Media nümayəndələrilə əlaqələrimizi daha da genişləndirmək fikrindəyik”

 

TÜRKANƏ BƏYLƏRLİ: “ÇALIŞIRIQ Kİ, MEDİA ORQANLARI AMEA NAXÇIVAN BÖLMƏSİNİN FƏALİYYƏTİNİ DƏQİQ, OBYEKTİV VƏ HƏRTƏRƏFLİ ƏKS ETDİRMƏK İMKANI QAZANSIN”  

AMEA Naxçıvan Bölməsi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Elmi-Tədqiqat Bazası və Naxçıvan Regional Elm Mərkəzinin bazasında həyata vəsiqə alıb. Həmin sərəncamdan bir neçə gün sonra prezident Heydər Əliyev Naxçıvana gəlib və Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirə keçirib. Həmin müşavirədə Naxçıvan Bölməsinin yaradılması zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs edən ulu öndər Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”. Bu müşavirədən bir müddət sonra, yəni 2003-cü ilin yanvar ayının 15-də AMEA Naxçıvan Bölməsi fəaliyyətə başlayıb. Qısa məlumatdan da aydın olduğu kimi budəfəki müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin mütəxəssisi

Türkanə Bəylərlidir.

 

– Türkanə xanım, ilkin olaraq, AMEA Naxçıvan Bölməsi İnformasiya şöbəsinin yaradılması haqqında məlumat verməyinizi istərdik.

– Bölmənin İnformasiya şöbəsi elm mərkəzi yarandığı dövrdən mövcud olsa da 2007-ci ilin setyabr ayının 3-dən fəaliyyət göstərir. Şöbə fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsinin yeniliklərini, müxtəlif profilli institutlarda aparılan elmi-tədqiqat işlərini, əldə olunan uğurlu nailiyyətlərini, ümumiyyətlə bölmə ilə bağlı ən son informasiyaları KİV-nə çatdırır. Bizim informasiyalardan başqa bölmə ilə bağlı yazılarımız, müsahibələrimiz də olur.

– AMEA Naxçıvan Bölməsinin mətbuatla münasibətləri, İnformasiya şöbəsi prinsipləri necə təşkil edilir?

– AMEA Naxçıvan Bölməsi bir elmi müəssisə kimi fəaliyyətinin ilk günlərindən mətbuat işçiləri ilə sıx əməkdaşlıq münasibətləri qurmağa çalışıb. Bölməmizin sədri, Əməkdar elm xadimi, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyev, eləcə də digər görkəmli elm adamlarımız və ziyalılarımız işlərinin gərgin olmasına baxmayaraq hər zaman jurnalistlərin onlara ünvanladıqları sualları əhatəli şəkildə yazılı və şifahi formada cavablandırırlar. Ziyalılarımız tez-tez informasiya agentliklərinə, telekanallara, qəzetlərə müsahibələr verirlər, jurnalistləri maraqlandıran suallara aydınlıq gətirirlər. İşimiz gəldikdə isə, deyə bilərəm ki,

 

AMEA Naxçıvan Bölməsi ilə bağlı material hazırlamaq istəyən jurnalistlərə yaxından köməklik göstəririk.

 

Biz mütəmadi olaraq bölmə haqqında, bölmənin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barəsində, habelə əldə olunan uğurlu nailiyyətlərlə bağlı yazılar, informasiyalar hazırlayıb il ərzində mətbuatda dərc etdiririk. Elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı bölmə əməkdaşlarımızın da dəyərli yazıları qəzet və jurnallar vastəsilə işıqlandırılır, internet saytlarında yerləşdirilir. Sevindirici haldır ki, son illər AMEA Naxçıvan Bölməsinin əldə etdiyi uğurlu nailiyyətlər ölkə KİV-ləri ilə yanaşı, bir çox xarici mətbuatlarda, o cümlədən Türkiyədə, Rusiyada, Fransada, ABŞ-da, İngiltərədə də işıqlandırılır.

Media ilə əlaqələrdə xüsusi metodikadan istifadə olunurmu?

Xeyr, media ilə əlaqələrdə xüsusi metodikadan istifadə etmirik. Müasir texnologiyanın geniş imkanlarından istifadə edərək AMEA Naxçıvan Bölməsinin hərtərəfli elmi fəaliyyətini izləyən media işçilərinə lazımi informasiyaların çatdırılmasına yaxından köməklik göstərməyə çalışırıq.

Media nümayəndələri daha çox hansı suallarla müraciət edir?

Bildiyiniz kimi bölməmizdə 6 elmi-tədqiqat institutu-Tarix, EtnoqrafiyaArxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası, həmçinin ArxeologiyaEtnoqrafiya muzeyi, “Tusi” nəşriyyatı, Elmi kitabxana, Dissertasiya Şurası və “Heydər Əliyev lektoriyası” fəaliyyət göstərir. Media nümayəndələri isə bizə ən çox bölmədə aparılan elmi-tədqiqat işlərinin yekunları və keçirilən tədbirlərlə bağlı suallarla müraciət edirlər.

Yeri gəlmişkən, AMEA Naxçıvan Bölməsi yola saldığımız ildə nə kimi uğurlara imza atıb?

–Ötən il AMEA Naxçıvan Bölməsi fəaliyyətinin onuncu ilinə başlayıb. Bu illərdə

 

AMEA-nın Naxçıvan Bölməsi özünü Muxtar Respublikanın elm mərkəzi kimi təsdiq edib.

 

2011-ci ildə Akademiyanın Naxçıvan Bölməsi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan MR Ali Məclisi Sədrinin, Nazirlər Kabinetinin fərman və sərəncamlarının, AMEA Rəyasət Heyətinin sərəncam və qərarlarının, habelə müxtəlif dövlət proqramlarının, icra edilməsində yaxından iştirak edib. Yola saldığımız ildə Bölmədə 6 elmi istiqamətdə 6 problemi əhatə edən, 7 mövzu üzrə 34 89 mərhələdə yerinə yetirilib. 9 mərhələ üzrə tədqiqat işləri isə başa çatmayıb. 6 nəfərin yerini dəyişməsi, 2 nəfərin vəfat etməsi, 1 nəfərin məzuniyyətə çıxması ilə əlaqədar 9 mərhələ tamamlanmayıb. Bununla bərabər ötən il ərzində Bölmə əməkdaşlarının 621 əsəri çap olunub ki, bunun 5-i monoqrafiya, 18-i kitab, 557-si elmi məqalə, 23-ü tezis, 16-sı isə metodik vəsait, xəritə və tövsiyyələrdən ibarətdir. Əsərlərdən 2 kitab, 129 məqalə və 16 tezis-ümumiyyətlə 147 əsər xaricdə nəşr edilib. 2011-ci ildə Naxçıvanda 30 monoqrafiya, 27 kitab, 61 dərslik, dərs vəsaiti, proqrammetodik vəsait, 1526 məqalə, 167 tezis, cəmi 1813 əsər nəşr edilib ki, bunun da 453-ü xarici ölkələrdə çıxıb. Bölmənin “Xəbərlər” jurnalının 4 nömrəsi çap olunub. Yeni materiallar əsas götürülməklə www.qedim.nakhchivan.az veb-saytı və rəsmi www.ameanb.nmr.az veb-saytı istifadəyə verilib. İlin sonunda ən yüksən nailiyyətlər qazanmış 2 elmi işçi (şöbə müdiri S.Hacıyev, kimya elmləri üzrə fəlsəfə doktoru G.Məmmədova) “İlin alimidiplomuna və pul mükafatına layiq görülüb. Akademiyanın Naxçıvan Bölməsinin fəaliyyətində akademikmüxbir üzvlərin də böyük xidmətləri olub. 2011-ci ildə onların 3 monoqrafiyası, 4 kitabı və 86 elmi məqalələri, o cümlədən 1 kitab və 23 məqalə xarici ölkələrdə nəşr və dərc olunub. Bölmədə bir elmi işçiyə orta hesabla 7 əsər düşüb. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişaf Fondundan alınmış 2 qranta əsasən (Təbii Ehtiyatlar İnstitutu –1, Bioresurslar İnstitutu –1) elmi-tədqiqat işləri aparılıb. 2 patent alınıb, 2-si də təqdim olunub. Eyni zamanda 2011-ci ildə “Hüseyn Cavid ensiklopediyası”, “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru” III cild, “Şərur folklorutoplusu, “Onomalogiya problemləri” II cild, “Ktematoponimlərin linqvistik xüsusiyyətləri” kitabları tamamlanaraq çap üçün təqdim olunub. Həmçinin ötən il Bölmədə elmi kadrların hazırlığına da diqqət yetirilib. 4 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru üzrə doktoranturaya qəbul olunub, 10 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru üzrə dissertant təsdiq edilib. 4 nəfər fəlsəfə doktoru dissertasiyasını müdafiə edib, 5 nəfər doktorluq, 3 nəfər fəlsəfə doktoru dissertasiyasını tamamlayıb. Bölmədə fəaliyyət göstərən dissertasiya şurasında 4 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru dissertasiyalarını müdafiə edib. 7 nəfər isə “dosentelmi adını alıb.

– AMEA Naxçıvan Bölməsi hər il olduğu kimi 2011-ci ildə də elmi-kütləvi tədbirlərə ev sahibliyi edibmi?

– 2011-ci ildə Bölmənin Elmi-Tədqiqat Müəssisələri və üzvləri müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak ediblər. Naxçıvan MR Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimimövzusunda beynəlxalq simpozium keçirilib. “Görkəmli dövlət xadimidiplomat Behbud ağa Şahtaxtinskinin 130 illiyi” və “Qars müqaviləsi”nin 90 illiyi” ilə əlaqədar elmi konfranslar keçirilib. “Naxçıvan” jurnalının bir nömrəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunmuş, konfransda edilən məruzələr əsasında toplu hazırlanıb. Ötən il AMEA Naxçıvan Bölməsində 15 konfrans, 10 iclas və 41 seminar keçirilib, Rəyasət Heyətinin 41 qərarı və 4 sərəncamı olub. Bunlarla yanaşı, 2011-ci ildə Bölmədə “Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol”, “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə”, “Naxçıvan Muxtar Respublikasının təşkili: tarixmüasirlik”, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan”, “Milli mədəniyyət tariximizdə Eynəli bəy Sultanov imzası: görkəmli publisist, böyük yazıçı və fədakar ziyalı”, “Böyük vətəndaş və görkəmli elm xadimi” (A.Zamanovun 100 illiyi münasibətilə), “Nəsillərə nümunə: görkəmli dövlət xadimidiplomat Behbud ağa Şahtaxtinski”, “Müharibə qəhrəmanı – elm fədaisi” (Akademik Z.Bünyadovun 90 illiyi münasibətilə), “Əməkdar jurnalist, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi” (Nəsir İmanquliyevin 100 illiyi münsibətilə) və başqa elmi konfranslar, 20 Yanvar faciəsinin 21-ci, Xocalı faciəsinin 19-cu ildönümü, 31 Mart Azərbaycanlıların soyqırımı günü, 18 Aprel Tarixi Abidələrin Mühafizəsi günü, “Naxçıvanda rəssamlığın inkişafı” ilə bağlı tədbirlər keçirilib. Bölmənin 46 əməkdaşı 47 beynəlxalq simpoziumelmi konfranslarda məruzələrlə çıxış edib. Əməkdaşlarımızdan 2 nəfərin (k.e.d.B.Rzayev, dos.V.Quliyev) 70 illik, Bölmə sədrinin 60 illiyi qeyd edilib. Onlar müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif olunublar.

– Qayıdaq yenidən media ilə münasibətlər məsələsinə. Siz AMEA Naxçıvan Bölməsi ilə əməkdaşlıq edən jurnalistlərin peşəkarlığını necə dəyərləndirirsiniz?

– Bizimlə əməkdaşlıq edənlərin bir çoxu ölkəmizdə öz imzası ilə tanınan peşəkar jurnalistlərdir. Öz işinə məsuliyyətlə yanaşan peşəkar jurnalistlərlə yanaşı, bu sahəyə yenicə qədəm qoyan

 

gənc media işçiləri də bizimlə əməkdaşlıq etməyə başlayıblar.

 

Müəssisəmizdə bizimlə əlaqə saxlayan gənc məsləkdaşlarımıza da eyni qayğı ilə yanaşılır, onlara lazım olan informasiyanın çatdırılmasında yaxından köməklik göstərilir.

– Jurnalistlərlə aparılan sorğular zamanı onlar bəzi mətbuat xidmətlərinin işindən narazı olduqlarını dilə gətirirlər. Xüsusilə, mətbuat xidmətini lazım olan anda yerində tapmamaqdan, telefon zənglərinə cavab verməməkdən, yaxud sorğuları cavablandırmamaqdan irəli gəlir. Siz bu istiqamətdə media ilə əlaqələrinizin təhlilini aparmısınızmı?

Bizim, media işçiləri ilə sıx əlaqələrimiz var. Şöbəmiz bölmə ilə bağlı əldə etdiyi hər hansı bir yeni informasiyanı dərhal ilk öncə www.ameanb.nakhchivan.az öz internet saytımıza, AMEA-nın www.elm.az saytına yerləşdirir, daha sonra bizimlə əməkşalıq edən media işçilərinin elektron poçt adreslərinə ayrı-ayrılıqda məlumat göndəririk. İş qrafikindən aslı olmayaraq istər şöbə tərəfindən, istərsə də ziyalılarımız tərəfindən media işçilərinin istənilən sualları da cavablandırılır. Bildiyiniz kimi bölməmizin bəzi institutlarının əməkdaşları müəyyən vaxtlarda ekspedisiyalarda olur. Lakin buna baxmayaraq media nümayəndələrimizə çöl-tədqiqat işləri ilə bağlı istənilən vaxt lazımi informasiyalar çatdırılır, arzu olunursa ekspedisiyaları yaxından izləmək imkanı yaradılır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu sahədə çalışanların yeri, otağı olmur. Müstəqilliyimizin bərpasından sonra mətbuatımızın himayədarı və qayıkeşi olan ümummilli liderimiz Heydər Əliyevin çox gözəl bir sözü jurnalist fəaliyyətini yaxşı xarakterizə edir: “Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, istehsalatda işləyir, yaxud da ticarətdə işləyir. Fərqi yoxdur. Amma jurnalistin yeri yoxdur. Qəzetin redaksiyası da onun yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək. Demək, gərək jurnalist daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun. Cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun ki, istədiyi məlumatları ala bilsin onların əsasında öz yazılarını yaza bilsin. Bu, asan deyildir. Mən bunu bilirəm öz fikirlərimi başqalarına da bildirmək istəyirəm. Ona görə gərək biz jurnalistlərə kömək edək”. Təbii ki, bölməmizin tədbirlərində, iclaslarında iştirak zamanı yerimizdə olmamağımız, telefonlara cavab verməməyimiz, otağında olmamağımız normaldır. Ancaq qeyd edək ki, AMEA Naxçıvan Bölməsində bu günə kimi suallardan yayınma,

 

media işçisinin suallarının cavabsız qalması halları olmayıb,

 

mətbuat işçilərilə Bölmə arasında narazılıq müşahidə edilməyib.

– “İnformasiya əldə etmək haqqındaQanuna görə informasiya açıqlağını təmin etmək üçün dövlət orqanları öz internet saytlarında vətəndaşlara lazim olan məlumatları yerləşdirməlidirlər. AMEA Naxçıvan Bölməsinin veb saytında bu qanunla nəzərdə tutulan informasiyalar yer alıbmı?

– AMEA Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edən www.ameanb.nakhchivan.az internet saytı hazırlanaraq 2010-cu ilin iyun ayının 6-da geniş ictimaiyyətin ixtiyarına verilib. Yeni saytda bölmənin yaranma tarixi, təşkilatın əsas fəaliyyətinin istiqaməti, institutların ünvanları, strukturu, elmi nəticələri, habelə alimlər, elmlər doktorları, AMEA-nın həqiqi müxbir üzvləri, fəlsəfə doktorları, dissertantlar haqqında ətraflı məlumatlar yerləşdirilib. Eləcə elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdiyi elmi nəticələr nəşr olunmuş elmi əsərlər, o cümlədən kitablar, monoqrafiyalar məqalələr yer alıb. Bölmənin əməkdaşlarından doktorluq dissertasiyası müdafiə edənlərin özləri dissertasiyaları barədə məlumatlar yerləşdirilib. Bunlarla yanaşı istifadəçilərə dissertasiyaların referatları ilə tanış olma imkanı yaradılıb. Məlumat üçün qeyd edək ki, Rəyasət heyəti heyətin üzvləri, heyətinin nəzdindəki təşkilatlar, köməkçi heyətlər, eləcə elmi kitabxana, muzey nəşriyyatla bağlı məlumatlar yerləşdirilən saytımızda elanlar, fotoqalereya, əlaqə, maraqlı məlumatlar, mühüm hadisələr il ərzində keçirilmiş konfranslar haqqında da əhatəli məlumatlar verilib. Hər gün məlumatlarımız yenilənir. Hazırda isə saytımızın yeni variantı üzərində işlərimiz davam edir.

– Media ilə əlaqələrinizin inkişafı istiqamətində hansısa yeni planlarınız varmı?

Yeni planımız odur ki, mövcud olan əlaqələrimizi daha da genişləndirək, gücləndirək. Eyni zamanda fəaliyyətimizi müasir dövrün tələblərinə uyğunlaşdıraraq bundan sonrakı işlərimizdə səylərimizi davam etdirəcəyik ki, bölmədə həyata keçirilən tədbirlər KİV- geniş izah təbliğ olunsun. Çalışırıq ki, media orqanları AMEA Naxçıvan Bölməsinin fəaliyyətini dəqiq, obyektiv hərtərəfli əks etdirə bilmək imkanı qazansın.

 

Rufik İSMAYILOV

525-ci qəzet.- 2012.- 14 fevral.- S.6.