ORALARDA KİMLƏR VAR: VALERİ
MARÇENKO-5
KƏDƏRLİ
VƏ UNUDULMAYAN BİR HEKAYƏT
VALERİ
MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ
VALERİ MARÇENKO
YAZIŞMALAR
Abbas salam!
...Vışla
v jurnale “Jovtyan” ¹6 antoloqiya azerbaydjanskiy sovetskiy poezii. Tam est i tvaya “V muzeye “Partizanskiy iskrı” Ya nabrosal
dlya jurnala nebolşoye predsloviye na 5 stranits, no mne sokratili do 2-x.
Ya koneçno ostalsya nedovolen. Jurnal privizu sam.
Komandrovku moyu vse vremya otkladıvayut, no ya dumayu
çto redaktor doljen budet. Nadeyus çto v
avquste priedu v Baku. K etomu obyazıvaet i tot veçer
kotorıy tı sobiraeşsya orqanizovat v Kirovabade. Tı uje videl “Ölülər” çıxdı.
(Valeri ÇIXDI sözünü məhz bizim
dildə yazıb. Olduğu kimi
saxlayıram və bundan sonrakı məktublarda də heç
nəyə toxunulmur). Ya sçitayu eto
svoey tvorçiskiy i orqanizatorskiy udaçey. Potomu çto v
yubileynıy qod u nas klassikov ne izdayut...
Straşno xoçu tebya videt.
Valerik
1972.
Doroqoy
Abbas!
Moya
poezdka otkladıvaetsya do naçalo iyunya. No v Baku ya,
koneçno, budu. Dumayu çto priedu ne odin.
Vo vsyakom sluçaye nakanune ya tebya pozvonyu. Doqovorilsya s jurnalom PRAPOR kotorıy izdayetsya v Xarxove,
tam obeşayut napeçatat povest Anara “Yubiley Dante”. Ya tebya kajetsya pisal çto perevel yeyo eşşo
koqda bıl studentom. No dlya bole uspeşnoqo yeyo prodvijeyniye
i napeçatnaniye nujna predsloviye. ( Vrez k
povesti) mastitoqo avtora. Ya predlojil im Draça, oni
soqlasilis. No İvan çto-to dolqo oçen pişet etix
neskolko nesçastnıx straniçek. A vremya
idyot. Sdelay mne odoljeniye, pozvoni emu. ( İvanu Draçu. T.A.). İ mejdu proçim uznay ob etom predslovii pro Anara.
A ved proşu eqo uje poltara mesyatsya, a rezultata poka
ne vidno. Ne pişu tebe o delax: priedu obo vsem poqovorim.
Vseqo nailuçşeqo.
1972.
P.S. Qotov
statya o Baqriy. Budet xoroşo esli ona budet napisano do moeqo priezda.
Pozvoni Sayko pust podqotovit neskolko stixotvereniy na
ukraynskim yazıke.
LYUBİMIY
MOY, ABBASİKU!
Vışel
iz bolnitsı, poşel na rabotu
–napeçatali intervyu. Teper tı sam videl, kak u
nas umeyut kromsat, kak prevraşayut xororşiy material v niçto.
To çto intervyu bılo jivoye i interesnoye ya
tebya qovoryu s ubijdeniyem. Ya sam eqo atredaktiravl i dolvel do konditsii.
vışdo vesma nedurstvenno. No potom materal
poşel po rukam naçalstva i poluçilos sam vidiş
çto. Statyu tvoyu otdal v “radyanskiye
literaturoznavstvo”. Eto oçen polenaya
rabota, i ya za tebya, çto u tebya tak zdorovo poluçilos. Pro
Qulaka u nas eşye tak ni napisali. Maşallax
sən!Pro Roqobçenko mnoqo skazat ne moqu.
Smotri po eqo povesti intersnoye ili net.
... Seyças po tixonku leçus. Pyu
travu. Tolya prosil çtobı tı prislal
emu stixi Nasimi. Mı xotim dat k yubileyu
neskolko perevodov naibolşuyu statyu.
... Tseluyu tebya, privet detkam, şlepni Abdullu laskatelno.
14. 11. 1973 r.
P.S. u Vasiliya İvanoviça v aprele budet zaşita
dissertasii pedoqoqike. Otnositelno rakizil Toli ob “Ölüler”,
oçevidno ne stoit qovorit. U nas Dj.
mamedkuluzade poka ne znayut. Poetomu qovorit o eqo
rasprotraneniye ne prixrdimtsya. Pravda mne
obeşay ut poqovorit v odnom teatre. No eto
perespektive. Tak çto pişi sam. OY. xoçu tebya videt. od unas klassikov ne izdayut...
lll
Ukrayna
Yazıçılar İttifaqının İdarə heyətinə,
“Literaturna ukrayna” qəzetinin redaksiyasına
Hörmətli
dostlar!
Bir az əvvəl yazıçı Viktor Nekrasova
bəraət verilməsi haqda həftəlik “Literaturna
Ukrayna”nın səhifələrində bir məlumat oxudum. Bu fakt Azərbaycan ədəbiyyatının
ukraynalı tərcüməçisi, ədəbiyyatşünas
və yazıçı Valeri Marçenkonun təmiz
adının özünə qaytarılması
üçün bir mücadiləyə başlamaq arzumu yenidən
oyatdı. Onun suçunun və faciəli
ölümünün səbəbi mənə tam aydın
deyil. Amma mənə bir şey aydındır ki,
V.Marçenko namuslu və düzgün adam
idi. Milli siyasətə münasibətdə onun
bəzən ifrata vardığını düşünənlər
mənə tam aydın olan bir həqiqəti – bu cəhətin
onda durğunluq dövrünün haqsızlıqlarına
qarşı barışmazlıqdan doğduğunu unudurlar.
Onun bütün fəaliyyəti sovet xalqlarının,
xüsusən Ukrayna və Azərbaycan xalqlarının
dostluğunun möhkəmləndirilməsinə yönəlmişdi. V.Marçenkonun
çap olunan heç bir yazısında milliyyətçi
şovinist ideyalar təbliğ olunmur. O, cavan idi. Dünyagörüşü yeni
formalaşırdı. Ayrı-ayrı
şifahi çıxışlarındakı və hərəkətlərindəki
səhvləri düzəltmək mümkün olduğu halda
niyə bəzi adamlar onu belə amansız cəzalandırdılar?
O, Yazıçılar
İttifaqının üzvü deyildi. Amma tərcüməçilik
fəaliyyəti onun Ukrayna Yazıçılar
İttifaqına üzv olmasına tam zəmanət verirdi.
Azərbaycan dilinə, ədəbi-mədəni
irsinə bələd olan və yüksək bədii keyfiyyətlə
klassik Azərbaycan ədəbiyyatı nümunələrindən
çevirdiyi C.Məmmədquluzadənin “Ölülər”
pyesi, S.S.Axundovun “Qorxulu nağıllar”ı, eləcə də,
çap etdirə bilmədiyi Anarın “Dantenin yubileyi” povesti
kifayət idi ki, o, Yazıçılar İttifaqının
üzvü olaydı.
Burada Ukrayna-Azərbaycan ədəbi əlaqələri
haqda məqalələrini bir-bir xatırlatmağı
artıq bilirəm.
Hörmətli dostlar, əvvəldə dediyim kimi, Valeri
Marçenko Ukrayna Yazıçılar İttifaqının
üzvü deyildi. İndi belə çıxır ki, onu
V.Nekrasov kimi İttifaq üzvlüyünə bərpa etmək
olmaz. Bəlkə heç olmasa,
ölümündən sonra onu Ukrayna
yazıçılarının sırasına qəbul edəsiniz.
Axı, “Literaturna Ukrayna”nın
keçmiş əməkdaşı V.Marçenkonun bəraət
alması həm də Ukrayna – Azərbaycan ədəbi əlaqələrinin
qısa, lakin çox məhsuldar bir dövrünə, gözəl
tərcümə əsərlərinə bəraət
vermiş olar və onların çapını gerçəkləşdirər.
Hörmətlə,
Abbas ABDULLA,
Azərbaycan əməkdar mədəniyyət
işçisi, Ukraynanın M.T.Rılski mükafatı
laureatı.
Abbas
ABDULLA - Valeri haqqında yerli-yataqlı bir yazı yazacam. Hələlik isə bunu deyə bilərəm ki,
Ukrayna ədəbi ictimaiyyəti istedadlı bir gənc tərcüməçini,
biz isə səmimi dostumuzu, ədəbiyyatımızın
alovlu bir təbliğatçısını itirdik. Onu
1973-cü il iyunun 25-də həbs ediblər.
Suçu da bu olub ki, Ukraynada burjua millətçiliyini
və Azərbaycanda Azərbaycan burjua millətçiliyini
(!!!) təbliğ edib.
Elə tutulduğu ərəfədə onun “Ədəbiyyat
və incəsənət” qəzetində bir məqaləsi dərc
olundu. Mən çevirmişdim. Və
qəzet mətbəədə olan günü redaksiyaya zəng
etdim ki, onu sevindirəm. Bir neçə dəfə
zəng edib, “yoxdur” cavabı almışdım. Bu dəfə
isə onunla bir otaqda oturan Raisa Skaliy
üstüörtülü mənə başa saldı ki, onu
tutublar...
Bir neçə gün sonra məni respublika DTK-nə
çağırdılar. Müstəntiq
çox uzaqdan başladı, mən isə “bilirəm”, –
dedim, – dostumu Kiyevdə tutublar, – güman ki, ona görə
çağırıbsınız. Şahid
kimi dindirildim, protokol tutuldu və imzaladım. Protokolun tam məzmununu indi olduğu kimi
xatırlamıram və bu protokol Valerinin işinə tikilib, təbii
ki, gec-tez işıq üzü görəcək. Çox arzulayıram ki, çap olunsun.
Yalnız
bunu deyə bilərəm ki, Kiyevə növbəti səfərlərimdən
birində Valerinin anası Nina Mixaylova ilə görüşəndə
o, göz yaşları içində dedi:
– Sənin
şahidliyindən sonra “Azərbaycanda burjua millətçiliyi
təbliğatı aparması” suçunu Valerinin
üstündən götürdülər.
Yadımdadır
ki, müstəntiq bu sualı verəndə dedim:
– Məgər
biz ölmüşük ki, ukraynalı gəlib bizə
kimliyimizi anladır, belə bir təbliğat lazımsa
özümüz apararıq, narahat olmağa dəyməz... Və bir neçə dəfə təkidlə
dediyim cümləni nədənsə protokola yazmadı.
“Ya qolovoy otveçayu, çto Valeri bıl i est
çestnım komsomoltsem”
Nə isə... 79-da həbsdən çıxdı
Valeri və Şimali Qazaxıstana sürgün edildi. Sürgün
müddəti də bitdi. 1981-ci ildə
doğma Kiyevə qayıtdı. Kiyev
yaşıllaşdırma idarəsinə gözətçi
düzəldi. Yenə izlədilər, yenə incitdilər
və 1983-cü ildə təkrar həbs etdilər: 10 il həbsxana, 5 il sürgün...
Valerinin böyrəkləri xəstə idi. Hələ
Bakıda təcrübə keçərkən bir yay Türkmənistana,
Bayraməli şəhərinə müalicəyə
getmişdi.
Permdə
həbsxana həkimləri onun xəstəliyini nəzərə
almır, gücü-taqəti tükənmiş Valerini
“ölüm zonası” adlandırılan 36 nömrəli zonaya
gətirirlər... Bir müddət sonra artıq gözlərinin
işığını da itirmiş Valerini Leninqrada, Qaaz adına həbsxana xəstəxanasına
köçürürlər. Zavallı anası Nina Mixaylovna
haray çəkir, yalvarır, öz böyrəyini
çıxarıb, oğluna köçürülməsini
təkid edir... Kim idi bu yalvarışları, bu
ana harayını eşidən?!
Beləcə,
bir ömür sona yetdi... Beləcə bir ana köksünə
dağ çəkildi... İndi Valeri öz doğma
torpağında – Kiyev Svyatoşino rayonunun Qatno kəndində
dustaq kimi uyuyur...
Bax, bu son duyğu neçə ildir mənə əzab
verir, heç olmasa məzarda onun təmiz adını
özünə qaytaraq. Heç olmasa, qoy doğma torpaqda rahat uyusun, ruhu şad
olsun! “Literaturna Ukrayna”da çap olunan məktubu da bir il (bəlkə bir az da çox!) bundan əvvəl
bu məqsədlə yazmışdım.
( Davam edəcək)
Tofiq ABDİN,
525-ci qəzet.-
2012.- 11 fevral.- S.23.