Yad et məni – Abdulla Şaiqin xatirə gecəsi”

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının ildönümü münasibətilə ədibin adını daşıyan 54 saylı orta məktəbin və Abdulla Şaiqin Mənzil MuzeyininYad et məni – Abdulla Şaiqin xatirə gecəsi” adlı birgə tədbiri gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, anma mərasimi ömrünün 60 ilini xalqına xidmət edən böyük Azərbaycan ədibi Abdulla Şaiqi bir daha xatırlamaq və onun ədəbi-ictimai fikir tariximizdə oynadığı əhəmiyyətli rolu Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə həyata keçiriləcək.

Tədbirdə Bakı Təhsil İdarəsinin, Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndələri, yazıçı-publisist Şəhla Gündüz, “Kimlik” jurnalının baş redaktoru Sirus Təbrizi, BDU-nun dosenti Mahmud Mahmudov, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli, ADMİU-nun dosenti Minaxanım Əsədli, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Rəhimli, AMEA-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva iştirak edəcəklər. Tədbirə, həmçinin, Nəsimi rayonunda yerləşən 240, 211, 159, 111, 14, 19, 267, 9 saylı məktəblərin direktorları və ədəbiyyat müəllimlərinin ştirakı nəzərdə tutulur.

54 saylı məktəbin direktoru Sahibə Abbasova, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, yazıçı-publisist Şəhla Gündüz çıxış edəcəkləri tədbirdə 54 saylı məktəbin məzunu, Bakı Musiqi Akademiyasının diplomantı Raziyə Hüseynovanın Abdulla Şaiqin sözlərinə bəstələdiyi “Kəpənək” mahnısı məktəbin şagirdləri tərəfindən ifa ediləcək.

54 saylı məktəbin ədəbiyyat müəlliməsi Rəfiqə Hüseynovamusiqi müəllimi İradə Qafarovanın rəhbərliyi ilə məktəbin şagirdləri Abdulla Şaiqin əsərlərinə bəstələnmiş musiqi nömrələri və səhnəcikləri təqdim edəcəklər: 7 və 9 sinif şagirdləri Şəbnəm AbidovaTamerlan Camallı “Nüşabə” pyesindən bir parça; 6 sinif şagirdləri Gülnar Eldarlı, Aysu Əliyeva və İlhamə Hüseynova ədibin şeirlərindən ibarət olan “Güllər” kompozisiyasını ifa edəcəklər; 8 sinif şagirdi Nərgiz EyvazovaYad etşeirini səsləndirəcək, 3-cü sinif şagirdi Şahanə rəqs nömrəsi ilə çıxış edəcək. Həmçinin, mərasimdə Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasından bir səhnəcik göstəriləcək. Xatirə tədbirində Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşlarının ədibin muzeyinin fondunda qorunan orijinal fotoları əsasında hazırladığı slayd-şou nümayiş etdiriləcək.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2012.- 23 fevral.- S.7.