Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

Əsərləri Üçüncü cild (1915-1916)

Ön söz

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

İcmali-əhval

 

Bu həftə müharibə əhvalını icmal üçün “sükut” gəlməsi iqtifa edər. Fransa cəbhəsində sükut: Rusiya, Avstriya-alman xəttində sükut, Qafqasiya xəttində də sükut. Yalnız Serbiya cəbhəsindən az-çox gurultu eşidiliyor. Fəqət o da bu həftə adətən sükut dərəcəsinə çatdı. Əlbəttə “sükut” dedikdə, oxucular məqsədimizin “bilnisbə” olduğunu özləri dərk edərlər.

Müharibə meydanlarının hər tərəfində sükutla keçən bu həftə yalnız Serbiya hökümətinin öz toprağından çıxıb Kralın çətinəyə hökumətinin də Uşqudərəyə çəkildikləri ilə təmayüz etdi. Kral və hökumət ilə bərabər düşmənlə qəhrəmananə bir surətdə dəmdar müharibələri edə-edə 50 minə qərib serb ordusu da Albaniyayə çəkilmişdir. Teleqraflar İtaliya hökumətinin Albaniyaya Serbiya müavinətinə qoşun göndərmək əzmində olduğundan bu dəfə də bəhs edib durdular. Fəqət kəndi toprağında müavinət görməyən zavallı Serbiya, Albaniyada italyanlarla yan-yana vuruşacaq olursa, Serbiya səfirinin dedigi kibi, bu vuruş Serbiya mənafeindən ziyadə İtaliya faidəsinə xidmət edəcəkdir.

Serbiyanın bu surətlə yol üzərindən çəkilməsi artıq almanlar üçün İstanbul yolunu təmin etmiş oldu. Bu münasibətlə almanların İstanbula gəlib də Yusif Əzələddinin rəsmi və Makinzen ilə Sadərəsin həqiqi komandaları altında Misirə gedəcəkləri xəbəri şaye oldu.

İstanbul – Berlin yolunun açılması üzərinə Misir səfirindən əlavə Almaniya – Avstriya – Bolqariya – Türk gömrük ittihadından bəhslər olunmaqdadır. Görünüyor ki, etilaf kibi düşmənləri də bir növ yorulmaq və müharibəyi axıra yanaşdırmaq fikrində degildirlər. Gömrük ittihadı əmələ gələrsə, şübhəsiz ki, bundan ən çox faidə görən yenə Almaniya sənaəti olacaqdır.

Əhvali-hərbiyə bu surətlə davam etmədə ikən əvvəlki həftəyə nisbətlə siyasətdə öylə böyük bir təbəddül vaqe olmamışdır. Serbiya ordusu Yunanıstana degil, Albaniyaya çəkilməsi ilə Yunanıstanın Serbiyayı təxlisəyi – silah edib etməyəcəgi məsələsi özü-özlügündən həll edilməmiş oldu. Etilaf dövlətlərinin yunan dəmir yollarının kəndi əllərinə verilməsindən müttəfiq orduların keçdiyi tərəflərdən yunan ordusunun geri alınmasından və sair bu kibi tələblərdən ibarət olan təkliflərini yunan hökuməti əsasən qəbul etmişdir, – deyə qəzetələrdə xəbərlər çıxdı və yunan hökumətinin etilafçılara mütəmayil bir bitərəflik saxlayacağı həqqində təminat vermiş olduğu mücdəsi verildi. Fəqət bunun ardınca yenə xəbər çıxdı ki, etilaf dövlətləri yunan hökumətinə təzədən bir nota verib, cavabi – qəti almayınca yunan sahillərinin mühasirəsindən vaz keçməyəcəklərini bildirmişlər. Bu xüsus göstəriyor ki, Yunanıstan hökuməti hələ etilafçıların istədigini təmin etməmişdir. Fəqət bu gün alınıb da yunan hökumətinin əskərlərini buraxacağı həqqindəki tələbi qəbul etdiginə dair olan teleqraf doğru isə etilafçıların böyük bir müvəffəqiyyət qazandıqlarını göstəriyor. Diqqət olunacaq bir nöqtə varsa, o da bu müvəffəqiyyətin gecikmiş olmasıdır. Dörd tərəfdən deyinəcək qədər müttəfiq bəhriyənin təhdidi altında qalan Yunanıstan da böylə siyasi bir təbəddül göründügü halda, iki məngənə arasında qalan və Rumıniyanın halı bu həftə dəxi sərih bir şəkil almadı. Son zamanlarda Almaniya və Avstriya hökumətləri tərəfindən və Rumıniyaya veriləcəgi söylənilən nota xəbərinə istinadən bəziləri Rumıniya bitərəfliginin düşmənlərimiz əleyhinə döndügünü iddia etdilər və Rumıniya sərhəddində təhəşşüd etməkdə olan kilidli bir qüvvətin təsirsiz olmadığını da bu bəyanlarını təyid üçün söylədilər. Rumıniya məclisinin açılması münasibətilə alman ziddi olanlar tərəfindən Krala qarşı vaqe olan nümayiş bu cərəyanın cəsarətini göstərdisə də, məclis əksəriyyətinin hökumət tərəfində olduğu da göründü. Hər halda Rumıniya siyasətinin bu vəqtə qədər təqib edildigi bitərəfik siyasəti xaricində fəal bir xətti – hərəkət tutmaq meylində olduğunu söyləmək üçün əldə bir dəstəvüz yoxdur.

Yunanıstan və Rumıniya siyasəti qədər cəlbi – maraq etməgə başlayan İran əhvalından bu həftənin göstərdigi şeyi haman İran qitəsində vuruşmaq üçün iki düşmən heyətinin hazırlaşmaqda olduqlarından ibarətdir ki, bunun təfsili dünki sayımızda dərc edilmişdi.

Əhvali – daxiliyyəyə gəlincə, bu həftə ən çox bəhs olunan məsələ haman dumanın yaxında açılacağı məsələsidir. Əvvəlki xəbərlərə görə dumanın açılacağı noyabrın 25-nə təyin edilmişkən, sonradan bunun yanvarda açılacağına aid xəbərlər çıxdı. İmdi isə noyabrın 30-da açılacağı əxbar olunur. Görünüyor ki, Rusiya əfkari – amməsinin arzusuna rəğmən duma iclasları qısa bir müddət üçün açılıb, ancaq büdcə məsələsi ilə məşğul olacaq.

Dumanın açılması münasibətilə Rusiya qara qüvvələri arasında ifrat sağ firqələr miyanında böyük bir hərəkət görülüyor. Bunlar məmləkətin müxtəlif mühüm nöqtələrində ictimailər dəvət edərək xəlqi tərəqqipərvər bloka mübarizə etmək üçün hazırlamaq istəyorlar.

Sol firqələrlə milli heyətlər nəzərində “qorxaq” kifayətsiz zənn olunan “tərəqqipərvər” degilən “blok” bu ifrat sağlar nəzərində inqilabçı kibi görünüyor. Bunlarca imdi heç bir islahat zamanı degildir. Fəqət bunlara sormalıdır ki, sizcə islahat zamanının gəldiginə qənaət hasil olacaq bir zaman təsəvvür olunurmu? Gördükləri təşəbbüsün zərəri o qədər meydandadır ki, “Novoye vremya” kibi bir qəzetə belə onları tənqid etməkdən geri qalmayır.

Qafqasiya həyati-ictimaiyə və siyasiyəsində bu həftə Tiflisdə bahalıq işləri ilə məşğul olan şuraların şübhəsiz ki, böyük bir əhəmiyyəti vardır. Şuranın bir taqım faidəli qərarlar aldığı oxucularımıza məlumdur. Bu şuralar münasibətilə vaqe olan ictimailərin birində general İstomin ağzı ilə böyük knyaz Nikolayeviç tərəfindən mətbuat həqqində mühüm bir söz söylənmişdir. Böyük knyaz diyorlar ki, Qafqasiyada yaşayan bütün millətlərin mənafeyi bəndən ötrü birdir. Ona görə də bəzi qəzetələrin milli qərəzlər izhar etməsindən məmnun degiləm və bundan sonra bu kibi nəşriyyata meydan verilməyəcəkdir.

Qonşuluq münasibətini gözləmək üçün mətbuata azarlı qərəzlərdən mübərra olub da və vuruşduracaq degil, barışdıracaq yazılar yazmaq şübhəsiz ki, ən birinci borcudur.

Bu borc olduqca mühüm olduğundan ondan ayrıca bəhs edəcəgiz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 20 noyabr 1915, ¹40

 

Təhəşşüd – yığılma, toplanma

 

Milli qərzlər

 

Cümə günki sayımızda həftəlik əhvali-icmal edərkən, Qafqasiya Canişini böyük knyaz Nikolayeviç həzrətlərinin general İstiyomin vasitəsilə Qafqasiya mətbuatına xitabən söylədikləri nöqtədən ayrıca bəhs edəcəgimizi vəd etmişdik.

Canişin həzrətləri buyurmuşlardır ki, Qafqasiyada yaşayan bütün millətlərin mənfəəti bəndən ötrü birdir. Məmləkətimizin hökuməti-aliyəsini başqa dürlü təsəvvür etmək əlbəttə, məmləkətin böyük mənfəətlərindən qəflət etmək olurdu. Həqq və ədalət əsasi üzrə qurulan hər bir hökumət hakimiyyətindəki millətlərə nisbət bundan başqa bir əlaqə göstərəcək olursa, şübhəsiz adil bir hökumət olmaq xasiyyətini itirər.

Böylə bir əsasi elan etdikdən sonra canişin həzrətləri mətbuata böyük əhəmiyyət verdigi ilə cəmaət ehtiyaclarının həll və müzakirəsi üçün qəzetələrin əlzəm olduğunu söyləmişlər.

Fəqət bəzi qəzetələrin milli qərzlər xərcə verdiklərini də bəgənməyib, bu kibi yazılara bundan sonra meydan verilmiyəcəgini ayrıca ixtar etmişlərdir.

Şübhəsiz ki, qəzetələrin “milli qərzlər” yapması qapıbir yaşamaq məcburiyyətində qalan cəmaətlərin qonşuluq xəttinə qarşı bir cinayətdir. “Özü yaşayıb da başqasına yaşamaq imkanı” verən milli əməllərin tərvici heç bir zaman məzmum degildir. Bəlkə bu hər bir millətin həqqi hər bir millətə mənsub olan qəzetənin borcudur. Fəqət milli əməlləri milli qərzlərdən ayırd etməyib də kəndi şələsini sudan çıxarmaq üçün başqasının malını suya batırmağa çalışmaq heç bir zaman təhsim olunmaz, böylə qara fikirlər və azarlı qərzlər nəşr edən qəzetə mətbuat aləmi üçün bir aruşin təşkil edər.

Qafqasiyada yaşayan millətlərin mənfəətləri qonşuluq əsasına dayanaraq yaşamaqda ikən təəssüf olunmalıdır ki, araya düşən qərib bir münafirət nəticəsində, aralarında tamamilə başqa bir yol ilə gedənləri darıyacaq bir təəssüb göstərənləri də yox degildir.

Bu biri-birini anlamazlıq yerini tanışlıq tutmuş olsa, saf və geniş bir milliyyət nəzəriyyəsi və hər kəsin kəndi evində ağa olması ilə bərabər qonşuluq hüquq və münasibətinə açıq bir ürəklə baxılsaydı – şübhəsiz ki, – Qafqasiya tarixi bildigimiz qara və movsif səhifələrə malik olmazdı.

Şübhəsiz ki, bu qara səhifələrin təhribində xəlqin cəhaləti ürəfanın qəfləti ilə bərabər Qafqasiyada hərdən bir yana asiman adətində olan siyasət küləginin də böyük bir təsiri vardır. Məşhurdur ki, Qafqasiya idarəsində təbəddülat oluncaq Qafqasiya millətlərindən biri, yaxud o biri üçün bir “bahar” hasil olur. Məmurların dəgişməsi ilə bu “bahar”lar da dəyişilir.

Fəqət vilayətimizin imdiki böyügi bundan sonra bir yandan bahar olub da, o biri yandan qış olmasına razı olmayacağını qəti bir surətdə elan ediyor və əfkar ümumə müdirləri olan qəzetələri də burasına diqqət etməgə çağırıyor.

Qədim sözlərdən və doğru fəlsəfələrdəndir ki, musavatla olunan zülm eynən ədalət olduğu halda, təfavütlə görülən ədalət eynən zülmdür. Bütün Qafqasiya övladına mülliyyət və məzhəb ayırmayaraq bir gözlə baxmaq – bu eynən ədalətdir. Vilayətimizdəki böyük məmurlar Şahzadə həzrətlərinin bu düsturuna təməssül eylər və əlləri altındakı məmurlara bu fikri təlqin edərlərsə, vilayətin hər tərəfində arzu olunan nisbi bir ədalət təmin olunar.

Fəqət milli qərzlərin izaləsi üçün hökumətin idarinə göstərdiyi ədalətlə bərabər hüquq və qanunların da ədalət və musavat üzrə tənzim olunmasına ehtiyac vardır... Qəzetələrin ən böyük bir vəzifəsi iştə gördükləri ədalətsizligin səbəblərini aramaq və səbəblərin aradan götürülməsi çarələrini göstərməkdən ibarətdir. Yoxsa səfil həyatını təhrik etməklə təhsin olunur bir iş görülməz.

Həyatımızdakı bütün üsulsuzluqları, ədalətsizlikləri, qonşuluqdakı rəftarsızlıqları açmaq, ögrənmək, elmi surətdə təhlil edib də çarəsini axtarmaq, əlbəttə, mətbuatın borcudur. Fəqət bu borcu vicdanlı bir qəzetə, insaflı bir mühərrir öylə ifa etməlidir ki, zamanın bu kibi həyəcanlı bir zamanında aranı pozmağa səbəb olmasın. Çünki mətbuatın müqəddəs borcu qonşuları vuruşdurmaq degil, barışdırmaqdan ibarətdir.

Bilməlidir ki, dünya nə kibi bir hal alarsa – alsın, siyasət hankı bir cilvə göstərirsə-göstərsin, yüz illərdən bəri qonşu olaraq yaşayanlar yenə qonşu qalacaqlar. Görükməz ki, daimi bir mənfəət aldadıcı müvəffəq hissiyyatı ilə fəda edilsin!

Bən evimi, ailəmi sevərəm, onun istirahət və asudəligini təmin üçün də qonşularımla xoş keçinmək istərəm.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 22 noyabr 1915, ¹41

Qərz – borc

Əlzəm – ən lazım, çox gərəkli

Məzmum – məzəmmət olunmuş

Asim – təqsirkar, günahkar

 

Dumanın açılacağı

münasibətilə

 

Dumanın nə vəqt açılacağı daha sərahətlə məlum degilsə də, hər halda uzaq çəkməyib də açılacağı təxmin olunmaqdadır.

Sentyabrda duma vəkilləri ilə xəlqin arzusuna rəğmən yığılmış olan dumada əyan əzasından bəzilərinin şərikligi ilə vücudə gəlmiş olan tərəqqipərvər blokun rəy və mütaliməsinə görə müharibəni müzəffər və qalib bir intəhayə yetirə bilmək üçün hökumətlə cəmaətin birləşməsinə, bunların biri-birilə ittihad və ittifaq etməsinə lüzum vardır.

Buna hökumət də lüzum göstəriyor, ifrat saxlar da qail oluyorlar.

Fəqət bu ittihadi qüvvədən felə gətirmək məsələsində rəylər dəgişir, nəzərlər biri-birindən uzaqlaşır, blokçular böylə bir ittihadi hasil etmək üçün siyasi bir taqım islahatə, hökumətin tazələnməsinə ehtiyac vardır – diyorlar. Halbuki hökumət ərzaq təhiyyə etmək, ordu üçün mühümmat hazırlamaq, qaçqınları yerləşdirmək, yaralılara kömək etmək kibi arxa işlərində millətin, xəlqin və xəlq müəssisələrinin köməginə (burada senzor ixtisar edib, yeri boş buraxıb – Ş.H.)

Düşmən basılmayınca, daxili məsələ çıxarmaq mümkün degildir – diyor.

Hökumət böylə nəzərdə ikən ifrat sağlar bir az da iləri gediyor, “tərəqqipərvər blok”a müqabil “mühafizəkar bir blok” təşkil ediyorlar ki, liberal qəzetələr buna “qara blok” adını takmışlardır.

Qara blokçular, əski üsul idarə tərəfdarı olan “həqiqi rus” adamları, “Qaralıq” ləqəbindən intiqam almaq üçün “sarı blok” dedikləri tərəqqipərvər blokla qara cəmaəti mübarizə etməgə hazırlanıyorlar.

Daima sağların tərəfini saxlayan “N.V.” kibi bir qəzetə Dubrovin firqəsinin bu inadından dilgir oluyor. Qorxuyor ki, bunlar adətlərincə pək iləri gedərlərsə, yer altından çıxmış olan sollar təkrar aşağıya enərlər və məmləkət düşmənləri sevindirəcək daxili bir ixtilafə tutular.

Bu zəminədə olan mübahisələr dumanın yaxında açılacağı münasibətilə getdikcə çuğlaşıyor və sağların fikirlərini tərvic etməkdə olan “Kolokol” kibi qəzetələr haman “qara blokçular”a bir an olsun təxfir vermək istəmiyorlar.

Açılacaq dumada “Tərəqqipərvər blok” yenə də məqsəd bildigi islahat məsələsi ilə hökumətin tazələnməsi xüsusini ortaya sürəcəkmi?

Burası dumanın uzun və ya qısa bir müddətlə yığılmasına bağlı bir məsələdir. Bir halda blokun getdikcə fikrində təşəddüd etdigi görülməkdədir. Fəqət o dərəcədə hökumət də öz fikir və mülahizəsində baqidir. Dumanın nə surətlə yığılacağını bilib də uzunmu, qısamı dəvam edəcəgi həqqində müəyyən bir qərar yoxsa da, əhvalın ruhundan öylə anlaşılır ki, uzun-qısa sözlərə meydan verilməmək üzrə dumanın iclası müxtəsər olub, ancaq büdcə məsələləri ilə məşğul olacaq.

Böyük burcua (yəni sərmayədarlar) və əsil zadəgandan əmələ gələn “blok” tərəqqipərvərlik adına qədər müvafiqət ediyor. Orası, əlbəttə, məşrutdur. Bu blokun tərəqqipərvərligi məlumdur ki, – bildigimiz tərəqqipərvərlik fikrinin eyni olmayıb sağlara nisbət aldığı vəsiyyət nisbətindədir. Biz görüyoruz ki, dumadaki əsil tərəqqipərvərlər, məsələn, trudoviklər, sosial-demokratlar, milli heyətlər, o cümlədən də müsəlman fraksiyası bu bloka daxil olmamışlardır.

Əlbəttə, bunların bu heyət xaricində qalmaları sağların mülahizələrindən başqa bir səsə bağlıdır. Bundan əlavə hər parti və heyətin də bu tövr hürr kibi münasib görməkdə olduğuna məxsus bir alət var.

Sollarca blokun istədigi şey ancaq vüzəranın məsuliyyəti ilə hasil olur (bunda Məhəmməd Yusif Cəfərovun dedigindən anlaşıldığı vəchlə müsəlman fraksiyası da iştirak etmişdir). Halbuki, blokdakı partiyalardan bəzisi doğrudan, bəzisi də “məsləhət üçün” bu əsasdan vaz keçib “etibari-amməni qazanmış bir kabinə” ilə razı oluyorlar.

Milli heyətlər bu blokdan məmnun degildirlər. Çünki blok bu heyətlərin ən həqli tələblərini qəbul etmək cəsarətini göstərə bilmiyor. Çünki bu tələblərin qəbuluna yanaşdığında “burcua və əsil zadəgan” bağı davam gətirə bilməyib qırılmaq istiyor.

Fəqət gərək blokun həyatında, gərək sollarla milli heyətlərin təcrübə və düşüncələrində bəzi mülahizələr hüsuli üçün bir neçə ay keçmişdir.

Bunca ay bəzi gedişlərə səbəb olacaqmı? Yoxsa vəsmiyətlər haman sayaqki kibi baqi qalıb da başqa bir şəkil almayacaq?

İştə bu məraqın təskini üçün dumanın açılmasına intizar etmək lazım gəliyor.

Başqa xüsuslarda nə kibi təbəddülat vaqe olduğu sərihən bəlli degilsə də, müsəlman mətbuatının fraksiyamızın “tərəqqipərvər blok”a qarşı aldığı vəziyyət həqqindəki mütaliəsi bir dərəcəyədək anlaşılmaq üzrədir.

Əski duma məbuslarından Sədri Əfəndi Məqsudi başda olaraq bəzi qəzetələr fraksiyanın blok xaricində qalmasını siyasi bir xəta ədd ediyorlar. Fəqət bəzi məbusların söylədiklərindən anlaşıldığı vəchilə müxtəlif millətlər sərih bir şey vermək istəməyən “blok”a, “tərəqqipərvər”də olsa, girməməkdə müsəlman fraksiyası yenə də həqsiz degildir – zənnindəyiz.

Heç nə olmasa, müsəlman ehtiyaclarını söyləmək üçün blok gözəl bir məclis, bir minbər olurdu – mülahizəsində bulunan Sədri Əfəndiyə deyə biləriz ki, bu zaid bloka girməklə müsəlman xəlqində heç bir əsasə istinad etməyən “bir ümid” oyatmaq naqisinə müqadil olamazdı.

M.Ə.

“Açıq söz”, 23 noyabr 1915, ¹42

 

Sərahət – səhihlik, dəqiqlik

Təxfir – yüngülləşdirmə, azaltma

Vəsiyyət – tapşırma, tövsiyə

 

Qurama

 

Birisi xəbər alırdı ki:

– Balam, kasa aşdan isti oldu?

Dedim: Necə məgər?

Dedi: cəmaət özü on illiyini yada salmadığı halda qəzetələrə nə qalmışdı?

Doğrusu, bu irad bəni düşündürdü.

Əlbəttə, gözlənirdi ki, cəmaət özü dəxi on illiyini yad eləyəcəkdi.

Eyləyə bilərdilər ki, bu münasibətlə moddan düşməmiş də olsa – ümumi bir iclas dəvət edəydi. Tazəlikdə olsa bir tarixcə çap etdirəydi.

Xülasə, bir şey edəydi.

Fəqət çox da maraq etməyiniz: heç olmamaqdansa, gec olmaq yaxşıdır – deyə cəmiyyəti-xeyriyyə on illiyini yad eləmiş!

Nə eləmiş?

Lazaretdə çalışan, qaçqınlar üçün vuruşan idarədə danışan əzaları bir yerə yığıb “cəmiyyəti-xeyriyyə qrupu” deyə bir şəkil çıxarmışdır.

Bilirəm, bəzi “biz”lər dinc durmayacaq. Burada dodaqaltı gülərək diyəcəklər ki:

– Bizə fotoqraf kolleksiyonu verməkdənsə cəmiyyətin tarixinə, gördügü işlərin xüsusinə, xərclədigi pulların hesabına aid bir kitab versəydi, daha münasib olmazmı idi?

Bilirəm ki: dillərinin altında istiot gizlədənlər tapılıb da deyəcəklər ki: sorunuz onsuz da biliniyor. Səbrinizi göstərin!

Fəqət heç də maraq edilməsin.

Əvvəla, ikinci qism mötərizlərə deyə biləriz ki, qiyafət aləmində “surətə baxıb da surət anlamaq” hökmündən qafil olmasınlar.

Sonra birinci mötərizlərin də marağını təskin üçün – deyə biləriz ki, istədikləri kitab çıxacaq. Çünki alınan şəkil nəşr olunmaq üçün, əlbəttə, bir yerə basılmalıdır. Buna görə də, şübhəsiz ki, bir tarixcə yazılacaq. Bu şəkillərdə o tarixcəni bəzəyəcək!

Şəkil hazır olduqdan sonra kitab düzəltmək asandır!...

Məlum, nal tapdıqdan sonra at almaq da lazım gəlir!...

Niş

“Açıq söz”, 24 noyabr 1915, ¹43

Möhtəriz – gözləyən

 

Müəllimlər ictimai

 

“Nicat” məarif cəmiyyəti idarəsinin təşəbbüsü ilə müəllimlərdən ibarət yığılan bir şura Qafqasiya müsəlmanları məarif işlərində həlli lazım gələn bir çox məsələlərin birikmiş olduğunu nəzərə alaraq Qafqasiyadakı müsəlman müəllimlərinin ümumi bir ictimainə ehtiyac olduğu rəyinə gəlmişdir.

Bu rəyi qövldən felə gətirmək üçün “Nicat” cəmiyyəti tərəfindən bir təşkilat komisyonu dəxi intixab olunmuşdur.

Dəvət olunacaq bu ictima Qafqasiya müsəlman müəllimlərinin üçüncü yığınını təşkil edəcəkdir. İki əvvəlki yığınlar dəxi “Nicat” məarif cəmiyyətinin təşəbbüsü ilə vücudə gəlmişdi. Birincisi mərhum Həsən bəyin sədarətində Şamaxı yolundakı şəhər məktəbi binasında, ikincisi də 1906-da doktor Həsən bəyin rəyasəti ilə “Nicatın” Quberinski küçəsində vaqe sabiq binasında yığışmışdı.

Bu iki yığının Qafqasiya müsəlmanlarının məarif həyatındakı faidəli təsirləri inkar olunacaq bir haldan uzaqdır. Başqa mənəvi təsirlərindən səfr-nəzər bu gün Qafqasiya məktəblərində oxunmaqda olan türkcə dərs kitabları ilə, bu kitablarda közədilən üsul əsas etibarı ilə müəllimlər ictimainin zəhmətlərindən hasil olma bir zaiddir.

Ümumi və cəmaət işlərində yığınların həm ictimai, həm ümumi faidələri olduğu gündən aşkar bir məsələdir. Müəllimlər ictimainin faidəsi isə hər kəscə müsəlləmdir. Hələ bizim kibi məarif işlərində mübtədi olanlar üçün hər yanda görülən təcrübələri bir araya gətirib də onların biri-birinə tutaşdırılmasından hasil olacaq böyük faidələrə böyük bir ehtiyac vardır.

Müəllimlər yığınının üsuli-tərbiyə və təlim kibi fənn nöqteyi-nəzərindən müslim olan lüzum və faidələri mühəqqəq olduğu kibi ictimaiyyət nöqteyi-nəzərindən də əhəmiyyətləri aşkardır.

Müəllim qədər cəmaətə yaxın olan, müəllim qədər xəlqin ehtiyacına daima və munis olan bir sinif təsəvvür olunmaz. Müəllimlər yalnız cəmaətin uşaqları ilə degil, özü ilə də görüşür, onun dərdlərinə aşina oluyorlar.

Bu sıradakı Qafqasiya canişini böyük knyaz həzrətlərinin fərmayişinə görə məarif nahiyə müdiri Qafqasiya müsəlmanlarının məarif ehtiyacları həqqində layihə hazırlamaqla məşğuldur. Şübhəsiz ki, müsəlman əfkari-ümumiyyəsi də bu məsələ ilə məşğul olmalı və məarifcə Qafqasiya türklərinin nələrə möhtac olduqlarını kəndisincə təmin etməlidir. Bu nöqteyi-nəzərdən məarif ehtiyaclarımız həqqində sözü eşidiləcək ən səlahiyyətli təşkilatlardan birini də şübhəsiz ki, müəllimlər yığını təşkil edəcəkdir.

Millətin ümidi-istiqbalını tərbiyə edənlər, millətin milli ənənə və milli ruh ilə yaşayan kəsliyyəti ilə hər daim əlaqə və münasibətdə olan müəllimlər şübhəsiz ki, məarifcə olan ehtiyaclarımızı daha dərin düşünə bilərlər. Bu nəzəriyyatca böylə olduğu kibi, keçən iki ictimainin müzakirələri bunun əməliyyatca da böylə olduğuna şəhadət verə bilər.

Müsəlman məarif ehtiyaclarına qarşı bir iltifat göstərmiş olan Qafqasiya hökuməti-aliyəsi, müəllimlər ictimainin verə biləcəgi böyük faidələri nəzər diqqətdən uzaq tutmaz da “Nicat”ın istəyəcəyi icazəyi verməkdən müzayiqə etməz – deyə ümid edəlim. Digər tərəfdən də böylə təhsil və afərinə şayan bir təşəbbüsə başlamış olan “Nicat” idarəsindən gözləyəlim ki, tezliklə ictimaiyə lazım olan qanuni icazəni almaq üçün haman indidən təşəbbüsə başlasın.

Felən təşkilat komisyonu seçilmiş olduğundan görünüyor ki, işə haman böyük bir ciddiyyətlə girişilmişdir. Əlbəttə, komisyon rəsmi müsaidəyə imtizar etmədən lazım gələn materialları hazırlamağa başlar. Əlbəttə, təşkilat komisyonu bilər ki, yığının ciddi və faidəli olması üçün təşkilat komisyonun müqəddimatən çalışmasına, həm də üsuli-fənn və tərtib üzrə çalışmasına böyük bir lüzum vardır.

Gərək “Nicat” idarəsinin və gərək intixab elədigi təşkilat komisyonunun bu yolda müvəffəqiyyətlərə nail olmasını arzu ilə kəndilərini bütün məarifpərvərlər tərəfindən bilkullə təbrik edərsək, əfkari-ümumiyyəyə tərcümanlıq etmiş oluruz, zənnindəyiz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 26 noyabr 1915, ¹ 45

 

İctima – məclis, toplantı

Müsəlləm – şübhəsiz

Zaid – lazımi qədərindən

artıq Mübtədi – ilk, ibtidai

 

Qurama

 

Xəlq arasında məşhurdur, deyərlər ki, bic nə qədər müqəddəs olsa da, faidə verməz. Axırı görürsən ki, küfrə çıxar.

Sən gəl, min hekayət söylə, de ki: balam, bicin nə təqsiri ki, iman və müqəddəslik nemətindən məhrum olsun. O da bu adamların tayıdır. Bu adamlar nəyə müstəid və layiq isələr, o da müstəid və layiqdir. Niyə tanımadığı, bilmədigi adamların günahını bu zavallı çəksin.

Yox, tovuq bir ayaqlıdır ki, bir ayaqlıdır.

Olmaz, bicdən dürüst adam olmaz.

Hətta bu xüsusda bir hekayə də var:

Küçədən tapılmış uşaqlardan birisi bir Allah bəndəsi tərəfindən oğulluğa götürülüb tərbiyə edilmiş. Nəticədə məşhur bir alim, təqva və müqəddəsliyi ilə tanınmış bir təqiyyə olmuşdu. Xəlq mat və məəttəl qalmışdı. Necə olsun ki, bu bicligini göstərməsin?

Zavallının bütün göftarına qulaq veriyor, rəftarına göz qoyurlardı. Fəqət biligini isbat edəcək bir şey tapmıyorlardı. Nəhayət, molla azarladı. Bir gün xəstəliyi şiddət edərək bir ah çəkdi və dedi ki:

– Öldüm, amma qiyamətin var olub-olmadığını bilə bilmədim! Bunu dedi. Canı çıxdı.

 

* * *

Bu hekayə hardan yadıma düşdü.

Hə, doğrudan “Novoye vremya”nın “Qafqasiya”nın Qafqasiya həqqində yazdığı bir fəqərə fardı. Onu oxumuşdum.

“N.V.” diyor ki:

“Bəzilərinin düşündügünə rəğmən Qafqasiya mədəniyyətcə xeyli iləriləmişdir. Artıq qabaqki bədavət əsəri yoxdur. Şəhərlər zemstvo. Ali mədrəsə alacaq qədər işıqlanmışlardır. Əlbəttə, bura zemstvosu xüsusi şərtlər daxilində olmalıdır”.

“Məəttəəssüf Qafqasiya millətlərinin tərəqqi və təməddün etdikləri nisbətdə aralarında milliyyət çəkilşmələri vardır. Bu çəkişmələr rus səltənətinə baha otura bilər. Bunun bir qədər günahı da Qafqasiyanı idarə edənlərdə olmuş. Hər bir idarə adamı burada üç böyük millətdən birini özünə “dost” tutmuş. Buna görə də millətlərin araları açıldıqca açılmış və biri-birinə rəqib kəsilmişlər”.

“Voronsov – Daşkov cənabları Qafqasiyada on il tamam hökumət elədi. 5 ildən sonra özü zəif bədən hasil etdigindən təbiətilə idarə işlərindən uzaqlaşmış oldu. Bunun nəticəsində işə yenə “dostluq” qarışdı və qafqasiyalıları sevimli-sevilməz qisimlərə ayırmaq politikası başlandı”.

“Müharibə çıxınca Qafqasiyanın bütün millətləri: müsəlmanlar, ermənilər, gürcülər hamısı birər vətənpərəst kəsildilər. cavanlar şövq və həvəslə könüllü yazıldılar”.

“Buna görə Qafqasiyaya zemstvo verilməli, Qafqasiyada ali məktəb təsisindən faidələr gözləməlidir”.

“N.V.” – dan böylə sözlər eşitmək həm də “canilər yatağı” təsəvvür etdigi Qafqasiya həqqində eşitmək doğrusu “bic”dən müqəddəslik görmək qədər uzaqdır.

Buna görə də məqaləni oxumağa başlayanda düşünüyordum görək hərif bicligini göstərmiyəcəkmi?

Bir də baxdım ki, məqalə mühərriri “paləm” yavaş-yavaş azarladı və məqaləsinin axırına tərəf xəstə yatağına uzanıb son nəfəsində aşağıdakı sözləri söylədi:

“Bu islahatla bərabər mühüm olan bir şeydə unudulmamalıdır. O da Voronsov – Daşkov tərəfindən ləngidilmiş olan mühacirət məsələsinə rövnəq verməkdən ibarətdir. Boş qalan bütün yerlərə (ki Qafqasiyada böylə yerlər çoxdur(!)) haman rus mühacirləri köçürülməlidir. Ancaq Muğan səhrasına iktifa etmək olmaz. Gərək əvvəla rusları Türkiyə və İran ilə sərhəd olan yerlərə oturtmaq, sonra da Batum mahalını (məmləkətə xəyanət etmiş acarlıların yerlərini) rus mühacirlərinə vermək, Kutais, Gəncə və Tiflis quberniyalarında da onlara məskən hazırlamaq”.

Bütün bunlar dəxi onun üçün yapmalıdır ki, “rus cəmaəti gəlmə kiçik bir ünsür halından çıxıb öz yerində, öz yurdunda yerləşmiş mühüm bir qüvvət təşkil etsin”.

Əvvəlcə Qafqasiyalılara sevgi göstərmiş olan mühərrir görüyorsunuz ki, axırda bu sevimli adamların “şərindən saxlanmaq” üçün mütləqa rus mühacirlərinin burada “yerli-yurdlu” bir qüvvət təşkil etməklərinə ehtiyac göstəriyor. Rəsmi məhkəmələrin qərarına rəğmən kəndi məqsədindən ötrü yerlərinə möhtac olduğu, zavallı acarlıların da “xaini – vətən” adlandırmaqdan çəkiləmiyor.

Bəli, bic gərək bicligini göstərsin!

Niş

“Açıq söz”, 26 noyabr 1915, ¹45

 

Müstəid – istedadlı, bacarıqlı

Təqva – mömin

Təqiyyə – öz etiqadını gizlətmə

Göftar – söhbət, söz

(Ardı var)

 

 

Şirməmməd Hüseynov

525-ci qəzet.- 2012.- 11 fevral.- S.26-27.