Kinomuzun həqiqi ulduzu – Həsən Məmmədov

 

İndi hər yetənə “ulduz” deyirlər. Kim ki, bir balaca tanındı, bir neçə dəfə televiziyaya çəkildi dərhal o adamı yazırlar “ulduz”ların siyahısına. Ucaldırlar, şöhrətləndirirlər və haradansa, kimlərsə tapılır ki, bu üzdəniraq “ulduz”ları maliyyələşdirir, arxasında durur, hər cəhətdən onun qəyyumuna çevrilir. Buulduzda ev-eşik, şan-şöhrət sahibi olur, yerə-görə sığmır. Adətən savadsız, biliksiz və istedadsız olan buulduzlar burnundan o tərəfi görmür, özündən savayı heç kimi bəyənmir, xüsusi ilə əvvəlki sənətkarları “unudulmuşlar nəslinin nümayəndəsi!” bilib, onların özlərini, dünyasını dəyişmişlərin isə əziz xatirəsini tutmaq əvəzinə, bu insanların ardınca həqarətlə söylənirlər. Unudurlar ki, “dalca danışmaq” ləyaqətdən uzaq, heç bir əxlaqi normalara sığmayan, insanlıq adına ləkə gətirən mənfi keyfiyyətdir. Təbii ki, bu günümüzdə həqiqi sənət yanğısı ilə yaşayan, Ulu Tanrının insana bəxş etdiyi istedad və fərdiliyi olan gəncləriniz də yox dərəcəsində deyil. İncəsənətin bir çox sahələrində özünü hər cəhətdən mənəvi-əxlaqi dəyərlərimizə uyğun nümayiş etdirən, normal davranan, təvəzökarlığı ilə seçilən cavanlarımız da var. Hansı şəraitdə olursaolsun sözünün yerini bilən, böyüyə, ağsaqqala etiram göstərən, bununla da özündən yaşca böyüklərin xeyir-duasını alan, öz xoşbəxt gələcəyinə körpü atan istedadlı, tərbiyəli gənc nəslin nümayəndələrini də az görməmişəm...

Tanıdığım və şəxsiyyətinə bələd olduğum sənət adamlarından biri barədə söz açmaq istəyirəm...

Həsən Ağaməmməd oğlu Məmmədov.

1938-ci ilin noyabr ayının 22-də Salyan şəhərində dünyaya göz açan Həsən orta məktəbi öz doğma torpağında bitirmiş, deyilənə görə fizikariyaziyyata böyük marağı olduğu üçün Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olunmuşdu. Dərslərindən əla qiymətlər alan Həsən universitetdə oxuduğu zaman əldə etdiyi elmi biliklərə baxmayaraq, nə vaxtsa, gələcəkdə dəqiq elmlər üzrə sanballı mütəxəssis, alim ola biləcəyi halda, ürəyinin səsinə qulaq asmış, sənədlərini geri alıb, Azərbaycan Teatr İnstitutunun aktyorluq fakultəsinə vermişdi. Nə idi buna səbəb, hansı hisslər, hansı nigarançılıqlar idi görəsən gənc Həsəni bu işə sövq edən. Yəqin ki, o vaxt onu tənbeh edib, “Buişdir görürsən, hazır gələcəyindən niyə imtina edirsən?!” – deyənlər də olub.

Mənə belə gəlir ki, əksər hallarda olduğu kimi Həsənin də bu hərəkətinin arxasında öz dərkinə, dünya duyumunaev tərbiyəsinə əsaslanmaq lazımdır. Bibisi oğlu – “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Tahir Səmədov deyir ki, dörd qardaş, bir bacıdan ibarət olan bu çoxuşaqlı ailədən kim isə incəsənətə meyilli olmalı idi. Digər qardaşlarından məhz bu hisslərlə seçilən Həsən o vaxt, riyaziyyat elminə dərindən bələd olandan sonra Sarvan kəndindəki – Lenin ordenli kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı, ölkə boyu tanınmış təsərrüfat başçısı olan dayısı – Qüdrət Səmədovun, yanında çalışa bilərdi. ya Neft Daşlarında məsul bir vəzifədə çalışan böyük qardaşı Sabirin, uzaqbaşı Salyanda bazarın idarə heyətinin üzvlərindən biri olan atası – Ağaməmməd kişinin əlinin altında özünə isti bir bucaq tapa, istədiyi kimi dolana bilərdi. Nə gətirdi onu incəsənətə, nə umurdu bu sahədən? Axı rahat həyat tərzi Həsən üçün ömürlük təminat yeri idi?...

Bəs bu olduqca mürəkkəb sahədə, heç bir təcrübəsi olmayan bu gənc – Həsən nəyə arxalarırdı görəsən, aktyor sənətini seçəndə? Bütün bu suallara dərindən cavab axtaranda başa düşdüm ki, həqiqətən ev tərbiyəsi, əxlaq normaları, millilik, xəlqilik anlayışları gətirib onu bu sahəyə. Bu sadaladığım dəyərlər formalaşdırıb Həsəni. Teatr İnstitutunu bitirdikdən sonra 10 il çalışdı Dövlət Dram Teatrında. Aktyor kimi müxtəlif rollar oynayıb, neçə-neçə obrazlar yaratsa da istədiyinə nail ola bilmir, sənət zirvələrini fəth edə bilmirdi...

Lakin 60-cı illərin Bakı kinostudiyasında istehsalata buraxılan “Böyük dayaq” filmində (rejissor – Həbib İsmayılov) Qaraş roluna dəvət alması və bu rola böyük sınaqlardan keçib, təsdiq olunması Həsənin sənət taleyində əsaslı dönüş oldu. Öz dövrünün nəhəngləri olan Ələsgər Ələkbərov, Məmmədrza Şeyxzamanov, Firudin Mehtiyev, İbrahim İsfahanlı, Nəsibə Zeynalova, İsmayıl Dağıstanlı, Əli Qurbanov, L.Rzayeva kimi yaşlı nəslin nümayəndələri arasında özünəməxsus, səmimi oyunu ilə tamaşaçıların və kinorejissorların diqqətini çəkdi. Elə kinoda bu ilk işi ilə də tanındı və sevildi. 10 il ərzində biri-birindən maraqlı, müxtəlif talehli insanların obrazını yaratdı Azərbaycan kinosunda. Özü də necə yaratdı bu gənc aktyor.

Azərbaycan kinolarında yaratdığı obrazlar milli kino tariximizdə çox əhəmiyyətli yer tutmaqla bərabər, sonrakı gənc aktyor nəsli üçün əyani tədrisə çevrildi. Öz səmimiyyəti və rəngarəng çalarlı ifa tərzləri ilə seçilən aktyor – Həsən Məmmədov kino aktyorluğu sahəsində həqiqətən bir məktəbə çevrildi.

Həsənin xarici kinostudiyalardan aldığı dəvətlərə gəldikdə, onu qeyd etmək lazımdır ki, filmdən – filmə, roldanrola püxtələşən bu aktyorXaos” filmində – Kazımbəy (Ermənistan), “Tim Taylerya satılmış gülüş” – Krişamizi, “Müsahibə götürən adam” filmində – jurnalist, “Piter Pen” filmində – hinduların başçısı (Belarusiya), “Vüsal günləri”ndə – Aslan, “Höüccətül İslamdaMiller (İran), Tacikistanda lentə alınmış “Aşırımda atəş açmamalı” filmində şairHafiz kimi yaddaqalan obrazlar yaratmışdır...

Böyük mədəniyyəti olan bu insan – H.Məmmədov həm də yaratdığı bütün obrazlarda yüksək emosional təsir gücünə malik idi. Onu həqiqətən Azərbaycan kinosunun Dədə Qorqudu adlandırırdılar. Onun Azərbaycan kinosuna gəlişi həqiqətən bir hadisə idi.

Azərbaycan kinosunun inkişafında Həsənin ayrıca payı var. O, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq artisti idi.

Həsən boy-buxunu, şux qaməti, kino sahəsindəki şan – şöhrəti ilə bərabər, olduqca sadə, səmimi və təmkinli bir insan idi. Elə kamera qarşısında da öz sadəliyini itirmirdi. Həyatda olduğu kimi ekranda da son dərəcə sadə və əxlaqlı idi. Bu keyfiyyətləri onu xalqına çox sevdirmişdi.

Mən kinostudiyanın aktyor şöbəsində onunla bir yerdə çalışırdım. Bir neçə filmdə tərəfmüqabili də olmuşuq. “Qəm pəncərəsi”, “Bağ mövsümü”, “Şahid qız”, “İşarəni dənizdən gözləyin” və sairə... Bu illər ərzində heç özünü öydüyünü görmədim. Əksinə hər söhbətdə üstünlüyü özgəsinə verməyə çalışardı. Sakit səslə danışar, xəfif-xəfif gülərdi... Bir sözlə sənətdə ucaldıqca sadələşər, Tanrısı tərəfindən verilən hər nəyi vardısa, onu şükranlıqla qəbul edərdi...

Milli kinomuzun tarixində dərin iz qoymuş, sənətin çətin və ağır yollarında yorulmadan çalışan Həsən Məmmədov doğma xalqının əsl məhəbbətini qazanmaqla ekranımızın layiqli ulduzuna çevrilmişdi.

Bu sözlərin arxasından indiki cavan sənət adamlarımıza üz tutub, demək istəyirəm ki, ömrünün sonuna kimi, “Ulduzolsa belə, bu sözü dilinə gətirməyən Həsən Məmmədovun həyat tərzindən ibrət götürüb yaşasınlar. İşığı heç vaxt öləziməyəcək böyük sənətkarlarımızın adını uca tutub, xidmətlərini həmişə yad edib, sonrakı nəsillər üçün qoyub getdiyi sənət məktəbindən bəhrələnməyi bacarsınlar...

 

Ramiz ƏZİZBƏYLİ

525-ci qəzet.- 2012.- 17 fevral.- S.6.