Teatrmilli mənəviyyat işi kimi

 

İnsan duyğularının, arzularının, təfəkkürünün bədii formada reallaşdığı məkan teatrdır. İncəsənətin canlı, sintetikkolletiv növü olan teatr bədii yaradıcılığın başqa sahələri kimi gerçəkliyi, insanların daxili aləmini və bir-birinə münasibətlərini əks etdirir. Teatr gerçəkliyin bədii inikasını dramatik vəziyyətlərlə, dolğun və məntiqli mizanlarla, aktyorların səhnədəki danışıq, davranış, mimik jestləri ilə əks etdirərək incəsənətin mürəkkəb, lakin eyni zamanda olduqca təsirli və ən maraqlı növlərindən biridir. Böyük dramaturq, istadalı rejissoraktyor triosunun özülü üzərində dayanan teatrda söz və hərəkət aktyorun başlıca silahıdır. Teatr nəyin müsbət, nəyin mənfi olduğunu tamaşaçısına nümayiş etdirirbu iki təzadın mübarizəsindən meydana gələn səbəbləri aydınlaşdıraraq insanın mədəni, mənəvi və estetik zövqünün formalaşması, fikir, fantaziya və bədii təfəkkürünün inkişafında əhəmiyyətli rol oynayır. Keçmişibugünü nəzərlərimizdə canlandıran teatr bizi həm də sabaha yönləndirir.

Milli-mənəvi dəyərlər insanları birləşdirə biləcək başlıca qüvvədir. Hər bir xalqın milli-mənəvi dəyərləri onun milli mənəviyyatının əsas göstəriciləridir. Bu mənəviyyat isə tarix və gerçəkliklər, zəngin mədəniyyət və incəsənət, qədim adət və ənənələrdən qaynaqlanır. Dünyaya örnək ola biləcək mədəniyyəti, milli mənəvi dəyərləri, zəngin adət-ənənələri Azərbaycan xalqının inkişafında və bir millət kimi dünya səhnəsində layiqli yer tutmasında başlıca rol oynayıb. Burada əsas amillərdən birini də zəngin, möhkəm tarixi köklərə dayanan Azərbaycan teatrı təşkil edir. XIX əsrin 70-ci illərində təşəkkül tapan Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqündünyagörüşünün formalaşması, realist ənənələrin davaminkişaf etdirilməsi kimi əhəmiyyətli vəzifələrin həyata keçirilməsində əvəzsiz söz sahibidir.

Prezident İlham Əliyevin teatr sənətinin inkişaf etdirilməsi ilə bağlı 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlərin hazırlanması və həyata keçirilməsini nəzərdə tutub. Proqram Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi daşıyır. Bundan başqa, Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni irsə çevrilən Azərbaycan teatrının informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edir.

Teatrın milli mədəni irs kimi qorunması və inkişaf etdirilməsini hədəf seçən, bu sahədəki mühüm problemlərin həll yollarını araşdıran dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər planı teatr sahəsində əhəmiyyətli irəliləyişlər vəd edir. Təmir-bərpa işləri başa çatmış teatrların maddi-texniki bazalarının möhkəmləndirilməsi müasir dövrdə teatrımız üçün vacib amildir.

Dövlət Proqramı yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması, ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin gerçəkləşməsi, teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi, teatr sahəsində müasir informasiyakommunikasiya texnologiyalarının tətbiq edilməsi, teatr mədəniyyətinin təbliğ olunması kimi mühüm vəzifələrin icrası istiqamətində işlər görür.

Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılması, teatr fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və digər regionlarda, həmçinin qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarının yerləşdiyi binalarda təmir-bərpa və yenidənqurma işlərinin aparılması üçün zəruri tədbirlərin görülməsi, yüksək səviyyəli nəşr və reklam məmulatlarının, dekor və geyimlərin hazırlanması işinin təşkilinin təkmilləşdirilməsi kimi vacib məsələlər daxildir. Bundan başqa, Azərbaycan Dövlət OperaBalet Teatrının simfonik orkestri və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının orkestri üçün musiqi alətlərinin alınması, dövlət teatrlarının nəqliyyat vasitələri ilə təmin olunması üçün lazımi tədbirlərin görülməsi, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Lənkəran Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının nəzdində dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına studiyaların yaradılması, teatr sahəsində təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə Azərbaycan teatr sənəti antologiyasının hazırlanması və nəşr etdirilməsi, 2009-cu ildən başlayaraq, iki ildən birYeni Teatrrespublika festivalının keçirilməsi, Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi praktik konfransın təşkili, UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrı həftəsinin keçirilməsi, UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun növbəti konqresinin Bakı şəhərində keçirilməsi, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “A.P.Çexov festivalının ipək yolu” adlı bir mərhələsinin Bakı şəhərində keçirilməsinin təşkil olunması, dövlət teatrlarında illər üzrə dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması üçün müvafiq tədbirlərin görülməsi, Bakı şəhərində tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkili, xarici ölkələrin tanınmış teatr kollektivlərinin ölkəmizə dəvət olunması qədim köklərə malik Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiya istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir.

Sözügedən proqram çərçivəsində ölkədə fəaliyyət göstərən teatrlarla yanaşı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyli sayda layihələr gerçəkləşdirilib, əhəmiyyətli işlər görülüb. Belə ki, 2009-cu ilin aprel ayından əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni texnikamüasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında aparılmış islahatlar nəticəsində daha iki kollektiv-Dövlət Gənclər və Bakı Kamera Teatrı birləşdirilib. Bu gün teatr vahid bir truppa kimi fəaliyyət göstərir. Teatrda Azərbaycan klassik dramaturqlarının əsərləri ilə yanaşı, Avropa, dünya dramaturqlarının əsərləri böyük müvəffəqiyyətlə səhnələşdirilir.

Bu illər ərzində teatr bir sıra xarici ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək, böyük nailiyyətlər əldə edib. 2008-ci ilin mart ayının 27-dən aprelin 4-dək kollektiv R.Rzanın “Ana qaz” və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə Belorusun paytaxtı Minsk şəhərində, həmin ilin aprel ayında Ə.Orucoğlunun”Nənənin kələyi” tamaşası ilə Türkiyə Cumhuriyyətinin Ankara və İğdır şəhərlərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında, yenə həmin ilin may ayında İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” və S.Marşakın “Pişiyin evi” səhnə əsərləri ilə Moskva vilayətinin Dmitrov, TaldomDubna şəhərlərində müvəfəqiyyətlə çıxış edərək, fəxri diplomlara layiq görülüblər. Teatr 2009-cu il may ayının 26-dan iyunun 6-dək Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türk dilli ölkələrin ənənəvi IX Beynəlxalq Teatr Festivalında Ə.B.Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə respublikamızı uğurla təmsil edib.

Kollektiv 2010-cu il 4-11 iyun tarixlərində Krım Muxtar Respublikasının paytaxtı Sinferopol şəhərində keçirilən XII Beynəlxaq Antik İmcəsənət Festivalda G.FiqeyredonunEzop” tamaşası ilə çıxış edərək, festivalın ən yaxşı Antik tamaşa mükafatına layiq görülüb.

2011-ci il 4-8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilən 32-cu Beynəlxalq “Fəcr” teatr festivalında müvəffəqiyyətlə çıxış edən kollektivOtello” tamaşası ilə çıxış edərək, uğurlu nailiyyətlərlə vətənə dönüb.

84-cü mövsümə uğurla start verən teatrın yaradıcı kollektivi 2011-ci ilin 10-20 noyabr tarixlərində Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkrainamonokiçik həcmli tamaşaların festivalında P.ZüskindinKontrabas” monotamaşası ilə uğurla çıxış edib.

Teatrın yaradıcı heyəti müxtəlif tədbirlərdə, müsabiqələrdə fəxri fərmanlara diplomlara layiq görülüblər.

Ölkə başçısının müvafiq sərəncamı ilə əmək məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 65-70 yaşı ötmüş sənətkarların fərdi müqavilə sisteminə keçirilib, teatr yaradıcılığı prosesində aktiv iştirakları təmin edilmişdir.

Teatr millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalına ev sahibliyi etmişdir. FestivalSağlam düşüncə” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən, Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olaraq həyata keçirilmişdir. 4 bölgə və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb. Layihə çərçivəsində icra üzvləri İsmayıllı, Ucar, Zaqatala, Mingəçevir rayonlarında aktiv və yaradıcı gənclərlə görüşlər keçirmişlər. Festivalın qala konserti 2011-ci il dekabr ayının 1-də gerçəkləşmişdir.

Kollektiv Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək, Avstriya dramaturqupublisisti Peter Turrininin “Axır ki...” adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil etmişdir. Cari ilin yanvar ayının 28-dən, fevral ayının 2-dək teatrın başqa bir heyəti İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İran İslam Respublikasına səfər etmişdir. Festivalda yaradıcı heyət görkəmli İtalyan aktyorudramaturqu Peppino De FilipponunDon Rafael trombonçu” tamaşası ilə çıxış etmişdir.

Yeni təmirli və hər növ avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edilib. Bu illər ərzində teatrdaŞeyx Sənan” (H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən yol” (C.Məmədquluzadə), “Albalı bağı” (A.P.Çexov), “Otello” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi” (Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı), “Axırıncı qataryaxud itlər” (İ.Fəhmi, O.Kazımi), “ŞelkunçikE.T.A.Hofman), “Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları” (Z.Dikens), “Mənim göyərçinim” (T.Vəliyeva), “Göyçək Fatma” (Azərbaycan Xalq nağılı), “Əcəl atı” (V.Əlixanlı), “Mən səni sevirəm – MSS” Ə.Əmirli, “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “RomeoCülyetta” (U.Şekspir) kimi əsərlər büyğk müvəffəqiyyətlə səhnələşdirib.

Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagürüşlərinin formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə “Teatr, təhsil və mənəviyyatımız”, “Biz teatrı sevirikkimi bir sıra tədbirlər həyata keçirilib. Azərbaycanın dahi şəxsiyyətlərini unutmayan teatr “Zirvədəki şəxsiyyətlər”, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrini həyata keçirib.

2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi teatr sahəsində yaradıcılıq mübadiləsi baxımdan olduqca əhəmiyyətli hadisədir. Bir müddət sonra həmin beynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradıldı. Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı keçirilən ərəfədə ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə Milli Mərkəzin ilk toplantısını keçirilib. Bu ilin fevral ayında Beynəlxalq ASSİTEJ-in növbəti toplantısının da Bakıda keçirilməsi nəzərdə tutulur. Bu quruma üzv seçilməyimiz teatrın dünya arenasına çıxışının daha geniş xarakter almasına imkanlar vəd edir. Teatr ASSİTEJ-in xətti ilə 2013-cü ildə Azərbaycanda ilk dəfə uşaq və gənclər teatrlarının beynəlxalq teatr festivallarını keçirmək niyətindədir. Cari ilin noyabr ayında Azərbaycan Milli Mərkəzi Gənc Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq teatr konfransının işində yaxından iştirak etməyə hazırlaşırıq.

Hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır. Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş (müəllif Cənnət Səlimova) “Buzovna kəndinin əhvalatları” əsəri üzərində son tamamlama içləri gedir. Növbəti ay tamaşanın təhvil verilməsi nəzərdə tutulur. Eyni zamanda bu ilki teatr mövsümündə 5 yeni əsər üzərində yaradıcılıq işlərinə start verilmişdir. Teatr ənənəsinə sadiq qalaraq yeni nəsil dramaturqların yetişməsində də mühüm rol oynayır. Hazırda teatrda gənc dramaturq Kamran Ağabalayevin “Hekayəti Şahzadeyi Xəzər” pyesi üzərində gedir. İl ərzində 7-8 yeni tamaşa hazırlanıb tamaşaçıların və ictimaiyyətin ixtiyarına verilir.

Ölkə başçısınını müvafiq sərəncamı ilə bu il Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli dramaturq və mütəfəkkir M.F.Axundzadənin 200 illik yubileyi qeyd olunacaqdır. Eyni zamanda 2012-ci il TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə İlielan olunub. Hazırda teatrda böyük dramaturqun iki tamaşası oynanılır. Bunlar “Hekayəti-xırs quldurbasan”, “Lənkəran xanının vəziri” tamaşalarıdır. Digər iki “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərləri isə yenidən işlənilib, bərpa edilib repertuara daxil ediləcəkdir. Paytaxtda keçirilən festival çərçivəsində teatrda M.F.Axundzadə tamaşalarından ibarət həftəlik çıxışlar keçiriləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan teatrının ümidli sabahı artıq başlanıb və o özünün intibah dövrünü yaşayır. Görülən və hələ bundan sonra görüləcək irimiqyaslı bütün sahələr üzrə mədəniyyət layihələrinin gerçəkləşməsini görməyib, bütün bu işlərin üstündən qara xətt çəkmək istəyənlər” unudurlar ki, Azərbaycan teatrının şərəfli keçmişi olduğu kimi, işıqlı gələcəyi də vardır. Və qüdrətli bir mədəniyyət ordusu yeni zirvələr fəth etmək üçün gələcəyə doğru mətnlə addımlayır.

 

Mübariz HƏMİDOV

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru

525-ci qəzet.- 2012.- 8 fevral.- S.7.