, TRT- Azərbaycan televiziyaları ilə əməkdaşlıq istiqamətində nələr düşünülür? Bu əməkdaşlıqdan hansı nəticələr əldə oluna bilər?

Hazırda bizim 35 dil ləhcədə yayımlar aparan internet portalımız, 18 radiomuz var. TRT-nin 14 televiziya kanalı fəaliyyət göstərir. Bu yaxınlarda ingilis dilində kanalımız fəaliyyətə başlayacaq. Biz TRT-nin bu imkanları ilə sadəcə Türkiyədə deyil, dünyada Azərbaycanın səsi olmağa çalışırıq. Bu işdə buradakı televiziyaların, ümumilikdə medianın bizə böyük köməyi dəyir. Yerli televiziyalarla işbirliyini daha çox artırmaq istərdik. Bununla bağlı bir sıra layihələrimiz var. Bu yaxınlarda TRT-nin baş direktoru Azərbaycana gələcək burada fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşəcək. Bu görüşlərin bizim gələcək fəaliyyətimizə mühüm töhfəsi olacaq. Azərbaycanda fəaliyyət göstərən bütün kanallarla işbirliyini qura bilsək, bunun sayəsində TRT olaraq Azərbaycandakı gücümüzü daha da artırarıq. Azərbaycanın mədəniyyətini, inkişafını, uğurlarını, eyni zamanda, sıxıntısını, dərdini bütün Türkiyəyə, dünyaya daha geniş yaymağa çalışacağıq.

Maraqlıdır, Azərbaycanın Türkiyədə daha çox tanıdılması üçün hansı proqramlara, layihələrə önəm verirsiniz?

Türkiyə Azərbaycanı həqiqətən çox yaxından izləyir. Azərbaycan sahib olduğu enerji qaynaqları, təbii gözəlliyi, mədəniyyəti ilə Qafqazın ən önəmli ölkəsi, parlayan ulduzudur. Lakin Türkiyədə Azərbaycan hələ lazım olduğu qədər tanınmır. Yəni bizim insanlar qardaş Azərbaycanda baş verənləri daha yaxından izləmək imkanına malik olmalıdırlar. TRT buna görə Azərbaycandadır.

– TRT-nin mədəniyyət layihələri ilə bağlı deyə bilərsiniz? Bu istiqamətdə hansı işlərin həyata keçirilməsi gözlənilir?

Azərbaycanın mədəniyyəti Türkiyənin mədəniyyəti ilə çox yaxındır. Bir qədər əvvəl söylədiyim kimi, burada özümüzü yad hesab etmirik. Bizə çox doğmasınız. Ortaq dilə, düşüncəyə, adət-ənənələrə sahibik. Bizə doğma, yaxın olan mədəniyyəti türk mədəniyyəti ilə birgə dünyaya tanıtmaq o qədər gözəldir, biz sadəcə olaraq bundan qürur duyuruq. Bunun üçün Azərbaycan mədəniyyətini, musiqisini, sənətini, ədəbiyyatını öyrənmək, araşdırmaq, təbliğ etmək bizim vəzifəmizdir. HazırdaKafkaslardan əsən yelləradlı bir layihəmizi gerçəkləşdiririk. Azərbaycanın bütün bölgələrini dolaşır, onun mədəniyyəti, musiqisi, mətbəxini daha yaxşı bilən insanlar vasitəsilə proqramlar hazırlayıb bütün Türkiyəyə yayırıq. Bundan sonra gözlənilən yeniliklərə gəlincə, biz işbirliyi qurmaq bunun əsasında işləmək istəyirik. Əgər bu baş tutarsa, yerli televiziyaçıların Azərbaycan dilində hazırladıqları verilişlər bizim iştirakımızla ərsəyə gələcək Türkiyədəki televiziyalarda yayımlanacaq. Təsəvvür edin: bizim müxtəlif dillərdə internet kanalımız, TRT-Avaz, TRT-Musiqi s. kanallarımız Azərbaycan incəsənətinin, mədəniyyətinin dünyaya yayılması üçün ən gözəl vasitələrdir. Gələcək layihələrin detalları ilə bağlı hələ ki, söz açmaq istəməzdim. TRT-nin baş direktoru Azərbaycana gəldikdən görüşlər keçirdikdən sonra biz yeni layihələri həyata keçirəcəyik.

Türkiyənin tarixi mədəniyyətinin tanıdılmasında təbliğatında serialların, filmlərin böyük rolu var. Bu bir faktdır ki, Türkiyə serialları artıq dünyada ön sıralardadır. Bildiyiniz kimi, Azərbaycanda da artıq bu işə start verilib. Bu barədə deyə bilərsiniz?

Əslində, bunlar bir proses, keçilməsi zəruri olan sürəcdir. 1980-90-cı illərdə biz Amerika, Braziliya, hind filmlərini izləyirdik. Amma Türkiyədə bir potensial olduğunu gördük. Bizim rejissorlar, aktyorlar dedilər ki, biz öz seriallarımızı çəkməliyik. Bu proses başlandı. Bu gün artıq dünyanın 70 ölkəsinə film ixrac edirik. Bildiyiniz kimi, sizin ölkənizdə belə bir addım atıldı. Azərbaycan teatr, musiqi, kino sahəsində çox önəmli dəyərlərə malik bir ölkədir. Yaxın zamanlarda Azərbaycan da serial çəkilişində belə bir irəliləyiş əldə edə bilər. Bizim seriallarımız həqiqətən çox keyfiyyətli çəkilir onlar Türkiyənin təbliğatını aparır. Hər bir ölkə bu imkanlardan yararlanmaq istəyir. Məsələn, Amerikanın dünyada təsirli olmasının mühüm səbəblərindən biri Amerika filmləri, seriallardır. Hər birimizin evinə bu seriallar girdi hətta mənim övladlarım belə Amerikanın tarixini Türkiyənin tarixindən daha yaxşı bilməyə başladılar. Odur ki, biz artıq öz tariximizi özümüz təbliğ etməli bununla qürur duymalı olduğumuzu bilməliyik. Azərbaycanın da bu istiqamətdə addımlar atmasını çox təqdir edirik qardaş olaraq gərəkən köməyi göstərməyə hazırıq.

 

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2012.- 7 fevral.- S.4.