Budapeştdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib

 

Fevralın 21-də Macarıstanın paytaxtı Budapeştdə ELTE Universitetinin Böyük konfrans salonunda “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” mövzusunda Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil edilmiş tədbirin başlanmasından əvvəl Universitetin rəhbərliyi Azərbaycandan gəlmiş nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlıq və mədəni mübadilə, habelə perspektivdə universitetin nəzdində “Azərbaycan mədəniyyəti” şöbəsi yaradılması məsələləri müzakirə edilib.

Sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Asif Usubəliyev “Azərbaycanda mədəni siyasətin strateji perspektivləri”, AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru İlham Məmmədzadə “Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı”, Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfov “Azərbaycanın musiqi mədəniyyəti” mövzusunda məruzə və mühazirələrlə universitetin professor-müəllim heyəti və qonaqlar qarşısında çıxış ediblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 24 fevral.- S.7.