ORALARDA KİMLƏR VAR:VALERİ
MARÇENKO-6
KƏDƏRLİ VƏ UNUDULMAYAN
BİR HEKAYƏT
VALERİ
MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ VALERİ MARÇENKO
Ukraynalı gənc dissident,alim
, yazıçı,tərcüməçi və araşdırıcı,Azərbaycan ədəbiyyatının yaxın
dostu, 37 yaşında
SSRİ lagerlərində yaxalandığı
uzun sürən ağır xəstəlikdən
sonra vəfat edən Valeri Marçenko haqqında bu KƏDƏRLİ VƏ UNUDULMAYAN
HEKAYƏTİN yazılmasına təkan olan yazar YAŞARA minnətdarlıqla başlamışdım
və ona minnətdarlıqla da bitirmək istərdim. Bu işin
bir tərəfi. İkinci tərəfi isə
bu yazı haqqında mənə olan zənglər və fikirlər barədə son açıqlamaları
bəlkə də yazdım. Yazar Yaşarla bağlı minnətdarlığa gəldikdə
isə...
BİRİNCİ
YAZIMIN ƏVVƏLLƏRİNƏ QAYIDAQ:
Bu hekayətin yazılmasına
nədən başlayacağımı
bilsəm də, bilməmiş kimiyəm,çünki başlanğıc
üçün bir neçə variant var ki, bunların hamısı mənə təkan verir.
Məsələn: belə başlamaq
olar,
HEÇ KİM, HEÇ NƏ UNUDULMAYIB.
Bu şüar sovetlərdə
ən məhşur və ən yayğın şüarlardan
biri idi. Və həqiqətən də yazacağım yazı mövzusu bu varianta tam cavab verir.
Daha başqa bir başlanış belə
ola bilər:
KƏDƏRLİ
VƏ UNUDULMAYAN BİR HEKAYƏT.
Daha bir başlanğıc belə ola
bilər ki,
məsələn : HƏR ŞEY ONDAN
BAŞLADI Kİ...
Bu başlıq qısa bir giriş kimi də ola bilər. Çünki həqiqətən bu hekayətin yazılmasına Ana səbəb
məhz elə bu başlanğıcdı.
Belədi
ki, “525-ci qəzet”in istedadlı və çox məlumatlı yazarı Yaşar bəy bir gün
yenə də söhbət ərəfəsində
kino sənətinə
yaxından və savadlı bələd olduğundan keçənlərdə
bir nəfər haqqında çox yanğıverici bir film seyr etdiyini dedi
və o filmin bizə ilk baxışda bəlkə də heç bir aidiyyatı olmasa da, amma şəxsən
mənə birbaşa
toxunacaq bir havası vardı.
Yaşar
bəy VALERİ MARÇENKO adında bir nəfərin adını
çəkdi
və bu adın ona heç
bir şey deməməsi çox doğal bir gəlişim ki, bu adın yalnız
və yalnız mənə bir çox şeyləri dediyini həmən xatırladım
və bu arada bir mübahisə
də düşdü.
Yaşar bəy güman ki, mənim onunla heç bir tanışlığım olub-olmadığını
bilmədiyi üçün
vəya o böyüklükdə
insanın mənimlə
nə tanışlığı
düşündüyündən : xeyr, Tofiq
bəy xeyr, bu adam
sənin dediyin adam deyil. Bu adam hələ gənc ikən dəhşətli
dərəcədə böyük
işlər görmüş
və bu işlərin yalnız acısını yaşamış
və böyük əzablardan sonra çox gənc ikən ölmüş vəya öldürülmüşdür.
Yaşar bəyə çox böyük hörmətim
və sayğım
var. Mən onun inadının üstünə getmədim
və bu sətirləri yazdığım
anda da, güman edirəm ki, Yaşar bəy adını çəkdiyi adamın milli hərəkat və milli oyanış
üçün
şəxsi həyatını
və canını qurban verən bu gəncin
mənimlə heç
bir əlaqəsi ola biləcəyini içində saxlamaqdadı
və mən də daha bunun
ardınca getmədim və Yaşar bəydən sonra internetə girib Valeri Marçenko yazıb axtarış verdim. Təəssüflər olsun
ki,mənim də unutduğum vəya belə deyək bir çox məqamlarda xatırladığım,
yəni imkan və söhbət düşəndə ( bu uzun illər öncə ola bilərdi, amma son illər bu barədə heç söz düşməyib) çox
böyük təəssüflə
xatırladığım Valeri
Marçenkonun bir fotosu çıxdı ki, bu bir
filmi xatırlamış
kimi yaddaşımın
alt qatından boy verdi.
Bu yaddaş qənimiliyi
məni çox-çox
illər əvvələ
atdı və mən bir daha
Yaşara dedim ki, Yaşar bəy sənin haqqında danışdığın
və gördüyün
filmin qəhrəmanı
(belə deyək də) əzablardan sonra vəfat etmiş insan haqqında baxdığın filmdəki
o adam vallah-billah mənim tanıdığım Valeri Marçenkodur ki, var.
Nə faydası... Yaşar bəy inanmadı
və haqqı da var inanmamağa. Tamam, adam öz
işində olsun. İnanmır inanmasın və onun düşüncəsinə
görə bir çox Valeri Marçenko ola
bilər və bu filmdəki Marçenko məhz mənim dediyim Adam deyil. İnadı onun
içinə elə oturmuşdu ki, daha bu işin
ardınca getmədim və burada kiçik bir nüansı bir daha Yaşar bəyin diqqətinə çatdırdım ki, onun filmdə gördüyü və həyatı örnək ola biləcək dissilent-inqilabçı Valeri
Marçenko mənim dediyim şəxsiyyətdi
ki, var və
cənab Abbas Abdulla da onu çox
gözəl tanıyır. Nəinki tanıyır və onu da mənimlə
məhz o tanış
eləmişdi.
O illərin Ukrayna bilicisi olaraq Valeri Marçenko onun evində qalıb. Üstəlik də mənim
yaşadığım evdə
də olublar.
Yazıma
davam edirəm
“DO
POBAÇENİYA –GÖRÜŞƏNƏDƏK”
–Abbas bəy yazımızı izləmisən
və yazımın əvvəllərində də
Sizin bu
adamla bağlılığınız
və tanışlığınız
diqqətə çatdırılıb.
İndi isə bu tarixin
daha dəqiq anlarına qayıdaq.
Valeri Marçenko ilə ilk tanışlığınız nə zaman və
harda olub?
–İlk dəfə Bakıda tanış
olmuşuq. Ukraynadan gəldiyini biləndə onunla Ukrayna dilində danışdım, elə
sevindi ki... Dedi borclu qalmaram,
lap yaxın vaxtlarda Kiyevdə səninlə azərbaycanca danışaram. Tanınmış
Ukrayna şairi İvan Draçın qələm dostum Eyvaz Borçalı ilə birlikdə tərcümə etdiyim şeirlər və poemalar kitabını ona hədiyyə verəndə də, Azərbaycan mətbuatında
Ukrayna ədəbiyyatına
həsr olunmuş məqalələri göstərəndə
də eyni sözü dedi.
Kiyevli dostlarım
arasında ən çox məktublaşdığım,
tez-tez ya Bakıda, ya da Kiyevdə görüşdüyüm oydu.
Adı Valeri, familiyası Marçenko. Məktublarını azərbaycanca başlayar,
Ukrayna dilində qurtarardı.
Tez-tez mənə Ukrayna
dilində yeni kitablar göndərir və məndən azərbaycanca kitablar istəyirdi.
Sonralar Valeri Marçenko
azərbaycanca sərbəst
mütaliə etdi.
–Bakıda görüşləriniz
sıx-sıx olurdumu?
–Böyük el bayramı – SSRİ-nin 50 illiyi ilə əlaqədar “Literaturna Ukrayna” qəzetinə materiallar hazırlayırdı. O zaman Bakıya gəlmişdi. Ondan soruşanda ki, Azərbaycan dilini öyrənməyə, bizim ədəbiyyatı tərcümə etməyə səni həvəsləndirən nə olub? Dedi ki, hələ orta məktəbdə oxuyarkən tərcüməçilik qrupunda təhsil almışam. Bir gün qrupumuzu yığıb dedilər ki, Zaqafqaziya respublikalarına tələbələr göndərilir, kim hansı xalqın dilini öyrənmək istəyir? Hamıdan qabaq Azərbaycan dilini öyrənmək istədiyimi bilirdim. Elə həmin ildə tələbə yoldaşım Anatoli Çerdakli ilə Bakıya gəlib, Azərbaycan Dövlət Universitetində filoloji elmlər namizədi Aydın Əbilovun rəhbərliyi ilə Azərbaycan dilini öyrənməyə başladım. Tolya Azərbaycan şeirini; mən isə Azərbaycan nəsrinin tərcüməçisi kimi ixtisaslaşdıq.
–Bizim dildə onun ilk tərcüməsini xatırlayırsınızmı?
– Mən bunu onun özündən soruşmuşdum və demişdi: Azərbaycan dilindən tərcümə etdiyim ilk əsər Nizami poemasının süjeti əsasında uşaqlar üçün işlənmiş “Fitnə” hekayəsidir. Tərcümə zamanı bir sıra çətinliklərlə qarşılaşdım. Birinci çətinlik – hələlik Azərbaycan dilinin incəliklərinə yiyələnə bilməməyimdir. Bu mənada, Gürcüstana və Ermənistana gedən dostlarımın işi daha yaxşıdır. Məsələ burasındadır ki, gürcü dilini də, erməni dilini də müstəqil öyrənmək üçün rus dilində xüsusi dərslik çap olunub. Yaxşı olardı ki, belə bir dərslik Azərbaycan dilini öyrənənlər üçün də buraxılaydı. Azərbaycan nəsri ilə daha yaxından tanış olduqca bu ədəbiyyatı daha artıq sevirəm. Mirzə Cəlil, sözün əsl mənasında, böyük sənətkardır. S. S. Axundovun “Qorxulu nağılları”ı Azərbaycan uşaq ədəbiyyatının maraqlı səhifələridir.
Ədibin bu hekayələrini tərcümə etmişəm və Ukrayna dilində ayrıca kitabça halında nəşr olunub. Ədəbi tənqid bu kitabı rəğbətlə qarşılayıb. Məlumdur ki, S. S. Axundovun “Qorxulu nağıllar” silsiləsindən həmişə qeyd hekayəsi çap olunurdu. Bir neçə il bundan qabaq filoloji elmlər namizədi Nadir Vəlixanov həmin silsilədən yazıçının bir hekayəsini də tapıb üzə çıxarmışdır. Ukrayna dilindəki kitabın maraqlı cəhətlərindən biri də odur ki, S. S. Axundovun beş “Qorxulu nağıl”ı ilk dəfə olaraq bir kitaba toplanmışdır. Bu yaxınlarda isə “Mistestvo” (“İncəsənət”) nəşriyyatı C. Məmmədquluzadənin “Ölülər” komediyasını mənim tərcüməmdə ayrıca kitab halında çap etmişdir. Görkəmli ədəbiyyatşünas Əziz Şərif həmin kitaba geniş müqəddimə yazmışdır.
–Başqa tərcümələri haqqında da güman ki,bilginiz var?
–Valeri müasir yazıçılarımızın da əsərlərini sevə-sevə tərcümə etmişdi. Məsələn, Mirzə İbrahimovun “Çandranın üsyanı”, Anarın “Molla Nəsrəddin-66”, “Dantenin yubileyi” əsərlərini, Sabir Əhmədovun, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin hekayələrini. Azərbaycan ədəbiyyatından başqa tərcümələr haqqında da ürəkdən danışırdı: Son iki ildə bizim Tıçinanın, Rılskinin məslək dostu, xalq şairi Səməd Vurğunun şeirlər kitabı (“Məktəblinin kitabxanası” seriyasından), H. Mehdinin “Abşeron”, Y. Əzimzadənin “O, qərib deyildi” romanları, M. İbrahimovun, S. Rəhimovun, Əbülhəsənin hekayələri orijinaldan tərcümə olunub ukrayna dilində çap edilmişdir. Bu əsərlərin tərcüməsində Anatoli Çerdakli, Valentin Tsılko da xeyli əmək çəkiblər. Ukraynada Nəsiminin, Vaqifin, Aşıq Ələsgərin əsərləri tez-tez mətbuat səhifələrində görünür. Biz çalışacağıq ki, qardaş Azərbaycan xalqının qədim və zəngin ədəbiyyatı Ukraynada lazımınca təbliğ olunsun və layiqli qiymətini alsın...
Bu gözəl məqsədində biz cavan dostumuza müvəffəqiyyətlər arzuladım. Həmin işıqlı məqsədə görədir ki, o, tərcüməçiliklə yanaşı, “Azərbaycan ədəbiyyatının Ukraynada təbliği və tədqiqi tarixi” mövzusunda elmi işi üzərində çalışırdı. O zaman Valeri Kiyevə həmişə olduğu kimi, yenə də Azərbaycan yazıçılarının yeni çap olunmuş əsərləri ilə qayıtdı. Əlvida demədi: “ Hər dəfə Kiyevə qayıdanda ürəyimin yarısı Bakıda qalır. Yanılmıramsa, Azərbaycan dastanlarının qəhrəmanları uzaq səfərə çıxanda “salamat qalın, mən gedər oldum”, – deyiblər. Nəsə bu sözlərdə qayıtmaq ümidindən çox, ayrılıq nisgili var. Mən sevimli Bakıya dönə-dönə qayıdacağam. Səməd Vurğun demişkən, “hansı səmtə, hansı yana, hey uçsam da...”
Elə buna görə də dastan qəhrəmanlarına bənzəməmək üçün :
– DO SKOROQO POBAÇENİYA! TEZLİKLƏ GÖRÜŞƏNƏDƏK! – deyirəm. (Son)
Tofiq ABDİN,
525-ci qəzet.- 2012.- 18 fevral.- S.23.