Mətbuat tariximizdəki silinməz imza – Məmmədəli Nasir

 

XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının öyrənilməsi, eləcə də bu dövrün yaradıcı şəxsiyyətlərinin xalqa, millətə müraciət tribunasına çevrilmiş mətbuatın və bu mətbuat səhifələrindəki klassik irsin tədqiqi də müasir mediologiyanın tərkib hissəsidir. Əlbəttə, indiyə qədərki tədqiqatlarda bizim bir sıra yaradıcı ziyalılarımızın əsərləri öyrənilmişdir. Lakin bununla belə hələ yaradıcılığı klassik mətbuat səhifələrində qalan bir çox yazıçı-publisistlərimiz var ki, onların da həyatının, əsərlərinin öyrənilməsi ciddi vəzifələr sırasındadır.

XX əsr ictimai fikir tarixində tanınmış şəxsiyyətlərdən biri də Məmmədəli Nasir Hacı Məhəmmədzadə İrəvanidir. Dövrünün “Sədayi-həqq”, “İqbal”, “Lək-lək”, “Molla Nəsrəddin”, “İqdam”, “Yeni İqdam”, “Məzəli”, “Tuti”, “Dirilik”, “Sovqat”, “Açıq söz”, “Zənbur”, “Məşəl”, “Şeypur”, “Yoldaş”, “Şərq qapısı”, “Qırmızı Gəncə”, “Azərbaycan” (q), “Zəhmət sədası”, “Azərbaycan füqərası”, “Kommunist” (Tiflis), “Kommunist” (İrəvan), “Kommunist” (Bakı), “Yeni fikir”, “Yeni yol”, “Vışka”, “Vakinskiy raboçiy”, “Azərbaycan işçi-kəndli müxbiri”, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Azərbaycan” (j), “Kirpikimi qəzet və jurnallarda yüzlərlə publisistik əsərləri, satirik-tənqidi məqalələr, felyetonlar, oçerklər və xatirə yazıları dərc olunmuşdur M.Nasirin yaradıcılığı bütövlükdə millətin maariflənməsinə, kamilləşməsinə xidmət edib.

M.Nasir 1899-cu ildə qədim yurd yerlərimizdən olan İrəvan şəhərində ortabab kəndli ailəsində anadan olub. Məmmədəlinin atası Hacı Məmməd kişi dini təhsil almışdı. Ərəb, fars dillərini mükəmməl bilirdi. Odur ki, balaca Məmmədəlini də İrəvanda molla məktəbinə qoymuşdu. Bununla o, oğlunu İslam dinində, məzhəbində əməli-saleh bir adam kimi yetişməsini düşünürdü. Lakin uşaq bir il atasının iradəsindən çıxa bilməsə də mollaxananın ağır şəraitinə dözməyərək, ordan uzaqlaşır. Bundan sonra 1908-1014-cü illərdə İrəvan gimnaziyasında təhsil alır. Bu illərdə o, fars dilini öyrənir.

M.Nasir 1912-ci ildə mətbuata gəlib. Həmin dövrdə İrəvanda milli mətbuatın olmaması üzündən onun yazıları Bakıda nəşr olunanSədayi-həqq”, “İqbalqəzetlərində dərc olunurdu. Elə o zamandan da bu qəzetlərin İrəvandan olan xüsusi müxbiri kimi əməkdaşlığını nəşrin sonunadək davam etdirmişdi. M.Nasirin peşəkar publisist kimi yetişməsində hər iki qəzetin böyük rolu olmuşdur. Xüsusi müxbirimizdən. İrəvandan”, “Məktəb xeyriyyə barəsində”, “İctimai hallarımızməqalələri, “Təəssüf”, “Arzu”, “Nümuneyi-ədəbişeirləri 13 yaşından mətbuata gələn M.Nasirin ilk qələm təcrübələridir. 1914-cü ildə İrəvanda Azərbaycan dilindəLək-ləksatirik jurnalı nəşrə başlayanda o, həmin jurnaldaŞeytan”, “Dul toyuqimzası ilə şeirlər, məqalələrlə çıxış edirdi.

Xalqın savadsızlığı, mədəni geriliyi onu həmişə düşündürür, qəlbini ağrıdırdı. Elə ilk yazılarında da müəllif bu narahatçılığından bəhs edirdi. Yazıçı məqalələrinin birində yazırdı: “Zira ki, bizim İrəvan kimi şəhərimizdə bir danə olsa milli məktəb yoxdur. Buna bais sərvətli kimsələrdi. Onlar kəndi mənfəətlərindən başqa bir şeyə əhəmiyyət verməzlər. Niyə bəs bizlərdə əcnəbilərin əğniyaları kimi məktəblər qeydinə qalıb, küçələrdə əsir qalan cocuqlarımızın imdadlarına yetən yoxdur?”.

M.Nasirin ədəbi irsinin böyük bir hissəsini publisistikası təşkil edir. Bunun başlıca səbəbi, təbii ki, yazıçı-publisistin yaşadığı dövrün ictimai-siyasi hadisələri ilə bağlı idı. O, publisistikanın müxtəlif janrlarında əsərlər yazmışdır. Kiçik xəbərlərdən başlamış, ictimai məzmunlu məqalələr, felyetonlar, oçerklər, xatirə yazıları onun ədəbi yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. M.Nasirin çox geniş mövzu dairəsi vardır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, çar mütləqiyyətinin ağır üsul-idarəsi altında yaşayan müsəlmanların hüquqsuzluğu, erməni millətçilərinin hələ ötən əsrin əvvəllərindən törətdikləri qanlı cinayətlər həmin dövrdə bütün ziyalıların yaradıcılığında olduğu kimi M.Nasirin publisistikasında aparıcı mövzulardan idi. Hələ 1916-cı ildə İranın bir neçə şəhərinə 1 aylıq səyahəti dövründə o, kəndlilərin ağır güzəranı, bir qarın çörəkdən ötrü evlərini tərk edərək Şimali Azərbaycana pənah gətirməsini gözləri ilə görmüş bu müşahidələriniİran sədası bu imiş?”, “Ağa Mirzə Ələkbər ağa”, “ yazım”, “Bu da İran konsulukimi məqalə felyetonlarında açıq şəkildə böyük ürək ağrısı ilə ifadə etmişdir. O, 1920-ci ilin fevral ayında BakıdaTərəqqiyi-İrancəmiyyəti tərəfindən nəşr olunanİran sədasıqəzetinin ilk sayını oxuyarkən bunun heç İranın sədası deyil, bir neçə möhtəkirin sədası olduğunu görürdü. Müəllif bu xüsusda yazırdı: “Tərəqqiyi-İrancəmiyyəti müəyyən müstəqil məslək təqib etməyərək ancaq zalimlərin, qatillərin sədası olan bir qəzetəyəİran sədasınamı verərək bu ad ilə özlərinə yeni bir yol yeni bir məslək açmaq istəyirlər. İran füqərayi-kasibəsinin belə ağır dəqiqələr keçirdiyi zaman iranlılara məxsus olan bir qəzetənin gülünc bir yol tutub getməsi İran zəhmətkeşlərinin əhvali-ruhiyyəsinə ictimaiyyəsinə əhəmiyyət verilməməsi şayani-təəssüfdür”. M.Nasir bu yazılarında belə bir fikri ifadə etmişdir ki, əgər İranda zəhmətkeş xalq öz azadlığı uğrunda inqilabi hərəkatını gücləndirməsə ömür boyu acı tale yaşamağa məhkum olacaq. Heç şübhəsiz, müəllifin bu əsərləri həmin dövrdə cənublu həmvətənlərinin gözünün açılmasına, ictimai şüurunun oyanmasına əhəmiyyətli təsir göstərmişdir.

İrəvanda daşnaksütun partiyası tərəfindən azərbaycanlılara qarşı aramsız davam edən sui-qəsdlər İrəvan ziyalılarını bu vəhşiliklərin qarşısını almağa məcbur edirdi. Həmin dövrdə daşnakların təcavüzkar məramını anlayan M.Nasir baş verən hadisələrin mahiyyətini dərk etməsi üçün xalqın gözünü açmağı, dədə-baba torpaqlarındakı haqqını qorumağı başa salmaq məqsədi ilə məsləkdaşları olan M.Mirfətullayev, T.Rzayevlə birgə “Cavanlar şurası” adlı siyasi, ictimai, ədəbi bir qəzet açmağa müvəffəq oldu. Ölkənin ağır bir vaxtında İrəvanda nəşrə başlayan qəzet ilk sayından əhaliyə müraciət edərək fitvaya uymamağı, bir-birinə silah qaldırmamağı tövsiyə edirdi. Eyni zamanda daşnakların çirkin əməllərini, kəndlərdə azərbaycanlıların evlərinə, bağlarına basqınlarını pisləyirdi. Qəzet çarizmin irticasını, daşnakların hiylə və məkrlərini ifşa etməklə xalqı ayıq və səfərbər olmağa səsləyirdi. Bu səbəbdən də qəzetin nəşrinə imkan verilmədi, “Cavanlar şurası” 3-4 sayından sonra bağlandı. Bundan sonra o, “Açıq söz” qəzetində ixtişaşlar tarixini əks etdirən publisist yazıları ilə müntəzəm olaraq çıxışlarını davam etdirdi. İrəvandakı ictimai-siyasi vəziyyət, ermənilərin mötəbər təşkilatlarda, duma seçkilərində üstünlük qazanması onu bir vətəndaş kimi narahat edirdi. M.Nasir bununla bağlı “Açıq söz” qəzetində yazırdı: “Əcəba, səbəb nədir ki, müsəlman xalqının 7 min səsi itdi? Buna bir çox cavablar vermək olarsa da ümdəsi müsəlman təşkilatının etinasızlığı ilə dumaya seçilmək xəyalında olan bəzi ləyaqətsiz cavanlarımızın qadınlara məxsus uçastkada yekdigərləri ilə tapançabazlıq etməsi dəxi səsimizi itirdi. Təəssüflər olsun ki, şəhərimizdə özgələrin müsəlmanlara ağalıq etməsinə səbəb yenə özümüz olduq”.

O, yazılarında həm də 1917-ci il inqilabından sonra ölkədə yaranmış qarışıqlığı, xalqa başa salır, gözlərinin açılmasına çalışırdı. M.Nasir 1917-ci ildə “Hümmət” qəzetində dərc olunmuş məqaləsində deyirdi: “Xülasə, üzümüzü ümumrusiya xilqətinə, xüsusən İrəvan cəmaətinə tutub ərz edirik. Vətəndaşlar! Aldanmayın o köhnə məmurların yağlı dillərinə! Yol verməyin onlara və buraxmayın onları bizim siyasiictimai işlərimizə müdaxilə etməyə. Hər halda gözlərimizi açmalıyıq”. Göründüyü kimi M.Nasirin bir publisist kimi yetişməsində İrəvanın 1912-1918-ci illərinin çətin, qarışıq mühiti, siyasi mübarizələr tarixi, bir-birinə zidd olan cəmiyyətlərin, partiyaların fəaliyyəti öz təsirini göstərə bilmişdi.

M.Nasir 1918-ci ildən daşnakların təqibindən yaxa qurtarmaq üçün Gəncəyə gəlir. O zaman daşnakların zülmündən ev-eşiklərindən didərgin düşmüş zavallı mühacirlərin bir qismi də Gəncəyə pənah gətirmişdi. Stansiyanın yanmış odalarında, paltar, yemək, yatacaq görməyən insanların bir çox mərəzlərə düçar olması yazıçının gözləri qarşısında baş verirdi. O, Gəncədə, Qazaxda, Ağdaşda İrəvan mühacirlərinin həyatında müşahidə etdiyi hadisələrdən bəhs edən yazılarla “Qırmızı Gəncə”də, Bakı mətbuatında çıxışlar edirdi. Bu məqalələrin yazılmasından 90 ildən çox vaxt ötsə də bu gün də onları oxuyanda təsirlənməmək olmur. Belə məqalələrin birində o, xalqa müraciət edərək yazırdı: “Əgər səsimizi eşidən, fəryadlarımıza çatan, bir bölük məzlum insanlara mərhəmət, şəfqət edən varsa, uca bir səslə deyirik: Bu gün hər yerdə, Azərbaycanın şəhər və qəsəbələrində İrəvan mühacirləri acından, soyuqdan və xəstəlikdən tələf olub gedir. İmdadə mərhəmət! Şəfqət ediniz, dəhşət və fəlakətlərə məruz qalan bir bölük zavallı insanlara!” Onun “Ermənistanda”, “Gəncədən”, “Ağdaşdan”, “İrəvanda firqəçilik və yaxud tarixi məlumat” məqalələrində xalqın torpaq, yurd itkiləri, xəstəliklərdən qırılıb tələf olan zavallı mühacirlərin maddi-mənəvi yoxsulluğu, ev-eşiklərinin talanı böyük ürək ağrısı ilə təsvir olunmuşdur. M.Nasirin o dövr publisistikasının təsir gücü məhz hadisələrə ayıq publisist baxışında idi. 1920-ci ildə yazıçının redaktorluğu ilə Gəncədə “Qırmızı Gəncə” qəzetinin nəşr olunması maarifşilik ideyalarının inkişaf etdirilməsinə böyük təsir göstərmişdi. O, bu qəzetin vasitəsilə Gəncənin maarif və mədəniyyətində mövcud olan geriliyi tənqid edir, bu sahədəki etinasızlıqdan, nizamsızlıqdan ürək ağrısı ilə söz açır, əhalinin mənəvi-əxlaqi problemlərinin aradan qaldırılması məsələləri ilə bağlı fikirlərini xalqın arasında yayırdı.

 

(Ardı var)

 

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2012.- 8 fevral.- S. 6.