Kamran Əliyev: “Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bəzi məsələlərdə Avropa ölkələrinə çatıb, hətta onları keçib

 

“KORRUPSİYA HÜQUQPOZMALARININ QARŞISINI CƏRRAHİ TƏDBİRLƏRLƏ ALMAQ MÜMKÜN DEYİL, ƏSAS ÜSUL TƏKMİLLƏŞDİRMƏ YOLUDUR”

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin APA-ya müsahibəsi

Kamran müəllim, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hansı yeniliklər gözlənilir?

– Əsas yeniliklər qanunvericiliyin təkmilləşdirilməsinə aid olacaq. Doğrudur, hazırda bizim kifayət qədər qabaqcıl qanunvericilik bazamız var. Cəmiyyət və dövlət qurumları inkişaf etdikcə, bu sahədə də mütəmadi təkmilləşdirilmələr olmalıdır.

Yeniliklərə “Hüquqi şəxslərin cinayət məsuliyyəti”, “İstintaq sövdələşməsi haqqında”, qanun layihələrinin hazırlanıb qəbul olunması, korrupsiya cinayətləri sayılan hərəkətlərin sırasının bir daha dəqiqləşdirilərək artırılması və s. aiddir. Bu dəyişikliklər çox ciddidir. Xüsusilə “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması” barədə qanunun qəbul olunması ölkə qanunvericiliyinin fundamental prinsiplərinin ciddi şəkildə dəyişməsinə səbəb olacaq. Bu dəyişikliklər cinayət qanunvericiliyi ilə yanaşı, mülki qanunvericiliyi də əhatə edə bilər.

Bu tədbirlər çərçivəsində dövlət qurumlarında institutsional dəyişikliklərin aparılması nəzərdə tutulurmu?

– Bəli, gələcək fəaliyyət planında institutsional tədbirlər də nəzərdə tutulacaq. Bura müxtəlif dövlət qurumlarının işinin təkmilləşdirilməsi, dövlət qurumlarında korrupsiya doğuran səbəb və şəraitin aradan qaldırılması, qeyri-hökumət təşkilatları ilə işin daha müasir və səmərəli formada qurulması aiddir.

– QHT-lərlə əlaqələrin daha səmərəli şəkildə qurulması deyəndə nəyi nəzərdə tutursunuz?

Burda müxtəlif formalar ola bilər. Məsələn, indiyədək bizdə vətəndaşlarınqaynar xətt”ə birbaşa müraciəti yox idi, onun tətbiqi bu əlaqələrin təkmilləşməsi deməkdir. Bundan sonra isə işlər ayrı-ayrı sahələr üzrə istiqamətlənə bilər. Özü bu istiqamətlərə ayrı-ayrı dövlət qurumları üzrə deyil, vətəndaş qrupları üzrə bölünəcək. Məsələn, bura daha çox korrupsiyaya uğrayan vətəndaşlar qrupu, korrupsiya ilə rastlaşan pensiyaçılar qrupu, qadınlar qrupu, tələbələr qrupu s. aiddir. Biz korrupsiya hallarının qarşısını almaq üçün belə vətəndaş qrupları ilə işləməliyik.

Deyə bilərsinizmi, bələdiyyələrdə korrupsiyanın səviyyəsi necədir, bu sahədə korrupsiya halları çoxdurmu?

Bələdiyyələrdə korrupsiya halları ilə bağlı cinayət işləri olub, istintaq aparılıb. Bu işlərlə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat vermişik ki, hansı istiqamətlərdə onların işinin təkmilləşdirilməsinə ehtiyac var. Xüsusilə hesab edirəm ki, bələdiyyələrdə rəhbər orqanlara bəzən kifayət qədər təcrübəsi olmayan, qanunvericiliyi yaxşı bilməyən şəxslər seçilir. Üstəlik bəzi hallarda məlum olur ki, burda rəhbər vəzifələrə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təyin edilir.

Bələdiyyələrdə kargüzarlığın, sənədləşmənin düzgün aparılmaması da baş verir.

Hesab edirəm ki, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac varhazırda bu proses gedir hesab edirəm ki, yaxın vaxtlarda onun nəticələri olacaq.

Bəzi ölkələrdə korrupsiya ilə mübarizə sahəsində addımlardan biri maliyyə amnistiyasının verilməsibu sahədə münasibətlərintəmiz səhifə”dən başlanmasıdır. Bizdə belə tədbirə ehtiyac varmı?

Mən belə proseslərin tədricəntəkamül yolu ilə baş verməsinin tərəfdarıyam. Məncə, indiki üsul daha səmərəlidir. Çünki müşahidələr göstərir ki, korrupsiya hüquqpozmalarının qarşısınıcərrahi tədbirlərləalmaq mümkün deyil. Əsas üsul təkmilləşdirmə yoludur.

Deyə bilərsinizmi, qədər vaxtdan sonra Azərbaycanda korrupsiyanın səviyyəsi Avropadakı, ən azı Şərqi Avropa ölkələrindəki həddə düşəcək?

Çox maraqlı, amma çətin sualdır. Çünki bu sahədə vəziyyət sürətlə dəyişir. 10 il, hətta, 5 il bundan əvvəlki vəziyyətlə indiki vəziyyət eyni deyil. Müxtəlif tədbirlər nəticəsindəəmək haqqının, pensiyanın verilməsinin kart sisteminə keçirilməsi vaxtilə bu sahədəki mənfi halları tamamilə aradan qaldırıb. Elektron idarəetmənin tətbiqi 3-5 il bundan əvvəl bizə həlli çətin olan məsələlərin qarşısını asanlıqla almağa imkan verdi. Hesab edirəm ki, indi görülən tədbirlər qısa zamanda nəticələrini verəcək.

Ümumiyyətlə, düşünürəm ki, biz bəzi məsələlərdə Avropa ölkələrinə çatmışıq, hətta onları keçmişik . Amma bəzi sahələrdə hələ ciddi işləməli müxtəlif vasitələrdən istifadə etməliyik.

Bəziləri hesab edir ki, korrupsiyaya şərait yaradan əsas səbəblərdən biri qanunlarda boşluqların olması, təfərrüatların göstərilməməsidir. Bu vəziyyət məmurlara bir sıra məsələlərdə qərar qəbul edəndə qanunu pozmadan manevr etmək üçün geniş imkanlar yaradır. Sizcə, bu hal korrupsiya üçün qədər aktualdır?

Belə hallar da var. Amma məmurlar da robot deyilhüquqi şüur hüquqi mədəniyyət anlayışı var. Hesab edirəm ki, həyatdakı bütün situasiyaları qanunda nəzərdə tutmaq mümkün deyil, bu sahədə insan faktoru da böyük əhəmiyyət kəsb edir. Yəni qanunların tətbiqi zamanı da qərəzsiz, obyektiv, vicdanlı insan faktoru da mühüm amillərdən biridir.

 

 

525-ci qəzet.- 2012.- 18 fevral.- S.5.