Marketinq və tamaşaçı şəbəkəsinin yaranması”

 

Dünən Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Bakıda ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində gənc aktyorlarteatrşünaslar üçünMarketinq və tamaşaçı şəbəkəsinin yaranması” mövzusunda seminar keçirilib.

Beynəlxalq teatr layihələri üzrə əlaqələndirici Şaiq Səfərov tədbirin əhəmiyyəti haqqında çıxış edərək, ASSİTEJ haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ASSİTEJ 1965-ci ildə uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi yaradıldığını və təşkilatın hazırda dünya üzrə 84 milli mərkəzi fəaliyyət göstərir: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da ASSİTEJ-ə üzv seçilib və təşkilatın Azərbaycan Milli Mərkəzi yaradılıb. Fevralın 20-dən 26-dək Bakıda ASSİTEJ-in İcra Komitəsinin toplantısı keçiriləcək. Toplantı çərçivəsində 3 seminar təşkil olunacaq. Bu tədbirlərdə gənc mütəxəssislər müasir dünya teatrlarında baş verən proseslərlə tanış olacaqlar”.

Şaiq Səfərovun sözlərinə görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində təşkil edilən bu seminarlar ölkəmizdə teatrın inkişafına öz müsbət təsirini göstərməkdədir. Bu günümüzdə fəaliyyət göstərən teatrlar, həyata keçirilən teatr layihələri, müəyyən olunmuş repertuar siyasəti və digər amillərdən aydın nəzərə çarpır.

Seminarda ABŞ, Avstraliya, Kamerun və meksikalı mütəxəssislər müasir teatrların inkişaf istiqamətlərindən, bu teatrlara tamaşaçıların cəlb edilməsindən, tamaşaların onların zövqünə uyğun hazırlanması haqqında fikirlərini bölüşüblər. Mütəxəssislər marketinq işinin yaxşı qurulmasının tamaşaçı ilə teatr arasında sıx münasibətlər yaradılmasına, tamaşaçının teatrlara cəlb edilməsinə olan əvəzsiz əhəmiyyətini diqqətə çatdırıblar. Təbii olaraq, bu da öz növbəsində hər bir teatrın inkişafına müsbət təsir göstərir.

HÜSNİYYƏ

525-ci qəzet.- 2012.- 21 fevral.- S.6.