İradə TuncayYol romanı” təqdim etdi

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda yazıçı-publisist İradə TuncayınYol romanıkitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid açaraq, yeni kitabının işıq üzü görməsi münasibətilə İradə Tuncaya Yazıçılar Birliyi rəhbərliyinin təbriklərini çatdırıb. İ.Tuncayın müasir Azərbaycan ədəbiyyatı xüsusən publisistikasının usta nümayəndələrindən olduğunu deyən R.MəcidYol romanıhaqqında düşüncələrini bölüşüb: “Dünya ədəbiyyatında bu tipli yazıların bədii ədəbiyyat, yoxsa publisistika nümunəsi olması ilə bağlı müzakirələr, mübahisələr var. Hətta kitabların üzərində yazırlar ki, bu bir təxəyyüldür, uydurmadır. İradə xanımın kitablarında elə məqamlar var ki, insanı duyğular aləminin ən dərin qatlarına daşıyır. Mən bir dəfə Aqil Abbas barədə yazımda qeyd etmişdim ki, Aqillə bir yerdə olanda həyat hadisələrinin bədii ədəbiyyata çevrilməsi an məsələsidir. Burada da eyni vəziyyət yaranıb. İradə xanım hadisələrin görünməyən, ən azı bizim görmədiyimiz məqamlarını göstərir öz yazılarında. Yol romanı”nda səfər zamanı rast gəlinən xırda detallar bəzilərinə artıq, sadəcə görünən bir epizodun qələmə alınması kimi gələ bilər. Ancaq belə deyil, bu detalların hər biri nəyəsə xidmət edir hər birinin arxasında müəyyən bir fikir dayanır. Necə ki, Məmməd Arazın həddindən artıq axıcı şeirlərinin arxasındakı mahiyyəti biz sonralar dərk edirdik, İradə xanım da bu baxımdan gözəl axıcı təsvirlər verir. Yazıya təkrar qayıdanda görürsən ki, əsərin dərinliyində çox qiymətli fikirlər var. Bu baxımdan, İradə Tuncay bu gün bizim həm publisistikamızın, həm bədii ədəbiyyatımızın ən peşəkar nümayəndələrindən biridir”.

Tanınmış alim ictimai xadim, kitabdakı hadisələrin əsas iştirakçılarından biri olan Vurğun Əyyub deyib: “Kafkadan gələn bu ənənə, yəni qəhrəmanların adlarının soyadlarının baş hərflərini yazmaq artıq bir dəb halını alıb. İradə xanımın romanında da bu var. Tam cəsarətlə deyirəm ki, bu əsərin qəhrəmanı mən, Aqil Abbas, bir qeyrisi ola bilməz. İradə xanımın xarakteri imkan verməz ki, bu əsərdə bir başqası qəhrəman ola. Üslub əslində xarakterin açarıdır. Hər bir yazıçının üslubuna baxanda bu üslubda həmin müəllifin xarakterini duymaq mümkündür. Bu baxımdan İradə xanım yazılarında avtoritar mövqeyə sahib bir qələm sahibidir. Azərbaycanda yol haqqında bir çox roman, publisistik yazıar var. Məmməd Arazın da yaradıcılığında yol haqqında bir neçə şeir var. Bu romanı oxuyan hər bir insan romanın içərisindəki Məmməd Araz ruhunu görə bilər. Hər bir yolun başlanğıcı sonu var. Amma mən inanıram ki, İradə xanım yollar haqqında hələ çox yazacaq”.

Jurnalist Afaq Vasifqızı İ.Tuncayın Məmməd Araz ailəsində yetişən, ancaq sonradan özü öz istedadı zəhmətilə, yaradıcılığı ilə ayrıca bir ədəbi ünvana çevrilə bilən qələm sahibi olduğunu vurğulayıb.

“525-ci qəzet”in Baş redaktor müavini Yusif Rzayev İ.Tuncayın yaradıcılığı, təqdim olunan yeni kitabı barədə fikirlərini bölüşərkən bildirib: “Yaşca məndən böyük olan dostlarım həmişə deyirdilər ki, 30- 35 il əvvəl təkcə yaxşı yazı yazmaq şərt deyildi, əsas qəhrəmanlıq o yazını çap etdirmək idi. Ancaq indi Azərbaycanda çeşidli mətbuat orqanları, saytlar var, yaxşı yazı yazmaq isə, indi doğrudan da çox çətindir. İradə xanım düz 10 həftədir ki, məni yaxşı yazı axtarmaq yükündən xilas edib. OnunYol romanıağılla ürəyin, istedadla intellektin vəhdətindən yaranıb. Romanın hər cümləsində bir işıq, həyat eşqi görünür. Əslində səfər qeydləri ifadəsi bir bəhanədir. Yaradıcı insan üçün hər zaman nədənsə narazı olmaq üçün bəhanə tapmaq çox asandır. Onda da onların bir imkanı var ki, öz içlərinə mühacirət edə bilirlər. Bu mənada, mən İradə xanımın qələmə aldıqlarını mühacirət yazıları hesab edirəm”.

AYB katibi, tənqidçi Arif Əmrahoğlu da tədbirdə çıxış edib: “İradə xanımınSarı odalarkitabını oxuyandan sonra məndə belə bir təəssürat yarandı ki, o bundan sonra heç yaza bilməz. Ancaq göründüyü kimi, indi onun yeni əsərinin təqdimatına toplaşmışıq mən buna çox sevinirəm. İradə xanım bizim azsaylı qadın yazarlarımızdandır ki, öz hisslərini bütün səmimiyyəti ilə yazıya çevirə bilir. Mənim diqqətimi cəlb edən cəhətlərdən biri odur ki, yol burda simvoldur. Yol insanı hara aparır aparsın, yenidən özünə qaytarır. Bu baxımdan, deyə bilərəm ki, bütün yollar hara aparır aparsın, İradə xanımı yenidən özünə qaytaran yollardır”.

Millət vəkili, şair-publisist Musa Urud İradə Tuncayın yaradıcılığını davamlı izlədiyini onun müraciət etdiyi mövzulara özünməxsus baxış bucağının olduğunu vurğulayıb: “Mən həmişə İradə xanımın yazılarını izləmişəm, bunun bir neçə səbəbi var. Amma ən əsas səbəb onun istedadlı bir yazıçı olmasıdır. Onun müraciət etdiyi mövzulara öz baxış bucağı var. Yeni qələmə alıb təqdim etdiyi əsərində çox maraqlı, dəyərli məlumatlar, təəssüratlar öz əksini tapıb”.

Professor Qulu Məhərrəmli Azərbaycan publisistikasında yol qeydlərinin özünəməxsus yeri olduğunu qeyd edib: “Yol qeydlərində hər zaman bu amillər əsasdır: birincisi istedad, gördüyünü yazıya çevirmək bacarığı, ikincisi isə müşahidə peşəkarlığı. İradə xanımın istedadına, yol qeydləri yazmaq, bu yöndə düşünmək bacarığına şübhəm yoxdu. Ancaq onun yüksək müşahidə peşəkarlığını mən bu romanda daha dəqiq gördüm. İradə xanımın yazı dili olduqca aydındır, durudur, obrazları yaddaqalandır”.

Tədbirdə yazıçı-publisist Nahid Hacızadə, şair-publisist Ramiz Məmmədzadə, yazıçı Aqil Abbas, alim Altay Göyüşov da çıxış edərək, İradə Tuncayın yaradıcılığı, onun yazılarının ən mühüm xüsusiyyətləri, həmçinin yeni əsəri barədə fikir mülahizələrini paylaşıb, müəllifə yeni uğurlar arzulayıblar. İctimai xadim Qorxmaz İbrahimli, teleaparıcı Nərgiz Cəlilova, yazar Aysel Əlizadə, şair-publisist Elçin Mirzəbəylinin çıxışlarında da müəllif onun yeni kitabı haqda məzmunlu fikirlər yer alıb.

Tədbirin sonunda çıxış edən İradə Tuncay ədəbi fəaliyyəti, yazıları barədə səslənən fikirlərə görə minnətdarlığını bildirib, tədbirin təşkilində əməyi olanlara iştirakçılara təşəkkür edib. Yaradıcılıq, yazmaq, yol qeydləri haqqında düşüncələrini dilə gətirən İradə Tuncay maraqlanan hər kəsinYol romanı” diqqətlə oxumasını arzu etdiyini bildirib.

 

GÜNEL

525-ci qəzet.- 2012.- 17 fevral.- S.7.