“Gəncliyin səsi”ndə
“Buta” gənclər xoru
çıxış edib
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalı çərçivəsində “Buta” gənclər xorunun konserti keçirilib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Kollektivi pianoda Emil Əfrasiyab, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində İsgəndər Ələsgərov müşayiət ediblər.
“Buta” kamera xorunun bədii rəhbəri və dirijoru Əməkdar artist Elnarə Kərimovadır.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Buta” kamera xorunun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid dünya musiqisi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə layiqincə təmsil etməkdir.
Günel
525-ci qəzet.- 2012.- 15 fevral.- S. 7.