Adlarımız, soyadlarımız... birfamilimiz

 

Onomologiyanın tərkib hissələrindən biri olan antroponimika – şəxs adları, soy adları, famillər, təxəllüslər, ləqəblərdən bəhs edir. Şəxs adlarının və familiyalarının öyrənilməsi təkçə dilçilik üçün deyil, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. üçünböyük əhəmiyyətə malikdir. Şəxs adları, müəyyən mənada, tarixi kateqoriyadır. Yəni hər hansı bir xalqın vəziyyəti, dünyagörüşü, məişət tərzi və təsərrüfat həyatı şəxs adlarının yaranmasında xüsusi rol oynayır.

Azərbaycanda İslam dini qəbul edilənə qədər yalnız öz adlarımız – Qazan, Burla, Beyrək, Banıçiçək, Tural, Selcan, Qaragünə, Qaraca... mövcud idi. İslam dini qəbul edildikdən sonra yeni doğulanlara Allahqulu, İmamqulu, Həsənqulu, Hüseynqulu, Əliverdi, Allahverdi, Tanrıverdi... kimi adlar qoyuldu. Qul, verdis. əlavələr olmasa idi, heç kim uşağını Məhəmməd, Həsən, Hüseyns. adlandıra bilməzdi. İslama fanatik münasibət dəyişdikdən sonra, xüsusən də sovet hakimiyyəti illərində vətəndaşlarımız övladlarına Məhəmməd, Əli, Həsən, Hüseyn, Əbülfəzl, Xədicə, Fatimə. Zəhra, Zeynəb, Ayişə kimi adlar qoya bildi.

Lakin sovetlər ölkəsinin repressiya maşını işə düşdükdən sonra, xüsusilə də 1930-cu illərin ikinci yarısından başlayaraq adlarımız bolşevizmin islahat maşınından keçirildi. Əliəsgər, Əliövsət, Əliağa, Əlimərdan, Əliisa, Fatimə kimi adlarda i saitləri ixtisar edildi. Bu addımı doğrultmaq üçünsə Azərbaycan dilinin qramatikasına qondarma qayda əlavə olundu ki, mürəkkəb şəxs adlarının yazılışında birinci ad saitlə bitib ikinci saitlə başlayırsa, bu zaman saitlərdən biri düşür, yəni yazılmır. Bu qayda da demək olar ki, adətən birinci addakı saitə şamil edilir. Burada məqsəd müqəddəs adların unutdurulması, kişilərdə Əli kəlməsinin yazılışının və səsləndirilməsinin qarşısını almaq idi. Bir sıra adlar isə tamamilə deformasiyaya uğradıldı: Məhəmməd – Məmməd, Əbutalib – Abutalıb, Əliməhəmməd – Alməmməd, Əbdüllah – Abdulla, Murtəza – Murtuz, HüseyinHüseyn, Əbülfəzl – Əbülfəz, Fatimə – Fatma oldu.

Bir neçə söz adlarımızın düzgün yazılışı və tələffüzü barədə. Bir çox hallarda “ikimərtəbəli” adlanan adlar, yəni iki ismi özündə birləşdirən adlar böyük yanlışlıqla ayrı yazılır. Belə hallara tarixi şəxsiyyətlərimizin adlarınin yazılışında daha tez-tez rast gəlirik. Məsələn, M.T. Sidqi, M.S. Ordubadi, M.C. Cəfərov... Axı Məmmədtağı, Məmmədsəid, Məmmədcəfər, Məmmədhəsən, Məmmədqulu iki isimdən birləşmiş vahid ada çevrilib və belə də yazılmalıdır. Bir faktı xatırlayaq ki, Məmmədtağı Sidqinin oğlunun adı bütün mənbələrdə, kitab və məqalələrdə Məmmədəli Sidqi yazılır. Bəs nə səbəbə onun atasının adı Məmməd Tağı yazılmalıdır? Qayda belədir ki, famildən – soyaddan əvvəl yazılan iki böyük hərf şəxsiyyətin inisiallarını bildirir, yəni adının və atasının adının baş hərflərini. Nəzərə alsaq ki, Sidqinin atasının adı Səfərəli, Ordubadinin atasının adı Hacıağadır, deməli, yazılış belə olmalıdır: M.S. Sidqi, M.H. Ordubadi, M.Ə. Rəsulzadə... Sual oluna bilər, bəs nəyə görə M.Ə. Rəsulzadə? Məmmədəmin də bitişik yazılan ad deyilmi? Bəli, bitişik yazılan addır. Lakin burada M.-dən sonrakı Ə. Əmin deyil Ələkbərdir – Məmmədəminin atasının adıdır. Digər bir məsələ. Əksər ədəbiyyatda, dərsliklərdə, bəzi dörvri mətbuatda Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov və sair belə titullu adlar çox yanlış olaraq A.A. Bakıxanov, Q.B. Zakir, N.B. Vəzirov kimi yazılır.

Əvvəllər neçə mərtəbəli olmasına baxmayaraq, hər kəsin adı, atasının, babasının, böyük babasının adları dəqiq olurdu. XIX əsrin birinci yarısından sonra rus üsulu ilə ata-baba adlarına ov, yev şəkilçiləri artırıldı. Yeri gəlmişkən bir neçə kəlmə familiya-famil məfhumu barədə. Son on beş ildə bu söz dilimizdə soyad ifadəsilə əvəzlənərək, on ildir ki, sənədlərdə də rəsmi status almışdır. Nə deməkdir soyad? Yəni şəxsiyyətin ulu babasının adı, hansını ki bizlər və ata-babalarımız adata adı ilə yanaşı daşımışıq. Tarixən millətimiz adata adı ilə, yaxud muəyyən ləqəb və təxəllüslə tanınmışdır. Familiya dilimizə tam 200 il bundan əvvəl daxil olmağa başlayıb. Bu hadisə Şimali Azərbaycanın Rusiyaya birləşməsindən sonra baş versə də, familiya rus sözü deyil. Bu, beynəlxalq ifadədir. Sovet Azərbaycanında hətta bir müddət – xüsusən 60-70-ci illərdə bu kəlmə famil kimi tələffüz olunub və yazılıb. Buna dəqiqlik gətirmək üçün həmin illərin dövri mətbuatını vərəqləmək və milli filmlərimizə bir daha baxmaq kifayətdir. Famil dünyanın bir çox dillərində ailə, qohum mənasında da işlədilir. Əslində isə bu qədim türk sözü Azərbaycanda şəxs adı kimi də işlənməkdədir. Bizcə bu ifadənin yenidən dilimizə və sənədlrimizə qaytarılmasına nail olmalıyıq. Çünki soyad ifadəsi özünü tam anlamı ilə doğrultmur, xüsusən qadınlarda. Subay qızlar sənədlərində (şəhadətnamələrdə, attestatdiplomlarda, vəsiqələrdə) soyad ifadəsindən müəyyən mənada istifadə edirlərsə, ailə qurduqdan sonra əksəriyyəti könüllü, yaxud məcburən ərinin soyadını qəbul edir. Deməli ailəli qadın öz soy-kökündən imtina edərək ərinin ulu babasını özününkü qəbul edib bu soy-kökə aid olduğunu təsdiqləyir. Bəs bu nə dərəcədə doğrudur, hansı məntiqə əsaslanır?

Əvvəldə qeyd olunmuş hallar istisna olunarsa, heç bir dövrdə əcnəbilər bizə öz ad və famillərimizin necə yazılması, yaxud ifadə olunmasını diqtə etməyiblər. Xüsusən sovet hakimiyyətinin ilk illərindən başlayaraq başbilənlərimiz nəinki şəxs adlarını, o cümlədən yaşayış məskənlərinin adlarını və bir çox coğrafi yerlərin adlarını təhrif olunmuş şəkildə rus dilinə çevirib, həmin tərcümələr də bütün Sovetlər İttifaqına yayılıb.

Sovet hakimiyyətində “böyük qardaşlarımızın” diqtəsilə “dilçilərimiz” zadə sonluğuna rəsmən qadağa qoymasalar da, onun fars millətinə məxsus olan bir sonluq olduğunu irəli ataraq tədricən yox olması və ov, yevin geniş yayılması məqsədini güdmüşlər. Məhz buna görə də zadəni rus dilində həmişə yad bir şəkilçi kimi defislə yazmışlar və çox acınacaqlı haldır ki, bu qayda günümüzdə də, hətta doğma dilimizdəki yazılışda da qarşımıza çıxır. Əvvəla İran vətəndaşı olan 30 milyondan artıq cənublu soydaşlarımızın demək olar ki, böyük əksəriyyətinin famili zadə sonluqludur. Farslarda isə bu sonluğa çox nadir hallarda rast gəlmək olar. Unutmayaq ki, əsrlər boyu dilimizdə işlədilən şahzadə, zadəgan, əsilzadə... kimi ifadələr var. Bir bunu yad sonluq hesab etsəydilər dilimizin millətimizin ən böyük təəssübkeşləri olan Cəlil Məmmədquluzadə Məmmədəmin Rəsulzadə xalqımızın digər öndə gedənziyalılarıkimi zadədən imtina edərək ovu, yevi qəbul edərdilər.

Yeri gəlmişkən, böyük şairimiz Əfzələddin Xaqaninin təxəllüsü son illər təhrifə məruz qalıb. Bakıda, onun adını daşıyan küçədəki ünvan lövhələrinin əksəriyyətində, həmçinin bir çox telekanalların titrlərində Xəqani yazılmaqda davam edilir. Bunu yazanlar şairin şəxsiyyətindən yaradıcılığından bixəbər olanlardır. Onlar bu lövhələrin sovet dövründən qaldığını rus dilində olduğunu düşünüb öz aləmlərində onu milliləşdiriblər. Həmin lövhələri görən telekanallardakı kompyuter dizaynerləri bu kobud səhvi ekrana köçürürlər. Bu məsələ aid təşkilatlar tərəfindən qısa müddətdə öz müsbət həllini tapmalıdır. Bunu onlardan Xaqaninin incimiş ruhu da gözləməkdədir.

Ötən əsrdə olduğu kimi günümüzdə adlarımızın famillərimizin tələffüzündə ciddi təhriflərə yol verilir. Çıxışlarda, məruzə mühazirələrdə, sinif auditoriyalarda, xüsusən efirdə onların deyilişində vurğular yerində işlədilmir. Məsələn, Əliyev, Əfəndiyev, Hacıyev, Tağıyev s. səsləndirilərkən ilk növbədə onun tərkibindəki ad nəzərə alınmalıdır. Bir neçə xalqda olduğu kimi bizim milli adlarımızda vurğu sonuncu saitə vurulur. Allahverdiyev səsləndirilərkən onun bəstəkar Verdi iləqohumluğuyada düşməməlidir, Allahverdi deyərkən vurğu e- deyil, i-yə düşürsə, yev şəkilçisi qoşulduqda da həmin qaydaya riayət olunmalıdır. Bu gün şou aləmində milli adlarımızı əcnəbiləşdirməyə meyl güclənib. Ekran titrlərində, kompakt disklərin üzərində müğənnilərin adları doğma dilimizdə bəzən səhvən, çox zaman da bilərəkdən təhrifləBrilyant – Brilliant, NatəvanNatavan, Samirə – Samira yazılmaqdadır. Unutmaq olmaz ki, qiymətli daşın adı, görkəmli şairəmizin təxəllüsü müqəddəs şəhərin adı dilimizdə necədirsə, elə yazılıb tələffüz olunmalıdır.

Adamın ad famili əhəmiyyətli məsələdir. İndi famil sarıdan özümüzə qayıtdığımız vaxtda adlarımız haqqında da dərindən düşünməli, uşaqlara yüngül zövqsüz adlar verməməliyik. Unutmaq olmaz ki, bugünkü körpə sabah belə bir adla cəmiyyət içinə çıxanda utana bilər.

 

Ələkbər QASIMOV

AMEA Naxçıvan Bölməsi İncəsənət

Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,

 sənətşünaslıq üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2012.- 23 fevral.- S.7.