Fədakar alimmonolit şəxsiyyət

 

Allah ona əbədi narahatlıq bəxş etmişdi. O təkcə iki ayağını yox, həm də iki dayağını gəzdirməli idi. Qollarının altı, əllərinin içi yağır olmuşdu qoltuq ağaclarını daşımaqdan. Onun ağaclarının taqqıltısı harada eşidilməmişdi: ən məsul dövlət idarələrində, nəşriyyatda, Bakının, Tiflisin, Daşkəndin küçə və xiyabanlarında... Heç vaxt özündən danışmamışdı, həmişə qoltuq ağaclarına dayaqlanaraq folklor ədəbiyyatında yerinə düşməyən bir sözün taleyini soruşmuşdu. Özü də mütləq siqaret dodağında. Mənə elə gəlir ki, onun dodaqları yanıq-yanıq olmalıdı. Çünki o heç vaxt siqaretinin yanıb bitdiyini hiss eləmirdi, necə ki, ömrünün bitdiyini fərqinə varmadan hamımızın başını qatan, nəyə görəsə sevdiyimizheç vaxt bizim olmamış Bakı şəhərində avtomobil tıxacında hövsələsi çatmadan dünyasını dəyişdi. Azad Nəbiyev əsl xalq adamı idi. Bəlkə də ulu Peyğəmbərimizin “Alim öldü – aləm öldüdeyimi hamıdan çox Azad müəllimə aiddir. O, Azərbaycanda alimliyin çox adamlara gedib çatmayan yeni formatı idi. O, H.Zeynallı, Ə.Abid, M.Ə.Təhmasib, Ə.Axundov kimi folklorşünasların ən layiqli davamçısı idi. O bu dünyaya dünyadan intiqam almaq üçün gəlmişdi. Özü folklorumuz kimi təmiz, sadəlik təcəssümü olan bir adam idi. Mənə böyük sevgisi, etibarı inamı var idi. Aramızda olan az-maz yaş fərqinə baxmayaraq həmişə adımı uca tuturdu. Azərbaycanda 90-cı illərdə yaranmış demokratiya eyforiyyasına qapılan Azad müəllimDirçəliş Tərəqqipartiyasını yaratdı. Özü sədr seçildi, mən isə müavin oldum. Mənim üçün Azad müəllimin şəxsiyyəti, millətə olan sevgisi, dövlətçilik idealı idi. Mən ona inanmaya bilməzdim. Çünki o, tarixə folklordan gəlmişdi. Bunu xüsusi olaraq vurğulayıram. 2012-ci fevral ayının 15-də Azərbaycanın gözəl guşələrindən olan qədribilinməz Qubanın II Nügədi kəndində Azad Mövlud oğlu Nəbiyevin gül-çiçəyə qərq olunmuş məzarı üstündə göz yaşı axıdanda böyük qardaş saydığım bu misilsiz insanla bağlı ən dərinu xatirələrimi yaşadım. Sovet rejimi çökəndən sonra biz itkilərimizdən danışıb, itkilərimizin tarixini bərpa etməyə çalışırıq. Azad Nəbiyev bizim istiqlal dövrü ədəbi-tarixi prosesin böyük itkilərindən biridir. O, folklora, xalq mənəviyyatına heç zaman xəyanət etməyib. O, klassiklərin ənənələrini davam etdirirdi. Tarixən folklor mərkəzi həmişə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda olub. Azad Nəbiyev ilk dəfə Azərbaycan Dövlət Universitetində (indiki BDU) folklor kafedrası yaratdı. Bu əslində ikinci folklor mərkəzi idi. Sərt səmimi Azad müəllim faktiki olaraq təxminən 30 il BDU-da folklor mərkəzinin əvəzolunmaz rəhbəri oldu, onlarla folklorçu alim yetişdirdi. Onun 50-dən artıq folklor kitabı çap olunub. Azad müəllim 1972-2012-ci illərin zaman kəsimində – 40 il müddətində Azərbaycan folklorşünaslıq elminin korifeyləri səviyyəsinə yüksələ bildi. Azad Mövlud oğlu Nəbiyev 1945-ci il aprel ayının 20-də Qubanın II Nügədi kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. On il – 1967-1976-cı ildə Azərnəşrdə böyük redaktor Gənclik”də şöbə müdiri vəzifəlrində çalışıb. 1972-ci ildə 27 yaşındaKoroğludastanında Koroğlu surəti (Azərbaycan-Özbək materialları əsasında)” mövzusunda namizdəlik, 1981-ci ildə 36 yaşında isəAzərbaycan-Özbək folklorunun tipologiyası qarşılıqlı əlaqəsimövzusunda doktorluq dissertasiyası müdafiə edib. Elə həmin il professor seçilib. Azad müəllim 1976-cı ildən taleyini Azərbaycanın ən möhtəşəm təhsil ocağı olan indiki Bakı Dövlət Universiteti ilə bağlayıb. Onun böyük səyi ilə 1989-cu ildə BDU-da folklor kafedrası yarandı A.Nəbiyev ömrünün sonuna qədər ona rəhbərlik etdi. Onun Azərbaycan folklorunun, küllən türk xalqları folklorunun aktual çeşidli problemlərinə həsr olunmuşQəhrəmanlıq səhifələri” (1975) “Azərbaycan-Özbək folklor əlaqələri” (1978), “Azərbaycan folklorunun janrları (1983), “Sərhəd bilməyən əlaqələr” (1990), “El nəğmələri, xalq oyunları” (1988) s. kimi monoqrafiyaları təkcə Azərbaycanda deyil, Rusiyada, Orta Asiya ölkələrində, Türkiyədə məşhurdur. Tarixi bilinməyən olduqca zəngin türk folklorunın nüfuzlu araşdırıcısı olan A.Nəbiyev, artıq qeyd etdiyimiz kimi, 50-dən çox kitabın 360 məqalənin müəllifi idi. O, 20-30-cu illərin alimlərinin yolu ilə gedir, fədakarcasına çalışır, ömrünə heyifi gəlmirdi. Bu minvalla da Azad Nəbiyev həm xalqının misilsiz sərvəti olan folklorun toplayıcısı, həm naşiri, həm tədqiqatçı, həm nəzəriyyəçi idi. Bu da onun həm fədakarlığından, həm xalqına olan sevgisindən, həm istedadının çox zəhmətliliyindən xəbər verir. AliminNəğmələr, alqışlar, inanclar” (1986), “Azərbaycan dastanları” (1977), “Novruz” (1989), “Sehrli sünbüllər” (1990), “İlaxır çərşənbələr” (1992), “Alqışlar, adətlər, nəğmələr” (1992) kimi topluları rus dili vasitəsi ilə dünyanın bir çox xalqlarına təqdim olunub. O, “Kitabi-Dədə Qorqud”, “Kor oğlueposlarını orijinal müqəddimələrlə çap etdirib. Professorun folklorşünaslıq sahəsində apardığı nəzəri-tarixi tədqiqatların yekunlarıAzərbaycan xalq ədəbiyyatı” (2002) adlı fundamental dərsliyə çevrilib. A.Nəbiyev həm böyük türkçü, həm ardıcıl, dönməz azərbaycançı idi. Təkcə ona görə yox ki, o, istiqlal fəlsəfəsi olan Azərbaycançılıq haqqında dəyərli məqalələr yazıb, həm ona görə ki, o, olduqca vətənpərvər adam idi. Folklor onun üçün xalqı sevmək onu dünyada tanıtmaq vasitəsi idi. Buna əminlik üçün aliminMilli təəccübkeşlik, yoxsa erməni saxtakarlığı” (2003) kitabını oxumaq kifayətdir. Görkəmli alim öz folklorşünaslıq məktəbini yaradıb, 30 elmlər namizədi, üç elmlər doktoru yetişdirib. Onun bir alim kimi milli təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Azad müəllim 2000-ci ildəAzərbaycan Respublikasının Əməkdar müəllimifəxri adına layiq görülüb. Ədəbiyyatşünaslıq sahəsində böyük xidmətlərinə görə 2001-ci ildə Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Türk xalqlarının birliyi ideyası, folklor mətnlərinin toxunulmazlığını qorumaq qayğı ilə araşdırmaq, intellektual təhlil mədəniyyəti, xalqın mənəvi sərvətini sivill dünyaya çatdırmaq qayəsi bir alim kimi Azad Nəbiyevin fərdiyyətini Azad Nəbiyev folklor məktəbinin fəaliyyətini səciyyələndirən ümdə xüsusiyyətlərdir. Azad Nəbiyev sözü üzə deyən, mərd cəsarətli adam, öz prinsipləri olan bu prinsipləri inadkar bir inamla həyata keçirən monolit şəxsiyyət idi. Azad müəllim indi Rövşəninin Ülkərinin balalarınınəvələrini oynatmaqla məşğul olmalı, narahat qəlbinə dinclik verməli idi. Onun buna imkanı çatmadı, dincələ bilmədi. Çox narahat adam idi bizim professor. Ən böyük narahatlığı isə müvəqqəti işğal olunmuş vətəndən idi. Hayıf ki, Azərbaycanın tarixi sərhədlərinin bərpasını görmək ona qismət olmadı. Ömrü boyu Azərbaycan elmi naminə çarpışan Azad Nəbiyev 13 fevral 2012-ci ildə canından artıq sevdiyi Azərbaycana son borcunu verdivətən torpağını öz bədəni boyda böyütdü. Azad müəllim üstündə gəzdiyi, altında uyuduğu torpağa layiq şəxsiyyət vətəndaş idi. Qəlbim mənə deyir ki, o haqq dünyada da sorğu-sual olunmayacaq. Çünki Azad Nəbiyev bu dünyada gördüyü işlərlə, yazdığı əsərlərlə, xalqa, millətə və dövlətə göstərdiyi xidmətlərlə o dünyasını da qazanıb, ilahi aləmdə öz yerini fəth edib. Əmin olmaq istəyirəm ki, o dünyada da, möhtəşəm bir Azad Nəbiyev fütühatı var. Arxayınçılıqla deyə bilərəm ki, fədakar alim, bütöv şəxsiyyət, böyük folklorşünas, türk birliyi idealının sahibi Azad Nəbiyevin məzarı münəvvər gəncliyin ziyarətgahına çevriləcək.... O getdi, bizdən ayrılıb tarixdə yaşamaq üçün...

 

Nizaməddin Şəmsizadə,

filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2012.- 18 fevral.- S.19.