Niyazinin 100 illik yubileyi münasibətilə konsert keçirilib

 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti gerçəkləşib.

Tədbir maestro Niyazi haqqında filmin nümayişi ilə start götürüb. Sonra ön sözü ilə çıxış edərək tədbiri açıq elan edən Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru, əməkdar müəllimi Natiq Vəliyev maestro Niyazinin həyat və yaradıcılığından söhbət açaraq, onun Azərbaycan musiqisinin inkişafındakı böyük əməyini diqqətə çatdırıb. Konsert iştirakçıları əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədovun rəhbərlik etdiyi Bakı Şəhər Musiqi və İncəsənət məktəbləri şagirdlərinin birləşmiş skripkaçılar ansamblı Fəridə Quliyevanın konsertmeystrliyi ilə A.Məlikovun “Pyes”, D.ŞostakoviçinPoema” əsərlərini, 17 saylı ÜMM-nin müəllimi Sevda Bəxtiyarova “Qara gilə” xalq mahnısını, Ə.Bədəlbəyli adına 23 saylı ÜMM-nin müəllimləri Adilə İbrahimli, Səbinə Orucova fortepianoda NiyazininXoreoqrafik vals”ını, Niyazi adına 22 saylı ÜMM-nin müəllimləri Kamal Abdullayev balabanda Pikə Axundovanın “Qəlbimin səsi”, Aynur Qasımova kanonda D.DadaşovunSkertsosunu və digər musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2012.- 21 fevral.- S.6.