Qənirə Paşayeva: “Əgər tarixi qurdalasaq, bizim İrana deyəcək sözümüz daha çoxdur

 

Müsahibimiz millət vəkili Qənirə Paşayevadır

 

–Qənirə xanım, son bir ay ərzində yenidən İran-Azərbaycan münasibətləri kəskin xarakter alıb. İranla münasibətlərin gərginləşməsi, sizcə, hansı tərəfə daha ziyanlıdır və İran öz aqressiv, əsassız davranışları ilə nə demək istəyir?

Çox təəssüf ki, İranın bəzi siyasi , rəsmi dairələrinin açıqlamaları, əməlləri, addımları ciddi şəkildə Azərbaycanla münasibətlərin gərginləşməsinə xidmət edirbunlar heç bir əsası olmayan açıqlamalar, addımlardır. Bildiyiniz kimi, Azərbaycan öz müstəqilliyini əldə etdiyi gündən bu yana – müsəlman ölkəsi olmasına , o cümlədən, həmin ölkədə hətta bizim 30 milyon bizim soydaşımızın yaşamasına baxmayaraq, İranın rəsmi dairələri tərəfindən heç zaman Azərbaycana ciddi dəstəyi görmürük. Azərbaycanın ən ağır günlərində, yəni, Azərbaycan torpaqlarının işğalı dövrlərində belə İran heç zaman Azərbaycana dəstək göstərməyib. İran Azərbaycanın əleyhinə gedəcək bəzi addımların içərisindədir...

–Məsələn?

–Əgər İran o zaman qardaş Türkiyə kimi, Ermənistanla olan sərhəddini bağlasaydı, Qarabağ münaqişənin həllində vəziyyət fərqli olardı. Amma İran nəinki sərhəddi bağlamadı, əksinə, Ermənistanla geniş iqtisadi-əməkdaşlıq etdi, işğalçı ölkəyə dəstək , yardım göstərdi , müsəlmanları öldürən, qaçqın-köçkün salan Ermənistana açıq şəkildə dəstək verdi və təbii ki, bu, Azərbaycan əleyhinə bir fəaliyyət idi. Bu günbilirsiniz ki, Ermənistanla İran arasında çox yüksək əməkdaşlıq variqtisadi, ticari, siyasisair. Bu gün Ermənistana ən böyük dəstək verən ölkələrin başında gələn ölkələrdən biridir İran. Amma bütün bunlara baxmayaraq, Azərbaycan İranla hər zaman qonşu dövlət kimi münasibətləri normal saxlamağa çalışır. Çox təəssüf ki, bu addımları ilə İranın bəzi rəsmiləri, bəzi siyasi dairələri iki ölkə arasında olan münasibətlərə zərbə vurmaqda davam edirlər. Məsələn, elə son hadisələrə nəzər salmaq kifayətdir. Son zamanlar bu zərbələr daha da artıb. Azərbaycanda terror hazırlayan qrup ələ keçibİran xüsusi xidmət orqanları ilə əlaqədar. Bu, Azərbaycan əleyhinə ciddi bir fəaliyyət deməkdir. Və ya İranın “Səhər” kanalı. “Səhər” kanalı nə üçün yaradılıb? Biz hamımız bunu yaxşı bilirik. O “Səhər” kanalı Azərbaycanda təxribat yaratmaq üçündür. Azərbaycan insanları arasında narazılıq , çaşqınlıq yaratmaq, dövlət əleyhinə insanları çevirmək üçün yaradılıb.

Azərbaycan dövlətinin dəfələrlə bu məsələni İran tərəfinə çatdırmağına baxmayaraq, o kanal nə qapatılır, nə də onun fəaliyyət siyasətində dəyişiklik edilir, onlar Azərbaycan əleyhinə eyni fəaliyyətlərini davam etdirirlər. Digər bir məsələ. Elə götürək sonuncu notanı. Bu nota heç bir əndazəyə sığmayan , heç bir fakta söykənməyən notadır və hansısa dedi-qoduların üzərində də bir dövlət digər dövlətə nota verməz. Əgər notanı verirsinizsə, əlinizdə ciddi faktlar olmalıdır və siz o faktları göstərməlisiniz, sübut etməlisiniz. Yoxsa hansısa qəzetin məlumatına, hansısa özünüzün fikirlərinizə görə nota verilməz və oradanotada yazılan məsələlər hamısı absurd məsələlərdir. Yəni, bunların heç bir Azərbaycanın addımları deyil. Azərbaycan heç zaman bu cür addımların içərisində olmayıb . Azərbaycan bəzi ölkələrdən, elə notanı verən ölkədən fərqli olaraq, heç bir terror qruplaşması ilə əlaqəsi yoxdur. Onlar Ermənistan kimi bir terrorçu dövləti dəstəkləyirlər. Amma dünyada hələ belə bir xəbər olmayıb ki, Azərbaycan hansısa terror təşkilatı ilə əlaqələdir, yaxud da hansısa terror təşkilatının işinə kömək göstərir və sairsair. Belə bir notanın verilməsi, Azərbaycan səfirliyinə qarşı hansısa xoşagəlməz addımlar, üstəlik ən ciddi məsələ – İran parlamentində Azərbaycanın müstəqilliyini şübhə altına, sual altına alan çıxışlar olduqca yolverilməzdir. Sanki Azərbaycan İranın bir parçası olubbu gün də hətta belə bir iddia ilə, təfəkkürlə müzakirələrin açılması, kimlərinsə – o kimlərsə də birdən-birə bunu danışmırlar- bu fikirləri söyləməsi, təbii ki, bunların hamısı Azərbaycan əleyhinə fəaliyyətdir. Bir müddət öncə parlamentdəki çıxışımda da vurğuladım ki, Azərbaycan sizin əleyhinizə heç zaman fəaliyyət göstərməyib, sizdən fərqli olaraq, düşmənə çevirməyib bu kimi əməllərilə. Sizin beynəlxalq aləmlə problemləriniz varsa, gedin onlarla həll edin öz problemlərinizi.burada da kimsə Azərbaycanı zəif hesab edib onun üzərinə gəlməsin. Azərbaycan müstəqil dövlətdir, kiminsə arzu və istəyindən asılı olmayaraq bu gün də, sabah da, yüz il sonra da bu dövlətlə hesablaşmaq zorundasınız. Onun maraqları ilə hesablaşmaq zorundasınız. Azərbaycan dövləti bu cür münasibətləri qəbul etmir və edə də bilməz. Bu çağırışı da bir daha səsləndiririk ki, həm açıqlamalarınızda, həm addımlarınızda daha ciddi və ehtiyatlı olmalısınız . Başa düşməlisiniz ki, Azərbaycan xalqı buna sakitcə dayanıb baxmayacaq. Xüsusilə, Azərbaycana qarşı təxribatçılıq əməlləri olan hansısa fəaliyyətin hansısa dairələr tərəfindən dəstəklənməsi – biz bunu qəbul edəcək bir ölkə deyilik...

–Ümumiyyətlə, bu yöndə Güneyli soydaşlarımıza hansısa bir çağırışınız varmı, olacaqmı?

–Təbii ki, varburadan Güneyli soydaşlarımıza da çağırış edir, onlara səslənirəm ki, bizim orada yaşayan bacı-qardaşlarımız artıq imkan verməməlidirlər ki, onların soydaşları, onlardan olan, canı canından olan bir millətə, onların dövlətinə qarşı bu cür addımlar , bu cür ədalətsizliklər, haqsızlıqlar olsun. Onlar öz səslərini qaldırıb ucadan deməlidir. İranın bu cür absurd iddialarının heç bir tarixi əsası yoxdur. Tarix onun əsasından ibarətdir ki, Azərbaycanı bölüblər, Azərbaycanın böyük bir hissəsi – Cənubi Azərbaycan adlı hissəsi bu gün İranın içərisindədir. Və bütün bu tarixi faktları qoyub kənara özlərinə yeni tarix yaradıb hər hansı fikirlərə düşməsinlər. Əgər tarixi qurdalasaq,bizim deyəcək sözümüz daha çoxdur. Bu baxımdan bir daha çox təəssüf edirik ki, İran tərəfindən bu cür ədalətsizliklər Azərbaycana qarşı varümid edirik ki, bu, durdurulacaq. Çünki bunun durdurulmamasının çox mənfi nəticələri ola bilər. Təbii ki, bu, münasibətləri daha da gərginləşdirməyə xidmət edirson addımlar bunu daha da gərginləşdirir. Ancaq biz ümid edirik ki, onlar bunu daha da gərginləşdirmədən addımlar atmazlar, üstəlik Azərbaycanın bu qədər xoş niyyətinin qarşısında. Azərbaycan açıq şəkildə deyib ki, İrana qarşı biz hər hansı hərbi əməliyyatın içərisində yer almırıq. Yəni, Azərbaycan dövlətinin bu cür açıqlamalarından sonra bu cür əməllər Azərbaycana qarşı çox ciddi ədalətsizlikdir və buna son verməlidirlər. Mən bir daha təkrar qeyd etmək istəyirəm ki, qonşunu və sizə düşmən olmayanları özünüzə düşmən çevirməyin. Mənə elə gəlir ki, bizim bu çağırışımızı onlar ciddi şəkildə dəyərləndirəcəklər.

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2012.- 28 fevral.- S.4.