Təəccüb və təəssüfün ağrısı

 

Həyatımızda, ömrümüzdə elə müəmmalı, gözlənilməz hadisələr olur ki, belə olayların “niyə” və “nə üçün” suallarına cavab tapmaq bəzi hallarda müşkilə, əzaba çevrilir desəm, mənə inanın.

Xocalı faciəsinin 20 illiyidir və təəssüflə, ürək ağrısı ilə qeyd etməyi vacib bilirəm ki, anamız Qarabağın bu kiçik tarixi yaşayış məskəninin böyük dərdlərə düçar olmasının, əsl cəhənnəm girdabında boğulmasının ağrısını, kədərini dünya ictimaiyyətinə çatdırmaq üçün mümkün olan maddi və mənəvi imkanlarımızı səfərbər edə bilməmişik və üstəlik o qanlı gecəylə bağlı hələ də qaranlıq qalmış bəzi məqamlara, əhvalatlara aydınlıq gətirməyi unutmuşuq...

1 mart 1992-ci ildə Ağdam şəhəri sözün həqiqi mənasında qan gölündə çalxalanırdı. Ağlar günə qalmış Ağdam məscidi bir gecədə həlak olmuş sahibsiz insanların yuyulması, kəfənlənməsi, cənazə namazlarının qılınması və nəhayət qəbr evinə qovuşması ilə bağlı mərasimlərin qaydasınca icra edilməsi üçün qəm, kədər içində çırpınır, qonşu rayonların köməyi ilə bu müsibətdən çıxmağa çalışırdı.

Ermənistan quldurlarının amansız hücumuna məruz qalaraq, bir gecədə Xocalıda həlak olmuş (yoxa çıxmış, itgin düşmüş, yaralanmış) adamların statistikası artıq neçə illərdir ki, kütləvi informasiya vasitələrində bəyan edilir (və edilməlidir də!..). O kədərli rəqəmlərdən qısa bir fakt, 613 nəfər həlak olub, 1275 nəfər girov götürülüb, əsir düşüb. Amma həmin dövrdə millətin taleyinə biganə, maymaq hakimiyyətin rəsmi dövlət agentliyi (“Azərinform”, indiki “Azərtac”) bütün dünyaya yaydı ki, “Xocalıda iki nəfər həlak olub, mövqe döyüşləri gedir(?)...”

Bax, məni incidən, ağrıdan da elə bu saxta, yalan ifadələrdir. Hələ də şəxsən mənə məlum deyil ki, düşmənin mənafeyinə xidmət edən bu uydurma fikirlərin müəllifi kim(lər) idi, bu tapşırıq hardan, kim tərəfindən verilmişdirs.

Niyə o idbar kəslərin adları (vəzifələri) camaatımızdan gizli saxlanılır, aydın-aşkar deyilmir? Həqiqəti dananları, öz millətinə böhtan atanları, saxtakar məmurları, başqalarına dərs alsın deyə, niyə mühakimə etmirik, heç olmasa, adlarını belə çəkmirik...

Mən səlahiyyəti çatan şəxslərdən, rəsmi komissiya üzvlərindən bu sualın cavabını tələb edirəm!

Şəhid olmuş, yoxa çıxmış, itib-batmış babaların, nənələrin, cavanların, uşaqların nigaran ruhu tələb edir bu sualın cavabını!

1992-ci ilin 1 martında Ağdamda keçmiş rayon partiya komitəsinin qonaq otağında Bakıdan gəlmiş rəsmi hökumət nümayəndələri və digər şəxslərin (Daxili İşlər nazirinin müavini general Kamil Məmmədov, ədliyyə naziri vəzifəsində çalışmış Əlisahib Orucov, Kürdəmir rayonun prokuroru Ramiz Cəfərov) və başqaları arasında mən də vardım. Çox ağır, gərgin, həyəcanlı bir gün idi. Hamı sarsılmışdı, keyləşmişdi.

Günortadan bir az keçmiş xalqımızın igid oğlu, bənzərsiz Milli Qəhrəman unudulmaz Çingiz Mustafayev başdan-ayağa palçığa batmış halda (əynindəki kombinizon kostyum palçığın, suyun içindəydi) biz oturduğumuz zala daxil oldu. Çantasından üç ədəd video-kaset çıxarıb stolun üstünə atdı və hönkürüb ağlaya-ağlaya dedi:

– Alın, götürün, baxın, görün o oğraşlar camaatı nə günə qoyub...

Çingizin üst-başını dəyişdirmək məqsədilə qonşu otağa apardılar. Tez-tələsik kasetləri video aparatına saldılar və baxmağa başladıq.

Aman Allah, o nə müsibət idi, Çingiz lentə almışdı. Mən baxa bilmədim, hönkürüb bayıra çıxdım.

Arxamca gələn Ramiz Cəfərov boğula-boğula dedi: – Adaş, niyə baxmırsan, bu tarixdi axı?

Deyilənlərə görə həmin kasetləri Bakıya apardılar və o vaxtkı Ali Sovetin iclaslarında bir nəfər “millət oğlubuyurub ki, belə olmaz, bu kasetləri olduğu kimi camaata göstərməyək, olmaz, qəzəblənərlər, həyəcanlanarlar, qırğın başlayar... Görüntüləri kəsib ixtisar etmək lazımdı.

İndi məni (şübhəsiz ki, çoxlarını) həmin o kasetlər narahat edir, Çingiz Mustafayevin narahat ruhu məni yerimdən oynadır. Necə oldu, o kasetlər, o dəhşətli video görüntüləri.

Bəlkə o kasetlərin əsli hardasa, kimdəsə var...

Həmin kasetləri bütün telekanallarda, xaricdə göstərmək olardı. Bu çox-çox vacib işdir. Erməni faşizminin qəti ifşası üçün xüsusilə vacibdir. İndi həyasız əxlaqsız ermənilərin yalançısoyqırımçığırtısı bütün Avropanın göylərində sabun köpüyünə dönüb. Ermənilər saxta filmlər quraşdırırlar, yalan şeirlər, poemalar, hekayələr düzəldirlər, bizlərsə olanımızı belə demirik, ehtiyatla dolanırıq, utanırıq...

Halbuki Xocalı soyqırımına məruz qalmış millətimizin əbədi düşmənləribalayanlar, şaqinyanlar, köçəriyanlar, sərkisyanlar, çaqqalyanlar, donuzyanlar var gücləri ilə erməniləri türk millətinə qarşı amansız mübarizələrə səsləyir, indi səsləməkdədir.

Belə bir fakt: 1959-cu ildə Ermənistan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən M.NalbadyanınSeçilmiş əsərləriburaxılıb həmin kitabda açıq-aydın yazılıb: “Ey erməni, küçədə zəhərli ilan görüb öldürmüsənsə, eybi yoxdur, lakin türk görəndə öldürməsən sən satqınsan, əclafsan, millətin düşmənisən, erməni deyilsən...” Bax, budur erməni faşizminin ideologiyası, erməni qəddarlığı...

Mən qondarma humanizmə, saxta rəhmdilliyə, “millət-millətdeyib bağırarkən, ata-anasından, bacı-qardaşından xəbər tutmayan vəzifəli (vəzifəsiz) kəslərə, yerlipərəstlik, məhəlləçilik, tayfaçılıq psixologiyası ilə yaşayan naftalin qoxusu verənlərə qarşı həmişə səfərbərəm.

Xocalı soyqırımının ağrısından qəzəbləndiyimiz, əzab çəkdiyimiz bu qarlı-sazaqlı qış günündə dərdimizə, Kərbəladan betər müsibətimizə biganə olanlara (həm vicdanlı adamlara) üzümü tutub mənim yuxarıdakı suallarıma cavab vermələrini dönə-dönə, qətiyyətlə tələb edirəm. Bütünlüklə hamımız tələb edirik!

 

Ramiz MƏMMƏDZADƏ

525-ci qəzet.- 2012.- 23 fevral.- S.6 .