Almaniyada “2012- ci ilin Azərbaycan gecəsiadlı tədbir keçirilib

 

TƏDBİRİ “AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTİMAİ BİRLİYİ TƏŞKİL EDİB  

Bu günlərdəAşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyi Almaniyanın Kassel şəhərində “2012- ci ilin Azərbaycan gecəsiadlı tədbir keçirib. Tədbir Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ölkəmizin Almaniyadakı səfirliyi eləcə Almaniyadakı Azərbaycanlıların Kordinasiya Mərkəzinin dəstəyi ilə reallaşdırılıb. Ölkəmizin beynəlxalq arenada formalaşması, ictimai-siyasi müstəvidə qazanılan uğurların dünya ictimaiyyətinə çatdırılması tədbirin əsas mahiyyətini ehtiva edib. Tədbirə Almaniyada təhsil alan azərbaycanlılar, xüsusəndə Kanada, Amerika, Rumıniya, Moldova, Rusiya, Ukraynadan olan tələbələr qatılıblar. “Aşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin Almaniyadakı nümayəndəsi Vasif Hüseynov tədbir iştirakçılarını salamlayaraq, son 20 ildə ölkəmizin siyasi-iqtisadi müstəvidə qazandığı uğurlardan söz açıb. V.Hüseynov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 20 il ərzində möhtəşəm uğurlara imza atıb: “Artıq ölkəmizin mövqeyi olmadan bölgədə hər hansısa transmilli layihənin həyata keçirilməsi mümkün deyil. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrimiz daha da gözəlləşir. Əlbəttə ki, bütün bu uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün düşünülmüş siyasi-iqtisadi strategiya dayanır. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz Avroatlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirir”. Tədbirdə çıxış edən azərbaycanlı tələbələr ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzv seçilməsini müstəqillik tariximizdə əlamətdar hadisə kimi qiymətləndiriblər. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi eləcə 20 Yanvar, Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlər barədə videoçarxlar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçılarına milli mətbəximizin xörəkləri,təamları təqdim olunub. Xarici ölkə vətəndaşları milli xörəklərimizə heyranlıqlarını ifadə ediblər. Tədbirin sonunda gənclərin milli geyimlərdə ifa etdikləri Azərbaycan rəqsləri iştirakçılarda xoş təəssürat oyadıb.

 

Rəşad HACIYEV

525-ci qəzet.- 2012.- 18 fevral.- S.17.